Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3295
DünənDünən5442
Bu həftəBu həftə31508
Bu ayBu ay3295
Bu günə qədərBu günə qədər8364926

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

​MTN İŞİD-ə qoşulan 5 azərbaycanlını tutub

 Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla,

Ardını oxu...

Bakıda avtomobil belə yandı - VİDEO

Dünən səhər saatlarında Həsən Əliyev prospektində Az samand markalı avtomobil alışaraq yanıb.

Medianews.az-ın məlumatına görə hadisə nəticədə avtomobilin mühərrik hissəsi tamamıilə yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerində olan əməkdaşımızın çəkdiyi görüntüləri təqdim edirik :

SOCAR-ın maşını qəzaya düşdü - ölən vəyaralananlar var

SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi bu gün səhər saat 7 radələrində Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirərək, arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb. 
"Dalğa TV" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.     

4 gün iş olmayacaq

Qurban bayramında Azərbaycanda 4 gün qeyri-iş günü olacaq.

APA-nın məlumatına görə, Nazirləri Kabinetinin qərarına əsasən, bu il sentyabrın 24-25-də Qurban bayramı qeyd ediləcək.

Təqvimə əsasən 24 sentyabr cümə axşamına, 25 sentyabr cümə gününə, 26 və 27 sentyabr isə şənbə-bazar günlərinə təsadüf etdiyi üçün ölkədə üst-üstə 4 gün qeyri-iş günüdür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə "Pakistan Sweet Homes" yetimlər evinin İslamabad, Abbotabad və Kəraçidə yerləşən şöbələrində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

 

Trend-in məlumatına görə, keçirilən tədbirlərdə "Pakistan Sweet Homes"-un direktoru Zamrad Xan, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, "Sülh və Diplomatik Tədqiqatlar İnstitutu" düşüncə quruluşunun direktoru Məhəmməd Asif Nur, tanınmış ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı Səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Ardını oxu...

Bakıda 14 yaşlı qız intihar edib

Bu barədə “Report”a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, 2001-ci il təvəllüdlü Nəzrin Məmmədova özünü yaşadığı binanın beşinci mərtəbəsindən atıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda “nurçu”lara qarşı keçirilən əməliyyatda 85 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda “nurçu”lara qarşı keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

“Dalğa TV”-nin DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi (PB) və MTN-in Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Ardını oxu...

Prezident İlham Əliyev Malta prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ardını oxu...

Qadın sürücü avtomobillə qəsdən adam vurdu - Bakıda

Bakıda qadın sürücü avtomobillə qəsdən adam vurub.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini İlkin Şahbazov ərizə ilə polis idarəsinə müraciət edərək bildirib ki, sentyabrın 11-də Məhəmməd Hadi küçəsində avtomobillə hərəkət edən zaman eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Günel Mahmudova idarə etdiyi “Hyundai Sonata” markalı 90 SF 136 dövlət nömrə nişanlı avtomobillə qəza şəraiti yaratdığı üçün ona iradını bildirib. Bu zaman onların arasında mübahisə baş verib və G. Mahmudova xuliqanlıq zəminində avtomobili İ. Şahbazovun üzərinə sürərək onu vurub.

Ardını oxu...

Mehriban Əliyeva komitə sədri oldu

Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncama əsasən, 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri

Ardını oxu...

Məktəblinin vəfat etməsi ilə bağlı cinayət işi başlandı

Göygöl rayonunda orta məktəbdə baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

 

 Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatagörə, sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılması və dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ardını oxu...

8 azərbaycanlı ailəsində dördəm əkizlər doğuldu

Əvvəllər Azərbaycanda əkiz və ya üçəm uşaqların dünyaya gəlməsi xəbərləri maraqla qarşılanırdı. Lakin sonralar doğuş zamanı 4 və ya 5 uşağın dünyaya gəlməsi xəbərlərinin çoxalması əkiz və üçəmlər haqqında məlumatları kölgədə qoydu. Son illər, Azərbaycanda da doğum zamanı 4 və ya 5 uşağın dünyaya gəlməsi halları artıb.

Dövlət Statistika Komitəsindən doğulan uşaqların sayı haqqında Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin ilk altı ayı ərzində Azərbaycanda 78,4 min körpə doğulub. Bu körpələrin 1370-i əkiz, 48-i üçəmdirlər. Bu ilin altı ayı ərzində dünyaya gələn uşaqlardan yalnız 8-i dördəm doğulanlardır.

Statistika Komitəsindən bildirilib ki, onlarda beşəm və daha yuxarı sayda uşaq doğumu halları qeydə alınmadığı üçün bu haqda məlumat yoxdur.

Saytda Axtarış

Son xəbərlər