Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1267
DünənDünən5773
Bu həftəBu həftə37983
Bu ayBu ay43771
Bu günə qədərBu günə qədər8405402

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

UNEC-in müəlliminin kitabı Türkiyə universitetlərində dərslik kimi istifadə olunur

UNEC-in “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, İqtisadiyyat fakültəsinin katibi Pərviz Səmədovun 3-cü kitabı çapdan çıxıb.

UNEC-dən APA-ya bildirilib, “Hazar denizi hidropolitiği; Türkiye-Azerbaycan-Gürcistan ilişkileri” adlı kitab Türkiyənin tanınmış və nüfuzlu mətbəəsi olan “Doğu Kütüphanesi”ndə nəşr edilib. 5 bölüm və 280 səhifədən ibarət olan kitab ermənilər tərəfindən soyqırımına məruz qalan şəhidlərimizin xatirəsinə ithaf olunub. Kitabın həmmüəllifi Türkiyənin hidropolitika üzrə ali mütəxəssisi Abdulla Yücəl Kuruçimdir. Kitabın ərsəyə gəlməsində Türkiyənin Hacəttəpə Universiteti Beynəlxalq Münasibətlər və Hidropolitik Stratejik Araşdırmalar İnstitutunun qurucusu, mərhum professor Ali İhsan Bağışın da məsləhətləri nəzərə alınıb.

Beynəlxalq münasibətlərin yeni bir sahəsi olan hidropolitika, xüsusilə Cənubi Qafqazda neftin paylaşılması problemi ilə yaxından əlaqəli olması səbəbilə, Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin araşdırılmasında elmi və strateji baxımdan böyük əhəmiyyətə sahibdir. Xəzər dənizinin hüquqi statusu və Coruh hövzəsinin hidropolitikasından yola çıxılaraq hər üç ölkə arasında inkişaf edən əlaqələr ortaya qoyulub. Xəzər dənizinin hüquqi statusunda ayrı-ayrı dövlətlərin mövqeyi araşdırılıb və siyasi mövqeləri təhlil edilib. Xəzər bölgəsində dövlətlərin təsir dairəsini genişləndirmə siyasəti isə 2-ci bölümdə yer alıb. Çoruh hövzəsinin Türkiyə-Gürcüstan əlaqələrinin strateji ortaqlığa çevrilməsindəki rolu 3-cü bölümdə öz əksini tapıb. 4-cü bölümdə isə Çoruh hövzəsinin işbirliyinin əksinə, Xəzər dənizi məsələsinə mübahisə və rəqabətdən irəli gələn təsirlərlə yanaşılıb və Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrindəki üçlü koalisiyanın yaranmasına səbəb olan təsirlər ortaya qoyulub. 5-ci bölümdə isə nəticə etibarilə beynəlxalq siyasət və sürətlə dəyişən dünya tarazlıqlarının, başda Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri olmaqla, region və beynəlxalq siyasətə gətirdiyi fürsətlər və yaratdığı risqlər, təhlükələr barədə geniş məlumat verilib. Ermənistanın təcavüzkar siyasətinin digər sahələrdə olduğu kimi, hidropolitik sahədə də bölgə ölkələrinə təhdid təşkil etməsi əsaslı sübutlarla əsaslandırılıb.

Kitab Türkiyə universitetlərində dərslik kimi istifadə olunur.

Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı ekstradisiya olunmasını istəyir

Ermənistanda həbs cəzası çəkən Gürcüstan vətəndaşı, 64 yaşlı Avtandil Martiaşvili vətəninə ekstradisiya olunmasını istəyir.
 

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata əsasən, A. Martiaşvili artıq bir ildir İrəvanda həbsxana xəstəxanasında ağır xəstəlikdən müalicə olunur.
 

Qeyd edək ki, A. Martiaşvili 2014-cü ildə İran və Ermənistandan keçməklə Gürcüstana külli miqdarda narkotik vasitənin avtomobillə daşınmasına görə 17 il müddətinə həbs olunub. 

Gəncədə avtomobil maneəyə çırpılıb, bir ailənin 6 üzvü xəsarət alıb

Bu gün Gəncə şəhərinin qərb çıxışında avtomobil maneəyə çırpılıb, bir ailənin üzvləri xəsarət alıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“20 DB 687” dövlət nömrə nişanlı “Şevrolet-Avea” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirən zaman idarəetmədən çıxıb və avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü, həyat yoldaşı, anası və 3 övladı müxtəlif dərəcəli bədən xəsarəti alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Sürücü Əliyev Anar və iki övladı yüngül, sürücünün anası 1952-ci il təvəllüdlü Əliyeva Nazilə, sürücünün həyat yoldaşı 1982-ci  təvəllüdlü Əliyeva Sevinc, övladı 2005-ci il təvəllüdlü Əlizadə Nuranə ciddi xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Ötən il Gürcüstanda qaydaları pozan sürücülər 31 mln. dollar cərimə ödəyiblər

 Gürcüstanda 2016-cı ildə yol hərəkəti qaydalarını pozan sürücülər 74,1 milyon GEL, təqribən 31 milyon ABŞ dolları məbləğində cərimə ödəyiblər.

“Report”un Gürcüstan bürosu ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, il ərzində ümumilikdə 1,4 milyon cərimə yazılıb, bunların da 280 mindən çoxu videocərimələrdir.

Cərimələrin 70 faizi sürət həddini aşma, 31 mini avtomobili sərxoş vəziyyətdə idarə etmə, 50 mini təhlükəsizlik kəmərindən istifadə etməmə, 157 mini isə avtomobili idarə edərkən telefonla danışmağa görə yazılıb.

Ötən il Gürcüstanda 6,9 mindən çox yol-nəqliyyat qəzası qeydə alınıb. Bunun nəticəsində 581 nəfər dünyasını dəyişib, 10 minə yaxın insan yaralanıb.

Sərhəddə Azərbaycan vətəndaşının avtomobilində 4,8 kq çəkidə gümüş predmetlər aşkarlanıb

 Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

DGK-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sol qabaq oturacağının söykənəcək hissəsinin içərisində gömrük nəzarətindən gizlədilən müxtəlif forma və çəkidə cəmi 23 ədəd olmaqla, ümumi çəkisi 4,8 kq olan gümüş predmetlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

SOS! Bu meyvəni yeməyin

İsti yay aylarında sərinləmək üçün suya alternativ olaraq istifadə etdiyimiz qida qarpızdır. Amma qarpızı yemyin də öz zamanı və qaydaları var. Həmin qaydalara riayət etmədikdə bəzən nəticəsi elə də ürəkaçan olmur.

Hələ yay fəslinin ilk ayı olmasına baxmayaraq, artıq bir neçə nəfər qarpızdan zəhərlənib. Ümumiyyətlə, son illər qarpızdan zəhərlənmə halları artıb. Hətta bu zəhərlənmələr ölümlə nəticələnib. Mövzu ilə əlaqədar əhali arasında apardığımız kiçik sorğudan bəlli oldu ki, hazırda qarpızı yeyənlər də, yeməyib avqust ayını gözləyənlər də mövcuddur. Təbii ki, bu, hər kəsin qida rasionunu azad şəkildə seçməsi ilə bağlı məsələdir.
Amma zəhərlənmə hallarının artması qarpız yeyərkən diqqətli olmağımızın vacibliyini önə çəkir. Evində azyaşlı uşaqlar olanlar isə ikiqat diqqətli olmalıdırlar.

Mövzu ilə bağlı Ailem.az-a danışan pediatr Günay Rəsulova deyir ki, avqust ayından əvvəl uşaqlara qarpız yedirtmək olmaz: "İstənilən meyvəni mövsümündə yemək məsləhətdir, o cümlədən qarpızı. Çünki mövsümündən əvvəl yetişdirmək üçün bu cür məhsullara üzvi maddələr vurulur. Bir yaşından əvvəl uşaqlara qarpız vermək qəti doğru deyil. Azyaşlılara isə avqust ayından əvvəl bu meyvəni yedirtmək olmaz. Belə olarsa, onun orqanizmə heç bir xeyri olmur. Bir də qarpız uşaqlara kiçik dilimlər şəklində nahar zamanı verilməlidir. Gecə saatlarında isə bu qidanı onlara yedizdirmək qətiyyən olmaz".

Həkimin sözlərinə görə, qarpızdan zəhərlənmənin əlamətlərini əvvəlcədən müəyyən etmək mümkündür: "Həzm prosesinin pozulması, qusma, qan təzyiqinin enməsi, halsızlıq, ürək bulanma, hərarətin yüksəlməsi kimi hallar baş verir. O cümlədən gündə 5-10 dəfəyə qədər defekasiya olursa, bu, artıq mədə-bağırsaq sistemində problem olduğunu göstərir".

Belə hallarda ilkin tibbi yardım kimi simptomatik müalicədən istifadə etmək olar: "Hərarəti düşürərək, çalışmaq lazımdır ki, bir neçə saat mədə boş qalsın. Bu zaman isə zəhərlənmiş şəxsə yalnız maye içirmək olar".

Bəs görəsən hazırda satışda olan qarpızlar yoxlanılırmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iddia edir ki, satışda olan qarpızlardan zəhərlənmə ehtimalı yüksəkdir. O bildirir ki, satışda olan qarpızlarda nitratın miqdarı normadan 300-500 dəfə artıqdır: "Qarpızın tərkibindəki nitratın miqdarı hər kiloqrama görə norma ilə 60 milliqram olmalıdır. Bazarlarda apardığımız monitorinq isə göstərir ki, satışda olan qarpızların tərkibində nitratın miqdarı 200-250 milliqramdan artıqdır. Təbii ki, bu da zəhərlənmə ehtimalını artırır".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən Ailem.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Xidmətinin müfəttişləri tərəfindən Azərbaycanın bütün topdansatış və parakəndə satış məntəqələrində fitosanitar nəzarət yoxlamaları həyata keçirilir: "Yoxlamalar zamanı müəyyən edilən keyfiyyətsiz kənd təsərrüfatı məhsulları dərhal satışdan çıxarılır və müəyyən olunmuş qaydalara uyğun olaraq zərərsizləşdirilir. Hazırda bazarlar satışa çıxarılan qarpız və yemiş məhsulları əsasən ölkə daxilində bostan şəraitində yetişdirilir".

Həmçinin o da bildirilir ki, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən ölkənin topdansatış və parakəndə satış məntəqələrində satılan qarpız məhsulu üzərində mütəmadi kimyəvi toksikoloji müayinələr aparılır: "Son müayinələr zamanı məhsulun üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların normal olduğu müəyyən olunub və heç bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib. Qarpız məhsullarında nitratın qalıq miqdarı norma üzrə 60 mq\kq olduğu halda, müayinə zamanı 20-40 mq\kq arasında dəyişib. Ağır metallar normadır. Üzvi tərkibinin müayinəsi zamanı hec bir toksiki birləşmələrə və pestisid qalıqlarına rast gəlinməyib".

Hazırda satışda olan qarpız-yemiş məhsullarının keyfiyyəti ilə bağlı suala da aydınlıq gətirilib. Məlumatda deyilir ki, mövsümdən asılı olmayaraq, əgər məhsul aqrotexniki qaydalara əməl olunmaqla yetişdirilibsə və düzgün temperatura riayət olunmaqla saxlanılıbsa, istifadə zamanı heç bir təhlükə yarada bilməz: "Ölkə daxilində qarpız və yemiş məhsulları əsasən iyun ayında açıq sahələrdə yetişdiyi üçün bu dövrdən etibarən yerli bostan məhsullarından istifadə edə bilərlər. Qeyd edək ki, qarpız və yemiş məhsulları soyuducuda uzun müddət saxlanıldıqda keyfiyyətini itirir, daxildə müəyyən çürümə prosesləri gedir və müəyyən toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır. Belə olan halda, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz".

Azərbaycanda yaşayış binasında güclü yanğın - 8 nəfər...

Sumqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb.
Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA! 2 ölü, 7 yaralı

Ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib.

Dalga tv Sonxeber.az-a istinadən verilən məlumata görə, qəzalarda 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. 

Dalga tv -nin Oxu.Az-a istinadən məlumatına görə, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Bu gecə “leylətül-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: 

“Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ramazan bayramı Azərbaycanda iki gün qeyd edilir. Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən, 2017-ci ildə Ramazan bayramı iyunun 26 və 27-də qeyd olunur.

Son dəqiqə! Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralananlar...

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Dalga tv-nin apa-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb. Rayonun Qaraoğlan kənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Tural Xaləddin oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə qarşı tərəfdən gələn Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlunun idarə etdiyi "Hyundai-Sonata" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı "VAZ 2107"nin sürücüsü Turan Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun sərnişinləri, Qaraoğlan kənd sakinləri - 2003-cü il təvəllüdlü Behdubov Elgün Əlövsət oğlu, 2001-ci il təvəllüdlü Məmmədov Elsevər Fəxrəddin oğlu, 1997-ci il təvəllüdlü Bayramov Şükür Zərdabi oğlu, 2000-ci il təvəllüdlü Bayramov Sübhan Əziz oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Valeh Veysəl oğlu, Qəbələ rayon sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Gəncədə kişi peraşkidən zəhərlənərək ölüb

Gəncə şəhərində zəhərlənmədən ölüm hadisəsi baş verib.

Dalga tv Report-a istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Murad İlqar oğlu Orucov zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Yaxınları onun ötən gün axşam şəhərdə peraşki yediyini və gecədən halının pisləşdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bu gün Ramazanın son günüdür

Bu gün Ramazan ayının 30-cu günüdür.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, imsaq vaxtı 03:09, iftar isə 20:32-ə təsadüf edir.

30-cu günün duası

Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu’uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!

Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə xatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Saytda Axtarış

ახალი ამბები