Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3316
DünənDünən5442
Bu həftəBu həftə31529
Bu ayBu ay3316
Bu günə qədərBu günə qədər8364947

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Türk Hava Yolları 200 azərbaycanlının Yeni ilini bərbad etdi

altTürk Hava Yolları təxminən 200 nəfər azərbaycanlının Yeni ili planlarını alt-üst etdi. ANS PRESS-in məlumatına görə, Gəncə - İstanbul reysi ilə uçmaq istəyənlər bayramı Gəncə hava limanında keçirməli olublar.

2014-cü ilin son və 2015-ci ilin ilk gününü hava limanında keçirənlər Türk Hava Yollarının bayram kampaniyalarından yaralanmaq istəyənlərdir. Bu şəxslər kampaniyanın şərtlərinə uyğun olaraq 99 AZN ödəyib avia şirkətin 31 dekabr saat 09:35-də havaya qalmalı olan reysinə bilet alıblar və səhər saat 7-dən Gəncə hava limanındadırlar.

Kampaniyadan yaralanmaq istəyən Bakı sakini Orxan Əliyev ANS PRESS-in qaynar xətti ilə əlaqə saxlayaraq iki gündür ac-susuz gözlədiklərini bildirdi: "Dünən səhər tezdən buradayıq. Sərnişinlərin çoxu evlərinə geri dönüb. Yaşlıar, xəstələr və uşaqlar üçün daha çətindi. Hazırda 140 sərnişin Gəncə Hava Limanında gözləyir. Biz pul vermişik ki, Yeni ili İstanbulda qarşılayaq, bayramı fərqli qeyd edək. Amma elə alındı ki, Yeni ili hava limanında qarşılamalı olduq. Kompaniya biletlərinin 99 manat olmasına aldandıq. "

Bizə deyirlər ki, hava şəraitinin pis olması ilə əlaqədar uçmuruq. Amma burada hava normaldır və biz buna inanmırıq. Azərbaycana məxsus təyyarə havaya qalxdı, səhv etmirəmsə Moskvaya uçurdu. Bizi isə hələ də gözlədirlər."

Prezidentdən yeni il təbriki (TAM MƏTN)

altPrezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib:

ANS PRESS prezidentin təbrik çıxışının tam mətnini təqdim edir:

Əziz həmvətənlər!

2014-cü il arxada qalır. 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir.

Bildiyiniz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu.

155 ölkənin dəstəyi ilə biz bu haqqı qazanmışdıq. Bu il isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirdi, Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir.

Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə - siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz.

2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir. Bu da çox önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir.

Qeyri-neft sektorumuzun inkişafı bizim üçün prioritet olaraq qalır. Şadam ki, bu il qeyri-neft sektorumuz təxminən 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Bu da çox önəmli hadisədir. Çünki indi dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir. Azərbaycanda sərmayə qoyuluşu yüksək səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq.

Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir. Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi isə sabit olaraq qalır.

Siz yaxşı bilirsiniz ki, dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgəmizdə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə istər siyasi, istər iqtisadi sabitlik təmin edilir və ediləcək. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır.

Sosial siyasətimiz bütün dövrlərdə bizim üçün əsas vəzifə olmuşdur. Bu il Azərbaycanda sosial infrastrukturun yaradılmasına böyük vəsait qoyulmuşdur, 60-dan çox tibb ocağı, 50-yə yaxın məktəb, uşaq bağçası tikilib təmir edilmişdir. Əminəm ki, gələn il də bu müsbət proseslər gedəcək.

Azərbaycanda inflyasiya 1,4 faizdir. Əhalinin pul gəlirlərinin artımı isə 5 faizə yaxındır. Maaşların, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması əlbəttə ki, insanların rifah halını yaxşılaşdırır.

Ən ağır vəziyyətdə olan soydaşlarımızın – məcburi köçkünlərin problemləri də uğurla həll edilir. Hər il 20 mindən çox köçkün yeni evlərə köçürülür. Bu il də bu məqsədlər üçün böyük vəsait ayrılmışdır və biz bu məsələni də tədricən həll edirik.

Ancaq əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmamışdır. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur. Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa - bu ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər. Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü səmimi aparmamışdır. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir məqsədi var idi - Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq.

Bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bildiyiniz kimi, sənaye potensialımız gündən–günə güclənir. Azərbaycan bu istiqamətdə çox böyük uğurlara imza atmışdır və bu sahədə görülən işlər bu il də istisna olmamışdır. Beləliklə, bu il 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır və bu da həm işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir. Biz özümüzü əsas ərzaq məhsulları ilə artıq təmin edirik. Eyni mənzərəni tikinti materialları bazarında da görmək istəyirik və biz bu məqsədə çatırıq. Bildiyiniz kimi, icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi də məhz bundan ibarətdir.

Azərbaycan, eyni zamanda, yüksək texnologiyalara böyük investisiyalar qoyur və bu il bu sahədə yaddaqalan il olmuşdur. Bu il Azərbaycan ikinci peykinə sahib oldu. Noyabr ayında bu peyk Azərbaycana təhvil verildi və beləliklə, bizim indi iki peykimiz var: “Azərspace” və “Azərsky”. “Azərsky” peykinin xüsusiyyəti ondan ibarətdir ki, - dünyada cəmi 20 ölkə belə peyklərə malikdir, - bu peyk yer səthini yüksək dəqiqliklə müşahidə edir. Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir.

Korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. “ASAN xidmət” bu sahədə xüsusi yerə malikdir. Artıq 7 mərkəz yaradılmışdır, 3 milyon 500 min müraciət edilmişdir. “ASAN xidmət” ictimai xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından cəmi iki il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük irəliləyişə nail ola bilmişik. Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi mübarizə aparılacaq, həm cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir.

Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Bu il mən Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar müvafiq Sərəncam imzalamışam. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır.

Bu il sentyabrın 20-də biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd etmişik. Simvolik haldır ki, məhz 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə yerinə yetirəcəkdir.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.

Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

Mehriban Əliyeva qızı ilə açılışda iştirak etdi

altDekabrın 29-da Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə Azərbaycanın birinci xanımına ətraflı məlumat verdi. Bildirildi ki, 1986-cı ildə fəaliyyətə başlayan sanatoriyada heç vaxt təmir işləri aparılmayıb. Bina istifadəyə yararsız olduğundan 2012-ci ilin iyunundan burada yenidənqurma işlərinə başlanılıb. Altımərtəbəli binanın ümumi sahəsi 8 min kvadratmetrdir. Sanatoriyanın elektrokardioqrafiya, fizioterapiya, tədris-məşğələ, psixoloq, oyun otaqları və palataları ən müasir tibbi avadanlıqla təchiz edilib. Binada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə xidmət göstərməsi üçün geniş imkanlar var. Səhiyyə müəssisəsində somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar. Sanatoriyaya respublikanın bütün bölgələrindən olan uşaqlar qəbul edilir. Tibb ocağında xüsusi qulluğa ehtiyacı olan uşaqların anaları üçün də palata nəzərdə tutulub. Binada fizioterapiya və bərpa şöbəsi, müalicəvi idman və 100 yerlik akt zalları, müalicəvi vannaların olduğu dörd otaq yaradılıb.

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin əsas prioritetləridir.

Ölkəmizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili ilə yanaşı, onların sağlamlığının qorunması da dövlətimizin daim diqqət mərkəzindədir. Bu məsələyə Heydər Əliyev Fondu da öz töhfəsini verir. Ölkəmizdə uşaqların sağlamlığının qorunması, eyni zamanda, səhiyyə sisteminin daha da təkmilləşdirilməsi, onun maddi-texniki bazasının müasirləşdirilməsi işində Fondun həyata keçirdiyi çoxsaylı proqram, layihə və tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu tədbirlərin uğurlu icrası nəticəsində Azərbaycanda çoxlu səhiyyə ocağı inşa edilib, ən müasir tibbi avadanlıq və inventarla təchiz olunub. Mövcud səhiyyə müəssisələrinin bir çoxu isə əsaslı təmir edilərək istifadəyə verilib.

Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasında yenidənqurmadan sonra yaradılan şərait bir daha təsdiqləyir ki, gələcəyimiz olan uşaqların sağlam böyümələri üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.

Prezidentdən qızına 200 minlik hədiyyə

altTürkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən qızı Yelda Dəmirörənə bahalı hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, federasiya rəhbəri qızına 200 min avro dəyərində "Maserati" markalı maşın bağışlayıb.

Yelda ötən aхşam Arnavutköydəki əyləncə mərkəzlərindən birinə yeni avtomobili ilə yollanıb.

Fotoqrafları qarşısında görən Yela sürətlə məkanı tərk edib.

Azərbaycanlı ana və balanı öldürən qız həbs edildi

altAzərbaycanlı ana və qızını bıçaqlayaraq öldürən şəxs həbs olunub.

ANS PRESS-in məlumatına görə, 2 il əvvəl Qaziosmanpaşada Reyhan Hüseynzadə (45) ilə qızı Günay Hüseynzadəni (24) bıçaqlayan 17 yaşlı məktəbli qıza 11 il 8 ay həbs cəzası verilib.

Cinayət işləyən qızına kömək etdiyi səbəbiylə 6 il 3 ay həbsə məhkum edilmiş anası Tuğba Cahan isə təxliyə qərar verilib.

Qeyd edək ki, məktəbli qız azərbaycan əsilli Reyhan Hüseyinzadənin evinə qonaq gəlibmiş. Burada ev sahibi ilə qonaq arasında bilinməyən səbəblərdən münaqişə yaranıb. Nəticədə qonaq üzərində olan bıçaqla R.Hüseynzadəni belindən vurub.

Anasının bıçaqlanmasını görən Günay qışqıraraq qonşuları köməyə çağırıb. Bundan sonra məktəbli 22 yaşlı gənc qızı da bıçaqlamağa başlayıb. Boğazından və döş qəfəsindən bıçaqlanan gənc qızı və anasını evdə qoyan məktəbli qaçıb. Səs- küyə gələn qonşular hadisə yerinə dərhal polis və təcili yardın çağırıblar. Xəstəxanaya aparılan ana və qız həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyiblər.

Qonşularını bıçaqladıqdan sonra qaçan qız bir müddət sonra polisə gələrək təslim olub.

Ramil Usubov idarə rəislərini dəyişdi

altBakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinatlar olub.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Vüqar Əliyev BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl BŞBPİ-də yoxlamalar həyata keçirilib. Yoxlamaların nəticəsi olaraq işdə yol verdikləri ciddi nöqsanlara görə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunublar.

Yoxlamaların Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparıldığı bildirilib.

Zakir Həsənov rəisləri topladı

alt

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin yanacaq xidməti rəisləri ilə cəbhə bölgəsində 2014-cü ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, toplantıda Müdafiə Nazirliyinin zabiti polkovnik Hüseyn Vəliyev orduda həyata keçirilən islahatların xalqımız tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb. Bildirilib ki, ordu rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsinə xüsusi önəm verilir.

Silahlı Qüvvələrin yanacaq-sürtkü materialları, müasir texnika və digər avadanlıqlarla təchiz olunması istiqamətində görülən işləri şərh edən zabit H.Vəliyev yeni səhra yanacaqdoldurma məntəqələrinin, müasir tələblərə cavab verən yanacaq anbarlarının tikilib istifadəyə verilməsinin planlaşdırıldığını və bu fəaliyyətlərin davam etdiyini xüsusi vurğulayıb.

Sonra texniki vasitələrin istismarı, saxlanılması, yeni kart sisteminə keçid və digər yeniliklər barədə ətraflı məlumat verilib, müdafiə nazirinin tapşırığına əsasən ordumuzun bu sahədə gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr şəxsi heyətin diqqətinə çatdırılıb.

Biznesmen Tbilisidə döyüldü

alt"Rusiya-Gürcü İttifaqı"nın sədri, biznesmen Mixail Xubutiya Tbilisidəki "Tavaduri" restoranında döyülüb.

ANS PRESS-in Gürcüstan mətbuatına istinadla verdiyi məlumata görə, ötən şənbə günü axşam qeydə alınan hadisədə restoranın mühafizə əməkdaşları da iştirak ediblər.

Gürcü əsilli biznesmen avtomobilindən əşya götürmək üçün küçəyə çıxıb. Qayıdan zaman mühafizə əməkdaşları onu içəri buraxmayıblar və döyüblər. Bildirilir ki, biznesmen ciddi bədən xəsarəti alıb.

M.Xubutiya hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib və ifadə verib.

Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə istintaq aparılır.

Polad Bülbüloğlunun yubileyi Tbilisidə qeyd olunacaq

alt

Gələn ilin fevral ayının 21-də Gürcüstan paytaxtında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi ilə bağlı gecə keçiriləcək.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan mədəniyyət nazirinin məsləhətçisi Georgi Gegeçkori bildirib.

Onun sözlərinə görə, yubiley gecəsinin bütün detalları Gürcüstan və Azərbaycan mədəniyyət nazirlikləri arasında dəqiqləşdirilib: “Yubiley gecəsi Cansuq Kaxidze adına Mədəniyyət Mərkəzində keçirilməyi planlaşdırılıb. Biz tədbir çərçivəsində Tiflisdəki Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin qarşısında Azərbaycan professional musiqi sənətinin görkəmli sənətkarı Azərbaycan və gürcü xalqının da böyük oğlu Bülbülün abidəsinin də açılışına hazırlaşırıq. Bülbülün abidəsi görkəmli gürcü heykəltaraşı Qiya Caparidze tərəfindən artıq hazırlanıb. Fevralın 21-də abidənin təntənəli açılışını həyata keçirəcəyik. Biz bununla fəxr edirik.”

G. Gegeçkori bildirib ki, Polad Bülbüloğlunun ad günü fevralın 4-də Moskvada qeyd olunacaq. “Gələn il fevralın 21-də isə Tbilisidə biz təntənəli yubiley gecəsində onun 70 illiyini qeyd edəcəyik. Bizim üçün Polad Bülbüloğlunun yubiley gecəsinin Tiflisdə keçirilməsi böyük hadisədir. Ümidvarıq ki, Azərbaycan Mədəniyyət Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də bu məclisə qatılacaq”, – deyə nazirin məsləhətçisi vurğulayıb.

Zəlimxan Yaqubu əməliyyata götürmədilər - Almaniyada

alt

Xalq şairi Zəlimxan Yaqub sabah Almaniyadan Bakıya qayıdacaq.
Bu barədə AzNews.az-a şairin ailəsindən bildiriblər.

Ailə üzvlərinin sözlərinə görə, həkimlər ona yenə də əməliyyat olunmasının qeyri-mümkün olduğunu deyiblər: “Zəlimxan müəllim bir həftədən çoxdur ki, Almaniyada müayinə olunurdu. Ona “yox” cavabı verilib”.

Qeyd edək ki, Zəlimxan Yaqub böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

O, bu xəstəliklə əlaqədar uzun müddətdir ki, Almaniyada müalicə kursu keçir.

Bakıda nənə nəvəsini boğdu

altGecə paytaxın Suraxanı rayonunda dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, qayınana gəlinini və 6 aylıq nəvəsini öldürüb.

Tükürpədən cinayət rayonun Qum adası Zeytun bağları adlanan ərazidə kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynovaya məxsus evdə baş verib. Belə ki, Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlini Elnarənin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova huşsuz vəziyyə yerə yıxılıb və yerindəcə ölüb. Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi yəni Elnarə Nəcəfovanın 6 aylıq qızı Emilyanı boğaraq onu da amansızlıqla qətlə yetirib.

Hadisə barədə qonşular xəbər tutan kimi dərhal ərazi üzrə 30-cu polis bölməsinə xəbər veriblər.

Dərhal hadisə yerinə Suraxanı polis və prokurorluq əməkdaşları gəliblər. Hadisə yerinin müayinəsi aparılıb. Ana balanın cəsədləri Suraxanı rayonu məhkəmə tibbi ekspertizasının pataloji anatomiya birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Şərqiyyə Hüseynova saxlanılıb. Dindirmə zamanı qadın hadisəni mübahisə zamanı törətdiyini etiraf edib.

Qeyd edək ki, qadın hadisəni törədərkən oğlu işdə olub. Suraxanı rayon prokurorluğundan verilən məlumata görə saxlanılan qadının psixoloji problemləri var. Hər halda bu aparılan araşdırmalar zamanı məlum olacaq. Fakta görə onun barəsində xüsusi amansızlıqla və ya ümumi təhlükəlki üsulla, iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Bakı sakinləri üçün super şou

altBu il yeni il bayramı ilə bağlı Milli Park ərazisində bir sıra yeniliklər olacaq.

ANS TV-nin məlumatına görə, dekabrın 20-dən başlayaraq bulvarın bir hissəsində “işiq şou”su keçiriləcək. Artıq bununla bağlı quraşdırma işlərinə başlanılıb.

Bulvar idarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, Qız qalası ilə üzbəüz bulvar ərazisində zona ayrılıb: “Həmin hissədə bizim çox möhtəşəm təbii ağaclarımız var ki, onlar xüsusi bəzəklərlə bəzədilir və ətrafında işıqlandırma sistemi quraşdırılır. Və hava qaralandan sonra - təxminən saat 6-dan başlayarq gecə saat 2-dək “işiq şou”su davam edəcək. Dekabrın 20-dən başlayaraq 2015-ci ilin yanvarın 10-na kimi bu proses davam edəcək”.

Saytda Axtarış

Son xəbərlər