Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5257
DünənDünən6292
Bu həftəBu həftə17753
Bu ayBu ay23541
Bu günə qədərBu günə qədər8385172

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Zaqatalada gənc oğlanın əllərini radikallar kəsib

Hadisənin təfərrüatları rəsmən açıqlanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Zaqatalada gənc oğlanın əllərinin kəsilməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb.

"Dalğa TV" Baş Prokurorluğa istinadən xəbər verir ki, noyabrın 28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun həmkəndliləri tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.

Müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən, həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək, özlərinə məxsus mağazada gizlədib, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıb, Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin "Asma körpü" deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum ediblər.

İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsməsi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanıb.

A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olmuş, R.Tahirov və A.Mustafayev isə istintaqdan gizlənib. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev də tutularaq istintaqa cəlb ediliblər.

R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, A.Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Gürcüstan vətəndaşlarından sürücülük vəsiqəsinin imtahansız alması əvəzində pul alan şəxs yaxalandı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, özgənin pulunun qanuna zidd yolla mənimsəmə faktı üzrə, Gürcüstan vətəndaşı, Kaxaber Tğebuçavanı yaxaladı.

"İstintaq təyin etdi ki, ittiham edilən şəxs vətəndaşı aldadıb və söyləyib ki, guya o, Gürcüstan Daxili İşlər nazirliyinə işləyir və ona avtomobilin idarsi vəsiqəsini imtahansız almağa yardım edəcəyini bildirib. Bunun əvəzində Kaxaber Tğebuçava zərərçəkmiş vətəndaşı aldatmaq yolu ilə ondan 1200 ABŞ dolları alıb. Gürcüstan Cinayəət Məcəlləsinin 180-ci maddəsinin "b" aşağıbəndi ilə istintaq aparılır. Qeyd edilən maddə 4 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur", - qeyd edilib istintaq xidməti tərəfindən yayılan məlumatda.

Xilas olunan neftçilərin qayığın içindən çəkdikləri - Foto

"Günəşli" yatağıın 10-cu dərin dəniz özülündə baş vermiş yanğından sağ çıxmış neftçilərdən biri maraqlı foto paylaşıb.

 

"Dalğa TV" xəbər verir ki, təxliyyə edilərək xəstəxanaya aparılan Bəhruz Babayevin paylaşdığı foto qayığın içində çəkilib. Fotoda neftçilərin qayıqda oturaraq kömək gözlədikləri görünür.

 

Həmin fotonu təqdim edirik:

“Günəşli” yatağında son vəziyyət

Təəssüf ki, hələ indiyə qədər “Günəşli” yatağında baş vermiş yanğın səbəbindən itkin düşmüş neftçilərin heç biri tapılmayıb.

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov hadsə ilə bağlı son vəziyyəti açıqlayarkən deyib.

O bildirib ki, yanğın hələ söndürülməyib və bu istiqamətdə işlər davam etdirilir. X.Məmmədov qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin yedək gəmiləri xilasetmə işlərinə cəlb olunub.

X.Məmmədov bildirilib ki, hazırda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər qurumların rəhbər şəxsləri hadisə yerində yaradılmış qərərgahdadırlar.

X.Məmmədov vurğulayıb ki, yanğın nəticəsində xəsarət alanlardan 8 nəfər xəstəxanadadır, 22 nəfər evə buraxılıb, ancaq bir nəfər yenidən xəstəxanaya müraciət edid. Onun sözlərinə görə, həkimlər xəstələrin ümumi vəziyyətini stabil qiymətləndirirlər.

X.Məmmədov bildirib ki, dənizdə xilasetmə gödəkçələri tapılıb, təəssüflər olsun ki, insan tapılmayıb. Onun sözlərinə görə, hadisə zamanı dağılan xilasetmə qayığının bir hissəsi də tapılıb.

Vitse-prezident bildirib ki, hava artıq qaranlıq olduğu üçün helikopterlər xilasetmə işlərini apara bilməyəcəklər, ancaq gəmilər axtarışları davam etdirəcək

Azərbaycanın şimalında 59 sm qar yağdı - FOTO

Bakıya isə bir ayın yağışı yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti dekabrın 3-ü gündüzdən 4-ü səhərədək Azərbaycan ərazisində müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən də xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, gecə saatlarında yarımadanın bəzi yerlərində yağış sulu qara keçib.

Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 15-32 mm (aylıq normanın 60-90 faizi), Lənkəran-Astara zonasında 13-52 mm (aylıq normanın 70-128 faizi), Lənkəranda 130 mm (aylıq normanın 127 faizi), Mərkəzi Aran rayonlarında 18-38 mm (aylıq normanın 87-132 faizi), Böyük Qafqazda 5-35 mm (aylıq normanın 70-90 faizi), Kiçik Qafqazda 7-17 mm (aylıq normanın 27-57 faizi) təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 59, Qəbələdə 37, Rvarudda 35, Lerikdə 32, Altıağacda 31, Şində 29, Şəkidə 25, Ordubadda 24, Yardımlı, Gədəbəy, Kəlvəzdə 22, Qubada 20, Daşkəsəndə 19, İsmayıllıda 17,Ağdərə, Qaxbaş, Sarıbaşda 15, Şahbuzda 14, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1, Qubanın dağlıq ərazilərində 15-59 sm təşkil edib.

Tiflisdəki “Cümə” məscidindən oğurluq edilib

Tiflisdəki "Cümə" məscidində oğurluq hadisəsi olub.

"Dalğa TV"nin məlumatına görə, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovun onun sözlərinə görə, məsciddən təxminən 150 lari dəyərində olan köhnə kompüter oğurlanıb: "Oğurluq edən məscidə bələd olan şəxsdir. Pəncərə qırılıb və oğru məscidə daxil olaraq kompüteri aparıb. Nəzir qutuları dünən açıldığına görə qutuları açmayıblar."

GMİ-nin Şeyxi bildirib ki, oğurluqla bağlı cinayət işi qaldırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerində polis işləyir və Gürcüstan Cinayət Məcəlləsinin 177 (oğurluq) maddəsi üzrə cinayət işi açılıb.

Azərbaycan Tiflisdə keçiriləcək beynəlxalq xeyriyyə yarmarkasında iştirak edəcək

Dekabrın 5-də Azərbaycanın Gürcüstandakı səfirliyi Tiflisdə ənənəvi "Qış sərgisi" adlı beynəlxalq xeyriyyə yarmarkasında iştirak edəcək.

"Dalğa TV"nin məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Məlumata görə, xeyriyyə yarmarkasında Tiflisdə akkreditə olunan 20-dən çox xarici ölkələrin diplomatik nümayəndəlikləri, yerli və xarici şirkətlərin təmsil olunacağı gözlənilir. Tədbirə Tiflis şəhər meriyası və beynəlxalq təşkilatların nümayəndələri də qatılacaq.

Azərbaycan səfirliyindən verilən məlumata görə, beynəlxalq xeyriyyə yarmarkasının keçirilməsində əsas məqsəd tədbirdə satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə məqsədi ilə istifadə olunmasıdır. "Qış sərgisi" xeyriyyə tədbiri iştirak edən ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbirdə hər il olduğu kimi bu il də Azərbaycan mətbəxindən nümunələr, ölkəmizi təbliğ edən xalçalar, müxtəlif milli suvenirlər, jurnallar və Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və yerli şirkətlərin istehsal etdiyi məhsullar nümayiş etdiriləcək.

Nardarana qadın polislər göndərildi - FOTO

Nardarana yeridilən Daxili Qoşunların xüsusi təyinatlıları arasında qadın polislər də var.

Məlumata görə, Nardarandakı ziyarətgaha qədər zirehli texnika düzülüb.

Noyabrın 26-da keçirilən əməliyyat zamanı öldürülənlərin meyitləri isə artıq qəsəbəyə gətirilib.

Gürcüstanda qaz maskalı polislər hansı maşınlara “cəza” yazır?! - VİDEO

Gürcüstanda bir sığorta şirkəti havanın çirkləndirilməsinə diqqət çəkmək üçün hazırladığı kampaniyada qaz maskalı polislər ətrafa duman yayaraq ekoloji zərər verən maşınlara "cəza" yazır.

Gürcüstanın paytaxtı Tiflisdə xüsusilə düzgün xidmət görməyən maşınlar havanı olduqca çirkləndirir. Araşdırmalara görə, kub metr başına partikul sayı limiti 9 qat aşır. Gürcüstanda fəaliyyət göstərən Leavingstone reklam agentliyi, GPİ adlı sığorta şirkəti üçün hazırladığı kampaniyada bu problemi ortaya qoyur.

Leavingstone; "Pay For the Air You Breathe" adlı kampaniyada əvvəlcə Gürcüstan hökümətinin təmiz hava vergisi yaratmaq barədə düşündüyü dedi-qodusunu yayır, ardından qaz maskaları taxmış, çəhrayı və mavi rənglərdə futurustik formalı saxta çevrə polisləri maşınlara yol polisinin cəza kağızlarına çox bənzəyən qəbzləri paylayır. Bu elanı maşını üzərində görən tiflislilər ilk öncə həqiqətən cəza aldıqlarını düşünürlər.

"Qəbz"i bütünlüklə oxuduqda isə bunun bir reklam kampaniyası olduğunu öyrənirlər. Bu elanda yerləşən internet saytı isə Leavingstone’nun reklamını hazırladığı sığorta şirkətinə aiddir və maşınıza uyğun olaraq sizə fərqli təkliflər verir.

 

© 2015, pahoo.az

Zaqatalada tükürpədici cinayət: borca görə əllərini kəsdilər

Zaqatalada tükürpədici cinayət törədilib. "Dalğa TV" APA-ya istinadən xəbər verir ki, 26 yaşlı gəncin 1350 manat borca görə əllərini balta ilə kəsiblər.

Bildirilir ki, Zaqatala şəhəri, Azərbaycan prospektində bina 39 ev 26 ünvanında yaşayan 26 yaşlı Vüsal Vahid oğlu Bəşirov hər iki qolunun bilək nahiyəsindən tamamilə kəsilməsi xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Təcili əməliyyata qaldırılan Vüsal Bəşirovun üzərində əməliyyat aparılıb və hər iki qolu biləkdən amputasiya olunub.

Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, Zaqatala şəhər sakini, 30 yaşlı Araz Musayev və hələ ki adı açıqlanmayan şəxs Vüsalı Tala Çay çayının üstündəki simvolik asma körpünün altına apararaq, orada ağzını və əl-ayağını yapışqanlı lentlə bağlayıb, sonra qollarını biləkdən kəsib. Araz Musayev sonradan könüllü şəkildə Zaqatala Rayon Polis Şöbəsinə gələrək, özünü istintaqa təhvil edib.

Zərərçəkmişin atası Vahid Bəşirov APA TV-yə verdiyi açıqlamada oğlunun borcu olduğunu bildirib. Onun dediyinə görə, Bakıdan qayıdan oğlunu qarşılamağa gedib. Borclu olduğu şəxslər Vüsalı söhbət etmək adı ilə çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, ona zəng çatmayıb. Bir qədər sonra isə oğlunun telefonundan ona zəng gəlib. Danışan şəxs "oğlunun əllərini kəsmişik, get xəstəxanaya oğlunun yanına" deyib.

Polis şöbəsindən isə istintaq getdiyinə görə hadisənin təfərrüatları barəsində məlumat verilməyib.

Qeyd edək ki, əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb. Hadisəni törədən Araz Musayevin isə vəhhabi təriqətinə mənsub olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.

 

 

Nardaranın dövlətə 42 milyondan çox borcu var

Dünəndən etibarən Nardaran qəsəbəsinə işıq verilməsində fasilə yaranıb.

"Azərişıq" ASC Bakının Nardaran qəsəbəsində abunəçilərin elektrik enerjisi ilə təchizatında yaranmış problemin səbəbinin abunəçilərin borcunun olması ilə əlaqələndirib. Nardaran sakinləri həmçinin qəsəbəyə təbii qazın verilişdə də bir müddət əvvəldən fasilə yarandığını qeyd ediblər.

"Dalğa TV" xəbər verir ki, APA-nın bununla bağlı müvafiq qurumlara ünvanlandığı sorğuya cavab olaraq bildirilib ki, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var: "2015-ci ilə qədər bu borcun məbləği 37 milyon 966 min manta olub. Bu ilin 10 ayında isə 4 milyon 300 min manat elektrik enerjisi ilə bağlı borc var".

Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1 milyon 376 min manat təşkil edir: " Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub".

Azərbaycanda bu adlara qadağa qoyuldu - Naynay, Teloş, Məmiş...

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən adlar açıqlanıb.

"Dalğa TV" xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya deyib ki, yeni şəxs adları lüğəti hazırlanarkən Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" rəhbər tutulub.

Onun sözlərinə görə, həmin Qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Sədr müavini bildirib ki, Azərbaycan dilində şəxs adları lüğətinə Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib.

S. Sadıqova əlavə edib ki, lüğət çap olunandan dərhal sonra "ASAN xidmət" mərkəzlərinə göndəriləcək.

Sədr müavini qeyd edib ki, şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.

S. Sadıqova Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 adı da açıqlayıb.

Həmin adlar bunlardır:

Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Cılğız, Ç;ervon, Ç;ələng, Düymə, Fağır, Fərmayiş, Faiz, Fakir, Fani, Fatı, Fəti, Gerçək, Gorus, Güldan, Gülməşəkər, Hambal, Haqq, Həddad, Həkkak, Həmdəm, Həmzat, Xadim, Xeyirxah, Xınalı, Xülqi, İstək, İşıqlı, Ehsan, Katib, Kazbek, Keştazlı, Kiçik, Kimyagər, Kişmiş, Kobar, Kosa, Kotal, Qocaman, Quşdan, Limonad, Portağal, Şüşəbənd, İstəkan, Türmə, Tutma, Kolxoz, Sovxoz, Komsomol, Traktor, Mayor, Meyvə, Məmiş, Mutu, Nahaq, Nakam, Narbuğda, Narkom, Naynay, Naznay, Nazsəhər, Nənə, Nəşə, Nənəş, Nuh, Nuhu, Nurbuğda, Nurmeyvə, Nurnar, Nuruş, Oxçu, Oktaedr, Oktaş, Oktürk, Okuş, Ordu, Ovçu, Padar, Padər, Pakay, Paksoy, Palavand, Pambıq, Parlaq, Payız, Paynaz, Payzər, Pekşən, Pektürk, Peykər, Pişnamaz, Prikaz, Pullu, Pulluzər, Rakit, Rayət, Raykom, Rəftar, Rəğbət, Rəyasət, Ruzbeh, Saat, Saatzər, Sabah, Salamat, Salavat, Saniyə, Saylı, Sədr, Səməni, Səndəlxatun, Səngər, Sərxoş, Səviyyə, Səyahət, Sınaq, Sırğa, Sırğagül, Sofu, Solğun, Sonamö, Soraq, Sovet, Soyuz, Şəkil, Şənlik, Şərqli, Şubay, Şura, Tafta, Talış, Tanıq, Tanrıqulu, Taray, Tarif, Tarzən, Tayfun, Teley, Telıx, Tello, Teloş, Telşan, Təbib, Təbiət, Təbrik, Təhsil, Təqdim, Təqdir, Tənha, Təpər, Tərəqqi, Təşəkkül, Təşəkkür, Təzə, Tiflis, Tiflisə, Tila, Tinə, Toylu, Tövsiyyə, Tufan, Tumar, Tükən, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Üqba, Ümeyya, Ünvan, Vilan, Vladlen, Vlas, Volodya, Yaraşıq, Yelizar, Yolçu, Yonca, Yüzbaşı, Zalikə, Zemkom

Saytda Axtarış

Son xəbərlər