Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1275
DünənDünən5773
Bu həftəBu həftə37991
Bu ayBu ay43779
Bu günə qədərBu günə qədər8405410

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Təzyiqinizi ölçəndə BU SƏHVLƏRİ ETMƏYİN

Arterial təzyiq sağlamlıq göstəriciləri arasında ən vacib olanlardan biridir. Həkimlər vaxtaşırı olaraq hamıya (xüsusilə 40 yaşdan sonra olan insanlara) təzyiqini ölçməyi tövsiyə edirlər.

Bununla siz hipertoniyanın inkişafını ilk mərhələlərdə aşkar edə bilərsiniz.

Hipertoniya çox hiyləgər xəstəlikdir ki, ilk mərhələlərdə heç bir simptomla özünü büruzə vermir. Bu isə çox təhlükəlidir. Gizli inkişaf edən hipertoniya tədricən insanın ürək-damar sistemini, böyrəklərini, gözlərini sıradan çıxardır. Bu səbəbdən təzyiqin vaxtaşırı olaraq ölçülməsi olduqca vacibdir.

Lakin təzyiqi ölçən insan müəyyən qaydaları bilməlidir. Bu qaydalara əməl etməmək təzyiqin göstəricilərinə təsir edir, təzyiqin səhv ölçülməsinə səbəb olur.

1. Təzyiqi yemək yedikdən, çay və ya qəhvə içdikdən, siqaret çəkdikdən dərhal sonra ölçmək olmaz. Sidik kisəsi boş olmalıdır.

2. Təzyiqi ölçdükdə danışmaq, gülmək, yemək yemək və s. olmaz. Bu göstəricilərin daha yüksək olduğuna səbəb olur.

3. Təzyiqi ölçdükdən əvvəl 5 dəqiqə sakit oturun. Ölçülmədən əvvəl fizki işlə məşğul olan, pilləkənlə qalxan insanın təzyiqi daha yüksək olacaq.

4. Təzyiq ölçülən qolu masanın üzərinə rahat  qoymaq lazımdır. Qolun gərgin olması, "sallanması" zamanı təzyqin göstəriciləri daha yüksək  olur.

5. Paltarın qolunu mütləq qatlamaq lazımdır. Tonometrin manjeti paltarın üzərində yerləşdikdə bu təzyiqin səhv ölçülməsinə gətirib çıxardır.

6. Təzyiqin ölçülməsi zamanı ayağı ayağın üzərinə qoymaq, narahat poza almaq, önə əyilmək olmaz.

7. Təzyiqi 5-10 dəqiqə fasilələrlə 3 dəfə ölçün və ən aşağı göstəricini götürün. Məsələn, birinci dəfə 140/90 mm c. st., 2-ci dəfə 135/86 mm c. st, 3-cü dəfə 138/90 mm c.st göstərilibsə, 135/86 mm c.st götürülür.

Əgər təzyiqin ölçülməsi zamanı orta yaşlı insanda göstəricilər daim 139/89 mm c.st-dan yuxarıdırsa, həkimə müraciət edin. Bu sizdə hipertoniyanın inkişafına işarə edə bilər.

Hansı daha faydalıdır - qoyun yoxsa mal əti?

Qoyun və mal əti tərkibində olan vitamin və minerallara görə, demək olar, eynidir. Mal ətində zülal daha çoxdur.

Lakin qoyun ətinin 2 əsas üstünlüyü var ki, bu üstünlüklər onu mütəxəssislərin fikrinə görə mal ətindən daha faydalı edir.

1. Qoyun ətində yağ daha azdır. Bundan əlavə qoyun ətində olan yağ mal ətində olan yağdan daha faydalıdır.

2. Qoyun əti daha ekoloji təmiz sayılır ki, qoyunların bəslənməsi üçün təbii otlaqlar istifadə olunur.

Samuxda qız qaçıran şəxslərin avtomobili su kanalına düşüb

Samuxda avtomobil su kanalına düşüb.

Dalga tv Report-a Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər "VAZ-2107" markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bakıda 7-ci mərtəbədən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb

Paytaxtın Nərimanov rayonunda körpə 7-ci mərtəbədən yerə yıxılıb.

Dalga tv-nin Report-a istinadən xəbərinə görə, hadisə Ə.Əliyev küçəsi, ev 52 mənzil 153 ünvanında baş verib.

Bu ünvanda yaşayan 2014-cü il təvəllüdlü Əliyev Kənan Nəsiyət oğlu valideyn nəzarəti olmadan mənzilin pəncərəsindən yerə yıxılıb. Xoşbəxtlikdən körpə öncə peyk antenasının üzərinə düşüb. Daha sonra ikinci mərtəbədə yerləşən antenanın üzərindən ağacın budağının üstünə düşüb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.

Arıqlamağa kömək edən, ürəyi qoruyan, xərçəngi müalicə edən ƏDVİYYAT

Alimlər yeni araşdırma zamanı aşkar ediblər ki, darçın orqanizmdə piyin yığılmasını ləngidir və ürək xəstəliklərinin riskini azaldır.

Deccan Chronicle xəbər verir ki, alimlər bunu siçovulların üzərində aparılmış eksperimentlər nəticəsində aşkar ediblər. 12 həftə ərzində siçovullara yağlı qidalar verilirdi. Bu müddət ərzində siçovulların bir qrupunun qidasına darçın əlavə olunurdu, digər qrupuna yox.

Eksperimentin sonunda məlum olub ki,  darçın alan siçovullar daha az çəki yığıb və onların qarnında piy qatı daha azdır. Həmçinin onların qan analizlərində olan şəkər, insulin, yağların səviyyəsi daha aşağıdır.

Bundan əvvəl keçirilmiş araşdırmalar göstərib ki, darçın beyini demensiya (ağıl zəifliyi) və Parkinson xəstəliyinən qoruyur, kolorektal xərçəngin müalicəsində kömək edir, ürəyin sağlamlığına müsbət təsir edir.

Darçını istənilən qidalara və içkilərə (çay, qəhvə) əlavə etmək olar. Darçını toz şəklində deyil, borucuqlar şəklində alin. İstifadə etdikdən əvvəl darçının kiçik tikəsini kəsin və qida və ya içkiyə əlavə edin.

Tbilisidəki Mtatsminda dağında yanğın başlayıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Mtatsminda dağındakı meşə ərazisində yanğın başlayıb.

APA-nin yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə helikopter cəlb olunub. Yanğınsöndürmə briqadaları hadisə yerindədir. Yanğının səbəbi hələlik məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirili ki, 50-dən çox yanğınsöndürən, 10-a yaxın yanğınsöndürmə texnikası və 1 helikopter yanğının aradan qaldırılmasına cəlb olunub. İlkin məlumatlara əsasən dağda ot örtüyü yanır. Yanğınla əlaqədar Mtatsminda dağında fəaliyyət göstərən funikulyorun fəaliyyəti təhlükəsizlik baxımından müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, avqustun 8-də gecə saatlarında adıçəkilən dağda güclü yanğın baş vermişdi.

Gürcüstan hökumətinin nümayəndələri Cümə məscidinə baş çəkiblər

Gürcüstan hökumətinin nümayəndələri Qurban bayramı münasibətilə Tbilisi Cümə məscidinə baş çəkiblər.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın qaçqınlar və yerləşdirmə üzrə naziri Sozar Subari çıxışında müsəlman icmasını müqəddəs bayram münasibətilə təbrik edib: “Qurban bayramı xeyirxahlıq və sülh bayramıdır. Gürcüstan hökuməti adından sizi bayram münasibətilə təbrik edirəm”.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edib.

Gürcüstanda zəlzələ olub

Gürcüstanda səhər saatlarında 3,9 maqnitudalı zəlzələ baş verib.

APA-nın yerli bürosunun İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Dedoplistskaro yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar barədə məlumat yoxdur.

Tbilisidə Ermənistandakı gürcü monastırının vəziyyəti ilə bağlı etiraz aksiyası keçirilib

Gürcüstanın hökumət administrasiyasının binası qarşısında Ermənistanda yerləşən qədim gürcü dini abidəsinin hazırkı vəziyyəti ilə bağlı aksiya keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, “Kartuli dzala” (“Gürcü gücü”) millətçi təşkilatının fəallarının keçirdiyi aksiyada Ermənistan tərəfindən Hucabi monastırının mənimsənilməsinə etiraz bildirilib. Etirazçılar Gürcüstan hökumətini adıçəkilən monastırın taleyinə biganə qalmamağa çağırıblar. Aksiyada "Hucabi Gürcüstanındır!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirilib.

Aksiya iştirakçılarının sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası üzrə danışıqlar zamanı Hucabi monastırının Gürcüstana qaytarılması məsələsi qaldırılmalıdır.

Qeyd edək ki, Hucabi monastırı Gürcü Pravoslav Kilsəsinin ən böyük ziyarətgahlarından biridir. SSRİ dağılandan sonra Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək monastırı mənimsəyib. Hazırda monastır məhv olmaq təhlükəsi altındadır. 

Azərbaycan Gürcüstanın kurort zonasındakı yanğının lokallaşdırılmasında fəal iştirak edib

Gürcüstanın Samtsxe-Cavaxetiya regionunun Abastumani kurort zonasında baş verən yanğın lokallaşdırılıb.


APA-nın yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə 1000 nəfərdən çox canlı qüvvə cəlb olunub. Azərbaycan, Türkiyə və Ukrayna helikopterləri də yanğının lokallaşdırılması üzrə əməliyyatlarda fəal iştirak ediblər.
 

Hazırda açıq yanğın ocağı qeydə alınmayıb.

Yanğınsöndürmə briqadaları hadisə yerindədirlər.

Gürcüstan 418 Azərbaycan vətəndaşını ölkəyə buraxmayıb

2017-ci ilin ilk altı ayı ərzində 2 922 xarici vətəndaşın Gürcüstana girişinə icazə verilməyib.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, həmin şəxslərdən 418-i Azərbaycan vətəndaşıdır.

Qeyd olunan dövr ərzində ən çox Hindistan vətəndaşları (571 nəfər) Gürcüstana buraxılmayıb. 492 Türkiyə vətəndaşı, 230 Rusiya vətəndaşı, 175 Suriya vətəndaşı və 171 Özbəkistan vətəndaşının da Gürcüstana girişə icazə verilməyib.

DİN-in məlumatında qeyd olunub ki, əcnəbi vətəndaşların ölkəyə buraxılmamasının səbəbləri qanun pozuntuları, deportasiya, viza və sərhəd rejiminin pozulmasıdır.

Qarpızı yesək yaxşıdır yoxsa yeməsək?

Həqiqətən bugün elə bir dövrə gəlmişik ki, əlimizdə olan nemətləri yemək və ya yeməmək haqqında fikirləşirik.

Mən onlarca insanlar gördüm qarpız yeməkdən imtina edib.

Bəzilərinin düşüncəsinə görə, daha çox kübrə vurulub bəziləri isə bunların geni dəyişilib heç bir faydası yoxdur deyib qarpız kimi nemətdən uzaq dururlar.

Bu günkü qarpızla 100 il bundan əvvəlki qarpız arasında böyük fərq vardır. O zamanlar nə süni kübrələr var idi, nə də gen dəyişilməsi, amma bunlarda bizə qarpız yeməməyimizə əsas vermir.

Bu gün qarpızın ziyansız necə yeməli olduğumuzu sizlərlə bölüşüm. Xatırladım ki, artıq yerli qarpız sortlarımız çox az qalıb, yadınızdadırsa yerli qarpızların tumları böyük və çox olurdu, bu gün biz geni dəyişilmiş qarpızları yeməyə məcburuq. Əgər qarpızı kəsəndə içində böyük damarlar aydın görünürsə belə qarpızı yeməyin, bu qarpız həddindən artıq kübrələnmişdir. Çalışın çox böyük qarpızarı almayasınız, qarpızı bir dəfəyə cox yemək problem törədə bilər yaxşı olar az- az tez- tez yeyəsiniz.

Xatırladım ki, xərçəng əleyhinə ən faydalı maddələrdən biri olan likopen qarpızın tərkibində pomidordan 2 dəfə çoxdur. Qarpız çox əla bir təmizləyicidir, əsasən böyrəkləri, böyrək qumlarını, qaraciyəri və bağırsaq xovlarını təmizləyir.

Qarpız yeyənlərin dərisi parlaq olar, çünki zəngin A vitamini vardır, gözlərə olduqca faydası var, qarpız bol bol yeyənlərin sümükləri möhkəm olar çünki zəngin kalsium və kalium vardır.

Qarpızın tərkibində sitrulin adlı daha bir qiymətli maddə vardır sitrulin piyləri əridir, yüksəlmiş xolesterini aşağı salır, arıqlamaq istəyənlər üçün əla bir qida vasitəsidir.

Bədənimizin ən çox ehtiyyacı olduğu C vitamini qarpızda vardır, həm də çox əla bir immunitet artırıcısıdır, əzələ yorğunluğu, əzələ qıcolmaları olanlar üçün əvəzolunmaz nemətdir.

Qarpızı bol yeyənlərin saçları gür və canlı olar, tumları ilə birlikdə yeyin qarpız tumlarında bol maqnezium vardır buda sinir və əzələ zəifliyində mükəmməldir.

Şəkər xəstəlirinə qarpız yemək olmaz, və ya çox az miqdarda yeməlidilər, çünki tərkibində zəngin karbohidrat vardır.

Qarpızı bir dəfəyə çox yemək köpməyə əmələ gətirir, böyrəklərə problem yarada bilər. Qarpızı iyul-avqust aylarında bol-bol yeyin, çünki bu aylarda həm bədən daha çox tələb edir, həm də qarpızın bütün faydalı mineral və vitaminləri bol olur. Bir sözlə yayı qarpızsız keçirməyin.

Saglamolun.Az

Saytda Axtarış

ახალი ამბები