Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3307
DünənDünən5442
Bu həftəBu həftə31520
Bu ayBu ay3307
Bu günə qədərBu günə qədər8364938

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Azərbaycanda 15 yaşlı əkiz bacılar gecə vaxtı hara yoxa çıxdı?

altDaxili İşlər Nazirliyi iki bacının itkin düşməsi ilə bağlı məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, 2000-ci ildə Gəncə şəhərində anadan olmuş iki bacı-Məryəm və Səkinə Abdurəhmanova bu il aprelin 29-da gecə saat 01.00 radələrində yaşadıqları evdən gediblər və bir daha geri qayıtmayıblar. Qızların atasının adı Sabirdir.

İtkin düşmüş bacıların xarakterik əlamətləri aşağıdakılardır: Səkinə Abdurəhmanovanın boyu 1 metr 60 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində ağ-qara rəngli şalvar, qara kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Məryəm Abdurəhmanovanın boyu isə 1 metr 55 santimetrdir, o da orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Səkinə və Məryəm Abdurəhmanovaları görənlərdən və ya itkin düşmüş iki bacı barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 315-44-05, (050) 322-18-32 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Binalardakı yeni üzlüklər əvvəlkindən nə ilə fərqlənir?

altBinəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasadların sökülməsi işlərinə başlanılıb. Baxmayaraq ki, həmin binaların əksəriyyəti şəhərin mərkəzi hissəsində idi və şəhərin qonaq qarşıladığı bir vaxtda gözəlliyi üçün xüsusi önəm kəsb edirdi. Amma dövlət başçısının tapşırığından da aydın göründü ki, insanların təhlükəsizliyi hər şeydən önəmlidir. Bəs, yeni üzlüklər əvvəlkindən nə ilə fərqlənəcək?

ANS TV-nin məlumatına görə, poliuretan üzlüklü binaların fasadlarında aparılan söküntü işləri yekunlaşmaq üzrədir. Binaların xarici görünüşünü maksimum qısa vaxta qaydaya salmaq üçün söküntü ilə yanaşı yeni üzləmə işlərinə start verilib.

Səbael rayonunda fasadında poliuretan üzlükdən istifadə olunmuş 6 bina var. Onların hər birində söküntü işləri yekunlaşıb. Yeni üzləmə işləri isə ətraf infrastruktura uyğun olaraq hər binada fərqli şəkildə həyata keçiriləcək. Məsələn, bayraq meydanı yaxınlığında jurnalistlər üçün tikilən binada yeni fasad əvvəlkindən tam fərqlənəcək.

“Binanın fasadının artıq "aqlay"la üzlənilməsinə başlanılıb. Yaxın vaxtlarda binanın bəzi hissələrinə də boyanın vurulması işlərinə start veriləcək. Binan görüntüsü əvvəlkindən də yaxşı olacaq”, – deyə Səbael rayonu icra hakimiyyətinin nümayəndəsi Qurban İsmayılov bildirib.

Xətai rayonunda da poliuretan üzlüklərin sökülməsi başa çatıb. 5 və 9 mərtəbədən ibarət binalarda fasadın səliqəli alınması üçün təmir işləri aparılır. Kərpic daşlardan eyvanlar tikilir və pəncərələr dəyişdirilir.

Aprelin 10-da yanan 9 mərtəbəli binada da təmir işləri davam edir. Burda fasadla yanaşı mənzillərdə də bərpa işi aparılır. İş icraçılarından aldığımız məlumata görə 10 gün ərzində bina sakinlərə təhvil veriləcək.

Binəqədi rayonunda isə söküntü işləri hələ ki yekunlaşmayıb. Mayın 19-da yanğın hadisəsinin baş verdiyi 16 mərtəbəli bina təmir üçün əhatələnib.

Sözügedən ərazi icra hakimiyyətinin birbaşa nəzarətindədir. Tikinti-təmir işlərinin aparılması üçün artıq tenderin qalibi olmuş şirkətlə müqavilə bağlanıb.

Mətbuat prospektində isə binalar daha keyfiyyətli üzlüklə üzlənəcək. Buradakı binaların fasadı "aqlay" daşlardan istifadə edilməklə və yanmağa davamlı üzlüklərlə yenilənəcək.

Artıq karkasların qurulması və pəncərələrin dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Binalarda aparılan təmirin bir neçə ay ərzində yekunlaşması nəzərdə tutulur.

Binəqədidə yanmış binaya görə icra başçısının sabiq I müavini həbs olundu

alt

Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı daha bir nəfər həbs olunub. Bu, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzovdur.

 Mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın “poliuretan” materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov barəsində də bu maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Üç şagird özünü niyə asdı? – Kürdəxanıda

altBakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 113 saylı orta məktəbdə son bir neçə ayda 3 şagirdin cəsədi asılmış vəziyyətdə tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AzadlıqRadiosuna qəsəbə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, oğlan uşağı olan həmin şagirdlər məktəbdən kənarda, müxtəlif vaxtlarda olsa da məhz şənbə günləri asılıblar. 11-ci sinif şagirdi Ceyhun Əliyev ötən il dekabrın əvvəlində, 10-cu sinif şagirdi Əli Məmmədov fevralda, 6-cı sinif şagirdi Ruslan Fətəliyev isə bu ilin aprel ayınında asılmış vəziyyətdə tapılıblar.

Ölən şagirdlərin valdeynləri mətbuata açıqlama vermək istəməsələr də qəsəbə sakinləri baş verənləri müxtəlif səbəblərlə izah edirlər. Onlar ölmüş şagirdlərdən birinin radikal dini cərəyana meylli olduğunu bildirirlər.

Bəzi sakinlər isə hər 3 hadisəni yeniyetmə yaş dövrü ilə əlaqələndirirlər. Ama müxtəlif vaxtlarda baş vermiş hadisələrin eyni səbələrdən baş verdiyini ehtimal edən sakinlər də az deyil. Şagirdlərin hər üçünün şənbə günü ölməsinə mistik don geyindirənlər də var.

Sakinlər onu da bildirdi ki, hər üç şagird fiziki baxımdan cüssəli olmaları ilə yaşıdlarından fərqlənirmiş. Şagirdlərdən biri qonşunun, digərləri isə öz həyətlərində asılmış vəziyyətdə tapılıblar. Hər 3 ölüm hadisəsindəki oxşarlıqlar (eyni məktəbdə oxuyan hər 3 şagirdin 15-16 yaşlarında və cüssəli olması, həftənin eyni günündə, eyni vəziyyətdə ölmələri ) qəsəbə sakinləri arasında bəzi müəmmalar da yaradır.

Davamı olmasın deyə...

AzadlıqRadiosu qəsəbə sakinlərindən alınan məlumatları dəqiqləşdirmək üçün 113 saylı məktəbin direktoru Şirin Abbasova ilə əlaqə saxlayıb. Direktor hər 3 şagirdinin öldüyünü təsdiqlədi. Lakin o, hər 3 hadisənin məktəbdən kənarda baş verdiyindən səbəblər haqda məlumatsız olduğunu bildirdi: “Məktəbdə oldu, ya məktəbdən kənar, baş verənlər bizim üçün də çox ağırdır. Onlar gələcəyin əsgərləri idi. Belə olmamalı idi. Nə üçün olub, aidiyyatı orqanlar araşdırıb tapılmalıdır.

Bəlkə ailədə nə isə problemləri olub. Amma məktəbdə onlar problemsiz uşaq olublar. Müəllimlərlə heç bir problemləri olmayıb. Onlar bütün müəllimlərlə gözəl münasibət saxlayıblar. Hamımıza maraqlıdır ki, bu nəyə görə olub. Davamı olmasın deyə, bu hadisələrin əsası tapılmalıdır. Hadisələr baş verən kimi dərhal ora getmişəm, valideynlərlə görüşüb söhbət etmişəm. İş orasındadır ki, valideynlər də səbəbini bilmir”.

Hər 3 ölüm hadisəsi axşam saatlarında baş verib

Məktəb direktorunun sözlərinə görə, hər 3 hadisə gecə vaxtlarında olub: “Hadisələrdən biri dərsdən sonra baş verib. 11-ci sinif uşaqların ən mehriban vaxtıdır. Deyiblər, gülüblər sonra ayrılıblar. Ekspertizanın rəyi göstərir ki, hər 3 hadisə axşam saatlarında baş verib. Birinci hadisədə lap şoka düşmüşdük. Həmin şagirddən gözləmirdik.

Bu məsələnin əsası tapılmalıdır. Biz də bilmək istəyirik ki, uşaqların başına gələn nədir. Sonuncu ölən şagirdin sənədində doğum tarixi 2003-ci il göstərildiyindən 6-cı sinifdə oxuyurdu. Ancaq, anası deyirdi ki, əslində o 1999-cu ildə doğulub”.

4-cü oxşar hadisə?

AzadlıqRadiosu Sabunçu rayon Prokurorluğu ilə də əlaqə saxlayıb. Şagirdlərdən Ruslan Fətəliyevin ölüm işini araşdıran müstəntiq Günay Məmmədova hadisə ilə bağlı istintaqın davam etdiyini, hələlik nəticənin olmadığını bildirdi.

O, digər iki ölüm hadisəsi ilə bağlı cinayət işindən xəbərsiz olduğunu bildirdi. Bundan öncə Sabunçu rayon Prokurorluğundan “Amerikanın Səsi”nə bildiriblər ki, hər üç şagirdin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və istintaq davam edir.

Sakinlər onu da bildirdilər ki, həmin ərəfədə qəsəbədə yaşayan 15 yaşındakı bir qız da eyni vəziyyətdə, qonşu Məhəmmədi qəsəbəsində ölmüş tapılıb. Onların sözlərinə görə, həmin qız əvvəl 113 saylı məktəbdə oxuyub və bir müddət öncə başqa məktəbə keçib. Lakin, deyilən qızın ölməsi hələlik rəsmi təsdiqini tapmayıb.

Əhvalınızın xoş olmasını istəyirsinizsə MÜTLƏQ OXUYUN

altHər bir insan əhvalının xoş olmasını arzulayır və bunun üçün müxtəlif vasitələr axtarır. Təbii ki, insanın əhvalının necə olması onun həyat tərzindən birbaşa asılıdır. Məsələn, sevdiyin işlə məşğul olmaq, xoş musiqiyə qulaq asmaq, təmiz havada gəzinti, normal yuxu rejimi, yaxın dostlarla bir arada olmaq və s. insanın əhvalına müsbət təsir göstərir. Ancaq bunlarla yanaşı onu da nəzərə almaq lazımdır ki, gündəlik qida rasionuna daxil edilən ərzaq məhsullarının da insan əhvalına təsiri əsas faktorlardan biridir.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda insanın əhvalını yaxşılaşdıran qida məhsulları haqqında bilgiləri təqdim edir.


1. İnsanın əhvalına müsbət təsir göstərən ərzaq məhsullarından biri yoqurtdur. Bir şərtlə ki, bu qida məhsulunu alarkən onun təbii olmasına güvənəsiniz. Xüsusilə yay fəslində əhvalınızı yaxşılaşdırmaq istəyirsinizsə yoqurtdan istifadə edin. Daha yaxşı olar ki, evdə hazırlanmış yoqurtdan bəhrələnəsiniz.


2. Rəngləri ilə göz oxşayan meyvə və tərəvəzlər, xüsusilə kök, qırmızı şirin bibər, badımcan, çuğundur, xurma, portağal keyfinizi yaxşılaşdıracaq. Müvsümə uyğun olaraq meyvə və tərəvəzlərdən istifadə etsəniz əhvalınız yüksək səviyyədə olacaq.


3. Balıq məhsullarının orqanizm üçün saysız-hesabsız faydaları sırasında əhvala müsbət təsiri də hələ qədim zamanlardan məlumdur. Həftədə iki gün balıq və balıq məhsullarından istifadə etməklə əhvalınızı 7 gün arzuladığınız səviyyədə saxlaya bilərsiniz.


4. Gündəlik qida rasionuna kiçik bir miqdarda pendir əlavə etsəniz əhvalınızdan razı qalacasınız. Nahaqdan deməyiblər ki, fransız xalqı keyf eyləyir. Çünki dünyada ən çox pendirdən istifadə edənlər fransızlardır.


5. Müntəzəm olaraq qozdan istifadə etməklə siz nəinki əhvalınızı yaxşılaşdıracaqsınız, həm də özünüzü stressdən, gərginlikdən qorumuş olacaqsınız. Buna görə də səhərlər evdən çıxanda cibinizə bir ovuc qoz tökməyi unutmayın.


6. Əhvalınızın səhər tezdən yaxşı olmasını istəyirsinizsə səhər yeməyində bir ədəd yumurta istəyinizi peallaşdıracaq. Ancaq orqanizminizin bu qida məhsuluna uyğunluğunu nəzərə alaraq qədərində istifadə etməyiniz məsləhət görülür. Həftə ərzində hər dəfə 1 ədəd olmaqla 4 gün yumurtadan istifadə etmək tövsiyə olunur.


7. Çay min bir dərdin dərmanı olmaqla yanaşı əhvalı da yaxşılaşdırır. Xüsusilə də bitki çayları. Gün ərzində bir-iki fincan nanə çayı içsəniz özünüz şahidi olacaqsınız ki, əsəbləriniz nə qədər sakit, əhvalınız isə nə qədər yüksəkdir.

Keyfinizin yaxşı olmasına diqqət yetirin ki, sağlamlığınız da yerində olsun. Hər birinizə xoş əhval arzulayırıq.

Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb

altXalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb.

 “Dünya çiçək, insan oğlu arıdı” adlanan bu kitabda şairin son iki ildə yazdığı və indiyədək çap olunmumış şeirləri ilə yanaşı “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” poemaları yer alıb.

“Şərq-qərb” nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın redaktoru Musa Nəbioğludur.

Xatırladaq ki, bu, Z. Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi bax” kitabları, eyni zamanda M. Nəbioğlunun Z. Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların ixtiyarına verilib.

Sevdiyi qızın "yox" cavabına görə ona 8 bıçaq vuran oğlan: "Bıçaq qırıldı, yoxsa..."

altBakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızını qətlə yetirən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Modern.az saytı “Report”a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən İ.Hüseynov barəsində cinayət işi başlanılıb. İstintaq zamanı qətl hadisəsinin təfərrüatlarına aydınlıq gətiriləcək.

Bakıda şok: bəy gəlini toyda döydü

alt

Aprelin 25-i Bakıda inanılmaz hadisə baş verib.

Axar.az-a verilən məlumatda “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəyin gəlini hamının gözləri qarşısında döydüyü bildirilir. Mənbənin qeydlərinə görə, bəy qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib.

Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib.

Bəyin gəlini döyməsinin səbəbləri açıqlanmır. Ehtimal olunur ki, məclisə gələn qonaqlardan biri bəy tərəfindən arzuolunmaz şəxs imiş və onu gördükdən sonra gəlinlə bəy arasında mübahisə yaranıb. Məlumatda deyilir ki, Azərbaycanda kuryoz hadisə sayıla biləcək bu insidentlə bağlı restoran rəhbərliyi tədbir görə bilmədiyini anlayıb və polisə xəbər verib.

Şadlıq sarayına Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəlib. Hadisə zamanı 30 nəfər saxlanıb, bəy də daxil olmaqla polisə aparılıb.

Marneulidə azərbaycanlılar qəbiristanlıq ərazisinin satılmasına etiraz olaraq aksiya keçiriblər

altAprelin 26-da Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kənd sakinləri etiraz aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər kənddə hasara alınan qəbiristanlığın bir hissəsinin hərraca qoyulduğu barədə məlumat aldıqlarını bildiriblər. Onlar kənd qəbiristanlığına aid ərazinin satılmamasını tələb ediblər. Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metreveli, "Milli Hərəkat Partiyası"nın Marneuli şöbəsinin sədri Əhməd İmamquliyev, Qızılhacılı kəndindən "Gürcü Arzusu" partiyasının xətti ilə bələdiyyə deputatı seçilən İsmayıl Bayramov aksiyaya gələrək sakinlərin tələblərini dinləyiblər. Qızılhacılı kənd sakini Arif Qarayev sakinlər qarşısında çıxış edərək 3713 kvadratmetr sahəni almaq üçün Dövlət Milli Əmlak Agentliyinə ərizə verdiyini, lakin hələ cavab almadığını bildirib.

"Milli Hərəkat Partiyası"nın Marneuli şöbəsinin sədri Əhməd İmamquliyev qəbiristanlığın hasarının içərisində olan sahənin satılmasında Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metrevelinin marağı olduğu barədə ona məlumat verildiyini bildirib.

Hazırda hərraca qoyulan sahədəki ağacları kəsilib. Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metreveli kənd sakinləri qarşısında çıxış edərək qəbiristanlıq ərazisinin satılmayacağını bildirib.

Su nə qədər və nə vaxt içilməlidir? - FAYDALI MƏSLƏHƏT

alt

Nəzərə alsaq ki, insan bədəninin təxminən 75 faizi sudan ibarətdir, onda suyun orqanizm üçün nə qədər zəruri olduğunu anlamaq çətin olmaz. Yəqin ki, hər bir insanı su qəbulu ilə bağlı bir sual da həmişə maraqlandırıb. Gün ərzində nə qədər və nə vaxt su içmək lazımdır?


Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da məhz bu haqdadır.


Orqanizmə hansı miqdarda suyun lazım olduğunu dəqiqləşdirmək üçün kiçik bir hesablama aparmaq kifayətdir. Bədənin hər kiloqram çəkisi 30 qram su tələb edir. Məsələn, əgər sizin çəkiniz 70 kiloqramdırsa, 70 vurulur 30-a. Nəticədə sizin orqanizminizin suya tələbatı 2 litr 100 qram alınır. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, əgər insan idmanla, yaxud gün ərzində saatlarla fiziki işlə məşğul olursa, və ya havaların hədsiz dərəcədə isti olması suya tələbatı artırır.

Bəs suyu nə vaxt içmək lazımdır?


Bu sualın birinci cavabı çox sadədir: Orqanizm tələb edəndə.

İkinci cavab isə suyu günün müəyyən vaxtlarında qəbul etməklə faydalarının maksimum effektini almaqdır. Beləliklə:


1. Səhər oyanan kimi acqarnına 400 qram su içmək daxili orqanların işini fəallaşdırır.

2. Qida qəbulundan 30 dəqiqə əvvəl 200 qram su içmək həzmi yaxşılaşdırır.

3. Duş qəbul etməzdən əvvəl 200 qram su içmək qan təzyiqinin aşağı düşməsinə kömək edir.

4. Yatmazdan qabaq 200 qram su içmək insult riskini azaldır.

Bəs orqanizmin suya tələbatı ödənilməyəndə nələr baş verir?

1. Həzm sistemində problemlər yaranır ki, bu bütövlükdə orqanizmin yorulmasına səbəb olur.

2. Tənəffüs yolları xəstəliklərinə tutulma riski artır.

3. Qanın tərkibi 92 faiz sudan ibarət olduğundan, su çatışmazlığı zamanı qan qatılaşır, qan dövranı pisləşir ki, bu da qan təzyiqinin qalxmasına səbəb olur.

4. Orqanizmin susuzluğu bütün daxili orqanları və həmçinin dərini vaxtsız qocaldır.

5. Maddələr mübadiləsi pozulur.

6. Allergiyaya meyllilik artır.

7. Oynaqlarda ağrılar yaranır.

8. Qəbzliyə səbəb olur.

9. Böyrəklərdə və sidik kisəsində problemlər yaranır.

10. Xolesterinin miqdarı çoxalır.

Bu siyahını bir az da uzatmaq olar. Çünki su:

1. İnsan orqanizminin temperaturunu normal saxlayan tənzimləyicidir.

2. Bədənin bütün hüceyrələrini oksigenlə təmin edir.

3. Orqanizmdə olan toksinləri və zərərli maddələri bədəndən xaric edir.

4. Bütün daxili orqanların normal fəaliyyətini təmin edir.

5. İnsanı artıq çəkidən xilas edir.

6. Orqanizmdə baş verən bütün kimyəvi proseslərdə fəal iştirak edir.

7. Ürək-damar sistemi üçün olduqca faydalıdır. Belə ki, gündəlik olaraq qədərində su qəbul etmək damarlarda tıxacın yaranmasının qarşısını alır, infarkt riskini azaldır.

8. Stressə qarşı mübarizə aparır.

9. Gümrahlıq gətirir.

10. Dərini təravətləndirir.

Suyun orqanizm üçün bu qədər zəruri olduğunu düşünüb qədərindən artıq qəbul etmək yolverilməzdir. Bu xoşagəlməz fəsadlar yarada bilər. Əgər orqanizminiz normadan artıq su tələb edirsə həkimə müraciət etmək məsləhət görülür.

Qadağan olunmuş film Bakıda nümayiş olunacaq

alt"Addım Gənclər Təşkilatı" Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə "EkoLogika" layihəsini gerçəkləşdirir.

ANS PRESS-in məlumatına görə, 22 aprel "Dünya Yer Günü"ndə Bakıda layihə çərçivəsində yekun tədbir və təlimlər baş tutacaq. Təlimlərdə dövlət rəsmilərinin, şirkət nümayəndələrinin, səfirlik əməkdaşlarının, QHT nümayəndələrinin və gənclərin iştirak edəcəyi bağlanış mərasimi olacaq.

Tədbirdə layihənin promo videosu və məşhur fransız rejisoru Yann Artus Bertrandın "Home" ( Ev) filmi nümayiş olunacaq. Bu film dünyanın 36 ölkəsində qadağan olunsa da, Azərbaycanda rəsmi icazə ilə nümayiş olunur.

"EkoLogika" layihəsi çərçivəsində ilk olaraq 18 apreldə Lənkəran şəhərində “Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlim həyata keçirilib. Təlim Lənkəran şəhərində yerləşən Gənclər mərkəzində həyata keçirildi. Saat 13:00 da başlanan təlimdə 30 gənc iştirak edib. Təlimçi Tofiq Sadıxov mövzu ilə ətraflı məlumat verib, gənclərlə maraqlı müzakirələr apardı. Eyni zamanda layihənin promo videosu nümayiş olundu.

“Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlimdə iştirak etmək istəyən gənclər ADDIM gənclər təşkilatının facebook səhifəsinə və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına yaza bilərlər.

Gürcüstanda məktəbdə partlayış təhlükəsi

alt

Minaaxtaranlar Tbilisidə məktəblərdən birinin ərazisindən qumbara tapıblar. ANS PRESS-in məlumatına görə, əl qumbarası bu gün səhər yerli vaxtla təxminən saat 9:30-da aşkar edilib.

Təhlükəli döyüş sursatını məktəb nəzarətçisi həyətdə tapıb. O hətta məktəb ərazisində şübhəli bir adam gördüyünü də deyib.

Ehtimal olunur ki, qumbaranı da məhz həmin adam qoyub.

Dərhal mətkəbdə dərslər dayandırılıb, içəridəkilər isə təxliyə ediliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları və minaaxtaranlar çağırılıblar. Tezliklə qumbara məktəbin ərazisindən çıxarılıb.

Saytda Axtarış

Son xəbərlər