Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1626
DünənDünən5773
Bu həftəBu həftə38342
Bu ayBu ay44130
Bu günə qədərBu günə qədər8405761

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İsti su içməyin 8 MÜKƏMMƏL FAYDASI

Su içməyin faydalarından hər kəs xəbərdardır. Həkimlər gün ərzində 8 stəkan su içməyin sağlamlığımıza sonsuz xeyirindən bəhs edirlər. Lakin heç kim isti suyun faydalarından danışmır. Halbuki, gün ərzində içdiyiniz soyuq suyu isti su ilə əvəz etsəniz vücudunuz daha sağlam olar.

Dalga tv Oxu.Az-a istinadən gün ərzində isti su içməyin 8 faydası haqda yazını təqdim edir.

1. Artıq çəkidən xilas olmağa yardım edir

Arıqlamaq istəyənlər hər səhər 1 stəkan limonlu isti su içə bilərlər. Bu zaman metobolizm güclənir və bədən ideal çəkisinə qovuşur.

2. Burun və boğaz tıxanıqlığını aradan qaldırır

İsti su içmək öskürək və boğaz ağrısına qarşı ən təbii əlacdır.

3. Menstrual ağrıları azaldır

İsti su xanımların kritik günlərində sakitləşdirir və ağrıları azaldır.

4. Qocalma prosesini ləngidir

İsti su bədəni toksinlərdən təmizləyir, elastikliyini artırır və dərini təmizləyir.

5. Saçları canlandırır və uzadır

İsti su içmək saç köklərindəki yatmış soğancıqları oyadır, onlara təbii parlaqlıq və güc qazandırır. İsti su içmək həmçinin saçların sürətlə uzanmasına səbəb olur.

6. Kəpəyin qarşısını alır

İsti su içmək saç diblərinin nəmliyini artırır və kəpək problemindən xilas edir.

7. Qan dövranını tənzimləyir

Gün ərzindəqəbul etdiyiniz isti su qan dövranını tənzimləyir, sinir sistemini sakitləşdirir

8. Həzm sistemini sürətləndirir

Yemək arası içilən soyuq su orqanizmdə yağları bərkidib, köpə səbəb olur. İsti su isə, həzm sistemini yaxşılaşdırır, bağırsaqların fəaliyyətini tənzimləyir.

Azərbaycanda məşhur restoran belə yandı

İyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsindəki “Ulduz” restoranında yanğın olub.

Dalga tv Oxu.Az-a istinadən regionda tanınmış iaşə obyektlərindən olan “Ulduz” restoranının yanma görüntülərini təqdim edir.

Qeyd edək ki, hadisə nəticəsində bütünlüklə yanmış obyektin yalnız mətbəxini qorumaq mümkün olub.

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 142 il ötür.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. 

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən 139 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik.

Artıq çəki yığmamaq üçün... Çox sadə QAYDA

Miçiqan Universiteti alimləri (ABŞ) sübut ediblər ki, suyun kifayət qədər istehlakı insana artıq çəki yığmamağa kömək edir.

Araşdırma zamanı alimlər 10 min insanın məlumatlarını təhlil ediblər.

Ümumdünya normalarına görə insan gün ərzində 10 stəkana qədər (təxminən 2 l) təmiz su içməlidir. Araşdırmada iştirak edən insanların 1/3 hissəsi daha az su içirdi və onların bədən kütləsinin indeksi kifayət qədər su içən insanlarla müqayisədə daha yüksək idi.

Diyetoloqlar hər 1 kq bədən çəkisinə görə 30 ml su içməyi tövsiyə edirlər.

Çəkini normada saxlamaq üçün diyetoloqlar yeməkdən 2-2,5 saat sonra 1-2 stəkan su içməyi tövsiyə edirlər. Bu "yalançı" aclığın əmələ gəlməsinin qarşısını alır.

Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qalıb

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində üç ev yanıb. 

APA-nın yerli bürosunun məlumatına əsasən, yanğın evlərin birində elektrik xətlərdə qısa qapanma səbəbindən baş verib və qısa müddət ərzində qonşuluqda olan digər iki evə yayılıb.

Xəsarət alan olmasa da, yanğın nəticəsində üç ev yararsız hala düşüb. Üç çoxuşaqlı ailə evsiz qalıb. 19 nəfər hazırda qohumlarının evində məskunlaşıb. 

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev APA-ya bildirib ki, o, hadisə ilə bağlı Telavi rayon rəhbərliyi ilə əlaqə saxlayıb. “Rayon rəhbərliyindən bildirilib ki, evlər bərpa olunanadək zərərçəkən şəxslərə kirayə ev tutmaları üçün köməklik göstəriləcək”, - deyə o qeyd edib. 
 

Ə. Babayev həmin ailələrə yardım göstərilməsi üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı biznesmenlərə müraciət edildiyini bildirib.  

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə virus yayılıb

Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda “Denqe” virusu qeydə alınıb.

Dalga tv-nin APA-ya istinadla xəbər verir ki, təhlükəli virusa Fazisi kəndində cavan kişi yoluxub. Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və  o, demək olar ki, sağalıb.

Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.

Qeyd edək ki, “Denqe” virusu ağcaqanad vasitəsi ilə yayılır, bu virus tropik ərazilərdə geniş yayılıb. Gürcüstanda “Denqe” virusu ilk dəfə 2013-cü ildə və daha sonra 2016-cı ildə qeydə alınıb. 

Qaraciyəri bərpa edən N vitamini. Tanış olun!

N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır.

Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.

İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.

Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının qarşısını alır.

Digər faydalı təsirlər arasında:

- qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur

- sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır

- güclü antioksidantdır - orqanizmi cavan saxlayır

- insultun qarşısını alır

- beyinin fəaliyyətini yaxşılaşdırır

- qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir

- iş qabiliyyətini artırır, insanı daha gümrah edir

N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta.

N vitamini dərman preparatları şəklində də buraxılır.

Çox yaşamaq istəyirsinizsə...

Ohayo Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qidalanma rasionunun 20% azalması vaxtından əvvəl ölümünün riskini xeyli azaltmağa imkan verir.

Məsələn, bunun üçün alimlər gün ərzində 1 porsiya əti 1 ovuc qoz-fındıqla əvəz etməyi tövsiyə edirlər. Alimlərin fikrinə görə, yalnız bu sadə qaydaya əməl etməklə insan həyatını 8-17% uzada bilir.

The Daily Mail xəbər verir ki,  alimlər qidalanmada xroniki xəstəliklərin riskini azaldan məhsulların miqdarını artmağı tövsiyə edirlər. Bu məhsullar arasında: meyvə, tərəvəz, balıq, zeytun yağı, süd məhsullarıdır.

Alimlər 70 mindən artıq insanların qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, rasionu 20% azaltmaq və qidalanmaya yuxarıda sadaladığımız məhsulları əlavə etməklə insanlar həyatını xeyli uzada bilər.

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu (Əsədova) avtomobil qəzası keçirib.

Oxu.Az-ın əməkdaşı bununla bağlı müğənninin prodüseri Cəmilə xanımla əlaqə saxlayıb.

O, faktı təqsdiqləyib:

“Bakı-Ələt yolunda qarşıdan gələn avtomobil düzgün dönmə hərəkəti etmədiyi üçün bizim avtomobillə toqquşdu. Mən arxada, Şəbnəm xanım isə öndə əyləşmişdi. Ona görə burnu və alnı yüngül zədələndi. Hadisənin təsirindən güclü şok keçirmişdi. Mən, sürücü və Şəbnəm xanım xəstəxanada müayinə edildikdən sonra evə buraxıldıq. Şükür olsun ki, qəza zamanı nə biz, nə də qarşı tərəfdən ciddi xəsarət alan olmadı”.

DGK Azərbaycan-Gürcüstan sərhədindəki hadisə ilə bağlı yayılmış məlumata aydınlıq gətirib

Bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Gürcüstana  gedən Azərbaycan vətəndaşının Gürcüstan gömrükçüləri tərəfindən saxlanıldığı və yoxlama zamanı onun avtomobilindən ümumi dəyəri 61 000 ABŞ dolları təşkil edən 2.5 kq qızıl məmulatları aşkar edildiyinə dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Rəhman Şirinov  VAZ-21 723 markalı 45 BX 890 dövlət nömrə nişanlı avtomobili ilə Azərbaycandan Gürcüstana deyil Gürcüstandan Azərbaycana gəlmək istəyərkən qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

Tbilisidə bazarda yanğın olub

Tbilisidə “Dezertirka” adlanan bazarda baş vermiş yanğın söndürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğın nəticəsində 200 kvadratmetr sahə yanıb. Yanğın baş vermiş anbarda plastmas məmulatlar və ərzaqlar saxlanılırmış.

Yanğının baş vermə səbəbləri və dəymiş ziyanın məbləği məlum deyil.

Uşaq zəhərlənibsə... SİMPTOMLAR, YARDIM

Dərman, kimyəvi vasitələr və s. ilə zəhərlənmə hallarına uşaqlar arasında tez-tez təsadüf edilir.

Bu səbəbdən belə bədbəxt hadisələrin profilaktikası olduqca önəmlidir.

Evdə uşaq üçün potensial təhlükə yaradan hər bir şey (məişət kimyası, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s.) uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!

Simptomlar

Uşaqlar tez-tez dərmanlardan zəhərlənirlər. Bunu siz uşağın davranışından şübhələnə bilərsiniz - aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olur, uşaqda, qıcolmalar, huşunun itirilməsi, hətta koma inkişaf edə bilər.

Otaqda səpələnmiş dərmanları gördükdə, uşaq özü sizə bir neçə dərmanı "yediyindən" xəbər verdikdə, mütləq "təcili yardım" çağırın. Hətta uşaqda heç bir zəhərlənmə əlaməti yoxdursa və uşaq özünü adi hallarda olduğu kimi aparırsa, onu mütləq həkim müayinə etməlidir. Ola bilər ki, dərman hələ qana sovrulmayıb və öz mənfi təsirini uşağa göstərməyib.

Bəzən böyük uşaqlar səhvən, kiçik uşaqlar isə hər şeyə maraq göstərmək adətindən hər hansı bir kimyəvi maddəni (təməzləyici vasitələr, benzin, sirkə, spirt və s.) içə bilərlər. Bu halda uşaqda ağız suyunun artması, ağızın selikli qişasının və üzün qızarması və ya yanması, qusma kimi simptomlar meydana çıxır. Dərhal “təcili yardım” çağırın.

Yardım

Dərmanlardan, həblərdən zəhərlənmə zanmanı ilk tibbi yardım məqsədi ilə uşağın mədəsini mümkün qədər tez yumaq lazımdır.

Bunun üçün uşağın yaşından asılı olaraq ona 1-3 stəkan qaynadılmış soyuq su verin, sonra isə uşağın ağzını açaraq, steril tənzif dolanmış 2 barmağınızı (qaşıq, şpatel) onun dilinin kökünə sıxın. Cəld və dəqiqliklə hərəkət edin. Dilin kökünə təzyiq etməyiniz nəticəsində uşaqda qusma baş verəcəkdir. Uşağı qarnı aşağı olmaqla və başı önə sallanmaqla dizlərinizin üstünə və ya yatağa qoyun və qusma qurtarana qədər bu vəziyyətdə saxlayın. Sonra uşağa təkrarən su içirtməklə yenə də qusma refleksini yaratmağa çalışın. Bunu uşağın mədəsindən təmiz su çıxana qədər davam etdirmək lazımdır.

Qusuntu kütlələrini atmağa tələsməyin: çünki onlar, məsələn, uşağın zəhərləndiyi dərman məlum olmadığı halda, onun hansı dərmanı udduğunu müəyyən etmək üçün laborator müayinəsinə göndərilməlidir.

Mədənin yuyulmasından sonra uşağa sorbent preparatlardan birini (smekta, polifepam, polisorb, aktivləşdirilmiş kömür) vermək lazımdır. Hər hansı səbəbə görə ()qorxursunuz, uşaq ağlayır və s.) uşağın mədəsini yuya bilməmisinizsə, ona mütləq sorbent verin.

DİQQƏT! Uşaq benzinlə, sirkə, "perekis"  və s. turşu və qələvilərlə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksini yaratmaq olmaz! Qusuntu kütləsi qida borusunu təkrarən yandıra, hətta deşə bilər!

Belə vəziyyətdə uşağı sakitləşdirmək, ½-1 stəkan soyuq su (ondan başqa heç nə!) vermək lazımdır. Bu mədədə olan zəhərin durulaşmasına və qana sovrulmasının ləngiməsinə kömək edəcək! Əgər uşaq döş sümüyü arxasında və ya qarnında kəskin ağrının olmasından (mədənin və ya yemək borusunun tamlığının pozulmasına şübhə yaradır) şikayət edirsə, ona su vermək olmaz!

1 yaşına qədər olan uşaqlarada isə ümumiyyətlə, heç bir halda qusma refleksini yaratmaq olmaz – bu zaman onlar boğula bilər! Onların mədəsi yalnız xəstəxanada zondla yuyulmalıdır.

İstənilən yaşda olan uşaq huşsuz vəziyyətdə olduqda, onda süni şəkildə qusma refleksini yaratmaq olmaz. Huşsuz vəziyyətdə olan uşağı böyür üstə qoymaq lazımdır ki, qusma baş verdikdə, uşaq boğulmasın.

Zəhərlənmiş uşağın mədəsini yaxşı yuduğunuza əmin olsanız belə, heç bir halda, həkim tərəfindən müayinə olunana qədər ona yemək və ya süd, şirə və s. verməyin. Çünki bu mədə şirəsinin ifraz olmasına, nəticədə isə zəhər qalıqlarının da mədədən tez bir zamanda sovrulmasına səbəb olacaq.

Zəhərlənmiş uşağa ağrıkəsici dərman vermək, qarının üzərinə isti və ya soyuq kompress, "qrelka"  qoymaq olmaz.

Hətta uşağınıza lazım olan yardım göstərmisinizsə, onu mütləq həkimə göstərin. Bəzi dərmanlar gecikmiş təsir göstərə bildiklərindən, zəhərlənmədən bəzən bir gün, bəzən isə daha çox müddət keçdikdən sonra, uşaqda böyrəklərin, qara ciyərin fəaliyyətinin dayanması, korluq və s. bu kimi ağır əlamətlər meydana çıxa bilər.

Saytda Axtarış

ახალი ამბები