Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1645
DünənDünən5773
Bu həftəBu həftə38361
Bu ayBu ay44149
Bu günə qədərBu günə qədər8405780

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Hər bir ailənin uşaq böyütmə və tərbiyələndirmə üsulu fərqlidir.

Əgər valideyn həddən çox mülayimdirsə, o zaman uşaq ərköyün böyüyür. Çox sərt valideyn olmaq da xoşagəlməz sonlarla nəticələnə bilər.

Lent.az uşağın üstünə qışqırmağın nə kimi fəsadlar yarada biləcəyinə dair məlumatları təqdim edir.

Qışqıran valideyn uşağı qorxudur

Hər bir valideyn uşağının həyatında baş verənləri ilk özü bilmək istəyir. Bunun üçün onunla daha yaxın dostluq etməyə çalışır. Amma özünüz də düşünün - qorxduğunuz biri ilə dostluq edərsinizmi? Belə olan halda uşaq bütün böyüklərdən qorxmağa başlayır.

Bunu necə həll edək?

Unutmayın ki, uşağın da hüquqları var.

Həmişə fikrini bildirmək üçün ona imkan yaradın.

Onunla ünsiyyətdə yaxşı həmsöhbət obrazı yaradın, hücum edən biri yox.

Qışqırmaq münasibətdəki güvənin sarsılmasına səbəb olur

Mütəxəssislər deyir ki, uşağın üstünə qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Onun üstünə qışqıranda uşaq özünə qapanacaq və valideynləri ilə münasibətində güvən yox olacaq.

Bəs necə edək?

Uşağa da sizinlə bərabərhüquqlu biri kimi yanaşın.

Baş verənlərə kiçik yumorla reaksiya verin.

Həmişə nəyi sevdiyi və nə ilə məşğul olduğu ilə maraqlanın.

Uşaq artıq çəkidən əziyyət çəkəcək

Stress münasibətin mənfisidir və uşağa təsirsiz ötüşmür. Mütəxəssislər deyir ki, uşağı incidəndə, ya ona stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır.

Bəs nə etməli?

Davranış və emosiyalarınızı idarə etməyi bacarın.

Şəxsi problemlərinizi uşaqla münasibətə daşımayın.

Onu həmişə əzizləyin və sevdiyinizi deyin.

Uşaqda pis xarakter formalaşır

Əgər uşağın üstünə dəfələrlə qışqırıb, səsinizi qaldırırsınızsa, müəyyən zaman sonra da o, elə cavab qaytaracaq. İsterika çıxara bilər. Uşaqların içindəki bu alov onlara qarşı yönəlmiş qadağalar və pis davranışla əlaqəlidir. Həm də bu uşaqlar depressiyaya meylli olurlar.

Necə etməli?

Nəzərə alın ki, siz hər işdə uşağınıza bir nümunəsiniz.

Ciddi olun, ancaq ədalətli davranmağa çalışın.

Ona çox diqqət ayırın.

Uşaq gələcəkdə miqrendən əziyyət çəkəcək

Uşaq vaxtı çox döyülüb, təhqir edilən, incidilən böyüklər xroniki miqrendən əziyyət çəkirlər. Bu cür uşaq kompleksləri, hətta intihara da gətirib çıxara bilər.

Necə edə bilərsiniz?

Arqument və narahatlığınızı sakit şəkildə çatdırın.

Düzgün izah etməyəndə səhvlərinizi etiraf etməyi öyrənin.

Dinləməyi və eşitməyi bacarın.

Uşağı xoşbəxt və sağlam böyütmək üçün üstünə qışqırmaq olmaz. Hər şeyə sevgi və səbr göstərməklə nail olmaq olar.

Uşaqlarda yüksək hərarət fonunda QICOLMALAR. Səbəblər, müalicə, fəsadlar

Febril qıcolmalar 5 yaşına qədər olan uşaqlarda yüksək hərarət fonunda (39 C-dən yuxarı) inkişaf edir.

Oğlanlarda bu hala qızalarla müqayisədə 4 dəfə daha tez-tez rast gəlinir.

Məhz kiçik yaşlı uşaqlarda febril qıcolmaların əmələ gəlməsi onların orqanizmində istiliyin mübadiləsi mexanizminin tam inkişaf etməməsi ilə izah olunur. Lakin statistika göstərir ki, yalnız 4% uşaqlarda yüksək hərarət fonunda qıcolmalar olur, qalan 96% uşaqlarda isə olmur. Bunun səbəbi nədir? Xüsusi elmi araşdırma göstərib ki, yüksək hərarətə belə reaksiyanın olması bir çox hallarda irsiyyətlə bağlıdır.

Bəzi araşdırmalar göstərir ki, uşaq orqanizmində dəmir və sinkin azlığı da febril qıcolmaların riskini artırır.

Qıcolma əslində yüksək hərarətin nəticəsində deyil, hərarətin kəskin yüksəlməsi nəticəsində baş verir. Uşaqda hərarət tədricən qalxırsa, qıcolmanın inkişafı riski azdır. Əksinə hərarət 37 C-dən birdən-birə 40 C yüksələrsə, bu halda qıcolma baş verə bilər.

Qıcolma 15 dəqiqədən az davam edirsə və 24 saat ərzində təkrarlanmırsa, bu sadə febril qıcolma sayılır. Mürəkkəb febril qıcolma zamanı qıcolmalar 24 saat ərzində bir neçə dəfə təkrarlanır və uzunmüddətli olur. Bu çox təhlükəli haldır və uşaqda ciddi nevroloji xəstəliyin olmasına işarə edir. Belə uşaq mütləq hərtərəfli nevroloji müayinədən keçməlidir.

Febril qıcolma zamanı ilk növbədə uşağın hərarətini salmaq lazımdır. Bunun üçün şam və ya litik qarışıq ("smes") istifadə olunur. Belə vəziyyətdə olan uşağa hər hansı həb və ya suspenziya vermək olmaz.

Qıcolma zamanı uşağı böyür üstə qoymaq lazımdır. Valideynlərin əksəriyyəti qıcolma zamanı uşağın dilinin qırtlağa düşməsi nəticəsində boğulmaqdan qorxur. Uşaq böyür üstə uzandıqda, bu mümkün deyil. Bu səbəbdən uşağın ağzını zorla açmaq, uşağın ağzına barmaq, hər hansı əşya (dəsmal, karandaş və s.) salmaq mənasız və hətta təhlükəlidir!  Bunu heç zaman etməyin!

Uşağı zorla sıxmaq, qollar və ayaqlarını düzəltmək  olmaz. Sadəcə uşağın yanında olun və qıcolma zamanı özünə xəsarət yetirməyə imkan verməyin. Uşağın başının altına yastıq qoyun və ya onun başını dizinizin üstünə qoyun.

Dərhal təcili yardım çağırın.

Bəzən yüksək hərarət zamanı uşaq birdən-birə sanki donur və ətrafa heç bir reaksiya vermir. Bu da febril qıcolmanın növü sayılır.

Dünya mütəxəssislərinin fikrinə görə, əksər hallarda sadə febril qıcolmalar xoşxassəlidir, gələcəkdə təkrarlanmır və uşağın sağlamlığına heç bir mənfi təsir etmir.

Göyçayda ağır yol qəzasında 7-si bir ailənin üzvü olmaqla, 9 nəfər xəsarət alıb

Göyçayda baş verən ağır avtomobil qəzası zamanı xəsarət alan 9 nəfərin adları məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Jiquli”də olan 7 nəfər - Qobustan rayonu Poladlı kənd sakinləri, 1976-cı il təvəllüdlü Quliyev Feyzi Rəcəb oğlu, 1970-ci il təvəllüdlü Quliyev Cümşüd Rəcəb oğlu, 2013-cü il təvəllüdlü Quliyeva Səbinə Feyzi qızı, 1997-ci il təvəllüdlü Quliyeva Şəhanə Feyzi qızı, 1980-ci il təvəllüdlü Quliyeva Şəhla Hacıbala qızı, 2002-ci il təvəllüdlü Quliyev Fərasət Feyzi oğlu, 1970-ci il təvəllüdlü Quliyeva Şəhla Xası qızı ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Mercedes”in sürücüsü, Bakı sakini Cavidan Ağazadə, sərnişini Göyçay sakini Natiq Məmmədov yüngül xəsarətlər aldığı üçün ona tibbi yardım göstərilərək evə buraxılıb. Sürücü Feyzi Quliyev vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı Şəhla Quliyevanın hamilə olduğu bildirilir. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki,  “Mercedes” markalı avtomobilin sərnişini Natiq Məmmədov Bakıdan Göyçaya, qardaşı Nicat Məmmədovun toy mərasiminə gedirmiş və yolda Qobustan sakininə məxsus “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Alimlər immuniteti möhkəmlədən ən yaxşı məhsulların adlarını açıqlayıblar

Amerika alimləri bu qənaətə gəliblər ki, insanın immuniteti bağırsaq mikroflorasından asılıdır.

Dalga tv  bildirir ki, onlar orqanizmin qoruyucu qüvvələrini möhkəmlədən ən yaxşı məhsulların adlarını açıqlayıblar.

ABŞ mütəxəssislərinin fikrincə, insan lifli qida nə qədər çox yesə, onun bağırsaq hüceyrələri bir o qədər sürətlə işləyir. Lifli qida həzm olunanda əmələ gələn maddə orqanizmin qoruyucu funksiyasını yaxşılaşdırmaqda hüceyrələrə kömək edir. Alimlər bir sıra tədqiqatlar apararaq aydınlaşdırıblar ki, orqanizmin xəstəlik törədən patogenlərdən müdafiəsi çox vaxt rezident bakteriyaların fəallığından asılıdır. İnsan sellülozla zəngin yemək yeyəndə kolonsitlər elə işləməyə başlayır ki, rezidentlərin məhv olmasının qarşısı tamamilə alınır.

Alimlər bildirirlər ki, düzgün qidalanma yeyilən məhsulların keyfiyyətindən birbaşa asılıdır. Düzgün qidanın tərkibində yağlı, unlu və nişastalı məhsullar mümkün qədər az olmalı, daha çox zülal, vitaminlər, sellüloz və mikroelementlər olmalıdır. Diyetoloqlar isə bildirirlər ki, immuniteti möhkəmlətmək üçün müxtəlif sıyıqlara, tərəvəz və təmizlənməmiş taxıl məhsullarına, xüsusən, yerkökünə, habelə sitrus bitkilərinə üstünlük verilməlidir.

ÇAYTİKANI bitkisi orqanizmdə bu 10 MÖCÜZƏNİ yaradır

Çaytikanı bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Bunun səbəbi bitkinin zəngin kimyəvi tərkibdir.

Çaytikanı A, B, C, K, E, P vitaminlər, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, flavonoidlər və s. aktiv maddələrlə zəngindir.

1. Çaytikanı multivitamin bitkidir və bu səbəbdən vitamin çatışmazlığından əziyyət çəkən, ağır xəstəlik, əməliyyat keçirmiş, zəifləmiş insanlar üçün çox faydalıdır.

2. A vitamini ilə olduqca zəngin olan çaytikanı görmə, dəri və selikli qişaların sağlamlığı, uşaqlara boyatma üçün çox faydalıdır.

3. B qrupu vitaminlərinə görə çaytikanı sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

4. Çaytikanı bitkisində olan fol turşusu qanyaratma sistemi üçün faydalıdır, hamilə qadınlarda dölün normal inkişafını təmin edir.

5. Tərkibində olan flavonoidlər damarların və kapilyarların sağlamlığını qoruyur.

6. Çaytikanı E vitamini ilə zəngindir. Bu vitamin həm kişi, həm də qadın cinsiyyət sisteminin sağlamlığı üçün ən vacib maddələrdən biridir. Sonsuzluq, kişilərdə potensiya problemləri zamanı çaytikanı təbii dərman kimi istifadə oluna bilər.

7. Maqnezium və kaliumla zəngin olan çaytikanı ürək-damar sistemi üçün də çox faydalıdır. Kalium və maqnezium ürək əzələsinin normal fəaliyyəti üçün vacibdir, arterial təzyiqi normallaşdırır.

8. Çaytikanı orqanizmdə bərpa proseslərini stimullaşdırır. Bu səbəbdən çaytikanı qaraciyərin sağlamlığı üçün çox faydalıdır - qaraciyərin zədələnmiş hüceyrələrinin bərpasını tezləşdirir.

9. Çaytikanı immun sistemini möhkəmləndirir.

10. Çaytikanı yağı mədə və 12 barmaq bağırsağı xorası zamanı çox effektli müalicəvi vasitə kimi istifadə olunur. Bu məqsədlə çaytikanı yağı və bitkinin dəmləməsi istifadə olunur.

Gürcüstana ilk qar yağdı

Gürcüstanın Sameqrelo - Zemo Svaneti bölgəsində dağlıq ərazidə yerləşən Mestia şəhərinə ilk qar yağıb.

Dalga tv "Report"-a istinadən xəbər verir ki, bu barədə Mestia rayon administrasiyasının rəhbəri Kapiton Jorjoliani məlumat verib.

"Tetnuldi dağına qar yağıb. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə olan dağlar qarla örtülüb. Qar yağışı dünən gecədən başlayıb", - K.Jorjoliani bildirib.

Bakıda acınacaqlı mənzərə

Binəqədi qəsəbəsində yolların bağlı olması səbəbindən paytaxtın “Azadlıq prospekti” metrostansiyası ətrafında 300-dən çox sərnişin küçələrdə qalıb. 

Dalga tv-nin Ölkə.az-a istinadən məlumatına görə, sərnişinlər bir saatdan çox müddət ərzində dayanacaqda avtobus gözləyiblər.

Yolların bağlı olması səbəbindən böyük tıxac yaranıb və avtobuslar lazımı ünvana vaxtında çata bilməyiblər.

Avtobusdan ümidini üzən sərnişinlər mənzil başına piyada getməyi üstün tutublar.

Gürcüstanda güclü külək ciddi fəsadlar törədib

Gürcüstanda güclü külək paytaxt Tbilisi və Rustavi şəhərində ciddi fəsadlara səbəb olub.  

APA-nın yerli bürosunun məlumatına əsasən, güclü külək nəticəsində Tbilisinin bəzi mərkəzi küçələrində bir neçə iri gövdəli ağac maşınların və  elektrik xətlərinin üzərinə aşıb. Nəticədə maşınlara ciddi ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Güclü külək Rustavi şəhərində reklam lövhəsinin aşmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Küləyin yaratdığı fəsadlarla bağlı vətəndaşlardan Fövqəladə Halların İdarə Olunması Agentliyinə çoxlu sayda zəng daxil olub.

Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyinin Hidrometeorologiya Mərkəzi küləyin sürətinin axşam saatlarında daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

Küləyin sürətinin sentyabrın 8-dən etibarən tədricən azalacağı gözlənilir.

Günün dəhşətli xəbəri! Azərbaycanda "yol terror"u 6 can aldı

Sentyabrın 6-da Azərbayacanda baş vermiş yol qəzaları nəticəsində 6 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən şəxslərdən başqa daha 16 nəfər də xəsarət alıb.

Samux rayonunda "Hyundai" markalı avtomobilin ağaca çırpılması nəticəsində 59 yaşlı iki kişi vəfat edib. Siyəzən rayonunda – Bakı-Quba yolunun 102-ci kilometrliyində Rusiya Federasiyası vətəndaşlarının olduğu "Hyundai Elantra"nın aşması nəticəsində isə dağıstanlı qadın dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Dünən baş vermiş və ölümlə nəticələnən yol qəzalarından üçü Bakıda baş verib. Xəzər rayonunun Qala qəsəbəsində "Chevrolet Aveo" 40 yaşlı kişini, Yasamal rayonu A.Abbasov küçəsində isə minik avtomobili 61 yaşlı kişini vurub öldürüb. Sabunçuda minik avtomobili ilə evakuatorun toqquşması nəticəsində isə 23 yaşlı qız vəfat edib, daha 4 nəfər isə yaralanıb.

 

 Hər bir faktla bağlı araşdırma aparılır.

Səhər-səhər Azərbaycan xalqına AĞIR İTKİ -FƏXRİMİZ DÜNYASINI DƏYİŞDİ

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı AZƏRTAC-a Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.

Xatırladaq ki, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. Son vaxtlara kimi L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib. 

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Tələf olmuş heyvanlar küçənin ortasında qalıb

Ağdaşda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub.

DALGA TV  Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yenicə kəndində baş verib.

Kənd sakini Pərviz Əli oğlu Hüseynova məxsus mal-qara səhər örüşə aparılan zaman naməlum səbəbdən 41 baş iribuynuzlu inək yolun ortasında tələf olub. Kənd sakinləri hadisənin gigiyenik profilaktika üçün nəzərdə tutulan baytarlıq preparatlarından qaynaqlandığını bildirirlər. Axşamdan heyvanlara tətbiq olunmuş dərmanlar səhər onların tələfatına gətib çıxarıb.

Hadisə yerinə Ağdaş Baytarlıq İdarəsinin iki əməkdaşı cəlb olunub. Mütəxəssislər heyvanların qəfil ölümünün səbəbini öyrənmək və ağır vəziyyətdə olan malları xilas etməyə çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Xərçəngi məhv edən ƏN SADƏ YOL - 7 dəfə Nobel qazanan HƏKİMİN MƏSLƏHƏTİ

Coanna Budviq adlı həkim nə az, nə çox düz 7 dəfə tibb sahəsində Nobel mükafatına layiq görülüb. Bu həkim 2003-cü ildə 95 yaşında dünyasını dəyişib.

Budviq fəaliyyəti müddətində öz xəstələrinin 90%-ni xərçəng bəlasından xilas etməyə nail olub.

 Dalga tv Publika.az-a istinadən xəbər verir ki, başdöndürən uğurlarına rəğmən xanım Budviq əczaçılıq və nüvə sənayesi istehsalçılarının bir nömrəli düşməninə çevrilmişdi.

Həkim Coanna əminliklə deyirdi ki, xərçəngin müalicəsi haqda bütün suallara cavab vermək iqtidarındadır. O bilirdi ki, dünya səhiyyəsi təklif etdiyi ucuz və çox faydalı müalicə üsulunu rədd edəcək. Gözlənilən hal baş verir. Səhiyyə işçiləri onu insanları aldatmaqda günahlandırıb, təklif etdiyi müalicə protokoluna barmaqarası baxırlar.

Lakin Coanna Budviq ruhdan düşmür və Xərçəng əleyhinə protokolunu ərsəyə gətirir.

İkihissəli protokolun birinci mərhələsində təbii üsulla məcun hazırlanıb, xəstəyə yedirilir.

Məcunun tərkibi isə çox sadədir:

1 fincan yalnız təbii tərkibli kəsmiyi yenicə hazırlanmış kətan yağı və az miqdarda qırmızı bibər tozu ilə qarışdırılıb, taxta qaşıqla hər gün bir neçə qaşıq olmaq şərtilə yeyilir.

İkinci mərhələ isə onun tövsiyələrindən ibarətdir.

Xanım Coanna xərçəngdən əziyyət çəkən xəstələrə xüsusi pəhriz tərtib etmişdi:

Şəkər tozu əvəzinə üzüm şirəsi istifadə edin.

Heyvani yağları qəbul etməyin.

Mağazadan alınmış mayonez, ketçup və digər souslardan istifadə etməyin.

Günəş şüaları xərçəng hüceyrələrinin düşmənidir. Günəşli havada gəzintiyə çıxın.

Bir müddət ət yeməkdən imtina edin.

Kərə və marqarın yağından uzaq durun.

Yerkökü, kərəviz və şuğundurun təbii şirəsini için.

Bütün dərmanlardan imtina edin.

Gün ərzində 3 dəfə ilıq nanə, qızılgül yarpağı və üzüm çayı için.

Kimyəvi tərkibli qidalardan qaçın.

Yalnız filtrlənmiş təbii su için.

Bununla bədəndə olan xərçəng hüceyrələri tədricən kiçilib, məhv olacaq.

Sağlam olun!

Saytda Axtarış

ახალი ამბები