Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3247
DünənDünən5442
Bu həftəBu həftə31460
Bu ayBu ay3247
Bu günə qədərBu günə qədər8364878

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ramzan Kadırov Azərbaycanı müsəlman qaçqınlara kömək etməyə çağırıb

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov müsəlman ölkələrinin liderlərini Qərb ölkələri və ABŞ-ın xarici siyasəti səbəbindən öz ölkələrini tərk etmək məcburiyyətində qalan miqrantların problemlərinə qarşı birləşməyə çağırıb.

"Dalğa TV" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, şəxsi bloqunda yazıb.

"Biz zəiflərə, məzlumlara və həyatları təhlükədə olan insanlara qayğı göstərməliyik. Ona görə Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malaziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və digər müsəlman ölkələrinin liderlərini din qardaşlarımızın müdafiəsinə qalxmağa çağırıram", — deyə Çeçenistan lideri yazıb.

Gürcüstan Patriarxlığı Azərbaycan hakimiyyətinə müraciət etdi- VİDEO

II İliya Azərbaycan hakimiyyətinə müraciət etdi

“İnternetdə bu yaxınlarda klip yayılıb”.

 

Gürcüstan Patriarxlığı Azərbaycan ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində çəkilən və internetdə yayılan videokadrlar ilə əlaqədar bəyanat yayıb.

"Dalğa TV"  “Gürcüstan-onlayn”a istinadən xəbər verir ki, Patriarxlıq bu kadrlarda əks olunan səhnələrə qəzəblənərək, Gürcüstan və Azərbaycan hakimiyyətini bu faktı araşdırmağa çağırıb.

“İnternetdə bu yaxınlarda klip və ya bədii filmin bir hissəsi yayılıb. Çəkiliş bu gün Azərbaycan tərkibinə daxil olan, tarixi Ereti ərazisində yerləşən, mühüm mənəvi gürcü ocağında aparılıb.

Ssenari təxminən belədir: naməlum kişi və qadın xəzinəni ələ keçirmək üçün məbədə gəlirlər və iki katolik-rahibin başından dəyənəklə vuraraq onları zərərsizləşdirirlər, sonra isə onların paltarını geyinərək məbədə daxil olurlar. Onlar xəzinəni tapırlar. Qadın xəzinəni götürərək qaçır, kişi isə orda qalaraq digər ruhanilər (katolik rahib geyimində) ilə şərq döyüş üslubundan istifadə edərək mübarizə aparır.

Bütün bunlar kilsədə və onun mərkəzi hissəsində baş verir, bu isə minlərlə və hətta on minlərlə insanın dini hisslərinə qarşı saymamazlıqdır.

Bu kadrları çəkənlər həm pravoslavlar, həm də müsəlmanlar üçün ibadət yeri olan məkanı oyun meydanına çeviriblər. Bura əsrlər boyu insanlar ayaqyalın gəlir və müqəddəs Georgidən yardım diləyirlər.

Gürcüstan Patriarxlığı Gürcüstan və Azərbaycan hakimiyyətinə müraciət edərək bu faktı tez bir zamanda araşdırmağa və baş verənlərə görə müvafiq tədbirlərin tətbiq edilməsinə çağırır”, - bəyanatda deyilir.

 

O qeyd edir ki, ilk baxışdan filmdə yolverilməz heç nə yoxdur, amma kadrlarda aktyorların tarixi abidələrə yalnız pis münasibət bəsləmələri deyil, hətta xristianların dini hisslərini təhqir etmələri də görünür, onlar altarda və məbədin divarlarında tullanır, dama qalxırlar və s.

 

 

 

Ermənilər Azərbaycan səfirliklərinə hücum ediblər

“Düşmən öz uğursuzluqlarını “kompensasiya” etməyə cəhd göstərir”.

Azərbaycan Respublikasının Hollandiya, Belçika və Qatardakı səfirliklərinin internet ünvanları 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumlarına məruz qalıb.

 

"Dalğa TV" xəbər verir ki, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edilib.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.

Qəsddən vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini kobud şəkildə pozan, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşən və diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını “kompensasiya” etməyə cəhd göstərir.

Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları “host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir.

Gürcüstan və Argentina arasında vizasız gediş-gəlişi haqqında saziş bu gün qüvvəyə minmişdir.

 Gürcüstan və Argentina arasındakı viza haqqında saziş qüvvəyə minir


"Dalğa TV" xəbər verir ki, Gürcüstan və Argentina arasında vizasız gediş-gəlişi haqqında saziş bu gün qüvvəyə minmişdir.

 

Xarici İşlər Nazirliyinin məlumatına görə, adi pasportlara malik vətəndaşlar hər iki ölkəyə 90 gün viza olmadan səyahət edə və qala biləcəklər.

 

Saziş 2015-ci ilin iyun ayında imzalanıb.

Gürcüstanda azərbaycanlı şagird güllələnib

Tiflis yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində 17 yaşlı azərbaycanlı qətlə yetirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə sentyabrın 2-də gecə saatlarında baş verib. Bacısı oğlunun kiçik toyunda iştirak edən Poniçala (Soğanlıq) kənd sakini, kənd orta məktəbin 11-ci sinif şagirdi Vüsal Emzar oğlu Hüseynov güllə ilə vurularaq öldürülüb.
Vüsal Hüseynovun əmisi Zaminkar Hüseynov APA-ya açıqlamasında hadisənin təfərrüatları barədə danışarkən bunları deyib: "Qardaşım oğlunu güllə ilə vurub öldürən təxminən 22 yaşlı Aqil Əli oğlu Kərimov atası və 4-5 nəfər birgə toya gəlib Vüsalın atası Emzarı məclisdən çağırıb, söhbət ediblər. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı bir il bundan əvvəl Vüsalın qardaşı ilə Aqil arasında olan keçmiş mübahisə yenidən xatırlanıb. Atasının mübahisə etdiyini bilən Vüsal onun yanına gəlib. Aqil tapançanı çıxarıb bir güllə havaya, birini isə Vüsala atıb. Vüsal hadisə yerində keçinib. Hadisəni törədənlər aradan çıxıblar".
Zaminkar Hüseynov cinayət törədən Aqil Əli oğlu Kərimovun saxlanıldığını və hadisə ilə bağlı polis tərəfindən cinayət işi qaldırıldığını bildirib.
Z. Hüseynov hadisəni törədən şəxsin vəhhabi olduğunu da deyib. Onun sözlərinə görə, həmin şəxslər hazırda mərhum Vüsal Hüseynovun böyük qardaşı Bəhram Hüseynova da hədə-qorxu gəlirlər.
V. Hüseynov sabah Poniçalada (Soğanlıqda) torpağa tapşırılacaq.

Bakı metrosunda gənc oğlan intihar etdi

Bakı metrosun intihar hadisəsi baş verib. 

"DalğaTV"  xəbər verir ki, bir qədər öncə “28 May” stansiyasında 18-20 yaşında bir oğlan özünü qatar reyslərinin üstünə atıb. Onun öldüyü bildirilir. "Bakı Metropolitieni"nin mətbuat katibi  Nəsimi Paşayevi faktı təsdiqləyib. Hadisənin səbəbi araşdırılır.

Zəlzələ zamanı iki qadın özünü binadan atdı

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.

AzNews.az APA TV-yə istinadən xəbər verir ki, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.

Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü Vəfa Fazil qızı İsmayılova və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Səkinə Əmirqulu qızı Hüseynova zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Nazirlikdən zibillikdə yaşayan keçmiş televiziya işçisi ilə bağlı - Açıqlama

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsindəki zibillikdə köhnə taxtalardan qurulmuş daxmada yaşayan 22 yaşlı Əvəz Əsgərov sənədlərini əldə etdikdən sonra iş üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət edə bilər.

Bu barədə Publika.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Onun sözlərinə görə, zibillikdə yaşayan bu gənci sığınacağa yerləşdirmək mümkün deyil:

“Əgər həmin şəxsin sənədləri yoxdursa, o, Daxili İşlər Nazirliyinə müraciət edib sənədlərini almalıdır. Bundan sonra işlə təmin olunmaq üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilər. Sığınacaq və Qocalar Evi bu tip gənclər üçün deyil. O, əmək qabiliyyətli insandır və işləyə bilir. Sənədləri olsa, biz ona nazirlikdə olan vakant vəzifələrə uyğun iş tapmaqda köməklik göstərə bilərik”,- E. Babayev deyib.

Qeyd edək ki, 22 yaşlı Əvəz Əsgərov 1 yaşında ikən atasını, 11 yaşında isə anasını itirib. Zibilxanada yaşayan bu gənc əvvəllər ATV və “Space” telekanallarında çalışıb. Şəxsiyyət vəsiqəsini itirdiyindən daimi iş tapa bilmir.

Mehriban Əliyeva Fransua Ollandla görüşdü – FOTO

İkitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva sentyabrın 3-də Yelisey sarayında prezident Fransua Olland ilə görüşüb.

"DalğaTV" Heydər Əliyev Fondunun rəsmi saytına istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Fransa prezidenti Fransua Olland Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına görə minnətdarlıq edib.

İki ölkə arasında münasibətlərin böyük potensialının olduğunu deyən Fransua Olland Fransa ilə Azərbaycanın iqtisadiyyat, enerji, informasiya - kommunikasiya texnologiyaları, kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əlaqələr qurduğunu vurğulayıb. Fransanın Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edən Fransua Olland ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin dərinləşdirilməsinin ölkəmizin xarici siyasətində mühüm istiqamət təşkil etdiyini vurğulayıb. Son illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban Əliyeva sentyabrın 3-də Parisdə reallaşan Azərbaycan şəhərciyinin açılış mərasiminin də bu silsilədən olduğunu bildirib.

Mehriban Əliyeva qeyd edib ki, bu cür mədəniyyət layihələri artıq Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və Fransanın 10-dan şəhəri dostluq və qardaşlıq əlaqələri qurub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunan Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, Fransa bu münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı mövqeyini davam etdirəcək.

Prezident Fransua Olland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında ölkəsinin mövqeyini ifadə edərək, Fransanın bu münaqişənin həllində maraqlı olduğunu vurğulayıb.

 

Türkiyə Azərbaycana zəlzələ ilə bağlı kömək göstərməyə hazırdır - səfirlik

Türkiyə Azərbaycana zəlzələ ilə bağlı kömək göstərməyə hazırdır.

SalamNews xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “twitter” səhifəsindəki məlumatda bildirilir.

Xatırladaq ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün saat 09.49-da Şəki ərazisində zəlzələ qeydə alınıb.

 

Azərbaycanda güclü zəlzələ olub

Zəzlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz rayonlarında hiss olunub.

 

Bu gün səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub. APA-nın xəbərinə görə, yer sarsıntısı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz rayonlarında hiss olunub.

Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ qeydə alınıb. Hələlik zəlzələnin episentri məlum deyil.

 

General Rasim Musayev qəflətən dünyasını dəyişdi

Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev qəflətən vəfat edib.
AzNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumat daxil olub. General bu gün evində ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Musayev Rasim İslam oğlu Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı iləona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Saytda Axtarış

Son xəbərlər