Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3316
DünənDünən5442
Bu həftəBu həftə31529
Bu ayBu ay3316
Bu günə qədərBu günə qədər8364947

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Qubadlının işğalından 22 il ötür - FOTOLAR

"DalğaTV" xəbər verir ki, 31 avqust Qubadlı rayonunun işğal günüdür. 1993-cü ildə Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən və Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.km-dir.

Hazırda rayonun 50 minədək əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır. Qubadlı əslində, erməni təcavüzü ilə Qarabag münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın ilk qaçqın dalğası Qubadlıdan keçib. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları müharibənin ilk günlərindən rayonu işğal etmək niyyətində olublar.

Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir.  Artıq 1989-cu ilin sonlarından Qubadlı hər gün düşmənin hücumlarına məruz qalırdı. Qüvvələr qeyri-bərabər olsa da, Qubadlının özünümüdafiə dəstələri, yerli əhali ermənilərin qarşısına sipər çəkmişdi. Təəssüf ki, təcavüzün qarşısını sonadək almaq mümkün olmadı. Qubadlının işğalı zamanı rayondan olan 238 nəfər şəhid, 146 nəfər isə əlil olub. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən verilən 874 saylı qətnamə ilə təcavüzkarlardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb.

Üzümçülük, baramaçılıq, taxılçılıq, heyvandarlıq, tütünçülük, rayon iqtisadiyyatının əsasını təşkil edirdi. Qubadlıda üzüm  emalı, yağ-pendir zavodları, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası və mərmər sexi fəaliyyət göstərib. İşğala qədər rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə, 2 musiqi məktəbi, 7 məktəbəqədər müəssisə vardı.

Qubadlıda 111 mədəni-maarif və 25 məişət, 33 səhiyyə müəssisəsi, 125 ticarət, 96 iaşə, 21 rabitə obyekti işləyirdi. Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. İşğal zamanı ermənilər Qubadlıdan minlərlə ton taxıl, tütün məhsulu, on minlərlə iri və xırdabuynuzlu mal-qara, yüzlərlə kənd təsərrüfatı texnikası, avtomaşınlar müsadirə edib.

Təcavüzkarlar Qubdalının qədim mədəniyyət abidələrini  tar-mar ediblər. Qubadlıda 13160 hektar dövlət meşə fondu sahəsi vardı. Meşələrdə yaşı 160 ildən 1600 ilədək olan Şərq çinarları, saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunurdu. Qubadlı Dövlət Təbiət Yasaqlığı, Bəsitçay Dövlət Təbiət Qoruğu isə qiymətli fauna və flora növlərinə malik idi. Əldə olunan faktlar emənilər həmin qiymətli təbii sərvətlərimizi talan etmələrindən xəbər verir. 4-cü əsrə aid «Gavur dərəsi»ndəki ibadətgah, 5-ci əsrin yadigarları «Qalalı» və «Göyqala» abidələri, 14-cü əsrdə tikilmiş «Dəmirçilər tübəsi», Hacı Bədəl və Laləzar körpüsü kimi qədim tarixi abidələrin dağıdılmadığına da inam qalmayıb. 

Hazırda Azərbaycanın işğal altındakı Qubadlı rayonuna Suriyadan gələn ermənilər qanunsuz olaraq məskunlaşdırılır. Dağlıq Qarabağdakı separatçı rejim və Ermənistanın birgə planı olan qanunsuz məskunlaşdırılma ilə bağlı Azərbaycan tərəfi öz etirazını bildirib. Bu gün Suriyadan gələn ermənilər üçün Qubdalıda evlər də tikilir.

Ermənilər Quabdalının adını dəyişərək ona “Sanasar” adı veriblər.

 

Şəkidə iki övlad atası intihar edib.

 

 

 

 

 


 Şəkidə intihar hadisəsi olub

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə avqustun 29-u günorta saatlarında Şəki şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Bəlyar oğlu Salmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki çardaqda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

 İntihar etməsinin səbəbi məlum deyil.

 


Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

 

Tovuz rayonunda ağır yol qəzası baş verib, iki nəfər ölüb

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub.

“Mercedes”in sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar.

Azərbaycan manatı ucuzlaşıb

Artıq üçüncü gündür ki, Azərbaycanda dollar manat qarşısında bahalaşır.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə açıqladığı rəsmi məzənnələr bülleteninə əsasən, 1 dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,04 faiz bahalaşaraq 1,0479 manat olub.

Avro isə manata nisbətən 0,008 manat ucuzlaşaraq 1,1805 manata düşüb. Halbuki dünən 1avro 1,1885 manat idi.

Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiya, Türkiyə və Gürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, bu günə olan məzənnəyə nisbətdə türk lirəsi 0,3601, gürcü larisi 0,4464, rus rublu isə 0,0159 manat dəyərindədir.

Avqustun 27-də isə rəsmi məzənnələr bülletenində dolların rəsmi məzənnəsi 1,0475 manat, avro isə 1,1885 manat dəyərində müəyyənləşmişdi.

Bakıda dəhşət: gəlin toy günü öldü (FOTO)

alt

Ötən gün Bakının Pirallahı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Zirə qəsəbəsində, Artiom ərazisində 1990-cı il təvəllüdlü Sail Yadulla oğlu Bədərlinin idarə etdiyi "Hyundai" markalı avtomobillər "VAZ" markalı maşın toqquşub. Qəza zamanı zərbənin təsirində "Hyundai" markalı maşın aşıb.

Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Nüsrət qızı Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza da onlar salondan qayıdarkən baş verib.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsində araşdırma aparılır.

“Mən o məşhur Fərəhin atasıyam...”

alt

“Mən o məşhur Fərəhin atasıyam...”

ANS PRESS xəbər veri ki, Elnur Məhərrəmov özünü “Azadlıq” radiosuna belə təqdim edir.

Mayın 19-da Azadlıq prospektində yanan çoxmərtəbəli binada həlak olmuş 15 nəfərdən biri də onun 2 yaş 7 aylıq qızı Fərəhdir. Faciə baş verən gün və daha sonralar Fərəhin fotoları sosial şəbəkələrdə çox paylaşıldı, çox danışıldı.

Elnur Məhərrəmovun 33 yaşı var, iqtisadçıdır, rayonların birində rabitəçi işləyir. Xanımı həkimdir, Bakıda çalışır. 2009-cu ildə ailə qurublar. Fərəh ailəyə gec gəlib, tez də “pərvazlanıb” gedib...

Elnur Məhərrəmov deyir ki, bundan sonra Azadlıq prospektindəki mənzilinə köçmək fikri yoxdur, xatirələrlə dolu evdə yaşaya bilməz.

Həyat isə qırıldığı yerdən davam edir. Xanımı Bakıda valideynləri ilə yaşayır, o, rayonda işini davam etdirir.

Elnur Məhərrəmov deyir ki, Fərəh artıq ətrafda baş verənləri anlayırdı, cümlələr qururdu, danışırdı: “Mən bu xəbəri eşidəndə rayonda idim, qayıtdım Bakıya, birbaşa “Semaşko”ya getdim...”

Hökumət başqa sakinlər kimi onlara da aylıq 500 manat ödəyir: “Qonşuların bir hissəsi pansionata köçdü. Bizim kimi ev tutmağa üstünlük verənlərə isə aylıq kirayə haqqı verilir”.

Elnur deyir ki, onun bildiyi qədər, sakinlərin narazılığı yoxdur, yanmış bina ilə bağlı qərargah yaradılıb və bütün məsələlərə vaxtında reaksiya verilir: “Sadəcə istəyim budur ki, bəlkə kiçik maarifləndirici çarxlar çəkilsin. Fərəh də, camaatın çoxu da yanmadı, tüstüdən boğulub öldü. Neçəsi liftdə boğulub. Aydın məsələdir ki, belə vaxtda liftə girmək olmaz”.

Qızını itirmiş ata deyir ki, baş verənlərə görə heç kimi günahlandırmaq istəmir: “Hökumətə nə deyə bilərəm?! Yəqin ki, bundan sonra tədbirlər görəcəklər. Amma kimisə günahlandırmaq... Bu, mənim gücümdə deyil”.

“Bütün işlər ayın 10-da qurtaracaq“ - Müsahibə

alt

Bakı hökumətinin başçısı: “Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq var”


Hazırda Bakıda bir neçə istiqamətdə iş gedir. Bir tərəfdən yanan binalar təmir olunur, sakinlərə kompensasiya verilməsi məsələsi hələ də gündəmdədir. Digər tərəfdən binalardan yanğına həssas üzlüklərin sökülməsi prosesi davam edir. Bu binaların hansı materialla üzlənəcəyi maraqla gözlənilir.

Bundan əlavə, Bakının mərkəzində “Sovetski”, “Beşmərtəbə” adlanan ərazilərin sökülməsi gözlənilir. Bütün bunların fonunda Bakı I Avropa Oyunlarını qarşılamağa hazırlaşır. Belə bir vəziyyətdə proseslərin nə yerdə olması və aparılan işlərlə bağlı yaranan suallara aydınlıq gətirmək üçün “Yeni Müsavat” Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla müsahibəni təqdim edir.

- Hacıbala müəllim, Binəqədi rayonunda yanan binada təmir işləri ilə bağlı vəziyyət nə yerdədir?

- Binada yüksək səviyyədə işlər gedir. 4 aya o mənzillər sahiblərinə təhvil veriləcək.

- Xətai rayonunda yanan binanın sakinləri təmir işlərinin keyfiyyətsiz aparılmasından narazıdırlar, siz nəzarət edirsizmi?

- Bütün bu deyilənlər yalandır. Orada belə hal yoxdur. Xətai rayonunda yanan binada zərər dəyən mənzillərin sahiblərinə hər birinə 15 min manat kompensasiya verilib, təmir də yüksək səviyyədə aparılır. Gələn ayın sonuna kimi mənzillər sakinlərə təhvil veriləcək.

- Hacıbala müəllim, yanan binanın sakinlərinə sağlamlığa dəyən ziyana görə kompensasiya nə zaman ödəniləcək?

- Nazirlər Kabinetinin bu haqda qərarı var və bütün işlər ona uyğun aparılır. Qərarda belədir ki, zərərçəkmişlərə 20 min manat ödənilsin. Binada 56 mənzil var idi, lakin iki mənzil əlavə olaraq ayrı-ayrı bölündüyü üçün 58 mənzil hesablandı. Bu mənzillərin sahiblərinin hər birinə 20 min manat ödənildi. Xəsarət alanlara, yəni yanğın zamanı xəsarət alması ilə bağlı xəstəxanadan, Səhiyyə Nazirliyindən arayış gətirənlərə 5 min manat, vəfat edənlərin hər birinə görə, ailələrinə 15 min manat ödənilib. Mənzil sahiblərindən 52 nəfəri kompensasiya ilə təmin olunub. 6 mənzil sahibinə kompensasiya ödənilməsi qalıb. Bunlardan birinə səbəb mənzil sahibi olan qaynana ilə evində qalan oğul və gəlin arasındakı mübahisədir. Onu birinci gün həll etməyi planlaşdırırıq. Qalan 5 nəfərin işi isə vərəsəlik hüququnun bərpası ilə bağlıdır. Vərəsəlik hüququnun bərpası prosesi 6 ay çəkir. 6 ay ərzində kim məhkəmə yolu ilə həmin mənzillərin vərəsəlik hüququnu alacaqsa, bu barədə məhkəmənin verdiyi arayışı aparıb banka verməklə pulunu verə biləcəklər.

- Hacıbala müəllim, Binaların üzlüklərinin sökülməsi nə zaman yekunlaşacaq və hansı materialla üzlənməsi nəzərdə tutulur?

- Bakı şəhərində olan binaların hamısından üzlüklər tamamilə sökülüb. İndi Mətbuat prospekti və Ziya Bünyadov prospektində binaların üzlükləri keramika-qranitlə üzlənir, Mətbuat prospektində ağ daşla üzlənən, yalnız eyvanları yanğına səbəb ola biləcək materialdan olan 6 binanın eyvanı betonla üzlənəcək. Nobel prospektində bütün binalar təmizlənib, onların hamısı və digər binalar Almaniyadan, Finlandiyadan və Amerikadan gətirilmiş və xüsusi instruksiya ilə nəzərdə tutulmuş rənglərlə boyadılacaq. İyun ayının 10-a qədər bu işlər yekunlaşmalıdır. Bütün işlər ayın 10-da qurtaracaq.

- Bakıda hansı ərazilərin sökülməsi nəzərdə tutulur və nə zaman başlanacaq?

- Söküntü işləri artıq başlayıb. Hazırda “Sovetski” adlanan ərazi sökülür. Orada 4 mərhələli sökülmə gedəcək. Birinci, artıq “Sovetski”də söküntü işləri son mərhələyə gəlib çatıb. İkinci, “Nizami” metrostansiyasından İstiqlaliyyət küçəsinə qədər olan ərazi, “Təzəpir” məscidinin ərtafındakı evlərin sökülməsi nəzərdə tutulur. Üçüncü, “Beşmərtəbə”nin yanından Şəmsi Bədəlbəyli küçəsinə paralel olan küçələrdə, Dilarə Əliyeva, Vidadi küçələrinin sökülməsi nəzərdə tutulur. Sökülən ərazilər yalnız və yalnız yüksək səviyyəli yaşıllaşdırma və istirahət zolaqlarına çevriləcək.

- Hacıbala müəllim, son olaraq, Bakı Avropa Oyunlarına hazırdırmı?

- Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq var. Bütün idman zalları və stadionlar, su idman stadionları hamısı Avropa Oyunlarına tam hazırdır. Mən əminəm ki, biz yüksək səviyyədə bu Avropa Oyunlarını başa vura biləcəyik.

2 övladını qətlə yetirən qadının əri saxlanıldı

alt

Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, iki övladını boğaraq öldürən N. Quliyevanın əri Asif Məlikzadə faktla əlaqədar Sabunçu Rayon Prokurorluğuna dəvət edilib. Hazırda A. Məlikzadənin ifadəsi alınır.

N. Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Qeyd edək ki, məlum hadisə ötən gün Sabunçu rayonu Albalılıq yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva övladları 2012-ci il təvəllüdlü Aydan Asif qızı Məlikzadə və 10 aylıq Ayşənin boğazını kəsərək öldürüb.

Hadisədən sonra N. Qurbanova intihar məqsədi ilə özünü bıçaqlayıb. Ağır bədən xəsarəti alan N. Qurbanova 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev bu insanların həbs edilməsi barədə sərəncam verdi

altPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1266-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, dəyişikliklərə əsasən, aşağıdakı məzmunda 200-2-ci maddə əlavə edilir:

“Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi

200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə -
dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.3. Bu Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”

Tbilisi ictimaiyyətinin nümayəndələri Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məlumatlandırılıb

altAzərbaycan Respublikasının Gürcüstandakı səfirliyi 28 May-Respublika Günü münasibətilə Tbilisinin mərkəzində, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirib.

Səfir Azər Hüseyn, səfirliyin əməkdaşları, M.F.Axudnzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin kollektivi, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və şəhər ictimaiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.

Sonra parkda bayram gəzintisi olub, şəhər ictimaiyyətinin nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, süqutunun səbəbləri barədə məlumat verilib.

Sabah I Avropa Oyunlarına hazırlıqla əlaqədar bu yollar bağlanacaq

altMayın 28-də, Respublika Günündə I Avropa Oyunları ilə əlaqədar təlim və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar təklif edir.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, mayın 28-də Bakıda I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu isə yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaradır: “Bununla əlaqədar mayın 28-də saat 10:30-dan etibarən məşqlər tam başa çatanadək paytaxtın Neftçilər prospekti boyu hotellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yollar təklif edilir. Belə ki, “Azneft” dairəsindən Niyazi küçəsi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də “Cavanşir” körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə “Azadlıq” meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələrinə doğru nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək”.

V.Əsədov qeyd edib ki, yol polisi əhaliyə, paytaxtın mərkəzinə doğru və əks istiqamətdə hərəkət etmək istəyən sürücülərə alternativ yollar təklif edir: “Onlara paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və “20 Yanvar” dairəsi istiqamətində hərəkət etmələri, eləcə də “20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi və Mətbuat prospekti istiqamətinə hərəkət etmələri tövsiyə olunur. Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə doğru gələnlərin hərəkəti Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır. Bakının bu istiqamətdəki qəsəbələrindən isə metronun “Koroğlu” stansiyasına doğru şəhər şosesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə Bakıxanov qəsəbədaxili yollarla və yaxud 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti ilə körpünün üzərindən keçməklə Ziya Bünyadov prospektinə doğru rahat hərəkət etməklə mümkün olacaq. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur”.

Bölmə rəisi əlavə edib ki, ümumiyyətlə, Ziya Bünyadov prospekti və ona kəsişən bütün yollarda hərəkətin rahat və fasiləsizliyi tam təmin ediləcək.

Batumi "EUROWOMAN-2015" adlı üçüncü beynəlxalq qadın biznes forumu keçirilib

altGürcüstanın Batumi şəhərində  "EUROWOMAN-2015"  adlı üçüncü beynəlxalq qadın biznes forumu keçirilib. Tədbirdə qlobal inkişaf və qadın iş cari məsələləri - beynəlxalq görüşlər, ayrı-ayrı mövzular müzakirə olunub. Bu məqsədlə, Batumidə iki gün dünyanın müxtəlif ölkələrindən olan qadın liderlər, tanınmış ictimai-siyasi xanımlar, diplomatlar, siyasətçilər, alimlər, hökumət rəsmiləri, ictimai xadimlər və başqa rəsmi şəxslər  iştirak ediblər.

Tədbiri Gürcüstan Beynəlxalq Qadınlar Təşkilatının sədri Nino Kviria açaraq, tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, tədbirin məqsədi biznesin inkişafı sahəsində əməkdaşlığın vahid mexanizmlərini yaratmaq üçün müxtəlif ölkələrin , o cümlədən, Azərbaycanın, Ukraynanın, Ruminiyanın, Polşanın və digər bölgələrdən qadın biznes elitasının nümayəndələri iştirak edirlər. Tədbir Gürcüstan Hökuməti və Acarıstan Muxtar Respublikasının himayəsi, eləcə də Ukrayna səfirliyinin təşəbbüsü ilə keçirilib. Biznes forum Biznesin İnkişafı və Avropa Birliyi, Ticarət,  Qadınların Beynəlxalq Palatası, və digər  aparıcı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.

Gürcüstan prezidenti  ilə  bağlı qapılar arxasında keçirilən görüşdən sonra ölkə başçısının qadınların hüquqlarının müdafiəsi ilə bağlı olacaq bütün təşəbbüsləri dəstəklədiyi, ictimai-siyasi həyatda onların rolunu artırmaq üçün daim hazır olduğu bildirilib. Dövlət başçısının  öz iqamətgahında Beynəlxalq Qadınlar biznes forumu “EUROWOMAN-2015” iştirakçılarının şərəfinə ziyafət təşkil etdiyi açıqlanıb. Prezident qadın siyasətçiləri, alimlər və dövlət qulluqçularını salamlayaraq onlara  müraciət edib. O, Prezident administrasiyasının qadın hüquqlarının qorunması istiqamətində olunacaq bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Fatimə Hüseynova dünyada qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqət çəkib. O qeyd edib ki, bu cür ciddi problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin birinci xanımlarının üzərinə böyük vəzifələr düşür. Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva  cəmiyyətin müxtəlif sahələrində qadınların rolunun gücləndirilməsini, onların öz fəaliyyətləri ilə bu prosesdə iştirakının təmin olunmasını indi qarşıda duran ən vacib məsələ hesab edir.

Gürcüstan,Azərbaycan və Ukrayna  nümayəndə heyətinin rəhbərləri Nino Kviria , Fatimə Hüseynova və Olqa Azarova öz çıxışlarında hər üç ölkənin ərazisinin işğal olunduğunu, qaçqınların, xüsusilə də , qadınların bu işğaldan əziyyət çəkdiklərini vurğulayıblar. Onlar əminliklə bildiriblər ki, yaxın gələcəkdə hər üç ölkənin ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yurd-yuvalarına dönəcəklər.

Saytda Axtarış

Son xəbərlər