Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün978
DünənDünən5773
Bu həftəBu həftə37694
Bu ayBu ay43482
Bu günə qədərBu günə qədər8405113

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bu yumurta xərçəngin QARŞISINI ALIR

İnsan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdirilib.
Bu yeniliyi Yaponiyanın "Cosmo Bio Co" şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun tədqiqatçıları ilə birgə əldə ediblər.
Tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində eksperiment aparıblar. Geni modifikasiya edilmiş sperması ilə mayalanan yumurta hüceyrələrdən əmələ gələn yumurtaların tərkibində aktiv beta-interferon sintez olunur.
Beta-interferon isə insanın immun sistemi üçün çox vacib elementdir. Bu xərçəng və hepatitin bir çox növlərinin müalicəsində istifadə olunan dərmanların aktiv komponenti olan zülaldır.
Alimlər hesab edir ki, yeni texnologiya onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan interferon əsaslı dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər. Bu layihə dövlət tərəfindən də dəstəklənib.

Salyanda faciə: tibb bacısı işləyən ana işə getdi, 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...

Ötən gün axşam Salyanda 7 yaşlı uşağın naməlum avtomobillə vurulub öldürülməsi faciəsinin daha da faciəli təfərrüatı məlum olub. virtualaz.org xəbər verir ki, həmin uşağın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzinin tibb bacısıdır. Qadın uşağı evdə nənəsi ilə qoyub işə gedib, az sonra oğlunun cansız bədəni ilə xəstəxanada qarşılaşıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində "Ay işığı" mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Məlum olub ki, həmin gün balaca Ayxanın anası Aytəkin tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də o və qardaşı evdə nənələrinin yanında qalıblar. Bu vaxt Bakıdan bibilərinin nişanlısı Cavid Abdullayev onlara gəlib.

Bazarlıq üçün yaxınlıqdakı "Ay İşığı " marketinə yollanan C.Abdullayevə Ayxan və qardaşı da qoşulub. Mağazadan çıxan zaman isə uşağı hələ də axtarışda olan maşın vuraraq qaçıb. Həyatının son anlarını yaşayan balaca Ayxan dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və... bir qədər evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb...

Qeyd edək ki, cinayəti törədib qaçan sürücü hələ tutulmayıb.

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisi şəhərində 67 saylı ictimai məktəbin bir qrup şagirdi etiraz aksiyası keçirib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyaya səbəb məktəbin kimya müəllimi Dodo Kezuanın şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verməsidir.


Məktəbin qəyyumluq şurasının üzvü Natia Maxaraşvili bildirib ki, D.Kezua son illər 3 şagirdi döyüb və azərbaycanlı şagirdləri təhqir edib: “Kimya müəlliminə qarşı bizim haqlı ittihamlarımız var. Sonuncu fakt təxminən 10 gün əvvəl baş verib. Həmin müəllim səkkizinci sinif şagirdini döyüb, azərbaycanlı qız şagirdi isə təhqir edib".


N. Maxaraşvili qeyd edib ki, müəllimlə bağlı şikayətləri nəzərə alınmasa, Azərbaycan səfirliyinə müraciət edəcək.

Hazırda D.Kezuanın sağlamlıq vəziyyəti ilə bağlı məktəbə gəlmədiyi bildirilir. Məktəbin direktoru Mariam Tavartkiladze isə dərs prosesinin başa çatmasından sonra saat 15:00-da məsələyə münasibət açıqlayacağını deyib.

Gürcüstanın Təhsil və Elm Nazirliyi 67 saylı məktəbdə mümkün etnik diskriminasiya faktlarını araşdırmağa başlayıb və bir neçə gündən sonra bununla bağlı rəsmi məlumat yayacaq.   

 

Xəstə özünü binadan atdı

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Dalga tv Report-a istinadən xəbər verir ki, metronun "20 Yanvar" stansiyası yaxınlığında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanın beşinci mərtəbəsində yaşayan 21 yaşlı Məmmədov Heydər Tariyel oğlu özünü eyvandan yerə atıb.

O, bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndirirlər.

H.Məmmədov uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Stress, xərçəng və qocalıqdan qoruyan HORMON. İfrazını necə artırmaq olar?

Əsasən epifiz (beyində yerləşən vəz) tərəfindən hazırlanan melatonin hormonu ən güclü antioksidantlardan biridir.

Bu hormon streslə mübarizə etməyə kömək edir, orqanizmdə qocalma proseslərini ləngidir, arterial təzyiqi tənzimləyir, bir çox xroniki xəstəliklərin və hətta xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Melatonin yuxu zamanı ifraz olunur. Hormonun sintezi işıqlandırma səviyyəsindən asılıdır - işiq onun ifrazını azaldır, qaranlıq isə əksinə artırır. Bu səbəbdən alimlər insanlara tam qaranlıqda yatmağı tövsiyə edirlər.

Siçanlar üzərində aparılmış eksperimentlər göstərib ki, melatoninin çatışmazlığı zamanı heyvanlarda qocalma prosesləri sürətlənir, insulinə qarşı həssaslıq azalır (bu şəkərli diabetin riskini artırır), piylənmə və bədxassəli şişlər inkişaf edirdi. Bundan əlavə dişi heyvanlarda menopauza daha tez başlayırdı.

Melatoninin ifrazı azaldıqda bu kimi simptomlar meydana çıxır:

- yuxusuzluq

- immun sisteminin zəifləməsi

- təzyiqin yüksəlməsi və ya əksinə düşməsi

- əsəbilik, həyacan

- depressiyanın inkişafı.

Bu simptomlar sizi tez-tez narahat edirsə, həkimə müraciət edin. Bəzi hallarda həkim tərkibində melatonin olan preparatları təyin edə bilər. Lakin bu preparatların qəbulu bəzi xəstəliklər və pozulmalar zamanı qadağandır. Həmçinin melatoninin qəbulu diqqəti azaldır ki, bu da bəzi peşə sahibləri üçün (sürücü, dispetçer və s.) yolverilməzdir.

Melatoninin ifrazını təbii yolu ilə artırmaq üçün mütəxəssislər qidalanmada meyvə-tərəvəzləri artırmağı, gün rejimini tənzimləməyi tövsiyə edirlər. Normal tamdəyərli gecə yuxusu melatoninin ifrazının artırılması üçün əsas şərtdir. Bu zaman otaqda qaranlıq olmalıdır, gecə lampası, küçə işıqlandırılması melatoninin ifrazını azaldır.

Alimlərdən qorxunc proqnoz

Növbəti yüz il ərzində Günəşdə bütün dünyanın enerji sisteminin işinə təsir etmək gücündə olan "super partlayış" baş verəcək.

Dalga tv Trend-ə istinadən xəbər verir ki, bu qənaətə Harvard universitetinin bir qrup alimi gəlib. 

Qeyd olunur ki, bu partlayış peyklərin sıradan çıxmasına və internetin dayanmasına gətirib çıxara bilər.

Günəşdəki partlayış nəticəsində Yerdə baş verəcək texnogen qəzaların insan ölümlərinə də səbəb ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu il Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı yanvarın 8-də baş verib. Daha sonra güclü partlayışlar silsiləsi Günəşdə sentyabrın 4-dən baş verib və bir neçə gün davam edib.

Günəşdə partlayışdan sonra yaranan maqnit qasırğalarının meteohəssas insanlara da pis təsir etməsi məlumdur.

Azərbaycana 9 santimetr qar yağdı

Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6 mm olub.

Qar örtüyünün hündürlüyü Qrızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib.

Meteohəssas insanlara şad xəbər: Geomaqnit qasırğası bitir

"Təqribən 5 gündür, başlayan geomaqnit qasırğası aramsız davam edir və vaxtaşırı G1, G2 kateqoriyalı səviyyələrə keçir".

Dalga tv  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, qasırğaya səbəb Günəşdəki tac dəliklərindən başlanğıcını götürən yüksək surətli günəş plazma küləyidir.

E. Babayev qeyd edib ki, Günəşin səthində heç bir günəş ləkəsi müşahidə olunmur: "Adətən, bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa, kosmik hava korlanırdı. Günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Bu külək 5 gündür, yerətrafı fəzaya çatıb və yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur".

Direktor müavini əlavə edib ki, kosmik hava korlanmış meteoşəraitlə tandem təşkil edirsə, diskomfort vəziyyət artır. Bu halda həkimlər hansısa qabaqlayıcı məsləhətlər verir: “Belə hava ilk növbədə risk qrupuna daxil olanlara təsir edir. Ürək-qan damar sistemi, xroniki xəstəliklərə məruz qalan insanlar, qismən də ahıl insanlar və azyaşlılar daha çox diskomforta məruz qalırlar. Belə hallar, adətən, impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Çünki Yerdə insanlar müxtəlif zamanlarda baş verən geomaqnit qasırğalarına məruz qalır. Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək".

Tbilisidə partlayış: Yaralılar var

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Partlayış nəticəsində yaxınlıqdakı binaya ziyan dəyib. Partlayışın ardınca başlayan yanğının qarşısı alınıb.

Hazırda partlayışın başvermə səbəbləri araşdırılır.

Günortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIR

Haylulə yuxusu əsasən günorta vaxtı 20-30 dəqiqəlik yatmaq zamanıdır.

Günorta yeməyindən sonra yarım saatlıq yatmaq Peyğəmbər tərəfindən bəyənilmiş və səhabələrə də məsləhət görülmüşdür.

Fizulihuseynov.com saytının məlumatına görə, haylulə yuxusu insan üçün çox önəmli və faydalı bir yuxudur, belə ki günorta yarım saat yatmaq axşam yuxusunun 2 saatına bərabərdir.

Haylulə yuxusu yatan şagirdlər yatmayanlara nisbətdə 50 faiz daha yaxşı nəticə göstərirlər. Amerikada Hardvard Universitetində könüllülər arasında aparılmış tədqiqatların nəticələrinə görə, günorta yatan insanlar yatmayanlara nisbətdə gümrah olub, iş qabiliyyəti yüksəlib, göz yorğunluğundan əziyyət çəkməyiblər.

Skandinaviya ölkələrində aparılmış tədqiqatların nəticələri daha heyrətamiz olub. Belə ki, günorta yatan insanlarda ürək daha normal çalışıb, ürək, qan-damar sistemində problem olanlar günorta yuxusundan sonra özlərini daha yaxşı hiss ediblər.

Ümumiyyətlə, səhərlər yuxudan gec qalxan insanlar özlərini yorğun, halsız hiss edirlər, səhər çox yatılması həm dinimizdə həm də elmdə bəyənilməyən bir haldır. Amma səhər tezdən qalxıb, günorta azacıq yatmaq səhərdən günortaya qədərki yorğunluğu götürür və günortadan sonra isə yeni ruhla işə başlamağa səbəb olur. Əsəbi olanlar, panik atakadan əziyyət çəkənlər, özlərini həmişə yorğun hiss edənlər, zehni işlə daha çox çalışanlar, imtahana hazırlaşanlar üçün haylulə yuxusu çox önəmlidir.

Depressiyadan əziyyət çəkənlər, bunu mütləq sınayın, səhər tez qalxın, günorta yarım saat yatın. Bu sizə çox gümrahlıq gətirəcək, zaman-zaman mənfi yüklənmədən azad olacaqsınız.

Salyanda Gürcüstana məxsus avtomobil daşıyan qoşqulu yük maşını aşıb, 7 avtomobil əzilib

Salyanda minik avtomobilləri daşıyan qoşqulu yük maşını aşıb, 7 ədəd yeni minik avtomobili əzilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonu Kürsəngi kəndi ərazisində Gürcüstanın özəl şirkətlərindən birinə məxsus NK-275-NK dövlət nömrə nişanlı, “Mercedes” markalı TIR tipli qoşqulu yük avtomobili aşıb. Nəticədə satış üçün nəzərdə tutulan 7 ədəd BMW markalı minik avtomobili əzilib.

Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İran İslam Respublikasına aparılması nəzərdə tutulub.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Mingəçevirdə zəlzələ olub

Bu gün saat 15:38 radələrində  Mingəçevir ərazisində zəlzələ qeydə alınıb.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, 3,3 maqnitudalı zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Saytda Axtarış

ახალი ამბები