Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5265
DünənDünən6292
Bu həftəBu həftə17761
Bu ayBu ay23549
Bu günə qədərBu günə qədər8385180

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Leysan yağışlar nəticəsində Lənkəranda evləri su basıb, 18 nəfər təxliyə edilib - VİDEO

İki gün aramsız yağan yağışlar Lənkəranda fəsadlar törədib.

"Dalğa TV" xəbər verir ki, axşam saatlarında daha da güclənən leysan yağışları nəticəsində bir sıra yaşayış məhəllələri su altında qalıb.

Dağətəyi kəndlərin sakinlərinə ciddi ziyan dəyib. Hələlik dəyən ziyanın həcmi məlum olmasa da, ev quşları və xırdabuynuzlu heyvanlar arasında tələfatın olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub" dalğıc-axtarış qrupu Bürcəli və Türkəkəran kəndlərində əhalinin təxliyə edilməsinə cəlb olunub. Gecə saat 00.10 radələrində Növbətçi hissəyə daxil olan telefon zəngindən sonra ilk olaraq Həsənovlar ailəsinin ikisi azyaşlı olmaqla 6 nəfər üzvü FHN əməkdaşları tərəfindən qayıq vasitəsilə evlərindən təxliyə edilib.

FHN Cənub regional mərkəzinin məlumatına görə, ümumilikdə Bürcəli və Türkəkəran kəndlərində 18 nəfərə yardım göstərilib. Onlardan 7-si azyaşlı, 6 nəfəri qadın olub. Xilasetmə işləri bir neçə saat ərzində davam edib.

Kənd sakinlərinin bildirdiyinə görə, həyətlərdən su sel şəklində keçərək, nisbətən çökək olan ərazilərdə toplanıb. Bu da hansısa bəndin uçması ehtimlını yaradır. Hazırda həyətlərə yığılan suyun hündürlüyü 1-1,5 metrə çatır. Rayonun digər kəndlərində də daşqınların olduğu bildirilir.

FHN-nin yaydığı rəsmi məlumata görə, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub. Qurumun Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub" dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib. Əməliyyat saat 03:32 də başa çatıb.

İŞİD-in tərkibində döyüşən azərbaycanlılar tutulub - FOTO

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş daha 5 nəfər saxlanılıb.

MTN İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluğa hazırlıq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu şübhəli şəxs qismində tutulublar.


Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və «Cumdul-Xilafə» terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ermənilər Xocalıda şadlıq sarayı tikirlər - FOTO

Ermənilər Dağlıq Qarabağ müharibəsi zamanı ən böyük qətliamın yaşandığı Xocalıda şadlıq sarayı inşa edir. 

"Dalğa TV" Ermənistan KİV-nə istinadən xəbər verir ki, 250 nəfərlik şadlıq sarayı separatçı Qarabağ rejimi və "Hayastan" ümumerməni fondunun birgə maliyyəsi hesabına inşa olunur. İcma mərkəzi ilə yanaşı tikilən şadlıq sarayının gələn ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun Xocalıya hücumu nəticəsində rəsmi məlumatlara görə 613 azərbaycanlı öldürülmüş, 1275 nəfər isə girov götürülmüşdü.

Bakıda tıxacların aradan qaldırılması üçün yeni təklif - FOTO

Bakıda Üzeyir Hacıbəyli küçəsi, Ak.Zərifə Əliyeva küçəsi, Aleksandr Puşkin küçəsi, Neftçilər və Azadlıq prospektlərində yaranan tıxacların aradan qaldırılması üçün araşdırmalar aparılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, adı çəkilən küçə və prospektlərdə yol hərəkətinin tənzimlənməsi ilə bağlı tərtib olunan yeni sxemdə göstərildiyi qaydada təşkil edilməsi və aşağıda qeyd olunmuş təkliflərin icra edilməsi günün müxtəlif saatlarında yaranan tıxac hallarının qarşısını alacaq.

Araşdırmalara əsasən təklif edilir ki, A.Puşkin küçəsindən sağa, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq hərəkətinin svetoforun əlavə seksiyasında, A.Puşkin küçəsindən sola hərəkət etmələri tövsiyə olunur. Eyni zamanda, Ü.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin isə işıqforun əlavə seksiyasında, Ü.Hacıbəyov küçəsindən sağa, A.Puşkin küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi hərəkətinin işıqforun əlavə seksiyasında təşkil edilməsi təklif olunur.

Bundan başqa, daha bir təklif A.Puşkin küçəsinin Ü.Hacıbəyli küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsində yaranan tıxaclarla bağlıdır. Həmin istiqamətlər arasında rezin arakəsmələrin quraşdırılması, həmçinin A.Puşkin küçəsi ilə hərəkət edib Neftçilər prospekti istiqamətində hərəkət edən avtobusların birbaşa deyil, Ak.Zərifə Əliyeva və Keykab xanım Səfərəliyeva küçələri vasitəsilə hərəkət etmələri təklif edilir. Nəzərdə tutulan yenilik nəqliyyatın Neftçilər prospekti istiqamətində hərəkət etməsini təmin etmək məqsədilə A.Puşkin küçəsində yerləşən avtobus dayanacağını götürərək, Ak.Z.Əliyeva və K.Səfərəliyeva küçələrində avtobus dayanacağının quraşdırılması barədədir.

Növbəti təklif kimi isə, Ak.Z.Əliyeva küçəsinin A.Puşkin və K.Səfərəliyeva küçələrinin arasında olan hissəsinin bir istiqamətli edilməsi, Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, Azadlıq prospektinə, Ak.Zərifə Əliyeva küçəsinə və “Azadlıq” meydanının altında yerləşən avtomobil dayanacağına daxil olmasını təmin etmək üçündür.

Bu məqsədlə “Giriş qadağandır” yol nişanlarının götürülməsi, Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin Neftçilər prospektinə çıxışının təmin edilməsi, Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, A.Puşkin küçəsi istiqamətində hərəkətinin təmin edilməsi təklif edilir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.

"Dalğa Tv"nin xəbərinə görə, tədbirdə QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, habelə dini icma rəhbərləri və tanınmış elm adamları iştirak ediblər.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlanıb.
Çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-ci il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.
Tədbirdə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı 1437-ci hicri ilinin təqvimini də təqdim edib.

Gürcüstanda Ermənistan vətəndaşı qanunsuz narkotik maddə saxladığı üçün tutulub

Gürcüstanın paytaxtı Tbilisidə Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Veniamin A. qanunsuz olaraq, böyük miqdarda narkotik maddə saxladığı üçün tutulub.

"Dalğa TV" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onun üzərindən 1,3492 q., heroin və 0,0507 q. amfetamin narkotik vasitəsi aşkar edilib.

Ermənistan vətəndaşı barəsində Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz əldə edilməsi və saxlanılması maddəsi ilə cinayət işi açılıb.

Moskvada Quran oxuma yarışı keçirilib

Qaliblər mükafatlandırılıb

Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq Quran oxuma yarışması dünyanın dörd bir yanından Quran hafizlərini bir yerə cəmləyib.

Yarışma iştirakçıları sadəcə Quranı əzbər oxuma bacarıqlarını deyil, eləcə də gözəl oxuma qabiliyyətlərini də nümayiş etdiriblər. Rusiya Xarici İşlər Naziriliyi və Müftilər Şurasının təşkilatçılığı ilə bu il sayca 16-cı dəfə keçirilən beynəlxalq Quran oxuma yarışmasında 44 ölkədən 100-ə yaxın hafiz iştirak edib. Dünyanın ən yaxşı hafizi adını qazanmaq üçün yarışan müsabiqə iştirakçılarından sadəcə 6-sı beynəlxalq münsiflər heyəti tərəfindən finala seçilib.

Ankaradakı qırğının ən kiçik qurbanı: Onun 9 yaşı vardı

Veysel Atılğan 9 yaşında idi.

"Dalğa TV" Türkiyə KİV-nə istinadən bildirir ki, 10 oktyabr günü səhər erkəndən oyandı, səhər yeməyini yedi və atasının əlindən tutaraq barış üçün yola çıxdı.

Gedərkən bacılarına gülümsədi, barış işarəsi etdi və poza verdi. Zelal və Fatoşun, biricik qardaşları Veysəli son fikirləri idi bu. Xain bomba onu atasının əlində tutdu.

10 gün əvvəl ad günündə gələn sarı-göy saatını və yeni qırmızı köynəyinin heç geyə bilmədən qanad açdı sonsuzluğa kiçik Veysəl. Ankara dəmir yolu stansiyasının önünə "barış göyərçini" olaraq getdi, amma qırğının ən kiçik qurbanı oldu...

Xain bomba, atası İbrahim Atılganla əl-ələ gedərkən vurdu onu.

Bakıda 9 ay ərzində baş vermiş yol-nəqliyyat hadisələrində 171 nəfər ölüb

Bakı şəhərində bu il yanvarın 1-dən oktyabrın 3-nə kimi 610 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, nəticədə 171 nəfər ölüb, 672 nəfər xəsarət alıb.


Məlumata görə, göstərilən dövr ərzində 13698 sürücü avtomobili sərxoş idarə etdiyi üçün məsuliyyətə cəlb olunub. Bundan əlavə, qəza şəraiti yaradan 3467, polisin qanuni tələbinə tabe olmayan 2953, ötmə manevr qaydalarını pozan 7033, yol ayrıcı qaydalarını pozan 143993, avtoxuliqanlıqla məşğul olan 588 şəxs məsuliyyətə cəlb olunub. 9 ay ərzində 234175 yol hərəkəti qaydalarının pozuntusu aşkar olunub, 86171 piyada yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnib.

Azərbaycanlı İŞİD-çilərin yeni görüntüləri yayıldı - "İnşallah şəhid olarıq" - VİDEO

 İŞİD terror təşkilatının azərbaycanlılardan ibarət terrorçularının yeni videosu yayılıb.

7 oktyabr tarixində çəkilən videoda danışan terrorçulardan biri hazırda əməliyyata hazırlaşdıqlarını qeyd edərək sol tərəfdə oturan terrorçunun ilk naşidini oxuyacağını söyləyir və bunun Azərbaycanda, Türkiyədə və dünyada olan mücahidlər üçün hədiyyə olduğunu qeyd edir.

Videonun harada çəkildiyi bildirilməyib. Qeyd edək ki, "naşid" sinxron insan səslərindən ibarət mahnı hesab edilir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə hüquqazidd əməllərin törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkumetmə ilə cəzalandırılır.

 

Ermənilər Ağdərədə institut açırlar - FOTO

Ermənistan rəhbərliyi Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq üçün növbəti avantüraya əl atıblar.

"Dalğa TV"Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejim Ağdərənin Vəngli kəndi yaxınlığında, XII əsrə aid Qandsazar monastırının yanında Əlyazmalar institutunun tikintisini gerçəkləşdirirlər. "Matenadaran" adlanacaq institut noyabrın sonlarında istifadəyə veriləcək.;
Separatçı rejimin "Şəhərsalma və tikinti naziri" Unan Tadevosyan institutda "Qarabağ və ümumerməni irsinə aid tarixi sənədlərin və əlyazmaların" yerləşdiriləcəyini deyib. Tikinti layihəsini erməni diasoprunun yaratdığı "Pünik" fondu maliyyələşdirir. Onlar layihəyə 270 milyon dram (570 min dollar) vəsait ayırıblar.

Azərbaycanda universitetdə kütləvi dava: tələbələrdən biri bıçaqlanıb

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələr arasında kütləvi dava düşüb.

Bu barədə "Report"a Sumqayıt Şəhər Polis İdarəsindən (RPİ) məlumat verilib.

Hadisə nəticəsində SDU-nun 20 yaşlı tələbəsi Emin Fətəliyev bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər