Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3307
DünənDünən5442
Bu həftəBu həftə31520
Bu ayBu ay3307
Bu günə qədərBu günə qədər8364938

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstan parlamentinin azərbaycanlı deputatları Marneulidə əhali ilə görüş keçiriblər

altMarneulidə Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə "Gürcü arzusu"nun üzvü Mahir Dərziyevlə Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanov hesabat xarakterli çıxışlar ediblər.

M. Dərziyev Gürcüstanda milli azlıqların təhsili ilə bağlı hökumətin qəbul etdiyi 1+4 proqramına dair fikirlərini açıqlayıb. O, milli azlıq nümayəndələrinin ali məktəblərə qəbulu zamanı güzəştli şərtlərin ləğv edilməsinə tərəfdar olduğunu, habelə Azərbaycan dilli məktəblərdə ana dilində təhsilin əleyhinə olduğunu bildirib.

A. Süleymanov isə əks fikirlər səsləndirib.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə QHT üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, gənclər, hər iki partiyanın təmsilçiləri və jurnalistlər iştirak edib.

Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov APA-ya açıqlamasında digər azərbaycanlı deputatın görüşə qatılmadığını və ümumilikdə deputatların fəaliyyətini mənfi qiymətləndirdiyini bildirib: "Mən deputat Mahir Dərziyevin çıxışı ilə qəti razı deyiləm. Necə ola bilər ki, azərbaycanlı deputat öz ana dilində olan məktəblərin bağlanması təklifini irəli sürsün? O hansı xalqdan dəstək alıb? Xalq bu deputatları tanımır və tanımaq da istəmir. Çünki onlar xalqdan uzaq fəaliyyət göstərirlər. Bizə parlamentdə "düymə basan" deputatlar lazım deyil."

Ə. Əsgərov A. Süleymanovun çıxışına da münasibət bildirib: "O, çıxışını iqtidar-müxalifət münasibətləri prizmasından qurdu və şou yaratmağa nail oldu. Həmin gün biz yaxşı şou izlədik. Tam bir qalmaqal yaşandı. Ağız deyəni qulaq eşitmir, heç nə anlaşılmırdı".

Ə. Əsgərov gələcəkdə Gürcüstan parlamentinə azərbaycanlı namizədlərin təsadüfi seçilməyəcəyinə, xalqın içindən çıxan və gürcü dilini mükəmməl bilən gənclərin seçiləcəyinə ümidvar olduğunu bildirib: "Bizə dövlətinə, torpağına, vətəninə və millətinə bağlı gənclər lazımdır. Bizə manqurtlaşan deputatlar lazım deyil. Haqqını sökə-sökə almağı bacaran gəncliyə ehtiyacımız var".

Azərbaycanda evlənmək istəyənlərin nəzərinə!

alt

İyunun 1-dən ailə qurmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi məcburi olacaq.
ANS TV – nin verdiyi məlumata görə, Azərbaycanda nikaha girən şəxslərin tibbi arayış təqdim etməsi məcburi olacaq. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, 3 aydan sonra tibbi arayış təqdim etməyən cütlüklər nigaha daxil ola bilməyəcəklər.

Hadı Rəcəblinin sözlərinə görə, yeni evlənənlərin tibbi müayinədən keçməsi pulsuz həyata keçiriləcək. Həkimlər qəbul edilmiş bu qərarın vaxtında verildiyini və bunun sayəsində gənclərdə nigahdan qabaq yaranmış olan bir çox infeksion xəstəliklərin qarşısının alınmasında böyük rol oynayacağını deyir.

Həkim Gülnarə Sultanqızının sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən evlənmək istəyənlər tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı müvafiq quruma təqdim etdikdən 1 ay sonra nikah bağlaya bilərlər.

Qeyd edək ki, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Azərbaycanda yeni telekanal açılır

alt

Bu il aprelin əvvəlində Azərbaycanda "Azerbaijan Music Channel" (AMC) adlı ilk musiqi telekanalı yayıma başlayacaq. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, telekanalın yayımı "Azerspace-1" peykinin köməyi ilə açıq rejimdə həyata keçiriləcək. Hazırda yeni telekanalın anonsunu edən infokart test rejimində əlçatandır.

Yeni telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayacaq.

Televiziya kontentinə baxmaq üçün peyk antenlərini aşağıdakı şəkildə tənzimləmək lazımdır: tezlik - 11135 MHz, sürət - 27500, polyarizasiya - Horizontal, FEC - 5/6

Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri Gürcüstana səfər ediblər

altAzərbaycan Təhsil Nazirliyinin nümayəndələri Gürcüstana səfər ediblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazirliyin rəsmiləri Gürcüstan Təhsil Nazirliyində görüşlər keçirdikdən sonra Tiflisdəki Azərbaycan dilli orta məktəblərə baş çəkiblər.

Daha sonra nümayəndə heyəti gürcü həmkarları ilə birlikdə Marneuliyə səfər edib. Marneuli rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Ruslan Hacıyevin APA-ya məlumatına görə, hər iki nazirliyin mütəxəssisləri Marneulidəki 8 və 3 nömrəli Azərbaycan dilli orta məktəblərdə şagird və müəllim heyəti ilə görüşərək, təhsilin vəziyyəti və problemlərlə tanış olublar. Sonra təhsil rəsmiləri 1 nömrəli Azərbaycan dilli orta məktəbin müəllimləri ilə görüşüb, məktəbə kompüter hədiyyə ediblər. Azərbaycan və Gürcüstan Təhsil nazirliklərinin əməkdaşları səfər etdikləri məktəblərdə dərslərin gedişi, dərsliklərin vəziyyəti, təhsil ocaqlarının tikintisi və müəllimlərin təhsillə bağlı təklifləri ilə maraqlanıblar.

Ruslan Hacıyevin dediyinə görə, Azərbaycan Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze ilə görüşüb, Azərbaycan təhsil nazirinin yaxın aylarda Gürcüstana səfərinin detallarını dəqiqləşdiriblər.

Görüşlərdə Gürcüstan Təhsil və Elm Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Natia Tuskia iştirak edib.

Kəmaləddin Heydərov oğluna toy etdi (FOTO)

altDünən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğlu Nicatın toyu olub.

“Buta-Palace”da baş tutan toy mərasimində ölkənin siyasi elitası ilə yanaşı, idmançılar, xarici qonaqlar da iştirak edib.

Kəmaləddin Heydərov Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti, “İtaldizain Holding”in baş direktoru, “Cartier”, “Royal Collection” kimi zərgərlik butiklərinin də sahibi Elçin Zeynalovla quda olub.

Qeyd edək ki, nazir kiçik oğluna da əsasən ailəyə yaxın insanların iştirakı ilə dəbdəbədən uzaq toy çaldırıb.

Qızı olanlara yeni xəbər

alt"2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilib".

ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər:

"Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdırlar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa o zaman maliyyə çətinliyi olmayacaq çünki vəsait hissə-hissə hesaba köçürüləcək".

Ancaq Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya açıqlamasında Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsait köçürüləcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib: "Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur", - deyə komitə sədri söyləyib.

Vüqar Bayramov isə niyə oğlan deyil qız uşaqlarına depoztilərin verilməsi məsələsinə aydınlıq gətirib. Mütəxəssis bildirib ki, Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acnacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəddə bu hallar qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir:

"Proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq siyasətu və əmək bazarının tənzimlənməsi şöbəsidir".

V.Bayramov sonda bildirib ki, ümumiyyətlə hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıdır: "Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı bu gün hətta Ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".

Manat bir qədər bahalaşdı

altAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dollarının rəsmi məzənnəsi bir gündə azalaraq 1.0501-dən 1.0498-ə düşüb.

Avronun məzənnəsində də azalma qeydə alınıb. Belə ki, 1 avro bir gündə 1.1942-dən 1.1771-ə düşüb.

Avro və dollardan fərqli olaraq Rusiya rublunun kursunda isə artım qeydə alınıb. Ötən gün 0.0171 olan 1 rublun məzənnəsi bu gün 0.0172-yə yüksəlib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

Azər Şahismayıloğluna məhi-taban məktub

altVan Qoq Qarayazıda

Canım-qardaşım Azər!

...Həddülfüqəra hədislərin birində bəsirət gözü ilə belə deyilir: " Allahın Peyğəmbəri (s) insan haqqında bunları söylədi: - Allah yanında heç nə və heç kim Adəm övladından üstün deyil. Soruşdular:- Ey Allahın Peyğəmbəri, hətta mələklərdəmi? Buyurdu:- Mələklər Günəş və Ay kimi məcburdurlar."

    Dünyanın uqcar adamı olaraq, Əyriqar adlı ədəbi ərazimdə məni Məsələnin və Mənanın məhz bu arazbarı məğzi cəlb edir: Günəş və Ay kimi məcbur olmaq!

    Canım-qardaşım Azər!

    Sözümün toz-tozanaq təkrarına bir də qayıdıram. Sən necə bilirsən- Əyriqarın ətəklərinə yaxın, Sınıq körpüdən bu qədər həzin-füzun uzaqlarda arada-sırada uçqunlarda, uçurumlarda var olmaq, həmişə bir xilaskar, bir xilasetmə dəstəsi istəmirmi ? Son yaralı yarpaq düşüb,xəzəllərə qarışıb, son oxucum da Gəncə tərəflərə çoxdan köçüb... bu qədər depressiya, bu qədər ümidsizlik, bu qədər sıxıntı... amma məcburam. Özü də elə-belə, moizə məcbur deyiləm; müsibət məcburam; yəni az qala "Günəş və Ay kimi" məcburam... yəni azından özümü buna inandırmışam.

    Xətrimi xariqə istəyən atan da yaxşı bilir. Cəmi Gürcüstanda - günahlıya, günahsıza, vəfalıya, vəfasıza, yetimə, atalıya, oğruya, doğruya, müxtəsəri, bütün xəlq olunanlara təbərrük təbəssüm göstərən, gülərüz bəxş edən atan Şahismayıl müəllim. İndi şəstini şəhanə sındırdığın, bənizinə qara buludlar gətirdiyin, zoddu-oddu yerişini yavaşıtdığın, sənin cənazə namazında canına ocaq qalanan, ruhunu qoymağa yer tapmayan, köç külfəti Kərkük tərəflərdə bürəm-bürəm qara-borana düşən qürbətçi misallı atan Şahismayıl müəllim...

    Bir də gülümsəyəcəkmi? Yalnız Allah bilir; " Axirətin darvazası" sayılan ölümlə hər kəsin  qiyamətinin əslində necə ərmağan olduğunu yalnız və yalnız Özünə məlum eləyən, Vaqiflər Vaqifi Uca Allah!..

    Canım-qardaşım Azər!

    Hər vaqifanə Azərin bir bəsirət dolu Baycan tərəfi də var! Bu məcazlı mənada sənin istedadından, parlaq gələcəyindən,sənin timsalında bizim İstanbulda təhsil alan, özü də öz biliyi və fərasəti ilə təhsil alan ülviyyət dolu ünidimizdən danışıb, atan Şahismayıl müəllimə və anan Vətəngül xanıma bəxtəvər verənlər az idimi?..

    Qar-qubar dolu mesajını aldım: Qarayazıdan qara yazın gəldi. Sən həm " Axirətin əkin sahəsi", həm də "ziyan bazarı" olan dünya ilə belə hesab-kitab çürütdün. Dünya mənfəətini istəyənin axirət qazancı olmadığını yəqin edən, keçici həyatdansa öz əbədi evini abadlaşdırmağa gedən canım-qardaşım Azər!

    Sənin intihar xəbərini alanda mən Van Qoq haqqında yasəmənli yazı hazırlayırdım. Ona görə "yasəmənli yazı" deyirəm ki, sən də bu dünyalarca məşhur hollandiyalı rassamın elə-belə növbətçi yazıya deyil, hətta qərənfilli-qızılgüllü-oleandrlı yazılara layiq olduğunu bilirsən. Ömrü səfalət-səfillik içində keçən, aclığın çuxuryurd çevrəsindən çıxa bilməyən Van Qoq. Sağlığında bircə əsərini dəyər-dəyməz qəpik-quruşa sata bilmişdi. İndi rəsmləri üstündə azı 77 milyon dollara baş yarırlar. Hazırda Pikasso ilə bərabər dünyanın ən bahalı rəssamı hesab olunduğunu da bilirsən. Bu da məxluqatın- xəlq olunanın, Adəm  övladının namərdliyi, bivecliyi!

Canım-qardaşım Azər!

     Amma Van Qoqla bağlı məni ağrıdan bir küfr var ki, onu da əmanətdar əlavə etməliyəm. Çünki imam Sadiq də (ə) söyləyib ki, əmanəti sahibinə qaytarın, hətta Hüseyn ibn Əlinin (ə) qatili olsa belə!

     Əmanət də budur ki, indi düzü-dünyada daha çox Van Qoqun adı ilə tanınan şəhər əhli o vaxtlar şəhər merinə şikayət məktubu yazıbmış ki, bəs deməzsənmi, bu dəliyə yiyə durun, yoxsa yuxumuza haram qatır (ay sizi yatılı qalaydınız!-İ), yediyimiz gedib dənciyimizə də çatmır.

     Mən Van Qoqla bağlı yazıma Beynəlxalq Səhiyyə Təşkilatının bu xəvaric xəbərini də əlavə eləmişdim: hər il Yer üzündə 800 min (!) insan intihar edir. Qarşısı alına biləcək ölüm səbəblərində dərin kədər , ümidsizlik, peşmançılıq, təhrikedici davranışlar, daxili miqrasiyalar, özünə qapanmalar yaşandığı gözüyaşlı günahları kimdə görək, hansı sarp qayalara yazaq?..

     Sənə sirr saxlamağa taqətin olduğu üçün az qala südəmər dövrdən qalma bir sirr açmaq istəyirəm. Əslində ucqar sözümün canı da elə bu sirdədir: Van Qoq haqqında olan həmin yasəmənli yazını əslində Mirzə Qələmə  görə yazmışdım. Çünki o, xeyli müddətdi intihar istiarələri ilə yaşayırdı , süqutun və sükutun bircə addımlığında idi.Onu Allahın möhtərəm buyurduğu cana qəsd eləməməyə çağırmaq istəyirdim. Eynən dan yeri sökülmək bilməyən gecələrdə səhərəcən oyaq qalıb kirimək iqtidarında olmayan qumrular misallı, hönkürmək istəyirdim ki, həyat insana Uca yaradan tərəfindən verikən ən nurani, ən gözəl və ən böyük nemətdir.

     Tez-tələsik olduğu üçün sənin dəfninə də elə o "yasəmənli" yazıya getdim. Məgər hər təsadüf və zərurətdə, hər hərəkət və sükunətdə, hər fədakarlıq və fəsadda, hər dərdə şəriklik və şəfaətdə Allahın bir işarəsi , bir rəmzi yoxdumu? İndi mənə belə gəlir ki, sənin dəfninə  "Sərv ağaclarıyla buğda zəmisi", "Günəbaxanlar","Ulduzlu gecə","Arlda körpü" kimi əmanətdar əsərlər müəllifi hollandiyalı vəfadar Van Qoq da gəlmişdi və sənin dəfn günündə o reyhanəli rəssam avropalıdan daha artıq Qarayazılı idi. İztirablarının cəminə intiharla son verən vətənsiz və vilayətsiz Van Qoq...Bir dəfə sənin səmimi əmin yerində olan , həmyerlin, qarayazılı (təkcə qarayazılımı?) gözəl şair Afiq Muxtaroğluna da demişdim: bilsəm ki, mənim dəfnimə Van Qoq, Vaqif Bayatlı, Sərdar Əsəd gələcək, o vaxt mən gündoğandan günbatana yeddi dəfə ölməyə də hazıram.

     Canım-qardaşım Azər!

Sizin dirəyi büdrəyən , daşı şehləyən, ümidi ayaqüstəcə qax-qurud olan evinizdən sənin vida məktubunla qayıtdım və həmin məktubu da , sonradan İslam əminin ( "Gürcüstan" qəzetinin redaktoru hörmətli İslam Əliyevin) sənin haqqında yazısını da Mirzə Qələmə yolladım.

     Əyriqarın  ətəklərinə yaxın artıq təsbeh çevirən qocaya çevrilmiş Mirzə Qələm dünən mənə Herman Hessenin "Yalquzaq" adlı kitabının içində bir məktub göndərib. Oxuyuram: "Yalquzaq" intihardan vaz keçilsin deyə yazılıbmış; amma sən demə, bu kitabı oxuyanın hər yüzüncüsü "yarıtmaz rejissor" ucbatından alnının ay doğan yerinə vida düzəlişi etməli olub. Bir bulmacanı yəqin bil: Məni Azər xilas etdi. Mən heç olmasa Azərə görə yaşamalıyam. O, bu qəsdə bəlkə də məxsusi məni xilas etmək üçün qıydı.İndi mən məcbur olub yaşamalıyam: özü də elə-belə, təkcə həyat və həyət qarışıq deyil, məhz Günəş və Ay necə məcburdursa, elə məcbur yaşamalıyam."

...Sənə bunu da deyim ki, Mirzə Qələm bu günlərdə dünyaya gələcək nəvəsinə, əgər oğlan olarsa, sənin adını verəcəyini də yazmışdı...

P.S

    Sən təkcə Mirzə Qələm üçün deyil, mənim üçün də həmişə diri və durusan. Yoxsa bu məhu-taban məktubunu dirilən dərdimlə yazardımmı? Qarayazıdan uzaqlarda silkələnib ulduzu tökülən gecələrə  bu ürbənd üsulla dualarımı oxuyardım?..

   Dünən atana zəng elədim. Nə dedim, nə demədim, kim kimə daha arazbarı təsəlli oldu? Şahismayıl müəllim mənəmi? Yoxsa mən onamı? Xatırlamıram vallah! Bir onu bilirəm ki, çölüm Qarayazıdan, içim Qaracaoğlandan oxuyurdu:

        Mənə derlər: qəm yükünü sən götür,

        Mənim yük götürən karvanımmı var?..

Canım-qardaşım Azər! Həmişə iyirmi yaşında qalan həm kiçik, həm ortancıl, həm də böyük qardaşım Azər!..

İbrahimxəlil

 

Polad Bülbüloğluna “Şərəf” ordeni verildi

altAzərbaycan prezidenti ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, o bəstəkar-müğənni, xalq artistini təltif edib. Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu “Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, fevral ayının 4-də görkəmli müğənni-bəstəkar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubileyidir.

Ölənə xoşbəxt deməzlər...Azər...Amma Sən... (FOTOLAR)

alt...Ölümünlə özünə xoşbəxtlik gətirdin, bir daha çoxlarının duyub-başa düşmədiklərini və yaşından çox qabağa gedib qloballaşan dünya pərdəsi altında baş verən problemləri öncədən duyduğunu sübut etdin, o dünyanın bu dünyadan yaxşı olduğunu anlayıb Şəmməd, İsmixan babalardan, səni dünya qədər sevən ata-anan-Şahismayıldan, Vətəngüldən, səni əziz tutanlardan əbədi ayrıldın...

    Azər, sən bir addım atdın, hamını ağlar qoydun, ancaq yazdığın 12 səhifəlik yeganə yadigarında qeyd etdiklərin çoxlarına dərsdir: dünya baş verənlərə dözmək iqtidarında deyildir, bəşəriyyət qloballaşma adı ilə gedən dünyanın sonunu dərk etmir, mənim hamıya-atama, anama, bacılarıma- hamıya yazığım gəlir və gələcək kataklizm görüb, hamının pis günlərini yaşamamaq üçün bu addımı atmaqdan başqa yolum yoxdur,-deyib əbədi dünyana qovuşdun... Sən nə qədər yaşından qabağa gedibsənmiş!..

    Azər, sənin böyük gələcəyin, arzuların vardı, atan, anan, bütün səni istəyənlər, doğma vətənin Qardabani rayonundakı Kosalı kənd camaatı sənə ümid bəsləyir, gələcəyinə inanırdılar. Amma sən başqa yol seçdin, görünür burada da zəkan hamının zəkasının çata bilmədiyi kəhkəşanı zəbt edibmiş...

     Sənin atdığın addım hamını təəccübləndirib, heyrətləndirib. Bu, hər kişiyə nəsib olmur. Azər, sən ölümünlə ölümə meydan oxudun. Özün gülürdün, cəsədin gülürdü, amma hamı ağlayırdı, sənin cavan ömrünə heyfimiz gəlirdi... Sənsə üzündə-gözündə təbəssüm, gülə-gülə gedirdin haqq dünyana. Elə bil kədər içində olanlara yenə də ağıl dərsi keçirdin və deyirdin ki, hələ sizin başa düşmədiyiniz nə qədər məsələlər var və hamı o dünyalıqdır, hamı bir gün deyəcək:

Nə baxırsan mənim kimi,

Çox baxmışam sənin kimi.

      Azər, sən az yaşadın, ancaq çox mətləblərdən halı oldun. Cəmi 20 yaşlıq ömründə heç kəs nə bu dünyanı, nə o dünyanı sənin qədər duyammadı. Sən nə qədər duyumlu, nə qədər həssas, nə qədər gələcəyi görənsəmiş! Bunu dərk edə bilmədiyimizdən heyfim gəlir...

      Azər, kədərin həm gürcüstanlı, həm də azərbaycanlı azərbaycanlıları, türk dünyasını qəm dəryasına qərq etdi. Görünür, tale sənin beşik bələyinəbunu yazıbmış və sən anadan olanda bacıya qardaş, atana oğultək onları sevindirdiyin kimi, Allahın sevimlisisənmiş və Ulu Tanrı da sevimlisini, - səni özü yanına apardı. Allah çoxlarının hələ də anlaya bilmədiyi o böyük dünyada səni hifz eləsin! Bizlər də yanına gələndə səni o dünyada  da ucalan görüb sevinək! Sən bu yolu ömrünün çiçəklənən çağında seçdinsə, demək belə lazımmış, qardaş oğlu!

Azər, biz səndən seçdiyin bu yoldan başqa çox böyük mətləblərə çatacağını gözləyirdik. İndi gənclər bir ali məktəbə qəbul olub təhsil almaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Sənsə...  Yenə də qeyri-adi addım atdın.Bakıda çox nüfuzlu ali məktəbə uğurla qəbul imtahanı verib yüksək balla qəbul olundun.Bunada qane olmadın.Dünya miqyaslı ali məktəblərə üz tutdun,qəbul imtahanlarında özünü sınadın.Buradan da böyük qələbə ilə çıxdın,ən yüksək bal topladın.Bir neçə ölkənin nüfuzlu ali məktəblərinə qəbul olmaq imkanın yaransa da əmin ,el- obamızın çox sevimli ziyalısı, təvazökar, böyük insan,Bakı Texniki Universitetinin dosenti və sənin də , bizim də şəxsiyyətinə böyük hörmət etdiyimiz Əhməd müəllimin təklifi ilə Türkiyəni,İstanbul Universitetini seçdin. İlk andaca müəllimlərinin sevimlisinə çevrildin, hətta can-ciyər "yad" ölkədə  sənə təqaüd də verdilər. Özü də böyük məbləğdə. Bu uğurların ata-anana, bacılarına, təzə qohum olduğun, Azərbaycanın Ağdam bölgəsində ad-sanı ilə seçilən İnqilab babana, Aynurənin qayınatası İsmayıla, onun qardaşlarına (Allah var eləsin!), Aynurənin həyat yoldaşı, özünü sənə qardaş sayan Tapdığa nə qədər sevinc, nə qədər fəxr idin. Amma... Görünür, yazın bura qədərmiş, Azər!

     Sənin dərrakəli olduğunu bilirdim, ancaq bu qədər dərin biliyə, savada, dünya görüşünə və iradəyə malik olduğunu dərk edə bilməzdim. Sən ölümqabağı yazdığın 12 səhifəlik - vəsiyyətnamənmi deyim, yoxsa yaxınlarından üzrxahlığınmı deyim- burada gəlimli-gedimli, sonucu ölümlü dünyanın  gərdişlərini yaşına xas olmayan şəkildə nece yerli-yataqlı şərh edibsən. İnsan ona nəzər saldıqca, elə bil ki, ayılır, dünyaya yenidən baxır...

     Azər, sən dünyaya meydan oxudun, əbədi hesab etdiyin dünyaya qovuşdun! Azər, sən heç vaxt unudulmayacaqsan. Allah səni o dünyada utandırmasın. Yerin behişt olsun, torpağın nurla dolsun... Orada yaşa, yarat, sevin, bütün arxada  qalanlarını sevindir, bu dünyanda 20 il sevindirdin, o dünyanda 20 əsr sevindir...  Və sənə bir şad xəbər də çatdırım! Bu fani dünyaya əlvida dediyin gündən cəmi 4 gün sonra dayı oldun. Aynurə dünyaya bir gözəl qız gətirdi... Gözün aydın, Azər!...

     Azər, ömrümün son anlarında yazdığın qeydlərində nə qədər dərin dərrakə sahibi olduğunu bir daha nümayiş etdirməsin. Həmin qeydlərdən bəzi hissəni oxucularımıza təqdim etməyi özümüzə borc bildik: << Milyonlarla planetin içində balaca bir planetdə saniyənin milyonda birində yaşadım. Xaos nəzəriyyəsinə dayanaraq yəqin ki, mən də- istəyərək və istəməyərək nələrisə dəyişdirdim. Bu sistemdə yaşamaq istəmirəm. Mən bundan sonrasını istəmirəm!..

     İşıq sürətinə çatan bir nəqliyyat vasitəsi ilə hərəkət edərsək, zaman bizə görə yavaşlayar, yəni ki, Yerə döndüyümüz zaman digərlərinə görə daha az zaman keçirmiş olarıq. İşıq sürətinə çatan isə düşüncədir. Yəni əgər beynimizdə toplu bilinçaltına nəzarət edə bilsək, gələcəkdə olanları da görə bilərik!

      Elm, elm, elm. Hər şey elmdədir, bəşəriyyəti düşdüyü düyünlərdən elmli insanlar, elm xilas edəcəkdir! >>

      Bəli, sən gələcəyi hamıdan tez və hamıdan dəqiq görüb haqq dünyana qovuşdun! Allah sənə rəhmət eləsin!..

      Ruhun qarşısında daim baş əyən əmin:

İSLAM 

Gürcüstan qəzetinin baş redaktoru

 

altalt

Bakı 2015-ci ili belə qarşıladı (FOTO)

altArtıq 2014-cü il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin uğurlu dinamik inkişafı ili kimi qalacaqdır. Azərbaycan 2014-cü ildə də iqtisadi inkişafa nail olub, beynəlxalq mövqelərini möhkəmləndirib. Azərbaycan iqtisadi artım tempinə görə lider mövqeyini yola saldığımız ildə də qoruyub saxlayıb.

Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi, Dördüncü Bakı Beynəlxalq Humanitar və Gənclər siyasəti üzrə birinci Qlobal forumlara ev sahibliyi etməsi, Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasının, “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimin, “Baku World Challenge” avtomobil yarışları üzrə dünya çempionatının final mərhələsinin, həmçinin ölkədə bələdiyyə seçkilərinin keçirilməsi, Azərbaycanın ikinci süni peykə- “Azərsky”a sahib olması, yeni sənaye müəssisələrinin açılması, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdir. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq aləmdə etimadın göstəricisidir.

Azərbaycan 2015-ci ilin iyununda birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu yarışlara ciddi hazırlıq işləri görülür.

AzərTAc xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtın Dənizkənarı Milli Parkında möhtəşəm atəşfəşanlıq təşkil edilib.

Bulvar ərazisində müxtəlif yerlərdə quraşdırılan hündür şam ağaclarının bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib.

Dəqiqələr ötdü və xalqımız 2015-ci ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda sürəkli atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin səmasını əlvan rənglərə boyadı.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla və heyranlıqla seyr etdilər.

Xalqımız köhnə ili uğurlarla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, qələbələrin sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, 2015-ci il.

Türk Hava Yolları 200 azərbaycanlının Yeni ilini bərbad etdi

altTürk Hava Yolları təxminən 200 nəfər azərbaycanlının Yeni ili planlarını alt-üst etdi. ANS PRESS-in məlumatına görə, Gəncə - İstanbul reysi ilə uçmaq istəyənlər bayramı Gəncə hava limanında keçirməli olublar.

2014-cü ilin son və 2015-ci ilin ilk gününü hava limanında keçirənlər Türk Hava Yollarının bayram kampaniyalarından yaralanmaq istəyənlərdir. Bu şəxslər kampaniyanın şərtlərinə uyğun olaraq 99 AZN ödəyib avia şirkətin 31 dekabr saat 09:35-də havaya qalmalı olan reysinə bilet alıblar və səhər saat 7-dən Gəncə hava limanındadırlar.

Kampaniyadan yaralanmaq istəyən Bakı sakini Orxan Əliyev ANS PRESS-in qaynar xətti ilə əlaqə saxlayaraq iki gündür ac-susuz gözlədiklərini bildirdi: "Dünən səhər tezdən buradayıq. Sərnişinlərin çoxu evlərinə geri dönüb. Yaşlıar, xəstələr və uşaqlar üçün daha çətindi. Hazırda 140 sərnişin Gəncə Hava Limanında gözləyir. Biz pul vermişik ki, Yeni ili İstanbulda qarşılayaq, bayramı fərqli qeyd edək. Amma elə alındı ki, Yeni ili hava limanında qarşılamalı olduq. Kompaniya biletlərinin 99 manat olmasına aldandıq. "

Bizə deyirlər ki, hava şəraitinin pis olması ilə əlaqədar uçmuruq. Amma burada hava normaldır və biz buna inanmırıq. Azərbaycana məxsus təyyarə havaya qalxdı, səhv etmirəmsə Moskvaya uçurdu. Bizi isə hələ də gözlədirlər."

Saytda Axtarış

Son xəbərlər