Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1072
DünənDünən6204
Bu həftəBu həftə7276
Bu ayBu ay13064
Bu günə qədərBu günə qədər8374695

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Sabah Azərbaycanın bəzi rayonlarında leysan xarakterli intensiv yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz ke çəcəyi gözlənilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 2-də gecəyə doğru Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə hava şəraitinin əsasən yağmursuz ke çəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Ermənilərdən etiraf: Kəlbəcər Azərbaycanındır... - VİDEO

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun yeni görüntüləri yayılıb.

Azvision.az xəbər verir ki, erməni blogerin şəxsi hesabında paylaşdığı videoda Kəlbəcərin bir çox yerləri əks olunub.

Düşmən tapdağında olan məşhur İsti su sanatoriyası da erməni bloqer tərəfindən lentə alınıb.

Bu gün iyulun 29-dur. Yerevandan 11 radələrində çıxmışıq. İndi 5:30dur. Biz Kəlbəcərin İsti sularından birinin yanındayıq. Bura çimməyə gəlmişik. Maşınımızı qoyub, yükümüzü çiynimizə alaraq buradan uzaqlaşmağa başlayırı. Yolda ağaclar var. Ərik yeyə-yeyə gedirik. Bu istiqamətdə bir neçə km. yol qət edəcəyik. Bax, bu ərikdir, soyuq imkan verməyib ki, o böyüsün - deyə videoda deyilir.

Ermənilərin özü də Kəlbəcərin Azərbaycana aid olmasını etiraf edirlər. Səyahətçilər deyir ki, vaxtilə bura Azərbaycanın dövlət iqamətgahı olub.Yuxarı qalxdıq. Vaxtilə bura Azərbaycanın dövlət iqamətgahı olub. Qıraqdan görünməsin deyə, bir tərəfdən ağaclarla, o biri tərəfdən isə bu binalarla örtülüb. Qaranlıq. Çadır qurmuşuq ki, orada gecələyək. Yay olmasına baxmayaraq, burada soyuqdur. Ona görə ocaq qalamalı olduq. Artıq 9:30 dur. Uçuq binaların arasından meşə ilə getməyə başlayırıq, buradan oraya 15 km yol var. Tələsməliyik ki, çataq. Bura iti suların rezervuarıdır (anbar). Sonra yolda olan maneələr. Artıq yarısını geçmişik yolun. Bir az dincəlməliyik. Dağın zirvəsinə çathaçatdayıq. 15 dəqiqə sonra orda olarıq.

Buranın adı Əyri dağdır. Dəniz səviyyəsindən 3600 km-dədir.

İndi Kəlbəcərdəyik.. Buradan Mardakertə getmək istəyirik. Yol isə belədir ki, bir su anbarını dolaşıb getmək zorundayıq. Bura artıq Dadivankdır (Çəkilişləri göstərir - red) Yatmaq üçün münasib bir yer tapdıq. Besetkadı. Bir az daşlı olsa da, nə edək burada yatmalıyıq. Əl-üz yuyan da var. Qarşıda isə meşədir.

Sabahınız xeyir . Biz indi hazırlaşırıq Yerevana getməyə.. Gecə burada qaldıq. Rahat və təhlükəsizdir”.

Qeyd: ermənilərin danışıqlarını Ermənişünas alim Qafar Çaxmaqlı tərcümə edib.

 

Məktəblini ölümdən 3 saniyə ayırdı - VİDEO

İnterAz-ın təqdim etdiyi görüntülərdə məktəblinin əməlli-başlı bəxti gətirir.

Belə ki, məktəbli oğlan dayandığı yerdən tərpənincə BMW markalı avtomobil qəza törədir.

Həmin görüntüləri sizlərə təqdim edirik:

 

Müdafiə Nazirliyi: cəbhədə ağır döyüşlər gedir, 3 hərbçimiz şəhid olub

Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilib.

Cəbhə xəttində gərginlik səngimir. "Dalğa TV" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu, Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir.

Rusiyada 32 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib

Zülfüqar Əsədova bundan əvvəl də üç dəfə sui-qəsd təşkil olunub

Rusiyanın Volqoqrad şəhərində 32 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib.

Hadisə dünən axşam 20:30 radələrində Volqoqradın Dzerjinski rayonunda baş verib. Naməlum şəxslər "Lexus" markalı avtomobildə olan azərbaycanlı iş adamına odlu silahdan atəş açıblar. Nəticədə ağır yaralanan azərbaycanlı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən iş adamı, 1983-cü il təvəllüdlü Əsədov Zülfüqar Mütəllim oğludur. 4 uşaq atası olan Zülfüqar Volqoqradda bizneslə məşğul olub. Əslən Şəmkirin Zəyəm kədindən olan iş adamı sentyabrın 26-dan axşam saatlarında yaşadığı evin qarşısında maskalı şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Kalaşnikov avtomatı ilə silahlanan maskalı şəxslər Z. Əsədovun idarə etdiyi maşına yaxınlaşaraq ona bir neçə dəfə atəş açıblar. Hadisə zamanı avtomobildə başqa bir şəxs də olub. Lakin ona heç bir xəsarət yetirilməyib. Maskalı şəxslər Z. Əsədova avtomatdan bir neçə dəfə atəş açaraq, hadisə yerindən gəldikləri avtomobillə qaçıblar.

Ağır yaralanan Z. Əsədovu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad üzrə regional bölməsinin sədri Teymur Həsənov Z. Əsədovun cəsədinin bu gün dəfn olunmaq üçün doğulduğu Şəmkir rayonunun Zəyəm kəndinə aparılacağını bildirib. Onun sözlərinə görə, qətli törədənlər hələlik müəyyənləşməyib.

Qeyd edək ki,qətlin sifarişli olması ilə bağlı iddialar va. Buna qədər Z. Əsədova 3 dəfə sui-qəsd olunub. Sentyabrın 26-da baş verən sui-qəsd isə dördüncü olub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" və "qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.;

Grücüstanın Kvemo-Kartli bölgəsində azərbaycanlı məktəb direktoru rüşvət almaq ittiham ilə saxlanılıb.

"Dalğa TV" Gürcüstan KİV-nə istinalda xəbər verir ki, Bolnisi rayonunu Kvemo kənd 1 saylı məktəbinin direktoru Zakir M. Gürcüstan Antikorrupsiaya Agentliyinin əməkdaşları tərəfindən yaxalanıb.

İstintaqın məlumatına görə Zakir M. cəmi 5 sinif oxumuş vətəndaşa 9-cu sinifi bitirdiyini göstərən attestat hazırlamağa söz verib və xidməti qarşılğında 500 dollar istəyib. Pulun 250 dollarını öncədən götürən direktor saxlanılıb.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə cinayət işi açılıb. Rüşvət faktı sübut olunarsa, Zakir M.ni 6 ildən 9 ilə qədər məhbəs həyatı gözləyir.

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda müsəlmanların müqəddəs Qurban bayramı qeyd olunur.

“Dalğa TV” xəbər verir ki, Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə isə 24 sentyabr tarixinə təsadüf edir. 

Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i qeyri iş günüdür. Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan “Eydül-Əzha” - Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu  bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar bu gün və sabah Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsiləcək.

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Sizi dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur.

Ardını oxu...

Azərbaycanda qurban bayramı namazının qılınma vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, İslam aləminin müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanda bayram namazı sentyabrın 24-ü saat 09:00-da qılınacaq.

QMİ-də bildirilib ki, Qurban bayramı münasibətilə Təzə Pir məscidində mərasim olacaq, bayram namazı qılınacaq: "Azərbaycanın bütün məscidlərində Qurban bayramı münasibətilə namaz qılınacaq".

Ardını oxu...

Prezident İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib. İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlət başçısı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayıb.

Ardını oxu...

Ofisiantı bıçaqlayan general oğlu məhkəməyə verildi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəməyə verilib.

"Dalğa TV"  report-a istinadən xəbər verir ki, Vaqif Teymurov adlı şəxs T.Əsədullayevlə yanaşı, “Azərkabel” ASC, “Azkabel” MMC, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun notariusu Nidayət Rzayevə qarşı da iddia qaldırıb.

Ardını oxu...

Dollar bahalaşdı - Bugünkü məzənnə

Azərbaycan manatına nisbətdə dolların məzənnəsində artım qeydə alınıb.

 

 

"Dalğa TV" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.0482 manat təşkil edir.

Avronun məzənnəsində isə azalma var.

Belə ki, hazırda 1 avro 1.1742 manata dəyişdirilir.

Ardını oxu...

Saytda Axtarış

Son xəbərlər