Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1275
DünənDünən5773
Bu həftəBu həftə37991
Bu ayBu ay43779
Bu günə qədərBu günə qədər8405410

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Azərbaycanlıların yaşamaq üçün daha çox hansı ölkəyə getdikləri məlum olub

Azərbaycana ötən il daimi yaşamaq üçün daha çox Gürcüstandan gəlinib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il daimi yaşamaq üçün Azərbaycana gələnlərin 35,1 faizi Gürcüstan, 28,1 faizii Rusiya, 6,6 faizi Türkiyə, 4,5 faizi İran, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Ukrayna, 17,7 faizi isə digər ölkələrdən olub.

Daimi yaşamaq üçün Azərbaycandan gedənlərin 47,7 faizi Rusiya, 29,3 faizi Qazaxıstan, 5,7 faizi Türkiyə, 3,6 faizi Belarus, 1,7 faizi Ukrayna, 1,6 faizi ABŞ, 10,4 faizi isə digər ölkələrin payına düşüb.  

SON DƏQİQƏ! Azərbaycanda DƏHŞƏTLİ QƏZA! Ölən var

Zaqatalada minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Rayon ərazisində baş verən digər qəzada isə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Minik avtomobilinin ağaca çırpılması 2 nəfərin ölümü ilə nəticələnib...
Dalga tv xezerxeber.az-a istinadən bildirir ki, ağır qəza səhər saat 4 radələrində Zaqatalada baş verib. Rayonun Aşağı Tala kənd sakini, 29 yaşlı Taleh Qaracayev idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.
Sürücü Taleh Qaracayev hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Aşağı Tala kənd sakini 32 yaşlı Qismət Yunusov isə ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Zaqatalada baş verən digər qəzada isə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə ötən gecə şəhərin Azərbaycan prospektində qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini, 26 yaşlı Rəsul Ramazanovun idarə etdiyi minik avtomobili rayon sakini 70 yaşlı Qulu Razıyevin idarə etdiyi minik maşını ilə toqquşub.
Hər iki sürücü və avtomobillərdən birində olan sərnişin, 41 yaşlı Anar Hacıabdulhəmidzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Sürücü Qulu Razıyev xəstəxanaya daxil olduqdan bir müddət sonra dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ! Sumqayıtda DƏHŞƏTLİ PARTLAYIŞ! : ölən və yaralananlar var

Sumqayıtda yataqxanada partlayış olub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Dalga tv Sonxeber.az-a istinadən bildirir ki, hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.

Görün duz ürəyimizi nə hala salır!

Harvard Universiteti (ABŞ) alimləri sübut ediblər ki, gün ərzində 2 çay qaşığı duzun istehlakı ürəyin sağlamlığına ciddi ziyan vurur.

The Daily Mail xəbər verir ki, alimlərin müşahidələrinə görə, insanların əksəriyyəti gün ərzində bundan daha çox duz istehlak edir.

Belə ki, sübut olunub ki, duzun həddindən artıq istehlakı ürək kameralarının böyüməsinə gətirib çıxardır. Bu isə ürək ciddi yükləmələrlə işlədikdə mümkündür. Duz orqanizmdə artıq mayeni saxlayır ki, bu da arterial təzyiqin yüksəlməsinə səbəb olur. Nəticədə ürəyə düşən gərginlik artır və bu gərginliklərin təsirindən ürək böyüməyə başlayır.

Ürəyin böyüməsi ürəkdə durğunluq proseslərinə və ürək çatışmazlığına səbəb olur.

Ürəyin böyüməsi tez yorulma, təngnəfəslik (hətta sakit vəziyyətdə), ürək nahiyəsində ağrılar, ayaq ödemləri kimi simptomlarla özünü büruzə verir.

Alimlər duzun istehlakını azaltmağı, duzla olduqca zəngin olan hazır qidalardan (fast-fud, kolbasa-sosis və s.) imtina etməyi tövsiyə edirlər.

Ötən ay 190 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib

Azərbaycan vətəndaşları Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri qoruyub saxlayır. 

APA-nın yerli bürosunun məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 928,170 nəfər səfər edib. Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 8,7 faiz çoxdur.

2017-ci ilin ilk yeddi ayı ərzində Gürcüstana ümumilikdə 3  978 657 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,8 faiz çoxdur. Qeyd olunan dövrdə Gürcüstana ən çox səfər edənlər arasında Ermənistan (851,759 nəfər) və Rusiya vətəndaşları (726,214) da yer alıb.

2017-ci ilin təkcə iyul ayında Azərbaycandan Gürcüstana 190, 621 nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 13,8 faiz çoxdur. Bu ay ərzində Gürcüstana səfər edənlərin ümumilikdə sayı 982 487 nəfər təşkil edib. 

Azərbaycan 100 min şüşədən artıq gürcü şərabı idxal edib

2017-ci ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana şərab ixracında artım qeydə alınıb.

APA-nın yerli bürosu Gürcüstanın Milli Şərab Agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunan dövr ərzində Azərbaycana 102 342 şüşə gürcü şərabı ixrac olunub. Bu da ötən ilin analoji göstəricisindən 170 faiz çoxdur.

Cari ilin ilk yeddi ayı ərzində Gürcüstandan 44 ölkəyə 38,3 mln. şüşə şərab ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 60 faiz çoxdur. İxrac olunmuş şərabın ümumi dəyəri 84,3 mln. dollar təşkil edib.

Gürcü şərabının ən çox ixrac olunduğu ölkələrin siyahısına Rusiya (23 740 750), Çin (4 462 631 şüşə), Ukrayna (3 653 334), Polşa (1 427 458) başçılıq edir.

Azərbaycanda 55 nəfəri ilan, 6 nəfəri əqrəb sancdı

Azərbaycanda bu il ərzində 55 nəfəri ilan, 6 nəfəri isə əqrəb sancıb.

Dalga tv  xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdeyib.

Onun sözlərinə görə, yalnız iyul ayında 14 nəfəri ilan sancıb ki, onların da 3-ü uşaq olub. İyulda 3 nəfəri əqrəb, 1 nəfəri qara qurd sancıb.

A.Maqsudov deyib ki, indiyədək 56 nəfər sirkə turşusundan zəhərlənmə ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Yalnız iyul ayında 4 nəfər sirkə turşusundan zəhərlənib. Onların vəziyyəti ağır olsa da, iyul ayında ölüm halı qeydə alınmayıb.

Təcili! Bakının məşhur ticarət mərkəzi BAĞLANDI

"Təzə bazar" ticarət mərkəzi ləğv olunub.

Bu barədə məlumat "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alıb.

Məlumata əsasən, Təzə Bazar MMC-nin ləğv olunduğunu elan edib.

Qeyd edək ki, kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 129 ünvanına bildirə bilərlər.

23 yaşlı gənc istidən öldü - GÖYGÖLDƏ

Göygöldə 23 yaşlı oğlan günvurma nəticəsində ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya qərb bürosundan bildirilib. Məlum olub ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənddə tikintidə çalışan Tərtər rayon Sarov kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Orxan Turan oğlu günün altında işlədikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, O. Əliyev günvurmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Qarpızı alanda kəsdirməyin! ZİYANLARI

Qarpız alanda bir çoxumuz yaxşı almağına əmin olmaq üçün onu kəsdirir. Lakin həkimlər xəbərdarlıq edir ki, bu qəti şəkildə yolverilməzdir.

Araşdırmalar göstərir ki, bazarlarda, supermarketlərdə və s. yerlərdə satılan qarpızların üzərində çoxlu sayda ziyanlı mikroblar olur. Qarpızı kəsdirəndə bu ziyanlı agentlər qarpızın içərisinə düşür və burada sürətlə çoxalmağa başlayır ki, bu da zəhərlənməyə səbəb ola bilər. Qarpızı kəsəndən əvvəl mütləq axar suda yaxşı yumaq lazımdır.

Həmçinin mütəxəssislər kəsilmiş qarpızı soyuducuda saxlamağı tövsiyə etmirlər. Bu da zəhərlənmənin riskini artırır. Kiçik qarpızlar alın ki, artıq qalmasın və soyuducuda saxlmağa ehtiyac yaranmasın.

Yol kənarlarında satılan qarpızlar da təhlükə mənbəyidir. Onlar avrtomobillərin işlənmiş qazında olan ziyanlı maddələri özünə hopdurur. Belə yerlərdə qarpız, yemiş və digər meyvə və tərəvəzləri almaq düzgün deyil.

Bakı-Quba yolunda 2 maşın toqquşub, 5 nəfər xəsarət alıb

Bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində  “Toyota Prado”nun sürücüsü, 20 yaşlı Abdulla Mirzəyev, onun sərnişinləri - 37 yaşlı Cəmilə Mirzəyeva, 62 yaşlı Nailə Bayramova, 27 yaşlı Yelena Bayramova, eləcə də yük maşının sürücüsü, 33 yaşlı Elşad Heydərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Kiyevdə azərbaycanlı, erməni və ukraynalı gənclər arasında dava düşüb

Ukraynada azərbaycanlılarla erməni və yerli millətdən olan gənclər arasında dava düşüb.

Dalga tv-niReport-a istinadən xəbərinə görə, hadisə iyulun 30-dan 31-nə keçən gecə Kiyevin mərkəzindəki “Arena City” adlı gecə klubunun yaxınlığında baş verib. 

Hadisə yerli millətdən olan bir neçə gəncin 3 azərbaycanlı ilə mübahisəsi nəticəsində başlayıb. Klubdakı iki erməni gəncin qarşı tərəfdən müdaxiləsi ilə azərbaycanlılarla əlbəyaxa dava düşüb. Polis insidentə müdaxilə etməyib. Ətrafdakıların müdaxiləsi ilə yatırılan davada hər iki tərəfdən yüngül xəsarət alanlar olub.

Saytda Axtarış

ახალი ამბები