Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1266
DünənDünən5773
Bu həftəBu həftə37982
Bu ayBu ay43770
Bu günə qədərBu günə qədər8405401

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Darçınla çayın FAYDALARI - arıqlama, sağlam ürək və damarlar, güclü potensiya

Ədviyyatlar bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. Bu səbəbdən müxtəlif ədviyyatları qidalara və içkilərə əlavə etməklə biz nəinki onların dadını, həm da faydasını xeyli artırırıq.

Ən populyar ədviyyatlardan biri olan darçın adətən şirniyyatlara və bəzi qidalara əlavə olunur. Lakin Şərqdə darçını qəhvə və çaya da daim əlavə edirlər. Bu içkinin dadını qeyri-adi edir. Bundan əlavə çaya əlavə olunmuş darçın orqanizmə müalicəvi və profilaktik təsir edir.

- Darçınla çay mübadilə proseslərini sürətləndirir, iştahanı azaldır, arıqlamağa kömək edir. Bəzi iddialara görə, darçınla çay insanda şirniyyat və unlu məmulatlara olan meyli azaldır.

- Qanda şəkərin səviyyəsini aşağı salır.

- Ürək-damar sistemi üçün olduqca faydalıdır.

- Orqanizmdə iltihabları azaldır.

- Əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, orqanizmin tonusunu artırır.

- Beyinin fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.

- Kişilərdə potensiyanı artırır, prostat vəzi xəstəliklərinin riskini azaldır.

- Təbii afrodiziakdır - qadın və kişilərdə cinsi meyli artırır.

Darçınlı çayı hazırlamaq üçün darçın borucuğunun kiçik hissəsini götürün, üyüdün və çay dəmlədikdə çaydana əlavə edin.

Bakı Metropolitenində gənc qız özünü qatar relslərinin üstünə atdı

Metropolitendə intihara cəhd hadisəsi baş verib.

Dalga tv  Report-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə qadın xəsarət almayıb.
Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Rustavidə Azərbaycan nömrə nişanlı avtomobil yandı

Gürcüstanda Azərbaycan nömrə nişanlı minik avtomobili yanıb.

Dalga tv-nin  APA-ya istinadən verdiyi məlumata görə, hadisə Rustavi şəhərindən “Sınıq körpü” sərhəd keçid məntəqəsinə gedən yolda baş verib.

“90 XD 929” dövlət nömrə nişanlı, “BMW X5” markalı avtomobildə baş verən yanğının səbəbləri barədə məlumat verilmir. Yarım saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

https://youtu.be/Xlxvdw_GhLk

Ürəyin sağlamlığını qoruyan MÜKƏMMƏL QARIŞIQ

Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar.

Bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz.

Sizə ürək-damar sistemi üçün çox faydalı qarışığın reseptini təqdim edirik.

Bu mükəmməl qarışıq ürək üçün olduqca faydalı olan 2 məhsuldan ibarətdir - pomidor şirəsi və zeytun yağı.

Gündə 1 dəfə yeməkdən 40 dəqiqə sonra 1 çay qaşığı zeytun yağı əlavə olunmuş 1 stəkan təzə pomidor şirəsini için (duz əlavə olunmur!).

Qarışığın faydaları:

- ürəyi möhkəmləndirir

- yüksək arterial təzyiqi aşağı salır

- damarları möhkəmləndirir, onların elastikliyini artırır

- damarları təmizləyir

- damarlarda trombların əmələ gəlməsi riskini azaldır

- xolesterolun səviyyəsini aşağı salır

- qanın tərkibini yaxşılaşdırır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı bu qarışığın istehlakı sağlamlığa ziyan vura bilər. Bu bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora və s.), böyrək və öd daşı xəstəliyi, podaqra və s.

 

Tovuzda uşağın üzərinə qaynar su tökülüb

Tovuzda 1 yaşlı uşaq yanıq xəsarətləri alıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Bozalqanlı kənd sakini, 2016-cı il təvəllüdlü Tunar Ərəstun oğlu Hacıyev bədənin 25 faizinin ikinci dərəcəli xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, o, üzərinə qaynar su ilə dolu qazanı aşırıb. 

Azərbaycanın Gürcüstandakı səfiri müəllimlərlə görüş keçirib

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının bir qrup üzvü ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müəllimlər səfiri Azərbaycan məktəblərini narahat edən ciddi problemlər və çatışmazlıqlar barədə məlumatlandırıb. Qardabani rayonundan olan müəllim Hidayət Yusubov deyib ki, Azərbaycan məktəblərində dərslik və müəllim kadrlarının ciddi çatışmazlığı mövcuddur: “Gürcüstanda 124 Azərbaycan məktəbi var. Hər il Azərbaycan dövləti bu məktəblərə 300-400 sayda dərslik göndərir. Lakin bu məktəblərdə təhsil alan şagirdlərin sayını nəzərə alsaq, dərsliklər azlıq təşkil edir”.

Kadr çatışmazlığına toxunan H. Yusubov bildiryib ki, bu məsələ ilə bağlı məktəblərdə ciddi böhran yaşanır: “Azərbaycanın ali məktəblərində Gürcüstanın azərbaycanlı vətəndaşlarının güzəştli şərtlərlə təhsil almasına şərait yaradılsa, bu problemin həllinə nail olmaq olar. Onlar sonradan Gürcüstana qayıdıb, Azərbaycan məktəblərində işlə təmin oluna bilərlər”.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva görüş iştirakçılarına Gürcüstanın Azərbaycandilli məktəblərinin Azərbaycan dövləti tərəfindən dərsliklərlə təminatı qaydalarını xatırladıb. Onun sözlərinə görə, Azərbaycan dövləti Gürcüstandakı Azərbaycan məktəblərini diqqətdən kənarda qoymur və hər il dərsliklər göndərir: “Həmin dərsliklərin çeşidi iki dövlət arasında qarşılıqlı razılaşma əsasında müəyyən olunub. Göndərilən dərsliklər jurnalistlərin iştirakı ilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim edilir, daha sonra məktəb direktorları dərslikləri nazirlikdən təhvil alır. Azərbaycanda dərsliklər hər 4 ildən bir nəşr olunsa da, Gürcüstana hər il dərslik göndərilir. Dərsliklərin sayı şagirdlərin sayı ilə bağlı statistik məlumatlar əsasında müəyyən olunur. Həmin dərsliklərdən sonrakı tədris illərində də istifadə etmək üçün onlar məktəbdə qorunub saxlanmalıdır”.

Dmanisi, Marneuli rayonları və Rustavi şəhərini təmsil edən digər müəllimlər Gürcüstanda buraxılış imtahanlarına Azərbaycan dili və ədəbiyyatı fənninin salınmaması, imtahan suallarının gürcü dilindən Azərbaycan dilinə qüsurlu tərcüməsi, kənd məktəblərində şagirdlərin sayının azalması səbəbindən siniflərin bağlanma təhlükəsi ilə üz-üzə qalması və s. problemlərdən danışıblar.

Səfir Dursun Həsənov öz növbəsində Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstanla münasibətlərə və Gürcüstan azərbaycanlılarına xüsusi diqqətindən danışıb. Səfir deyib ki, Azərbaycan məktəblərini narahat edən problemləri diqqət mərkəzində saxlayacaq, həmin məktəblərə baş çəkəcək və çatışmazlıqların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək.

Görüşün sonunda səfir D. Həsənov Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının rəhbəri Səadət Quliyevaya səfirlik adından kompüter hədiyyə edib.

Gürcüstanda etnik azlıqları təmsil edən gənclər üçün müsabiqə elan olunub

Gürcüstanda etnik azlıqları təmsil edən və ali məktəbi bitirmiş gənclərin Azərbaycan və ermənidilli məktəblərdə müəllim kimi çalışması üçün müsabiqə elan olunub.  
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, müsabiqənin təqdimat mərasimində baş nazirin müavini, təhsil və elm naziri Aleksandr Cecelava və barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak ediblər.
 

Təhsil və Elm Nazirliyinin Peşəkar İnkişaf mərkəzinin proqram rəhbəri Nino Qordeziani bildirib ki, iyulun 20-nə qədər davam edəcək müsabiqədə ali məktəblərin bakalavr pilləsini bitirmiş tələbələr iştirak edə bilər: “Gürcüstanın Azərbaycan və ermənidilli məktəblərində 25 vakant müəllim yeri var. Müsabiqədən uğurla keçmiş namizədlərlə müsahibə aparılacaq. Seçilmiş namizədlər üçün müəllim peşəsi ilə bağlı treninqlər təşkil olunacaq və onlar sentyabr ayından etibarən müəllim kimi çalışmağa başlayacaq. Gənc müəllimlər 700 lariyə qədər əməkhaqqı alacaqlar”.

 
N. Qordeziani əlavə edib ki, məktəblərdə müəllim vəzifəsinin öhdəsindən uğurla gələ biləcək gənclərin magistratura pilləsində təhsil xərclərini dövlət öz üzərinə götürəcək. 

Potidə böyük əşya bazarı yanıb

Gürcüstanın Poti şəhərində böyük əşya bazarında güclü yanğın olub.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən bazardakı yanğını söndürmək üçün 9 yanğınsöndürmə briqadası iştirak edib.

Yanğın nəticəsində artıq bazarda fəaliyyət göstərən 150 mağazadan təxminən 70-i yanıb, 500 kvadratmetrdən çox sahəyə zərər dəyib. Bu gün səhər saatlarında başlayan yanğının başvermə səbəbləri araşdırılır.

Gürcüstandakı dərsliklərdə İslam dini ilə bağlı yanlış məlumatlara düzəlişlər ediləcək

”Gürcüstanda gürcü və Azərbaycandilli məktəblər üçün nəzərdə tutulmuş “Tarix” fənni üzrə dərsliklərdə İslam dini haqqında yanlış məlumatlara düzəlişlər ediləcək”.
 

Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib. O bildirib ki, idarə 2010-cu ildə çap olunan və əsasən 6, 7, 8, 11-ci sinif dərsliklərindəki səhvlərin işarələnmiş surətləri ilə birgə Gürcüstanın Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb.

 
“Nazirlik tərəfindən müraciətimizə rəsmi cavab məktubu göndərilib və bildirilib ki, növbəti tədris ili üçün plan təsdiq olunarkən Gürcüstan Müsəlmanları İdarəsinin etirazı əsas tutulacaq və dərsliklərin növbəti nəşri zamanı yanlışlıqların düzəlişi sahəsində dini qurumla birgə müzakirələr aparılacaq, dini ekspertlərin rəyləri nəzərə alınacaq”, - deyə R. İgidov söyləyib.

İsti havada ƏN YAXŞI 5 İÇKİ

İsti havada insan çox tərləyir, maye itirir  və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma zamanı qan daha qatı olur ki, bu da ürək-damar, sinir sistemi və böyrəklər üçün olduqca ziyanlıdır.

Susuzlaşma nəticəsində qan qatılaşır. Qatı qan ürək və böyrəklərə olan yükləməni, damarlarda trombların əmələ gəlmə riskini artırır.

Həmçinin maye ilə birlikdə insan vacib mineralları və bir çox vitaminləri də itirir.

Bu səbəbdən isti havada mayenin daim bərpası olduqca vacib məsələyə çevrilir.

İlk növbədə demək lazımdır ki, spirtli içkilər, şirin qazlı içkilər, qəhvə və çay orqanizmdə mayenin itkisini bərpa etmir. Bu səbəbdən isti havada bu içkilərin istehlakını minimuma çatdırmaq lazımdır.

Ən yaxşı yay içkiləri bunlardır:

1. Adi təmiz qazsız su. Gün ərzində təxminən 1,5-2 l su için.

2. Mineral sular (müalicəvi mineral sular olmamalıdır - onlar hər insana uyğun gəlmir və onları həkim təyin etməlidir). Mineral sular bir çox vacib mineral duzları ilə zəngindir.

3. Limon şirəsi əlavə olunmuş su. 1 stəkan suya 1 ç.q. limon şirəsini əlavə edin. Bu suda həll olunan C vitamininin itkisinə mane olur. C vitamini ən vacib vitaminlərdən biridir və orqanizmdə gedən bir çox proseslərdə iştirak edir.

4. Ayran. Orqanizmi kalsium duzları ilə təmin edir, susuzluğu çox yaxşı azaldır.

5. Quru meyvələrdən dəmləmə. 1 ovuc kişmiş, 5-6 ərik qurusu, 5-6 qara gavalı qurusu götürülür, yaxşı yuyulur, axşamdan səhərə qədər termosda 1 l isti suda dəmlənilir, səhər içilir. Bu dəmləmə orqanizmi bir çox mineral duzlar ilə təmin edir. İlk növbədə bu kalium duzlarıdır ki, bu maddə ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir.

Bakıda universitet tələbəsi faciəli şəkildə ölüb

Bakıda faciəli şəkildə ölən gəncin Texniki universitetin deyil, Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğu məlum olub.

Texniki universitetin mətbuat xidmətinin tələbəsi Nicat Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, Mehdiyev Samir Azi oğlu Texniki universitetin tələbəsi deyil:

“Bizim sistemdə nə məzunlar, nə kəsilənlər, nə də hazırda təhsil alanlar arasında o adda tələbə yoxdur. Bir də onu qeyd etmək istəyirəm ki, son 6 ayda bizim universitetin rəhmətə gedən tələbəsi olmayıb”.

Memarlıq və İnşaat Universitetinin Mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, Mehdiyev Samir Azi oğlu universitetin 205 a8-ci qrupunda təhsil alırmış. Samir Mehdiyev döyülmə deyil, avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Mehdiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğu bildirilirdi.

Azərbaycanda yol terroru: 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Dalga tv Oxu.Az saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები