Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5317
DünənDünən6292
Bu həftəBu həftə17813
Bu ayBu ay23601
Bu günə qədərBu günə qədər8385232

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabat konfransı keçirilib

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) bir illik hesabat konfransı keçirilib.

"Dalğa TV"nin məlumatına görə, GMİ-nin rəhbəri Hacı Ramin İgidov konfransda bir il ərzində Gürcüstan ərazisində 38 məscidin təmir olunduğu, 11 məsciddə abdəstxana tikildiyi, 6 məscidə hasar çəkildiyi qeyd edib: "Hazırda Gürcüstanda 86-dan çox məscid qeydiyyatdan keçib. Bu il ərzində 33 dini kitab nəşr edilib. Müxtəlif mövzularda kitablar, o cümlədən 3 000 tirajla Quran Azərbaycan dilində nəşr olunub. 39 məscid müxtəlif səs cihazları ilə təmin olunub. Bu dövrdə GMİ-nin internet televiziyası fəaliyyət göstərib, bu günədək 130 veriliş yayımlanıb".

Ötən bir il ərzində Gürcüstan ərazisindəki bütün məscidlər "SOCAR Georgia" tərəfindən təmənnasız təbii qazla təmin edilib. Eyni zamanda cəzaçəkmə müəssisələrindəki müsəlmanlarla görüşlər keçirilib.

Qurban bayramında kasıb və kimsəsiz ailələrə, həmçinin Tiflisdə təbii fəlakətdən zərərçəkənlərə yardım olunub. Pankisi və Acarıstanda pulsuz tibbi xidmət və müayinə aparılıb. 16 nəfərə əlil arabası verilib.

Qeyd olunub ki, il ərzində Batumidə GMİ-nin fəaliyyəti üçün yeni ofis və mədrəsə binası istifadəyə verilib. GMİ-nin nəzdində Xeyriyyə Fondu yaradılıb. 3 elmi konfrans, 9 müxtəlif konfrans, sərgi, dindarlarla və dövlət rəsmiləri ilə görüşlər keçirilib.

GMİ "Gürcüstanda fəaliyyət göstərən dini təşkilatlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memarandum" da imzalayıb.
Tədbirdə Gürcüstanın Dini Məsələlərlə iş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze da çıxış edib. O bildirib ki, GMİ Gürcüstandakı müsəlmanların müdafiəsi və dinin inkişafı üçün müsbət işlər həyata keçirir: "Dövlət GMİ-nin fəaliyyəti üçün 2002-ci ildə 2 mln 200 min lari, 2014-cü ildə 1 mln 100 min vəsait ayırıb. Mən yalnız vəsaitdən deyil və məscidlərin qeydiyyatdan keçməsi üçün müsbət işləri də qeyd etmək istəyirəm. 85 məscid GMİ-nin ixtiyarına verilib və bu yenə davam edəcək. Biz hələlik dövlətin balansında olan məscidləri təmir edirik, ikinci mərhələdə isə digər məscidləri qeydiyyatdan keçirib onların bərpasına başlayacağıq".

Konfransda Fransada baş verən terroru pisləyən bəyanat da qəbul olunub.

Bakıda yol çökdü - Avtomobil və piyada yarğana düşdü (Foto )

Bakının Binəqədi rayonunda yol çöküb.

Məlumata görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.

Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.

"Bakı Sukanal" idarəsinin rəis müavini Əlizadə Nəsirov isə deyib ki, qəza baş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib.

 

Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı geri qaytarılıb

Beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bugünkü təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.

Məlumatda bildirilir ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Şagird dərsdə sinif yoldaşını güllələdi - Bakıda

Bakıda orta məktəbdə dəhşətli hadisə baş verib.

Məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.

Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan "Kral Air Rfle" markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.

Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Türkiyədə 236 qadın öldürülüb

2015-ci ilin oktyabr ayında Türkiyədə kişilər tərəfindən 25 qadın öldürülüb, 15 qadına təcavüz edilib, 29 qadın isə yaralanıb.

"Dalğa TV" Bianet insan haqları qrupuna istinadən xəbər verir ki, Ötən ay ərzində bir uşaq və bir kişi də öldürülüb. Bundan əlavə, 3 qadının ölümü də hələ ki müəmmalı qalıb və qatilləri tapılmayıb.

2015-ci ilin ilk 10 ayında isə kişilər tərəfindən 236 qadın öldürülüb, 112 qadına təcavüz edilib, 157 qadın fahişəliyə vadar edilib, 319 qadın isə yaralanıb.

Ölümlərin əsas səbəbləri qadınların həyat yoldaşlarından boşanmaq istəmələri, qeyri-rəsmi nikahda yaşamaq təklifini rədd etmələri və qısqanclıq olub.

Cinayətlərin 55,5 faizi odlu silahla törədilib. 12 qadın tapança, 3 qadın tüfəng, 7-si bıçaq, 1-i boğularaq və 1-i isə boğazı kəsilərək öldürülüb.

Törətdikləri cinayətlərdən sonra qatillərin 3-ü intihar edib, biri intihara təşəbbüs göstərib.

Tiflis meri: "Bakı ilə Tiflisin qardaşlaşması üçün danışıqlar aparılır"

"Bakı ilə Tiflisin qardaşlaşmasını nəzərdə tutan sənədləri hazırlayırıq. Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi və Bakı şəhər meriyası arasında müvafiq danışıqlar aparılır. Biz danışıqların yekununu gözləyirik. Bundan sonra həmin sənədlər imzalanacaq".


"Dalğa TV"nin məlumatına görə, bunu Tiflis şəhərinin meri David Narmaniya deyib.

Onun sözlərinə görə, iki şəhər arasında müxtəlif layihələr, o cümlədən investisiya layihələri həyata keçiriləcək: "Qarşılıqlı turizm tədbirlərinə də geniş yer verəcəyik. Azərbaycandan Gürcüstana turist axını getdikcə genişlənir və bu bizi sevindirir. Bu sahənin inkişafı üçün dövlət və özəl sektor böyük işlər həyata keçirir".

D. Narmaniya azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də turizmin inkişaf etdiriləcəyini bildirib: "İlk öncə turizmin inkişafına təkan verəcək mədəni infrastrukturu genişləndirmək, sonra isə müxtəlif layihələri həyata keçirmək istəyirik".

SOCAR Dövlət Komitəsini və icra hakimiyyətini məhkəməyə verib

SOCAR Əmlak Məsələləri üzrə Dövlət Komitəsini və Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verib.


"Dalğa TV"nin məlumatına görə, dövlət şirkəti Gülşən Abbasova adlı şəxsin adına verilən sərəncamların, torpaq sahəsinin plan ölçüsünün və sərəncamdan çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə 2 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.

Şirkət qərardan apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Bundan sonra SOCAR Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Hazırda məhkəmədə şikayətə baxılır.

Araz Ağalarov: “Mənzilimin qapısına dinamit qoyublar...”

Bu gün azərbaycanlı milyarder Araz Ağalarovun 60 illik yubileyidir. "Moskovskiy komsomolets" qəzeti onunla geniş müsahibə dərc edib.


İş adamı müsahibədə özünün həyat yolu, biznesə necə başlaması və necə varlanması barədə danışıb.

Araz Ağalarov deyib ki, Rusiyada banditizmin və reketin tüğyan etdiyi 90-cı illərdə digər biznesmenlər kimi onun da kriminal elementlərlə qarşılaşdığı hallar olub.

"90-cı illərin əvvəllərində mənim bir çox adamlarla şəxsi münaqişələrim, "raborka"larım, görüşlərim olub. Ancaq biz o vaxt heç kimlə sövdələşməyə girmədik. Və heç vaxt "krışamız" olmayıb. Sual yarana bilər ki, "krışasız" mən bizneslə necə məşğul olmuşam və kriminal avtoritetlərlə anlaşmadan işlərimi necə yoluna qoymuşam. Mən elə adamam ki, təzyiq altında bir rubl verməklə təzyiq altında həyatımı qurban vermək təxminən eyni şeydir. O zaman banditlər belə adamı nəylə hədələyə bilərlər? Fiziki divan tutmaqla? Axı onlar məni öldürsələr, heç nə ala bilməyəcəklər! Yəni mən onlara sağ lazımam!" - deyə A.Ağalarov bildirib.

A.Ağalarov deyib ki, onun başıma bir neçə dəfə buna bənzər epizodlar gəlib. Bir neçə dəfə iş adamının yaşadığı evin blokunun girişini partladıblar. Özünü və ailəsini öldürməklə təhdid ediblər: "Hətta dinamiti liftə və birbaşa mənzilin qapısına qoymuşdular. Hər dəfə mən əvvəlcədən təhlükəni hiss edib ailəmi təhlükəsiz yerə göndərmişəm və evdə tək qalmışam. Və banditlər mənə heç nə edə bilməyiblər".

İş adamı deyib ki, onun biznesdə "yüksək liqaya" qalxması 1998-ci ildə Rusiyada baş vermiş defolt və iqtisadi böhran nəticəsində baş tutub. O vaxt yaratdığı "Crocus" şirkəti sərgi biznesində irəliləyib və biznesin digər sahələrində də uğur qazanıb.

"Riğe-Nariqala" kanat yolu bağlanacaq

Tikinti işlərinə görə "Riğe-Nariqala" kanat yolu 9 npyabr tarixindən 20 noyabra qədər bağlanacaq.

Tbilisi Nəqliyyat Şirkətinin məlumatına əsasən "Riğe-Narıqala" kanat yolunun işləmə saatlarının cəminin nəzərə alınmasına əsasən əsas çəkici kanat dəyişdirilir.

Nəqliyyat şırkəti yaranan narahatçılıq üçün vətəndaşlardan üzr istəyir.

Gürcüstanda 12 illik orta təhsil ləğv olunacaqmı?

12-ci sinif ləğv olunacaqmı?


Gürcüstan Təhsil və Elm Nazirliyinin 12-ci sinfin ləğv olunması ilə əlaqəli yayılan məlumatı kəskin şəkildə rədd edir.
Bu haqda nazirlik tərəfindən yayılan bəyanatda qeyd olunub.
"Gürcüstanın Təhsil və Elm Nazirliyi kəskin şəkildə bəzi media vasitələri tərəfindən və 12-ci sinfin və müvafiq olaraq test imtahanlarının ləğv olunması haqqında məlumatı kəskin şəkildə inkar edir.
Nazirlik media vasitələrini oxşar mövzulara diqqətlə yanaşmağa çağırır. Belə ki, qeyri-düzgün olmayan məlumatın yayılması nəticəsində ilk növbədə məhz 12-ci sinif şagirdləri zərər görürlər. Onları gələcəkdə imtahanlar gözləyir", bildirilir bəyanatda.

“Bayrağınla yüksəl, Azərbaycan!” - Yeni layihə

“Bayrağınla yüksəl Azərbaycan!” layihəsinə start verilib/

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən maliyyələşən layihənin müəllifi Tibb Universitetinin tələbəsi Aytən Yusifzadədir.

Layihədə ölkəmizdə, xüsusən də gənclər arasında bayrağımıza qarşı laqeyidlik hissinin aradan qaldırılmasının və bayrağımızın milli dəyərini onlar arasında aşılanmasının vacibliyi qeyd olunur.

Layihə paytaxt və region gənclərinin arasında Azərbaycan dövlətinin suverenliyi rəmzi olan BAYRAĞIMIZIN gənclər arasında təbliğini nəzərdə tutur. Layihə çərçivəsində hazırlanacaq VİDEOROLİK vasitəsilə gənclər daha ətraflı məlumat bazasına malik olacaqlar. Videorolikdə bayrağımız haqqında gənclər üçün maraqlı məqamlara toxunulacaq. Bu gənclərin pis vərdişlərdən uzaqlaşmaları üçün stimul olacaq. Videorolik özəlliyi ondan ibarətdir ki, burada ölkənin tanınmış simaları gənclərə bayrağımızla bağlı müraciət ünvalayacaqlar.

Uşaq attraksiondan yıxıldı - Bulvarda

Bakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.

Saytda Axtarış

Son xəbərlər