Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5370
DünənDünən6004
Bu həftəBu həftə36313
Bu ayBu ay42101
Bu günə qədərBu günə qədər8403732

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda cinayətkar qruplaşmanın üzvü olan iki Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Tercola bələdiyyəsinin Broliskedi kəndində cinayətkar qruplaşmanın iki üzvü saxlanılıb.

APA-nın yerli bürosu Gürcüstan DİN-in məlumatına istinadən xəbər verir ki, həmin şəxslər 1988 və 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.


İstintaqla müəyyən olunub ki, hər iki şəxsin olduğu beş nəfərlik qruplaşma dekabrın 1-də Tbilisidən Batumi istiqamətində maşınla gedən iki vətəndaşa odlu silahla hücum ediblər. 

Cinayətkar qruplaşmanın üzvləri vətəndaşlardan 140 min dollar, mobil telefonlar və şəxsi əşyaları hədə-qorxu gələrək alıblar. Hadisədən sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Gürcüstan DİN soyğunçuları "isti izlər"lə tapıb. Polis onlardan oğurlanmış pulun bir hissəsini müsadirə edib. DİN cinayətkar qruplaşmanın bütün üzvlərinin şəxsiyyətini müəyyən edib. Qruplaşmanın üzvləri aasında 2 "qanuni oğru" olmaqla üç Gürcüstan vətəndaşı da var. DİN qruplaşmanın bütün üzvlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Emekdar elm xadimi vefat etdi

alt

Fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi Camal Mustafayev vəfat edib.
Dalga tv  xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.
C.Mustafayev doğulduğu Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dəfn olunacaq.
Xatırladaq ki, C.Mustafayev 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olub. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində alıb. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxuyub. 1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.
1957-1968-ci illərdə C. Mustafayev AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləyib.
1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülüb.
1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləyib. 1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olub. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-cu ildən bugünədək Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Bakıda 22 yaşlı Fidanın faciəvi sonu

Bakıda 22 yaşlı qız dəm qazından ölüb.

Binəqədi rayonu Ənvər Əlixanov küçəsi 89 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Sultanova Fidan Qədim qızı hamam otağında olarkən bədbəxt hadisə ilə üzləşib. Onu huşsuz vəziyyətdə yaxınları aşkar edib. Təcili tibbi yardım çağırılsa da, artıq gec olub.

 

Qeyd edək ki, F.Sultanova dizayner olub.

Vəfat edən gənc qızın bəzi fotolarını təqdim edirik.

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - Açıqlama

"İranda baş verən zəlzələ Azərbaycan ərazisində zəlzələ ocaqlarının oyanmasına səbəb ola bilməz".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

Onun sözlərinə görə, əhalinin narahat olmasıa heç bir əsas yoxdur. Xırda təkanların baş verməsi tez-tez təkrarlanır. Hiss olunan zəlzələ baş verə bilər amma bunun dağıdıcı zəlzələlərə çevrilməsi gözlənilmir.

"Narahatçılığa əsas görmürəm. Azərbaycanda yaxın vaxtlarda dağıdıcı zəlzələ baş verəcəyi gözlənilmir."

Qeyd edək ki, İranda yenidən 4,6 bal gücündə zəlzələ baş verib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Dünən isə Azərbaycanda yerli vaxtla saat 04:11-də Ağsuda Pirquludan 7 km qərbdə Ağsu ərazisində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

 

 

Xərçəngin bütün növlərindən qoruyur – ÖLÜMSÜZLÜK MEYVƏSİ

İnsan sağlamlığı baxımından önəmli bir yer tutan innab qədim dövrlərdən etibarən alternativ tibb vasitəsi kimi istifadə edilib.

İnnabın faydaları nələrdir deyə maraqlanırsınızsa, Ailem.az bununla bağlı məlumat verir.

Çində innab meyvəsini “ölümsüzlük meyvəsi” və “tanrı hədiyyəsi” adıyla tanıyırlar. İnnab həcmcə kiçik meyvə olsa da, tərkibində bol miqdarda vitamin və minerallar var.
Tərkibi A və C vitamini ilə zəngindir. Eyni zamanda kalsium, maqnezium, fosfor və xüsusilə potasium baxımından da inanılmaz dərəcədə zəngindir.

Bütün xərçəng növlərindən qoruyur

İnnabın tərkibində olan bol antioksidant və C vitamini səbəbi ilə xərçəng xəstəliklərində qoruyucu təsiri var.

Sürətli şəkildə arıqlamağa kömək edir

İnnab ən aşağı kalori miqdarına sahib olan meyvələr arasında yer alır. Bu meyvəni yeyərək, həm uzun zaman tox qala bilər, həm də arıqlayarkən itirilən enerjini geri qazanmağı təmin edir.

Həzmi asanlaşdırır

İnnab həzmi asanlaşdıraraq qəbizliyi aradan götürür

Xərçəng və qaraciyər xəstəliklərindən qoruyur

Güclü antioksidant özəlliyi səbəbilə bu kiçik meyvə qaraciyər problemlərindən müxtəlif xərçəng növlərinə qədər bir çox xəstəliyin sağalma müddətində müsbət təsirlər yaradır.

İmmuniteti gücləndirir

Gündə bir ovuc yeyilən innab xüsusilə qışın müxtəlif infeksion xəstəliklərindən qorunmağa və immuniteti sürətli şəkildə gücləndirməyə kömək edir.

Sümük və diş sağlamlığı

Tərkibində bol miqdarda fosfor olması ilə bağlı innab meyvəsinin sümük və diş sağlamlığına faydalı olduğu bilinir.

Gürcüstan DTX: Antiterror əməliyyatında zərərsizləşdirilmiş şəxslərdən biri Əhməd Çatayev olub

Noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş şəxslərdən biri Əhməd Çatayev olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, Ə. Çatayevin şəxsiyyəti ABŞ-dan gələn mütəxəssislərin köməyi ilə aparılmış ekspertiza nəticəsində müəyyən olunub.

Qeyd edək ki, antitterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, 1 nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb.

Gürcüstanda arvadını 16 bıçaq zərbəsi ilə qətlə yetirən azərbaycanlıya 16 il iş verilib

Gürcüstanda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirmiş azərbaycanlı 16 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Baş prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, Rustavi şəhər məhkəməsi təqsirləndirilən şəxsi qətldə təqsirli bilib.

İstintaqla müəyyən olunub ki, bu il mayın 3-də Bolnisi rayonunda X.Nəbiyev həyat yoldaşı E.Quliyevaya qısqanclıq zəminində 16 bıçaq zərbəsi vurub.

Nəticədə E.Quliyeva ölüb.

Qarabağ payızda - FOTOLAR

Payız bütün Azərbaycan ərazisində özünü gah şiddətli yağışla və çiskinlə, gah da soyuq, amma günəşli havası ilə təəccübləndirir.

Düşmən tapdağı altındakı Azərbaycan torpaqlarında da payız özünü bütün tərəfləri isə biruzə verir.

Modern.az saytı işğal altındakı Qarabağın payız fotolarını təqdim edir.

Ayaq üstə yemək yeməyin – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Ayaq üstə yemək və qidanın sürətlə qəbul olunması orqanizmdə bir sıra ağırlaşmalara yol açan metabolik sindromun inkişafına gətirib çıxarır.

Dalga tv Oxu.az-a istinadən xəbər verir ki, Yaponiyanın Hirosima universitetinin bir qrup alimi bu qənaətə gəlib.

Mütəxəssislər 1000-dən çox könüllünün üzərində təcrübə aparıb. Könüllülər qidalanma sürətinə görə, 3 qrupa ayrılıb.

Ayaq üstə və daha sürətlə yeməyə üstünlük verən qrupda metabolizm sindromunun yaranma riski 11,6 faiz daha çox olub.

Tədqiqatlar nəticəsində məlum olub ki, bu cür qidalanma tromb yaranmasına meyllilik, arterial hipertenziya, piylənmə kimi pozuntularla müşayiət oluna bilər.

Batumidə hoteldə baş verən yanğın söndürülüb, 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb

Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib.

O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.  

Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladza başsağlığı veriblər.

Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir. 

ANİ ÖLÜMƏ bu tip insanlar meyillidir

Ani ölüm müasir tibdə ən çox sual doğuran problemdir. Bəzi hallarda bu halın dəqiq səbəbini təyin etmək mümkün olmur.

Ən böyük faciə bundan ibarətdir ki, ani ölüm tez-tez cavan və sağlamlıqla bağlı heç bir ciddi problemi olmayan insanları yaxalayır və onu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Bəzi statistik məlumatlara görə, hər il 800 minə qədər insan ani ölüm keçirdir.

Uzun illər ərzində ani ölüm problemini araşdıran rus professor, tibb elmləri doktoru Şirokov ani ölümə meyilli olan insan tiplərini ayırd edib.

Belə ki, ani ölümünün risk faktorları bunlardır:

1. Kişi cinsi. Ani ölümün statistikası göstərir ki, bu hala kişilər daha meyillidir. Alim hətta bu kişilərin "portretini" tərtib edib - aqressiv, uduzmağı xoşlamayan, həddindən artıq çox işləyən, dincəlməyi bacarmayan, kalorili, ədviyyatlı qidaları xoşlayan kişilər. Əsəbləşəndə bu kişilərin üzü qızarmır, əksinə ağarır. Bunun səbəbi damarların kəskin sıxılmasıdır.

2. İdmançılar. Professional idman bədən tərbiyəsi ilə müqayisədə insanı sağlam etmir. Əksinə güclü gərginliklər, idmançıların istifadə etdiyi dopinq və s. xüsusi preparatlar orqanizmi məhv edir.

3. Spirtli içkilərdə süi-istifadə edənlər.

4. Psixiki xəstələr. Bu xəstələr psixotrop dərman preparatlarını qəbul edir ki, onların qəbulu da ani ölümünün riskini artırır.

5. İrsiyyət.

Kaladze maaşından imtina etdi

Tbilisinin yeni meri Kaxa Kaladze əməkhaqqı almayacaq. Bu pul sosial xeyriyyəçiliyə sərf olunacaq. 

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, bunu meriyanın mətbuat xidmətindən bildiriblər. 

“K.Kaladze artıq neçə illərdir ki, əməkhaqqı almır. Hamı bilir ki, o, energetika naziri olanda da əməkhaqqından imtina etmişdi. O zaman da həmin pullar sosial yardım üçün istifadə olunurdu. Həmin praktika indi də davam edəcək”, - deyə mətbuat xidməti bildirib.

Qeyd edək ki, Tbilisi merinin əməkhaqqı 3180 lari (2040 manat) təşkil edir.

K.Kaladze Gürcüstanın ən varlı şəxslərindən biridir. Bəyannaməyə əsasən, onun hesabında 9,6 milyon dollardan çox vəsait var.

Xatırladaq  ki, Tbilisi meri seçkilərində qələbəyədək K.Kaladze Gürcüstanın energetika naziri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2012-ci ildə təyin olunmuşdu.

Saytda Axtarış

ახალი ამბები