Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5270
DünənDünən6292
Bu həftəBu həftə17766
Bu ayBu ay23554
Bu günə qədərBu günə qədər8385185

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Kiyevin mərkəzində azərbaycanlılar arasında atışma: yaralananlar var

Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlılar arasında atışma baş verib.


"Dalğa TV" xəbər verir ki, insident oktyabrın 21-də, axşam saat 18:00 radələrində Siçnevı döngəsində yerləşən "Avrasiya" ("Евразия") restoranında qeydə alınıb.

Əvvəlcə azərbaycanlılardan ibarət iki dəstə arasında dava düşüb. Daha sonra kişilərdən biri digərinə tapançadan atəş açıb. Küçədə daha bir atəş səsi eşidilib. Nəticədə kənarda əyləşən və insidentlə əlaqəsi olmayan ofisiant qadın və başqa bir oğlan yaralanıb. Ölən olmayıb.

Azərbaycanlılar aralarındakı mübahisəyə son qoymaq üçün görüşüblər. Onlardan biri tərəfdaş firmaya məxsus avtomobilin şüşəsini qırıbmış. İlkin məlumatlara görə, atışma zamanı TT markalı tapançadan istifadə olunub. Milisin məlumatına görə, insidentdə üç azərbaycanlı iştirak edib.
"Onlar hadisə yerindən qaçıblar. Lakin məsuliyyətdən qaça bilməyəcəklər, çünki iz buraxıblar", - deyə Ukrayna daxili işlər nazirinin müşaviri İvan Varçenko bildirib.

Milis işçiləri qatı xuliqanlıq maddəsi üzrə cinayət işi açıblar, hadisə iştirakçılarının təsviri belə verilib:

"Onlardan ikisi möhkəm cüssəlidir, üçüncü isə adi. Onlardan birinin əynində yaşıl futbolka, açıq rəngli cins olub, ikincisində isə göy sviter. Onlar daxili müşahidə kamerasının obyektivinə düşüblər".

Azərbaycan sərhədçiləri Gürcüstana keçmək istəyən İŞİD-çini yaxalayıb

Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu I Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək Pərviz oğlu saxlanılıb.


Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B. Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub.

Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.

Oktyabrın 18-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq olub.

Oktyabrın 20-də Ağstafa rayonunun ərazisində yerləşən "Dəmirtəpə" sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Məmmədov Elsevər Rasim oğlu Gürcüstandan Azərbaycana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.

Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tbilisi Dövlət Universitetinin tələbələri rektorun istefasını tələb edir

Tələbələr Tbilisi Dövlət Universitetinin qarşısında etiraz edərək rektor Vladimer Papavanın istefasını tələb ediblər.

"Dalğa TV" xəbər verir ki , çoxlu sayda azərbaycanlı tələbələrin də təhsil aldığı Ivane Javakhishvili adnına Tbilisi Dövlət Universitetidə etirazçıların sözlərinə görə universitetdə bir çox problemlər var və Papava onları həll etmək iqtidarında deyil. Onların bürokratik əngəlləri universitetin sürətlə inkişafına mane olur.

 

"Bürokratik əngəllərlə yanaşı, infrastruktur problemləri və ixtisassız müəllimlər var", tələbələr deyib.

 

Etirazçılar qeyd edib ki, onların tələbləri 22:00-a qədər yerinə yetirilməsə, onlar aclıq aksiyasına başlayacaqlar.

 

Eyni zamanda, universitet rəhbərliyi tələbələr ilə hər cür sağlam ünsiyyətə hazır olduqlarını bildirib.

 

Seçicilərdən Qənirə Paşayevaya: “Bizim səsimiz oldunuz”

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Bozlqanlı kəndinin sakinləri ilə görüşüb.

AzNews.az xəbər verir ki, çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək, ölkəmizin, Qarabağ həqiqətlərinin dünyada daha da geniş tanıdılması istiqamətində var qüvvəsi ilə çalışıb.

Ölkəmizin inkişafı istiqamətində Prezidentin rəhbərliyi altında görülən işlərdən danışan millət vəkili Q.Paşayeva deyib ki, yerlərdə müxtəlif qurum və nazirliklərin nümayəndələri, idarələri insanlarımızın üzləşdiyi məsələlərin həllində daha da fəal olmalıdırlar: "Cənab Prezidentin də vurğuladığı kimi biz hamımız millət vəkilləri, nazirliklər, onların bölgələrdəki təmsilçiləri, yerli icra və bələdiyyə qurumları xalqımıza daha da yaxşı xidmət etmək üçün çalışmalıyıq, onların məsələlərinə həssaslıqla, diqqətlə yanaşmalıyıq, laqeyidlik, biganəlik olmamalıdır. İnsanlarımızla birlikdə inkişaf edən dövlətimizi daha da inkişaf etdirməliyik, onu hər zaman yüksək səviyyədə qorumalıyıq. Bölgədə baş verən prosessləri hamımız görürük və hamımız çalışmalıyıq ki, bu proseslərdən dövlətimizə heç bir zərər dəyməsin. Çünki dövlətimizə dəyən hər hansı bir zərər bizim hamımıza dəyən zərərdir".

Bu 10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım deyən Qənirə Paşayeva son 10 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Bozalqanlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını deyib.
Bozalqanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, 10 illik fəaliyyəti dövründə Bozalqanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Qənirə Paşayeva Bozalqanlı kəndinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 20-dən çox kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərilib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub.

Qənirə Paşayeva 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib.

Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona yenidən etimad və dəstək göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.

Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində də onları dinləyib, müzakirələr aparıb. Qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı seçki platformasından da danışıb, sualları cavablandırıb. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili Qənirə Paşayeva həmçinin Bozalqanlıda fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar.

Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, müvafiq qurumlarla danışacağını deyib.

Boğazında nar dənəsi qalan 7 aylıq qız öldü - Zaqatalada

Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.

Körpənin dayısı Nurulla Muradovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumatına görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.

Dayısının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala MRX-dan APA-ya fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.

Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.

Həyat yoldaşı və nəvəsini öldürdü, gəlinini yaralayıb intihar etdi

Qaziantepdə yaşayan Kahraman Gürsoy həyat yoldaşı və 3 yaşındakı nəvəsini öldürüb, gəlinini ağır yaralayaraq intihar edib.

Dalga TV Türkiyə mediasına istinadən bildirir ki, Emek məhəlləsindəki hadisə yerli vaxtla bu gün saat 10 radələrində meydana gəlib.

Silah səslərindən sonra hadisə yerinə gələn polislər həyat yoldaşı, gəlini və nəvəsinə atəş etdikdən sonra həyatına son verən Kahraman Gürsoyun cəsədini tapıb.

Ağır yaralı olan Gürsoyun gəlininin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Tbilisidə keçirilən konfransda həmkarlar ittifaqlarının qarşılaşdıqları problemlərin həlli yolları araşdırılır

Tbilisidə Avropa, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin həmkarlar ittifaqlarını özündə birləşdirən Pan Avropa Regional Şurasının konfransı keçirilir. Konfransda ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov təmsil edir.

Tədbirin məqsədi Şuraya üzv ölkələrin həmkarlar ittifaqlarının qarşılaşdıqları problemləri müzakirə etmək, onların həlli üçün yeni üsullar, yollar axtarmaq, gələcək inkişaf və fəaliyyət proqramlarını hazırlamaqdır.

İclasda bildirilib ki, bu gün dünyada maliyyə böhranından əziyyət çəkən ölkələrdə işsizlik problemi hökm sürür. Bəzi müəssisə və təşkilatlar ciddi ixtisarlar edirlər, nəticədə insanların həyat şəraiti pisləşir və bu da həmkarlar ittifaqlarını narahat edən məsələlərdən biridir. Məqsəd bunun qarşısını almaq üçün yeni yollar axtarmaqdır.

Müzakirələr oktyabrın 21-də davam etdiriləcək və sonda Pan Avropa Regional Şurasının proqram sənədi hazırlanaraq qəbul ediləcək.

Aqil Dadaşov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Azərbaycan 2000-ci ildən 300 milyondan çox üzvü olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Ölkəmizdə həyata keçirilən islahatlar, AHİK-in fəaliyyəti beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Onlar da bilirlər ki, Azərbaycanda həmkarlar ittifaqlarının möhkəm hüquqi bazası vardır. Bu ölkələr içərisində həmkarlar ittifaqları ilə bağlı ilk qanun da 1994-cü ildə Azərbaycanda qəbul olunub. Sonradan bu qanuna bir sıra əlavə və dəyişikliklər olunmaqla daha da təkmilləşdirilib və mükəmməl qanun hazırlanıb. Eyni zamanda, Əmək Məcəlləsinə dəyişiklik olunub və həmkarlar ittifaqlarının bütün tələbləri də həmin sənəddə əksini tapıb. Bu sənədlərlə ölkəmizdə həmkarlar ittifaqlarının üzvlərinin hüquqları yüksək səviyyədə qorunur.

Qeyd olunub ki, Azərbaycan həm də Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Bu təşkilatın da sosial tərəfdaşlarla işləmək prinsipi var və Azərbaycanda da bu prinsipə yüksək əməl olunur. Azərbaycanda Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Milli Konfederasiyası arasında baş saziş imzalanıb. Bu sazişdə də hökumətin, həmkarların və sahibkarların öhdəlikləri öz əksini tapıb. Avropa təşkilatları da bunu bilir və yüksək qiymətləndirirlər.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.

İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

"Dalğa TV" xəbər verir ki, faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçəsi barədə Səbayil rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib.

Mənbə onu da qeyd edib ki, həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə məlumat isə təsdiqlənmir.

APA-nın əldə etdiyi digər məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

Georgi Kvirikaşvili: “Hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörməti bir daha qeyd etdik”

"Azərbaycanla Gürcüstan arasında nümunəvi əməkdaşlığı yüksək dəyərləndirirəm".

"Dalğa TV"nin məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, xalqlar arasında əlaqələr yüksək qardaşlıq münasibətləri əsasında davam edir:

“Nazir Elmar Məmmədyarovla görüşdə ikitərəfli əlaqələrin ətraflı müzakirəsini apardıq. Görüşdə bir daha hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörməti qeyd etdik. Siyasi dialoqun davam etdirilməsi prosesinə və strateji əməkdaşlığa sadiqliyimizi bildirdik. İkitərəfli münasibətlərdə əsas sahələrdən biri kimi enerji sahəsində əməkdaşlığı qeyd etməliyik. Gürcüstan Azərbaycanın əsas enerji istehlakçılardan biridir. Biz dəhliz rolunu oynayırıq. Cənub Qaz Dəhlizinin inkişafı etdirilməsinə sadiqliyimizi bəyan etmişik. Nəqliyyat sahəsində əməkdaşlıqla nəqliyyat koridorunun daha nümunəvi işləməsi üçün səylərimizi əsirgəməyəcəyik. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafında maraqlıyıq. Hazırda iki ölkə arasında biznes üçün mühitin inkişafına çalışırıq. Çalışırıq ki, bu sahədə əlaqələrimizi genişləndirək. Çünki potensial tam istifadə olunmayıb”.

Qonaq Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirləri formatını yüksək qiymətləndirdiklərini söyləyib: “Bu, beynəlxalq əməkdaşlıqda mühüm mexanizmə çevrilib”.

Bakıda avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqları çəkiləcək

Yaxın günlərdə Bakı şəhərində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinə başlanılacaq. İşlər aidiyyəti qurumlarla, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış şəkildə aparılacaq.

"Azəryolservis2 ASC-nin mətbuat katibliyindən "Report"a daxil olan xəbərə görə, xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinin yolun hərəkət hissəsi 3 və daha çox zolaqlardan ibarət olan yollarda aparılması nəzərdə tutulub. Bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib. Bu Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Hələlik sınaq məqsədi ilə adı çəkilən yollardan 4-də işlər həyata keçiriləcək. Bu istiqamətdə atılan addımlar özünü doğrultsa, işlərin digər bu kimi küçə və prospektlərdə də aparılması planlaşdırılır.

Sınaq məqsədi ilə xüsusi zolaqların çəkilişi Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiqi Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək və Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdə, bundan başqa Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində, həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissəsində aparılacaq.

Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC və digər aidiyyəti qurumlar tərəfindən ümumilikdə 50-yə yaxın küçə və prospektlərdə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi ilə bağlı təkliflər hazırlanaraq, komissiyaya təqdim olunub.

Qənirə Paşayeva ön cəbhədəki kənddə - FOTO

Əlibəyli sakinləri millət vəkili Q.Paşayeva ön cəbhə kəndləri hər zaman yanınızdadır dedilər.

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində seçicilərlə görüşüb.

"Dalğa TV" xəbər verir ki, görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Əlibəyli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb.

"Mən demək olar ki, hər ay bu kəndə gəlmişəm, insanlarla görüşmüşəm, onların problemlərinin həlli istiqamətində əlimdən gələni əsirgəməmişəm" - deyən millət vəkili xarici ölkə səfirlərinin onun dəvəti ilə bu kənddə olduğunu və Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq törətdiyi vandalizm aktlarını diplomatların yerində gördüklərini deyib.

Qənirə Paşayeva ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. O, Əlibəyli sakinləri qarşısında 10 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallara da cavab verib.

Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi şəxsi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva bəzi problem və təkliflərlə bağlı isə müvafiq qurumlara müraciət edəcəyinə söz verib.

Əlibəyli sakinləri millət vəkili Q.Paşayeva ön cəbhə kəndləri hər zaman yanınızdadır dedilər.

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində seçicilərlə görüşüb.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Əlibəyli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb.

"Mən demək olar ki, hər ay bu kəndə gəlmişəm, insanlarla görüşmüşəm, onların problemlərinin həlli istiqamətində əlimdən gələni əsirgəməmişəm" - deyən millət vəkili xarici ölkə səfirlərinin onun dəvəti ilə bu kənddə olduğunu və Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq törətdiyi vandalizm aktlarını diplomatların yerində gördüklərini deyib.

Qənirə Paşayeva ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. O, Əlibəyli sakinləri qarşısında 10 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallara da cavab verib.

Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi şəxsi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva bəzi problem və təkliflərlə bağlı isə müvafiq qurumlara müraciət edəcəyinə söz verib.

 

Azərbaycana qar yağıb - FOTOLAR

Temperatur mənfi 2 dərəcəyədək düşüb.

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun iki yaşayış məntəqəsinə qar yağıb.

APA-nın məlumatına görə, qarın qeydə alındığı yaşayış məntəqələri Xınaqlıq və Qırız kəndləridir.

Quba Regional Hidrometerologiya müəssisəsindən verilən məlumata görə, Qırıza 1 sm, Xınalığa isə 3 sm qalınlığında qar yağıb.

Temperatur mənfi 2 dərəcəyədək düşüb.

Saytda Axtarış

Son xəbərlər