Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3295
DünənDünən5442
Bu həftəBu həftə31508
Bu ayBu ay3295
Bu günə qədərBu günə qədər8364926

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ucarda anadangəlmə əlili hərbi xidmətə apardılar - Anası ölkə rəhbərliyindən kömək istədi - FOTO

altUcar rayon sakini Gülşən Ağaysa qızı Quliyeva mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək kömək istəyib. Modern.az-ın məlumatına görə, Gülşən Quliyeva Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi, polkovnik-leytenant Həbib Əliyevdən şikayət edib.

”Övladım Əhliman Qəhrəman oğlu Quliyev 1997-ci il təvəllüdlüdür və anadangəlmə əlildir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından 2006-cı ildə keçərək, artıq 9 ildir rəsmən əlil kimi sosial müavinat alır. Anadangəlmə əlil olan övladımı Ucar rayonunda hərbi həkim komissiyasında hərbi xidmətə yararlı kimi yazaraq, hərbi xidmətə göndəriblər. Hansı qanunda yazılıb ki, xəstə və əlil əsgər getsin? Azərbaycan hərbsində rəsmən əlil olan insan hazırda hərbi xidmət çəkir. Hansı ordunun 48 kilo çəkisi olan xəstə gəncə ehtiyacı ola bilər axı?”-deyə əlilin anası Modern.az vasitəsilə ünvanladığı şikayət məktubunda bildirib.

G.Quliyeva bildirib ki, onun oğlu hərbi xidmət çəkməyə yararsızdır, bir ayağa yerə çatmır.

”Bir ana kimi cənab Prezidentə yalvarıram, övladımı ölməyə qoymayın. Cənab müdafiə naziri Zakir Həsənov, xahiş edirəm əlil övladımı mənə qaytarın. Müdafiə Nazirliyinin Hərbi Hospitalında təkrar komissiya təşkil edilsin.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovdan da xahiş edirəm, bu başabəla polkovnik-leytenantınızı işdən azad edin və həkim komissiyalarınızın fəaliyyətinə ciddi fikir verin ki, neçə-neçə anaların gözü yaşlı qalmasın.
Xanlar Vəliyev xahiş edirəm bu qanunsuzluğa hərbi prokror kimi göz yummasın”.

Bakıda eyni vaxtda 20 uşağa kiçik toy mərasimi keçirilib

altAzərbaycan Uşaqlar Birliyi və Facebook-da qeydiyyatdan keçmiş “Evdəkiləri çörəksiz qoymayaq” qrupu bu gün Sabunçu rayonunda aztəminatlı ailələrdən olan 20 uşaq üçün kiçik toy mərasimi təşkil edib. Mərasim “Evdəkiləri çörəksiz qoymayaq” qrupunun maddi dəstəyi və təşkilatçılğı ilə baş tutub.
Modern.az-ın məlumatına görə, ”Evdəkiləri çörəksiz qoymayaq” qrupu maddi yardim toplayaraq, Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı köşkdə hər gün imkanı olmayan insanlara iki dəfə pulsuz çörək paylayır.
Qrupa qoşulmaq istəyən şəxslər Facebook-da “Evdəkiləri çörəksiz qoymayaq” yazaraq üzv ola bilər və maddi yardım göstərə bilərlər.

Qızı qaçırılan kişini və onun oğlunu güllələdilər

alt

Türkiyədə iki ailə arasında qız qaçırıldığına görə dava düşüb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı İHA agentliyi yayıb.

Hadisə Manisanın Turqutlu bölgəsində qeydə alınıb.

Dava nəticəsində 16 yaşlı Delil Sapan tüfənglə vurularaq öldürülüb, onun atası 50 yaşlı Həmdullah Sapan isə ağır yaralanıb.

İddiaya görə, üç gün əvvəl 19 yaşlı qızı M.S.nin C.A. tərəfindən qaçırıldığına görə Həmdullah Sapan oğlu Delil Sapanla gəncin evinə gedib. Evin qabağında danışmağa başlayan iki ailə arasında mübahisə çıxıb. Mübahisə böyüyərək silahlı davaya çevrilib. Naməlum şəxs Həmdullah Sapanla onun oğlu Delilə güllə atıb.

Təcili tibbi yardım maşını gələnədək Delil hadisə yerində ölüb. Ağır yaralı olan Həmdullah Sapan isə Turqutlu Dövlət Xəstəxanasına qaldırılıb. Onun vəziyyətinin kritik olduğu deyilir.

19 yaşlı qızı qaçıran və davadan sonra aradan çıxan C.A. və onun 2 qohumunun yaxalanması üçün polis axtarışa başlayıb.

Hadisə ilə bağlı istintaq aparılır.

“Bu hadisə çox üzücüdür” - Qənirə Paşayeva təcavüz edilən qızdan danışdı

alt

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əyyublu kəndində 20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorakılığa məruz qalması olayına münasibət bildirib.

Q.Paşayeva AzNews.az-a bildirib ki, baş verən hadisə ilə bağlı adı hallanan şəxslər ona müraciət edib: “O hadisə baş verən zaman ailə qəbuluma da gəlmişdi. Mən onları qəbul edib dinlədim. Bütün fikirlərini söylədilər. Onlar xahiş etdilər ki, mən bir millət vəkili kimi məsələnin obyektiv, ədalətli araşdırılması üçün dəstək göstərim. Onlar istəyirdilər ki, mən bu məsələni nəzarətə götürüm və hüqüq-mühafizə orqanlarına da bu məsələyə ədalətli baxılması üçün müraciət edəm. Mən də öz tərəfimdən hüqüq-mühafizə orqanlarına müraciət etdim. Çünki bu hadisə çox üzücüdür. Hadisəyə Tovuzu təmsil edən millət vəkili kimi deyil, bir qadın kimi ən çox üzülənlərdən biri də mən idim. İstəməzdim ki, belə bir xəbər eşidəm. Ona görə bu məsələ hüqüq-mühafizə orqanlarının diqqətindədir”.

Q.Paşayeva bildirib ki, bu hadisədə kimin əli varsa, onlar öz cəzalarını alacaq və ədalət qarşısında cavab verəcək: “Mənə müraciət etdilər ki, qız intihara cəhd edib. Mən həmin anda xəstəxana ilə danışdım, lazımı dəstəyi göstərsinlər, deyə xahiş etdim. Sonra xəstəxanada olduğu zaman qızın özü ilə də danışdım. Dedim ki, bu məsələ doğru deyil. Bir də belə hadisələr yaşanmasın. Bu kimi xəbərin təkrar yaşanmaması hamımızın istəyi və düşüncəsidir. Kimin günahı varsa o, ədalət qarşısında cavab verəcək, günahı olmayan isə cavab verməyəcək. Ona görə də kimin günahkar olub-olmaması hüqüq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq”.

Q.Paşayeva əlavə edib ki, baş verən olay həm kəndin, həm də rayonun özündə ciddi şəkildə əks-səda doğuran bir hadisədir.

Qeyd edək ki, Tovuz rayonun Əyyublu kənd sakini, 20 yaşlı qız 4 həmkəndlisi - Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisənin şokunda ola qız ayılan kimi intihar etmək istəyib. Bir müddət xəstəxanada yatan qız müalicə olunaraq evə buraxılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb və gənclərin 4-ü də həbs edilib.

Azərbaycanın xalq artisti vəfat etdi

alt

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib.


Azərbaycan Bəstəkarlar İttifaqından AzNews.az-a verilə məlumata görə, uzun müddətdir xəstə olan Nəriman Məmmədov bu səhər dünyasını dəyişib.

Qeyd edək ki, mərhum bəstəkarla vida mərasimi aprelin 7-də saat 12.00-15.00-dək Bakı Musiqi Akademiyasında olacaq.

Xatırladaq ki, Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.

12 suala “HƏ” cavabını versəniz, mütləq HƏKİMƏ MÜRACİƏT EDİN

altOrqanizmdə yaranan problemləri vaxtında aşkar etmək uğurlu müalicənin başlanğıcı deməkdir. Buna görə də ən kiçik narahatlıqlara belə, diqqətlə yanaşılmalı, xəstəliklərin inkişafının qarşısı vaxtında alınmalıdır.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da məhz bununla bağlıdır.

Müasir dünyada əsəblərə hakim kəsilmək, sinir sistemini normada saxlamaq insan üçün ən böyük problemlərdən biridir. Nevrozu yaradan əsas amillərdən başlıcası da elə bu problemlərdir. Nevroz xroniki stresslərin, həyat tərzindəki ardıcıl gərginliklərin son nəticəsi deməkdir və o müalicə olunmadıqda ciddi xəstəlik kimi orqanizmdə ağır fəsadlar törədir.

Özünüzdə nevrozun olub-olmadığını dəqiqləşdirmək üçün təqdim olunan 18 sualdan 12-ə “hə” cavabı versəniz demək sağlamlığınızda artıq bu problem var və mütləq həkimə müraciət etmək lazımdır.

1. Heç bir səbəb olmadam tez-tez narahatçılıq hissi keçirirsiniz?

2. Ən adi hadisələr belə sizi qıcıqlandırır?

3. Tez-tez özünüzə qapanırsınız?

4. Yuxu probleminiz var?

5. Özünüzə inam hissini tez-tez itirirsiniz?

6. Əsasız yerə qorxu və təhlükə hiss edirsiniz?

7. Həyatda heç nə sizi qane etmir?

8. Uğur qazandıqda belə yenə də özünüzdən narazı qalırsınız?

9. Əhvalınız tez-tez dəyişir?

10. Ünsiyyət qurmaqda çətinlik çəkirsiniz?

11. Özünüzü həmişə yorğun hiss edirsiniz?

12. Əvvəllər ən çox sevdiyiniz müsiqilərdən, filmlərdən, kitablardan zövq ala bilmirsiniz?

13. Tez-tez baş və boyun nahiyəsində, çiyinlərdə ağrılar baş verir?

14. İştahanızla bağlı problemlər yaranır?

15. Çalışdığınız yerdə və ya evdə gündəlik ən adi işləri görmək sizin üçün işgəncəyə çevrilir?

16. Düşünürsünüz ki, siz heç kimə lazım deyilsiniz?

17. Həyat eşqi, sevgi hissləri sizi tərk edib?

18. Gələcəyə ümidsiz baxırsınız?

Bu suallardan 12-ə və daha çoxuna cavabınız “hə”dirsə təcili həkimə tələsin. Elə düşünməyin ki, mövcud vəziyyətiniz ötəri haldır. Unutmayın ki, nevroz bir çox xəstəliklərə, o cümlədən mədə xorasına, astmaya, yüksək qan təzyiqinə səbəb olur. Vaxtında həkimə müraciət edin, mütəxəssislərin müalicəsindən sonra həyatın nə qədər gözəl olduğunu hiss edəcəksiniz, həyat eşqi, sevgi hissləri yenidən sizi öz ağuşuna alacaq.

Bir saat işıq olmayacaq - Bakıda

alt“Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşəcək. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir.

Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Bu il martın 28-nə təsadüf edən hadisə saat 20:30-a təsadüf edəcək. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.

Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcəklər.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılacaq.

Bundan başqa, “Critical Mass Baku” veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak edəcəklər.

Layihə saat 22:00-da başa çatacaq

Moskvada döyülən Vüqar: "Məni döyə-döyə videoya çəkirdilər"

alt"Məni döyə-döyə videoya çəkirdilər".

Rusiyanın paytaxtı Moskvada döyülərək 40 dərəcədə şaxtada küçəyə atılan Vüqar Muradov belə deyir.

ANS PRESS-in məlumatına görə, hazırda Moskvada olan ifaçı ANS TV-nin "Adam içində" verilişi ilə telefon bağlantısı yaradaraq başına gələnləri danışıb.

"Mən tək idim, onlar 7-8 nəfər idilər. Heç birini tanımırdım. Başıma tapança dirəmişdilər, yoxsa heç kim məni döyə bilməzdi. Məni döyə-döyə videoya çəkirdilər. Videonu çəkib özümə də göstərdilər. Dəfələrlə soruşdum, "Niyə?", cavab vermədilər. Üstümdə nə vardı götürdülər, çölün düzündə, 40-45 dərəcə şaxtada atıb getdilər məni. Özüm də güc toplayıb yola çıxdım, bir maşına əl elədim, sağ olsun məni polisə o apardı".

Vüqar Muradov soyundurularaq döyüldüyünü təkzib edir: "Bir söz demək istəyirəm. Yazırlar ki, günahım olmasaydı məni belə eləməzdilər. Dünəndən burada ürəyim partlayır. Qərib yerdəyəm, sizdən dəstək gözləyirdim, siz isə... Məni soyundurmayıblar, mənə qarşı belə hərəkət etsəydilər, mən özümü, boynumu sındırıb öldürərdim. Kişinin başına iş gələr. Mənim 2 metr boyum var, boyumu yerə soxa bilmərəm. Bu həyatda varım-dövlətim yoxdu, təkcə kişiliyim var".

Tbilisidə “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirilib

altKvemo Kartli-Borçalı bölgəsinin –Marneuli, Bolnisi, Dmanisi rayonlarında və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində jurnalist-tədqiqatçı, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun xalq şairi Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

Muzeyin direktoru Leyla Əliyeva Zəlimxan Yaqubun anadan olmasının 65 illik yubileyi münasibətilə Gürcüstanda silsilə tədbirlərin keçirildiyini bildirib. Xalq şairinə həsr olunmuş kitabın təqdimatı bu tədbirlərdən biridir. Sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət şairin yaradıcılığından söz açıb, onun əsərlərində Vətənə, xalqa, dövlətə və millətə bağlılığın əsas meyar olduğunu vurğulayıb. Musa Nəbioğlunun bu kitabını şairin 65 illik yubileyinə ən dəyərli töhfə kimi qiymətləndirib. Qeyd olunub ki, kitabın redaktoru və “Ön söz”ün müəllifi, professor Qəzənfər Paşayevin də vurğuladığı kimi, “Sözün Zəlimxan zirvəsi” əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqubun poeziya aləminə uğurlu səyahətdir. Gürcüstanda yaşayıb-yaradan şair və yazıçıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər -“Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev, Əli Abbas, Nizami Saraçlı, Mahmud Kamaloğlu, Ramiz Bəkirov, Məmməd Hüseynov, Fərhad Musayev, Nəriman Səmədov və başqaları Zəlimxan Yaqub şəxsiyyətinə və yaradıcılığına böyük məhəbbətlərini ifadə ediblər. 

Çıxışlarda “Sözün Zəlimxan zirvəsi” kitabı son illərdə Zəlimxan Yaqub yaradıcılığına həsr olunmuş ən yaxşı tədqiqat əsəri kimi dəyərləndirilib, monoqrafiyanın gələcək tədqiqatçılar üçün də böyük əhəmiyyət daşıdığını vurğulanıb. Sonda müəllif Musa Nəbioğlu bu kitabın Zəlimxan Yaqub yaradıcılığına həsr olunmuş ilk kitab olmadığı kimi, sonuncu da olmayacağını, bu istiqamətdə tədqiqatlarını davam etdirəcəyini bildirib.

Gürcüstanda yaşayan azərbaycanlı gənclər Macarıstanda beynəlxalq konfransda iştirak ediblər

altAzərbaycanlıların kompakt yaşadığı Marneulidə yaşayan 3 nəfər gənc Macarıstanda keçirilən beynəlxalq konfransda iştirak edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Marneulidəki Gənclər Mərkəzinin mətbuat xidmətinin rəhbəri Aynurə Əliyeva məlumat verib.

A. Əliyeva APA-ya açıqlamasında "Mərkəzi Avropada təhsil" adlı konfransda iştirak etdiklərini və Mərkəzi Avropa Universitetinin (MAU) rəhbərliyi tərəfindən Gürcüstandakı Azərbaycan dilli orta məktəb şagirdlərinin Macarıstanın ali məktəblərində təhsil almağa dəvət olunduğunu bildirib: "MAU-nun tələbələrlə iş üzrə assistenti Qabriella Emszt bizimlə görüşündə Gürcüstan və Azərbaycanı tanıdığını və azərbaycanlıların qonaqpərvər və sülhsevər bir xalq olduğunu bildirdi. Sonra bizə universitetin təhsil sisteminin necə qurulduğu və xaricdən gəlib bu təhsil ocağında oxuyan tələbələrə qayğı və diqqət barədə ətraflı məlumat verildi. Görüşdə universitet rəhbərliyi adından Gürcüstandan gələn Nilufer Qurbanovaya, Muradxan Huseynova və mənə hədiyyələr təqdim edildi".

A. Əliyeva martın 14-17-dək Çexiyaya səfər edəcəklərini və bu ölkənin paytaxtında keçiriləcək beynəlxalq konfransa qatılacaqlarını da bildirib.

Mayda 1 dollar 2 manat olacaq

altNeft gəlirlərinin azalmazası Azərbaycan hökumətini çıxılmaz duruma salıb. Hökumətin valyita ehtiyatlarının çoxu virtual ehtiyatlardır - daşınmaz əmlakda və qiymətli kağızlarda yatırılıb. Hazırda hökumət azalan neft gəlirlərini kompensasiya etmək üçün təbii inhisarların xidmətlərini (işıq, qaz, su, yanacaq) artırmaq və manatı daha da ucuzlaşdırmaqdan başqa yolu qalmayıb. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, yaxın vaxtlarda manatın kəskin ucuzlaşması gözlənilir: "Maya qədər 1 dollar 2 manata qədər bahalaşa bilər. Hökumətin başqa yolu yoxdur. Mərkəzi Bankın özəl banklarda valyuta limitlərinin ləğv edilməsi barədə qərarı da bununla bağlıdır. Hökumət böhrandan yalnız qiymətləri artırmaq və manatı ucuzlaşdırmaqla çıxmaq istəyir".

Yada salaq ki, valyuta mövqeyi limitləri tMərkəzi Bankın baş direktoru Rəşad Orucov martın 5-də banklara məktub göndərib ki, bu ilin sonunadək açıq vətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək. Bu barədə Əkrəm Həsənov adlı facebook istifadəçisi öz səhifəsində məlumat paylaşıb və Mərkəzi Bankın məktubunu şərh edib.

“Əsas məqsədinə (qiymətlərin sabitliyininin təmin edilməsinə) nail ola bilməyən Mərkəzi Bank manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti üzərindən atmaq istəyir. Bundan sonra banklar istədiyini edə bilər və Mərkəzi Bank heç nəyə qarışmayacaq.

Maraqlıdır ki, bu cür taleyüklü məsələ barədə banklara məktubu Mərkəzi Bankın baş direktoru, yəni orta səviyyəli meneceri göndərib. Konstitusiya və Mərkəzi Bank haqqında Qanuna görə Mərkəzi Bankın rəhbərliyi onun İdarə Heyətidir. Mərkəzi Bankı da İdarə Heyətinin üzvləri təmsil edir. Deməli, Mərkəzi Bankın adından ictimaiyyətlə, o cümlədən banklarla məhz onlar danışmalıdır. Yoxsa səviyyəsi və səlahiyyəti məlum olmayan hansısa məmur yox. Bu baxımdan həmin məmurun banklara belə məktub yazması özbaşınalıqdır!

Yeri gəlmişkən, məktubda deyilir ki, Mərkəzi Bankın İdarə Heyəti bu barədə qərarını hələ fevralın 26-da qəbul edib. Bəs bu vaxta kimi niyə qərarını bəyan etməyib? Nəyi gözləyirdi?

Məsələnin iqtisadi tərəfinə yəqin ki, iqtisadçılar qiymət verəcək. Burada bilməyənlər üçün sadəcə yalnız onu deyim ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, tutaq ki, bankın avroda borcu 10 mln., verdiyi kreditlərin cəmi isə 8 mln.-dur. Yaxud əksinə, borcu 8 mln., verdiyi kreditləri isə 10 mln. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. Mərkəzi Bank da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir. Mərkəzi Bank sözügedən limitləri “Banklar haqqında” Qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir. Qanunda limitlərin tətbiqinin dayandırılması haqda heç nə deyilmir. Limitlər olmalıdır və onlara riayət edilməlidir. Mərkəzi Bank hələ 2001-ci ildə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nı qəbul edib, Ədliyyə Nazirliyi də həmin Qaydaları dövlət qeydiyyatına alıb. Qaydalar normativ xarakterli aktdır, yəni qanunvericiliyin tərkib hissəsidir. Qaydalarda limitlərin növləri təsbit edilib. Onların tətbiqinin dayandırılması haqda bu sənəddə də heç nə deyilmir. Deməli, Mərkəzi Bank nəinki Qanunun, həm də özünün qəbul etdiyi Qaydaların da tələblərini pozur.

Beləliklə, bir aydan az müddət ərzində biz aşağıdakıların şahidi olduq: 1) Mərkəzi Bankın sədri dedi ki, manatın devalvasiyası tədricən olacaq; 2) Bir neçə gün sonra Mərkəzi Bank kəskin devalvasiya haqqında qərar verdi; 3) On gün sonra Mərkəzi Bankın kimliyi məlum olmayan məmuru banklara məktub göndərdi ki, qanun-filan boş seydi, daha heç nəyə görə məsuliyyət daşımırıq, kim nə istəyir etsin.

“Məni komandirim güllələyib”

altTovuzdakı N saylı hərbi hissədə komandiri tərəfindən güllələndiyi bildirilən 19 yaşlı əsgər Çingiz Tarverdiyev hadisə barədə danışıb. Qeyd edək ki, başından güllə ilə vururulan Çingiz Tarverdiyev komaya düşmüşdü. Bir müddət sonra komadan ayılsa da, danışa bilmirdi.

Əsgərin atası Aydın Tarverdiyev “Azadlıq”a bildirib ki, qüsurlu da olsa oğlunun nitq qabiliyyəti geri qayıdıb. Aydın Tarverdiyevin sözlərinə görə, oğlu hadisə barədə danışarkən bölük komandiri tərəfindən güllələndiyini deyib. Çingiz Tarverdiyevin danışdıqları videolentə alınıb. Aydın Tarverdiyev həmin videonu da redaksiyamıza təqdim edib. Çingiz Tarverdiyevin sözlərinə görə, bölük komandiri onu təhqir edib. O da komandirin cavabını verib. ”Məni söydü mən də cavab verdim. Üzümü çevirib gedəndə arxanad tapança ilə mənə atəş açdı. 3 güllə atdı. İkisi yan keçdi, biri isə başəmdan dəydi”,-deyə Çingiz Tarverdiyev bildirib.

Videodan görünür ki, güllə Çingiz Tarverdiyevin başının arxasından dəyib. Aydın Tarverdiyev bildirib ki, videomaterialı prokurorluğa təqdim edəcək.

Saytda Axtarış

Son xəbərlər