Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3307
DünənDünən5442
Bu həftəBu həftə31520
Bu ayBu ay3307
Bu günə qədərBu günə qədər8364938

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

İlham Əliyev Dövlət Neft Akademiyasının adını dəyişdi

Dövlət başçısı ali məktəbə rektor da təyin etdi.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

"DalğaTV" dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Prezidentin digər sərəncamı ilə Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub.

Üç ayda Gürcüstana 2 milyon turist səfər etdi

Gürcüstana iyun ayından avqust ayına qədər 2 milyon xarici vətəndaş səfər edib, bu isə keçən ilin göstəricisindən 10% çoxdur. Bu barədə Milli Turizm Administrasiyasının məlumatında deyilir

 

"DalğaTV" “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, Gürcüstanda bir sutka və daha çox olanların sayı 2,4% artıb.

Gürcüstana səfər edən xarici vətəndaşların ümumi sayından 917 min nəfər turist olub.

“Bu keçən il ilə müqayisədə çox uğurlu və ciddi inkişafdır. Belə ki, 2014-cü ildə turistlər və beynəlxalq səfərlər arasında rekord ili idi. Bu il isə biz regionda mövcud xarici şoklara baxmayaraq, yaxşı nəticələr göstərə bildik”, - Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Mehriban Əliyeva planetin ən parlaq xanımları siyahısına düşdü FOTO

Məşhur "Kosmopolitan" (Cosmopolitan) jurnalı müxtəlif ölkələrin birinci xanımları barədə məqalə dərc edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı planetin ən gözəl və ən şık prezident xanımı kimi hallanıb.

 

"DalğaTV" xəbər verir ki, ANS PRESS-in məlumatına görə, məşhur "Kosmopolitan" (Cosmopolitan) jurnalı müxtəlif ölkələrin birinci xanımları barədə məqalə dərc edib. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da adı var.

Оnlar müğənni və ya aktrisa deyillər, lakin bu xanımların da öz pərəstişkarları var. Qadınlar onların stilini kopyalayırlar, kişilər isə onların həyat yoldaşlarının yerinə olmağı arzulayırlar. Bu qəhrəmanlar — onlar bütün planet üzrə ən parlaq və şık birinci ledilərdir.

Mişel Obama
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama - onu sadəcə Amerika liderinin xanımı kimi tanımırlar. Missis Obama artıq fəal sosial həyat tərzi ilə artıq çoxdan öz ərini kölgədə qoyub: o, yumor şoularında iştirak edir, əla rəqs edir, rep oxuyur.

Valeri Triyerveyler
Fransa prezidenti Fransua Olandın keçmiş həyat yoldaşı. 2012-ci ildə madam Triyerveylerin üzərinə ağır missiya düşür — birinci xanım postunu ölkənin keçmiş birinci ledisi, model və müğənni Karla Brunidən qəbul etmək. Valeri model deyil, jurnalist və teleaparıcıdır, lakin ölkə vətəndaşlarının qəlbini dəb zövqü ilə və özünün şəxsi dramı ilə əla almağı bacarıb. İlyarım bundan əvvəl Valeri ərinin xəyanıtindən xəbər tutduqda xəstəxanaya düşür. Prezident Fransua Oland aktrisa Jüli Qayla eşq yaşayırdı... Nəticədə bu ilin yanvar ayının sonunda prezidentin vətəndaş nikahı pozulur.

Mehriban Əliyeva
Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı - ağıllı və gözəl Mehriban. Birinci xanım ölkənin ən hörmətli, sayılıb-seçilən — yazıçı Mir Cəlal Paşayevin nəvəsi və Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızıdır. Mehriban xanım öz nəslini ləyaqətlə davam etdirir: Seçenov adına Moskva Tibb Universitetini qırmızı diplomla bitirib. Hələ tələbə ikən gələcək prezidentlə ailə həyatı qurur. Cütlüyün üç uşağı var.
Mehriban Əliyeva peşəsi üzrə Moskvada göz xəstəlikləri elmi-araşdırma institutunda işləyib, sonra isə xeyriyyəçiliklə məşğul olub. Bu fəaliyyətinin nəticəsi olaraq Heydər Əliyev Fondunu yaradır və hazırda Fondun prezidentidir. Azərbaycanın birinci xanımı hazırda BMT-nin və YUNESKO-nun xoşməramlı səfiridir. Və əlbəttə ki, ölkənin ən tərzli xanımıdır.

Əsma Əsəd
Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd — etnik suriyalıdır, amma gələcək birinci xanım Londonda doğulub və böyüyüb. Əsmanın anası diplomatdır. Əsma sevgisi naminə Britaniya paytaxtını və beynəlxalq investisiya banklarındakı uğurlu karyerasını buraxıb Suriyaya gəlməyə razılaşır. 2000-ci ildə vətəninə qayıdaraq ölkəsinin birinci xanımı olur. Suriyanın birinci xanımının xarici görünüşü qərblilərdən seçilmir: dəbli kostyumlar geyinir və saçını qısa kəsdirir.

Anxelika Rivera
Aktrisa, meksikan seriallarının ulduzu olan bu xanımın real həyatı da ekranlarda olduğu kimi dəyişir. Anxelika Rivera 2010-cu ildə Mexiko şəhərinin qubernatoru Enrike Penyu Netoya ərə gedir və həyat yoldaşı iki il sonra ölkə prezidenti postunu tutur. Cütlük birlikdə hər birinin keçmiş nikahdan üçü olmaqla altı uşaq tərbiyə edirlər.

 

 

4 polis şəhid oldu

PKK terror təşkilatının hücumu bu dəfə 4 polisin ölümü ilə nəticələnib.

Türkiyənin Mardin vilayətinə hücum 4 əsgərin şəhid olması ilə nəticələnib.
ANS PRESS-in məlumatına görə, Mardinin Dargeçit mahalında, PKK terror təşkilatının yola döşənilən patlayıcının partlaması nəticəsində 4 polis şəhid olub. Ölənlərdən birinin komandir, digər üçünün isə sıravi polis məmuru olduğu deyilir.

Alınan məlumata görə, Bahçebaşı məhəlləsində polis zirehli maşının getdiyi yerdə daha əvvəllər də terroristlər yola partlayıcı maddə döşəyiblər.
Şəhidlərin cənazəsi, yarılma üçün Mardin Dövlət Xəstəxanasına aparılıb.

Azərbaycanda icra başçısı 700 bal toplayan tələbəyə maşın hədiyyə edib.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumatda bildirilir ki, Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya avtomobil hədiyyə edib.

Zaqatala İcra hakimiyyətindən verilən məlumata görə, icra baçısı bir neçə il əvvəl rayonu təmsil edən abituriyentlərə söz verib ki, kim 700 bal toplasa ona maşın hədiyyə olunacaq: "Bu gün həmin maşın 700 bal toplayan Asya Mamudovaya təqdim olundu". Qeyd edək ki, Mahmudova Asya İdris qızı Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub.

MTN İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak edən qrupu zərərsizləşdirib

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak edən qrup zərərsizləşdirib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə bildiriblər ki, həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları – Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 25 avqust 2015-ci il tarixli hökmü ilə Rövşən Mikayılov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxslər - Şirxan Xasaylı, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov barəsində, habelə cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəyyən edilmişdir ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Məlumat üçün bir daha bildirilir ki, yuxarıda göstərilən cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları müəyyən edilib.

Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarını ayıq-sayıq olmağa, milli təhlükəsizlik əleyhinə hüquqazidd əməllərdən və milli maraqlara yad təsirlərdən kənar durmağa çağırır.

Gürcüstanda xarici işlər naziri dəyişib

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvilivəzifədən azad edilib

 "DalğaTV"-nin Gürcüstan KİV-lərinə istinadən veridiyi məlumata görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu vəzifəni Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Qeorqi Kvirikavaşvili icra edəcək.

 Yeni xarici işlər naziri baş nazirin müavini vəzifəsinin icrasını davam etdirəcək.

 Xatırladaq ki, Tamar Beruçaşvili 2014-cü ilin noyabrında nazir təyin olunmuşdu.  

 

Bakıda şadlıq sarayında faciə: qonaq öldü

Dünyasını dəyişən şəxs Yevlaxdan toya gəlibmiş

 

Bakıda şadlıq saraylarından birində ölüm hadisəsi olub. Lent.az-ın məlumatına görə, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Əkbər Mustafa oğlu Nəsimi rayonu, C.Səlimov küçəsi 14 ünvanında yerləşən "Ərzurum" şadlıq sarayında keçirilən mərasim zamanı dünyasını dəyişib. Qonaq qismində toyda iştirak edən şəxsin şadlıq sarayında ürək çatışmazlığından vəfat etdiyi məlum olub.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Yevlax rayonunda qeydiyyatda olmaqla yaşayırmış və Bakıya məclisdə iştirak üçün gəlibmiş.

Azərbaycanda zəlzələ baş verib

 

Azərbaycanda zəlzələ baş verib. Modern.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində RespublikaSeysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 07.08-də Şəkidən 15 km cənub-qərbdə baş verib. 


Təkanlar yerin 3 km dərinliyində, 3,0 bal gücündə qeydə alınıb. 

Zəlzələ hiss olunmayıb. 

 

Ermənilər atəşkəs rejimini 118 dəfə pozub

İşğalçılar minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edib

 

 Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.

 

APA-nın Azərbaycan  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərini atəşə tutub.

 

Ermənistan Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində, Krasnoselsk rayonunun Cil kəndindən və adsız yüksəkliklərdən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə məruz qalıb.

 

İşğalçılar Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Nəmirli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzulirayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd,Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

Bakıda minik maşını benzindaşıyan avtomobilə çırpılıb: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO

APA-nın məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb.

VAZ-2172 markalı minik maşını Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və "Azpetrol" şirkətinə məxsus MAN markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü, 40 yaşlı Ağayev Elman Şirin oğlu və sərnişin, 38 yaşlı Quliyev Rövşən Əhmədağa oğlu hadisə yerində ölüblər, avtomobildəki digər sərnişinlər - 42 yaşlı Əzizov Mirvaleh Mirsaleh oğlu və 33 yaşlı Şərifov Əli Arif oğlu ağır xəsarətlər alıblar. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İlkin ehtimala görə, qəzaya VAZ-2172 markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.

Qeyd edək ki, MAN markalı yük maşını hadisə baş verən vaxt Zabrat-Maştağa yolunda geriyə dönüş edirmiş.

Sutka ərzində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 158 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 158 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Saytda Axtarış

Son xəbərlər