Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1278
DünənDünən5773
Bu həftəBu həftə37994
Bu ayBu ay43782
Bu günə qədərBu günə qədər8405413

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İsti hava bu insanlar üçün xüsusilə TƏHLÜKƏLİDİR

Çox isti hava insanın sağlamlığı və hətta həyatı üçün ciddi risk faktoru sayılır. Alimlər orqanizmə olan mənfi təsirə görə çox isti havanı çox soyuq havadan daha ziyanlı hesab edir.

Bəzi qup insanlar üçün isti hava daha təhlükəlidir. Bu onlarda olan xəstəliklər, pozulmalar, yaş və s. faktorlarla bağlıdır. Bu insanlar isti havanın orqanizmə olan mənfi təsirini mümkün qədər azaltmaq üçün günorta saatlarında çölə çıxmamalı, sərin yerdə qalmalı, düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməli, onlara təyin olunmuş dərman preparatlarını vaxtı-vaxtında qəbul etməli, sağlamlığında cüzi də olsa dəyişikliklər hiss etdikdə dərhal həkimə müraciət etməlidir.

Beləliklə, çox isti hava bu qrup insanlar üçün xüsusilə təhlükəlidir:

1. Orqanizmin genetik xüsusiyyətlərinə görə isti havanı pis keçirdən insanlar. Bu insanlarda mübadilə prosesləri daha sürətlidir ki, bu onlarda isti havaya dözülməzlik kimi hala səbəb olur.

2. Keçmişdə istivurma keçirmiş insanlar.

3. Artıq çəkisi olan insanlar.

4. Termorequlyasiya sisteminin natamam inkişafına görə kiçik yaşlı uşaqlar.

5. Ürək-damar sistemi xəstəlikləri olan insanlar.

6. Hipertireozdan (qalxanvari vəzinin funksiyasının artması) əziyyət çəkən insanlar.

7. Tənəffüs sistemi və böyrək xəstəlikləri olanlar.

8. Sinir sistemi xəstəliklərindən əziyyət çəkənlər. (İsti hava beyinin normal fəaliyyətinə mənfi təsir edir.)

9. Hamilə qadınlar. Hamiləlik zamanı qan dövranı və mübadilə prosesləri artır ki, bu da isti havada qadına əlavə narahatçılıq yaradır.

10. Yaşlı insanlar. Bu qrup insanların əksəriyyətində ürək-damar, sinir sistemi pozulmaları və termorequlyasiyanın pozulması müşahidə olunur.

Gürcüstanda dənizdə fırtınaya düşən Azərbaycan vətəndaşı xilas edilib

Gürcüstanda Qara dənizdə müşahidə olunan fırtına zamanı batmaq təhlükəsi ilə üzləşmiş 46 nəfər xilas edilib.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, xilas olunmuş şəxslər arasında Rusiya, Ukrayna, Ermənistan, ABŞ və Azərbaycan vətəndaşları olub.

Qara dənizdə son üç gün ərzində beş ballıq fırtına olub. Dənizdə çimmək qadağan olunsa da, çimərliklərdə istirahət edənlər dənizə daxil olaraq həyatlarını təhlükə altına atıblar.

Azərbaycan bu xəbərlə silkələndi - 5 nəfəri gülləbaran edən qatil səvhən görün kimləri öldürüb

Xəbər verildiyi kimi bu gün səhər saatlarında Hacıqabulda evə basqın edən silahlı şəxs iki qardaş Məhəmməd və Natiq Qəmbərovların ailəsinin 5 üzvünü güllələyib, daha sonra özünü vurub. Meksikada silahlı quldur qruplaşmaları tərəfindən törədilən dəhşətli qətliamları xatırladan bu hadisəni törədən şəxs Hacıqabul sakini, əvvəllər dəfələrlə məhkumluq yaşamış, 1971-ci ildə anadan olmuş Mübariz Mehdiyevdir. Qətliamın motivi isə Mehdiyevlə Moskvada bizneslə məşğul olan, "Moskva Natiq" kimi tanınan Natiq Qəmbərov arasında Rusiyada başlamış ədavətdir.

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, virtualaz.org saytının reportyor qrupu hazırda Hacıqabulda, dəhşətli hadisənin baş verdiyi yerdədir. Reportyor qrupumuzun bildirdiyinə görə hazırda qətliamın baş verdiyi yer-Məhəmməd Qəmbərovun Bayram İbrahimov küçəsində yerləşən evi avtomatlı polislərin nəzarətindədir, içəri heç kim buraxılmır. Hazırda evdə qətlə yetirilənlərin yaxınlarının iştirakı ilə yas məclisi gedir, məclisdə ancaq kişilərin iştirakına icazə verilir.

Hadisə barədə qonşulardan heç kim jurnalistlərə danışmaq istəmirdi. Adını açıqlamayan bir sakin isə əməkdaşlarımıza xəbərdarlıq edib ki, Hacıqabulu tərk etsələr yaxşıdır. "Bizim camaat qonaqpərvər camaatdır, ancaq bu hadisə barədə jurnalistlərə danışılacaq heç nəyimiz yoxdur. Getsəniz yaxşıdır, bir az qabaq hansısa telekanaldan çəkilişə gəlmişdilər, qovduq"-qətliamın baş verdiyi evin qarşısında dayanan kişilərdən biri bildirib.

Əməkdaşlarımız çətinliklə də olsa onu öyrənə biliblər ki, Qəmbərovlar ailəsinin üzvlərini qətlə yetirən Mübariz Mehdiyevin hədəfi əslində Natiq Qəmbərov və onun ailə üzvləri olub. Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərovla qardaşı Nazim eyni həyətdə tikilmiş ayrı-ayrı evlərdə yaşadıqlarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları güllələyib.

Əməkdaşlarımız Qəmbərovlar ailəsinin qonşularından çətinliklə də olsa öyrənə bilib ki, hadisə saat 6.00 radələrində baş verib. Mübariz Mehdiyev lüləsi kəsik ov tüfəngi ilə silahlanıbmış. O, özü ilə gətirdiyi taxta nərdivanı Qəmbərovların evinin hasarına söykəyib və içəri keçib. Əvvəlcə həyətdə "Moskva Natiq"ə məxsus olan "Mercedes ML" markalı "cip"ə od vurub. Evin sahibi –"Moskva Natiq"in atası Məhəmməd Qəmbərov səsə həyətə çıxıb, bu zaman Mübariz Mehdiyev Məhəmməd Qəmbərova atəş açaraq onu yaralayıb.

Yaralı dərhal darvazadan həyətə qaçıb və evlərindən bir qədər aralıda yerləşən təcili tibbi yardım stansiyasına özünü çatdırıb. Elə polisə də Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məhəmməd Qəmbərovu yaralayandan sonra basqınçı çox güman ki, "Moskva Natiq"i öldürmək üçün yanlış olaraq onun əmisinin evinə daxil olub və qarşısına keçənə atəş açıb. Polislər az sonra hadisə yerinə gəlib və Mübariz Mehdiyev evin damından həyətin arxa tərəfinə düşərək qaçmağa çalışıb. Lakin polislərlə atışmada yaralanıb. Qonşuların dediyinə görə yaralandığını görən M.Mehdiyev sağ ələ keçməmək üçün silahı ilə özünü vurub.

Qonşular deyirlər ki, qətliamı törədən şəxs avara, dəfələrlə məhkum olunmuş biridir. Yaxınlıqda yaşamadığından onun barəsində ətraflı məlumat yoxdur. Habelə Mübariz Mehdiyevin Moskvada Natiq Qəmbərovla ədavətinin səbəbi də məlum deyil. Hadisə vaxtı Natiq Qəmbərov da evdə olub və o, silahlı basqını görərək qaçıb. Nəticədə sağ qalıb. Hazırda Natiq Qəmbərov qətliamın baş verdiyi həyətdədir, lakin içəri heç kimi buraxmadıqlarından onunla təmas qurmaq mümkün olmayıb.

Qonşuların bildirdiyinə görə, M.Mehdiyev "Moskva Natiq"in atasını vurduqdan sonra evi səhv salaraq N.Qəmbərovun əmisinin evinə girib, orada Məhəmməd Qəmbərovun qardaşı Nazim Qəmbərovu, oğlu Natiqi (1988-ci il təvəllüdlü) və qızı Gülbağdanı (təvəllüdünü dəqiqləşdirə bilmədik) güllələyib, daha sonra qonşu evdən səsə çıxan qadını-Natiq Qəmbərovun anası Almaranı öldürüb. Həmin vaxt Natiq Qəmbərov qaçmaqla canını qurtarıb. Qonşular deyirlər ki, Məhəmməd Qəmbərovun qardaşının və ailə üzvlərinin bu ədavətdə heç bir rolu olmayıb, onlar günahsız yerə qətlə yetiriliblər.

Hazırda qətliama qurban gedənlərin meyitləri hadisənin baş verdiyi evə gətirilir və birazdan onların dəfn olunacağı gözlənilir.

Əməkdaşlarımız hadisə barədə əlavə məlumatlar öyrənə bilmək üçün Hacıqabul rayon Polis İdarəsində də olublar. İdarədən bildiriblər ki, hadisə araşdırılır və mətbuata açıqlanacaq əlavə məlumat yoxdur.

Sakinlərdən onu da öyrənə bildik ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərov Rusiyada neçə vaxtdır münaqişə ediblər. Bir müddət əvvəl tərəflər arasında növbəti münaqişə zamanı Mübariz Mehdiyevi möhkəm döyüblər, ağır xəsarətlər yetiriblər. Bu hadisədən sonra N.Qəmbərov Hacıqabula, atasının evinə gəlib. M.Mehdiyev də Azərbaycana qayıdıb və düşməninin Hacıqabulda olduğunu biləndə ondan qisas almaq qərarına gəlib. Və bütün bu qanlı hadisələr Moskvada iki hacıqabullu arasında başlayan münaqişənin nəticəsi olaraq baş verib...

Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin!

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin diyetoloqlar bunu düzgün hesab etmir.

Belə ki, yeməkdən dərhal sonra yeyildikdə yemiş və qarpız mədədə ağırlıq və ağrılara səbəb olur, qıcqırma yaradır, həzm proseslərinə mane olur.

Diyetoloqlar digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1 saat əvvəl və ya 1,5-2 saat sonra yeməyi tövsiyə edir.

Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas olunub

Gürcüstanda Çorox çayında köməksiz vəziyyətdə qalmış iki Azərbaycan vətəndaşı xilas olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Acarıstanın Şarabidze kəndində 8 nəfərdən ibarət qrup Çorox çayında olarkən suyun səviyyəsi qəflətən qalxmağa başlayıb.

Qrupun 6 üzvü çaydan çıxa bilsə də, iki azərbaycanlı turist bunu edə bilməyib.

Fövqəladə Halların İdarə Olunması Mərkəzinin xilasediciləri azərbaycanlı turistləri xilas ediblər. 

Təcili! Azərbaycanda xəstəxanada GÜCLÜ YANĞIN - Xəstələr...

Fövqəladə Hallar Nazirliyi Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən Sonxeber.az-a verilən məlumata görə, yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ana, haradasan? – DƏHŞƏTLİ İNTİHARIN TƏFƏRRÜATI

İyulun 25-də saat 21:00 radələrində Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində dəhşətli intihar hadisəsi baş verib.

Dalga tv-nin APA TV-yə istinadən məlumatına görə, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Hadisənin təfərrüatlarına gəlincə, məlum olub ki, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları - 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.

İyulun 25-də saat 20:00 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P.Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.

Mərhumun anası hadisədən öncə qızı ilə mesajlaşdığını bildirib: 

“Qızım yazdı ki, ana, haradasan? Dedim, evdə yoxam, gəlirəm. Dedi, gələndə əlaqə saxlayarsan. Evə gələndən sonra mən zəng elədim, başqası açdı. Dedim, qızıma yığırdım, kimdir? Dedi, qızının adı nədir? Pərvanə. Dedi, gəl, qızın özünü qatarın altına atıb...”

Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.

Maşında kondisioner: komfort yoxsa təhlükə?

İsti havada maşında kondisionerin olması komfortun əsas şərtidir.

Lakin maşında olan kondisionerdən düzgün istifadə etmək lazımdır ki, bu xəstəliyə səbəb olmasın. Həkimlər qeyd edirlər ki, yayda məhz maşında kondisionerlərin olmasına görə angina, faringit və hətta bronxit və pnevmoniyanın halları artır.

Bunun qarşısını almaq üçün ilk növbədə ətraf mühitlə maşının salonunda olan hava temperaturunun fərqi 10 C-dən çox olmamalıdır. İnsan maşından düşəndə və yenidən maşına minəndə temperatur fərqi onun sağlamlığına mənfi təsir edir, immun sisteminin zəifləməsinə gətirib çıxardır. Bu gün ərzində dəfələrlə təkrarlanırsa respirator xəstəliklərinin riski də artır.

Soyuq hava axınını üz və ayaqlara istiqamətləndirməyin, bu da xəstəliyin riskini artırır.

Bundan əlavə maşında olan kondisionerin filtrləri vaxtı-vaxtında təmizlənməlidir. Bu filtrlərdə çoxlu mikroblar yığılır və sonra hava axını ilə insanın nəfəs yollarına düşür.

Maşında kondisionerin olmasının komfortdan əlavə digər faydası da var. Araşdırmalar göstərir ki, maşında kondisionerin olmaması isti havada qəzaların riskini xeyli artırır. Məsələ burasındadır ki, çox isti hava insanın mərkəzi sinir sisteminə mənfi təsir edir - diqqət azalır, insan çətin vəziyyətdə daha gec reaksiya verir ki, bu da nəticədə qəzaların artmasına səbəb olur.

Alman alimlərinin araşdırmalarına görə, maşın salonunda temperaturun 32 C qədər yüksəlməsi qəzaların riskini 15%, 37 C qədər yüksəlməsi isə 35% qədər artırır.

Bərdədə dəhşətli qətl: Kişi arvadını və övladlarını yatdığı yerdə çəkiclə vurub

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda baş vermiş dəhşətli qətl və intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, rəsmi məlumatda bildirilib ki, iyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan - 1972-ci il təvəllüdlü Gülbəniz Əliyevanin və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Muradın ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilmələri, ananın aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi, həyat yoldaşı 1968-ci il təvəllüdlü Saday Əliyevin isə yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi, qeyd edilən tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə onlara qəsdən ağır bədən xəsarətləri yetirməsi və sonradan intihar etməsi müəyyən edilib.
Cinayətin aləti olan bir ədəd çəkic tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Bakıda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ABŞ səfiri Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgənin ölkəsi üçün əhəmiyyətindən danışıb

“ABŞ Gürcüstanın Kvemo Kartli bölgəsinin əhəmiyyətini yüksək qiymətləndirir”. 

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Marneuli rayonun İcra Hakimiyyətinin başçısı Merab Topçişvili ilə görüşdən sonra deyib. 
 

“Cənubi Qafqazın üç əsas etnik qrupunun nümayəndələrinin yaşadığı bölgənin uğurlu inkişafı ABŞ üçün çox vacibdir. Kvemo Kartli bölgəsində USAID təşkilatı tərəfindən müxtəlif investisiya layihələri həyata keçirilir. Biz həmçinin yerli mediaya müəyyən qrantlar ayırırıq”, - deyə amerikalı diplomat bildirib. 
 

M. Topçişvili isə deyib ki, ABŞ səfiri ilə görüşdə rayonun Gürcüstanın inkişafındakı rolundan, bölgədə gedən sosial-iqtisadi proseslərdən danışılıb: “Əsas müzakirə mövzularından biri də Marneuli rayonunun turizm potensialı olub. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı Marneuli rayonu turistlər üçün maraqlı ola bilər. Turistlər Marneuliyə və rayonun kəndlərinə səfər edib azərbaycanlı, erməni və gürcü ailələrinin mədəniyyətləri ilə yaxından tanış ola bilərlər”, - deyə o vurğulayıb.  

Tovuzda yol qəzasında ana ölüb, 3 övladı xəsarət alıb

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub.

Nəticədə “Ford”un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları - 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები