Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5270
DünənDünən6292
Bu həftəBu həftə17766
Bu ayBu ay23554
Bu günə qədərBu günə qədər8385185

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Eldar Mahmudovun atasına qoyduğu heykəl - Söküldü

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb.

"Dalğa TV" xəbər verir ki, bu barədə Naxçıvanda yaşayan jurnalist Həkimeldostu Mehdiyev sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.

Qeyd edək ki, sabiq nazirin atası Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü olub.

Qeyd edək ki, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi başlayır

Noyabrın 2-də Ermənistanın Lori vilayətində milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikaylovun məhkəməsi keçiriləcək.
"Dalğa TV"nin "news.am"a istinadən verdiyi məlumata görə, iddiaya əsasən Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci ilin 23 iyun tarixində, axşam saat 21:00 radələrində Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xatırladaq ki, T. Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında onun yolu azaraq Ermənistanın Cücə kəndinə keçdiyini açıqlayıb. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Azərbaycanlılar saxlanıldı

Türk polisi gizli məscid aşkarladı.

Türkiyə polisi ölkənin İstanbul şəhərinin Sultanbəyli və daha 2 başqa yaşayış məntəqəsində İŞİD-ə qarşı 25 ünvanda əməliyyat keçirib.

"Dalğa TV" Haber Türk-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 21 nəfər saxlanılıb.

Onlardan 2-si azərbaycanlı, 7-si isə uşaqdır. Əməliyyatda maraqlı məqam da ortaya çıxıb.

Belə ki, polislər İŞİD yaraqlılarının özləri üçün xüsusi məscid qurduqları və hətta imam seçdiklərini müəyyənləşdiriblər.

4 erməni azərbaycanlı iş adamını öldürdü

Cəsədi basdırıb və avtomobili yandırıblar.

Peterburqda millətlərarası münaqişə zəminində törədilməsi ehtimal edilən cinayət işinin üstü açılıb, konkretno.ru məlumat yayıb.

"Dalğa TV" xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşının yoxa çıxdığı haqda polisə onun milliyyətcə rus olan arvadı sentyabrın 15-də ərizə ilə müraciət edərək bildirib.

Rusiya İstintaq Komitəsi müraciətdən üç gün sonra həmin şəxsin qətli ilə bağlı cinayət işi qaldırıb.

Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən 4 erməni tutulub.

Onlardan biri Ermənistan vətəndaşıdır, qalanlarının Rusiya vətəndaşlığı var. Məlum olub ki, sentyabrın 14-də gecə saat 1 radələrində həmin ermənilər Leninqrad vilayətinin Puşkino şəhərindəki restoranda milli zəmində baş verən münaqişə zamanı azərbaycanlını döyüblər.

Daha sonra ermənilər Azərbaycan vətəndaşını ona məxsus olan və Moskva dövlət nömrə nişanlı “Volkswagen Touareg” avtomobilinin baqajına qoyaraq Tosnensk rayonu, Krasnıy Bor qəsəbəsi yaxınlığındakı çölə aparıblar, orada ermənilərdən biri azərbaycanlının sinəsinə və kürəyinə 13 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Cəsədi basdırıb və avtomobili yandırıblar.

İstintaq orqanlarından bildiriblər ki, cəsədin yeri müəyyən edilib və çıxarılıb. Şübhəlilərdən ikisinin barəsində həbs-qətimkan tədbiri seçilsə də qalan ikisi başqa yerə getməmək barədə iltizam alaraq buraxılıb.

Qənirə Paşayeva Qədirli kəndində seçicilərlə görüşdü - Fotolar

Millət vəkili Qənirə Paşayeva Qədirli kəndində seçicilərlə görüşündə "Ali Baş Komandanın ətrafında sıx birləşməliyik" deyib

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Qədirli kəndində seçicilərlə görüşüb və onlarla geniş fikir mübadiləsi aparıb: “Düz 10 il əvvəl bu yola sizin xeyr-duanızla çıxdım. Sizə hər zaman söylədiyim kimi mənim üçün deputatlıq sizə, xalqımıza,dövlətimizə daha çox xidmət edə bilməkdir.

Ötən 10 illik deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacam. 10 il ərzində sizi təmsil edən millət vəkili kimi hər zaman ölkəmizi iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə də layiqli təmsil etmək üçün çalışdım. Bilirəm ki, siz dəyərli seçicilərim üçün Qarabağ problemi nə qədər həssas və önəmli məsələdir və mən sizin səsiniz olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında bütün gücümlə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı işə dəstək olmağa çalışdım hər zaman. Əgər təkrar etimad göstərsəniz, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam”.

Millət vəkili Qənirə Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illlər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanun, əlavə və dəyişikliklərdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb və seçicilərlə fikir mübadiləsi aparıb. Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb və sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib.

Kəndin uzun illər ərzində ən ciddi problemi olan yol probleminin həllində məsələlərin öz həllini tapdığını deyən millət vəkili Qənirə Paşayeva dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik. Tovuz rayonunda görülən işlər barədə danışan millət vəkili Qənirə Paşayeva Qədirli seçicilərinin ona məktəblərinin təmiri ilə bağlı müraciətini Təhsil Naziri Mikayıl Cabbarovla müzakirə apardığını və Hökumətə müraciət etdiyini deyib və bu məsələnin öz həllini tapacağına inandığını deyib.

Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini vurğulayıb.

Qədirli seçiciləri çıxış edərək bildiriblər ki, millət vəkili Qənirə Paşayevaya etimadları tamdır, çünki o, 10 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə aparıb və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb.

Bakı sərnişin vağzalında Tbilisi-Bakı sürət qatarına bilet satışı başlanıb

Gürcüstandan Azərbaycana gələn 37 №-li Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 №-li bilet kassasına müraciət edə bilərlər.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə, yalnız Bakıdan bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır.

Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 №-li bilet kassasında Rusiya və Ukrayna dövlətlərinin ərazisındə hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycana bilet satışı uğurla aparılır

Azərbaycan qış vaxtına keçib

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu gün, oktyabrın 25-də, saat 05:00-da ölkə ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib.


Bu barədə APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Azərbaycanlı əsirlərin 20 ildən sonra görüntüləri yayıldı - VİDEO

Erməni separatçılarına əsir düşən azərbaycanlıların 1994-cü ildə çəkilmiş görüntüləri yayılıb.

 

"Qarabağda ermənilər tərəfindən girov götürülən Azərbaycanlı savaş əsirləri ilə "xoş rəftar"...

 

 

MTN-nin daha bir idarə rəisi işdən çıxarıldı

Kadr islahatları davam etdiriləcək


"Milli Təhlükəsizlik Nazirliyinin (MTN) doqquz yüksək vəzifəli əməkdaşının işdən azad olunması ilə bağlı xəbər vermişdik".

"Dalğa TV"nin trend-ə istinadən xəbərinə görə, MTN-nin daha bir idarə rəisi, polkovnik Nazim Lətifov vəzifəsindən azad edilib və sərəncama götürülüb.


Əldə etdiyimiz informasiyaya görə, MTN-də kadr islahatları davam etdiriləcək.

Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

Qənirə Paşayevanın seçicilərlə növbəti görüşündən - Fotolar

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Qaraxanlı kəndinin sakinləri ilə görüşüb.


"Dalğa TV" xəbər verir ki, seçicilər qarşısında çıxış edən Qənirə Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş işləri barədə məlumat verib. Prezidentin son günlər imzaladığı fərmanlar barədə də danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, bütün bu addımlar bölgələrdə kiçik və orta sahibkarlığın inkişafına təkan verməklə yanaşı insanlarımızın həyat səviyyəsinin inkişafına da özünün müsbət töhfəsini verəcək. Çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb: 10 il deputat fəaliyyətim dövründə Tovuzda nə ailəm üçün biznes qurdum, nə də qohumlarımın yüksək vəzifələrə təyini xahişini etdim. Bu illər ərzində Tovuzda nə xahişim olubsa sizinlə, seçicilərimizlə bağlı olub və mən hər zaman əlimdən gəldiyi qədər sizin problemlərinizin həlli üçün imkanlar və səlahiyyətim daxilində əlimdən gələni etməyə çalışdım. Hər zaman sizin fikir və təkliflərinizi qanunların müzakirəsi zamanı səsləndirməyə çalışdım və ölkəmizin dünyada daha da geniş tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha da geniş yayılması istiqamətində dövlətimizin geniş fəaliyyətinə dəstək olmağa çalışdım. Bu gün regionda və fünyada gedən bir sıra proseslər barədə danışan millət vəkili Qənirə Paşayeva bizim hamımız üçün dövlətimizdən, onun müstəqilliyindən dəyərli heç nə ola bilməz. Bizim inkiafımız, ortaya çıxan problemlərimizin həlli dövlətimizin inkişafından keçir. İnkişaf isə sabitlikdən. Ona görə də ölkəmizin sabitliyi, inkişafı və ərazi bütövlüyümüzün bərpası üçün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək daha da çox çalışmalıyıq. Və böyük və kiçik olmasından asılı olmayaraq hər bir vəzifə sahibi insanlarımızın qayğı və problemlərinə həssaslığı daha da artırmalı, onların həlli üçün çalışmalıdır, onları artırmaq üçün deyil. Cənab Prezident müşavirələrinin birində söylədiyi kimi biz hamımız xalqa xidmət etməliyik. Mən 10 il deputatlıq fəaliyyətimdə hər zaman bu düşüncə ilə hərəkət etdim və sizə xidmət etməyi özümə şərəf bildim .

Millət vəkili Qənirə Paşayeva həmçinin kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.

Suriyada döyüşən azərbaycanlılar barələrində olan hökmdən apellyasiya şikayəti verib

Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu və Məhəmmədzadə Sadiq Yadigar oğlu barələrindəkidə hökmdən apellyasiya şikayəti verib.

"Dalğa TV"nin xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə oktyabrın 26-da baxılacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə saxlanılıb. Müəyyən edilib ki, həmin şəxslər 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu silahdan isitfadə qaydalarını öyrəniblər. Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər. Avqust ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Şahbazi Bəxtiyar 14 il, Şahbazi Bəhruz 12 il və Məhəmmədzadə Sadiq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Prezident Administrasiyasının sabiq şöbə müdiri dünyasını dəyişib

Azərbaycanda qocaman dövlət qulluqçusu dünyasını dəyişib.

 "Dalğa TV" xəbər verir ki, Prezident Administrasiyasının (PA) dövlət nəzarəti şöbəsinin keçmiş müdiri Salman Cəfərov vəfat edib.

Qeyd edək ki, S.Cəfərov şöbə müdiri olan vaxtlarda indiki PA-nın adı Prezidentin İcra Aparatı idi.

Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə S.Cəfərovu "Şöhrət" ordeni ilə təltif edib.

Saytda Axtarış

Son xəbərlər