Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1081
DünənDünən4904
Bu həftəBu həftə23852
Bu ayBu ay89799
Bu günə qədərBu günə qədər8357270

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bu kənddə cəmi 1 nəfər yaşayır - Azərbaycanın tam boşalan kəndləri

altDövlət Statistika Komitəsinin sonuncu hesablamalarına görə, hazırda Azərbaycanda əhalisi ən çox olan kənd Masallı rayonununda yerləşir. Bu, Masallı rayonunda yerləşən Ərkivan qəsəbəsidir. Qəsəbədə 15 min 654 nəfər yaşayır.

Dövlət Statistika Komitəsinin hesabatında əhalisi ən az olan kəndin də adı açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə kəndidir. Belə ki, həmin kənddə cəmi 1nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri isə İsmayıllı rayonunun Pirqəm kəndi-2 nəfər, Gərzə kəndi-3 nəfər, Dahar kəndi- 5 nəfər tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Nefçala rayonunun Qızqayıtdı kəndində 3, Siyəzən rayounun Əlməkolu kəndində 4, Qax rayonunun Bağtala kəndində 9, Yardımlı rayonunun Musa kəndində 8 nəfər yaşayır.

Komitənin məlumatına görə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var. Hazırda həmin ərazi kənd statusu daşısa da heç kim yaşamır. Məsələn, Balakən rayonunun Göyəmtala, Darvazbinə, Abjit, Mazımqarışan, Bərdə rayonunun Çərəlilər kəndi, Cəlilabad rayonunun Novoqolovka qəsəbəsi, Hacıqabul rayonunun Balıqçı qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun Xaraxoba, Üryənoba, Xızı rayonunun Yuxarı Əngilan, Qars kəndində heç kim yaşamır. Quba rayonunun İbrahimhaput, Gədik, Qobustan rayonunun Şıxlar, Damlamaca, Dağ Kolanı kəndində, Şamaxı rayonunun Yeni Qızmeydan, Zaqatala rayonunun isə Əzgili kəndi kənd statusu daşısa da hazırda orda heç kim yaşamır.

Qeyd edək ki, Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış məntəqələri daxildir.

Azərbaycanda yaşlı qadını yandırıblar

altUcarda güclü yanğın nəticəsində yanaraq ölən qadın barədə yeni məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, hadisə Ucar şəhərinin Tofiq İsmayılov küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1937-ci il təvəllüdlü Qənirə Həsənovanın mənzili yanaraq kül olub. Yanğın nəticəsində qadın evdə ölüb. İlkin ehtimalda hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirlsə də, sonradan bunun qətl olduğu məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, Qənirə Həsənova bıçaq zərbələri ilə öldürülüb. Sonradan izi itirmək üçün evi yandırıblar.

Qeyd edək ki, qadın rayonda tək yaşayırmış. Onun iki qızı olsa da ərə köçüblər və qadın tək qalırmış. Qadının maddi durumu yaxşı olub. Bu sbəbdən də, ehtimal olunur ki, hadisə tamah məqsədilə törədilib.

Rayon Prokurorluğundan ANS PRESS-ə hadisənin həqiqətən də qətl olduğunu təsdiqlədilər. Ucar rayon prokurorunun köməkçisi Araz Əkbərov bildirdi ki, hazırda hadisə araşdırılır. Cinayətkar tezliklə müəyyən edilərək istintaqa cəlb ediləcək.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sabah qar yağacaq

altİstirahət günü ölkə ərazisində soyuq hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4 dərəcəyə, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, ötən gün gözlənilən ava ilə bağlı xəbərdarlıq yayılıb. Xəbərdarlıqda deyilir ki, dekabrın 6-7-də ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Dekabrın 6-da əsən güclü şimal-qərb küləyi dekabrın 7-si gündüz güclü cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Zəlimxan Yaqubdan yeni xəbər var

alt

“Dekabrın 7-də yenidən Almaniyaya gedirəm”.

Bunu AzNews.az-a açıqlamasında xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib.

O, Almaniya səfərinin məqsədini belə açıqlayıb: “Müayinə və müalicə olunmalıyam. Özümü hələ ki, yaxşı hiss edirəm. Amma yenə də müalicə lazımdır”.

Z.Yaqub bildirib ki, xəstə olduğu illər ərzində dəvət aldığı bütün tədbirlərdə iştirak edib: “Hətta mən Əfv Komissiyasının da bütün iclaslarında oluram”.

Qeyd edək ki, Zəlimxan Yaqub böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Şair uzun illərdir ki, xəstəliyi ilə bağlı Almaniyada müalicə kursu keçir.

3 yaşlı uşaq bacısını vurdu

altKürdəmir rayonunda azyaşlı uşaq odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

ANS PRESS-in məlumtına görə, Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, hadisə Carlı kəndində qeydə alınıb. Kənd sakini Elnur Məmmədovun 3 yaşlı oğlu Elgiz Məmmədov atasına məxsus ov tüfəngindən atəş açaraq iki yaşlı bacısı Heyran Məmmədovanı güllələyib. Başından aldığı güllə yarası səbəbindən Heyran Məmmədova hadisə yerində dünyasını dəyişib.

Uşaqların atası Elnur Məmmədov rayon Polis Şöbəsinə məlumat verib ki, həyətlərinə tez-tez çaqqal və canavarlar hücum çəkərək mal-qaraya, toyuq-cücəyə ziyan vurur. Növbəti dəfə çaqqalın həyətə girdiyini görən Elnur Məmmədov tüfəngini götürərək ona atmaq istəyib, lakin vura bilməyib. O, silahını hazır vəziyyətə gətirərək onu stolun üstünə qoyub, paltosunu geyinmək üçün evə girib və qəflətən bayırda atəş açıldığını eşidib.

O, ehtiyatsızlıq səbəbindən ailəsində baş verən bədbəxt hadisəni hüquq-mühafizə orqanlarından gizlətməyə çalışıb. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hazırda ailənin 2 azyaşlı övladı var.

Eminə avtomobil hədiyyə etdilər

alt

World Music Awards və “Qızıl qrammafon” mükafatlarının sahibi tanınmış müğənni və bəstəkar Emin artıq 35 illik yubileyinə həsr edilmiş hədiyyələri qəbul etməyə başlayıb.

GSR.fm Oxu.az-a istinadən xəbər verir ki, məşhur müğənni-bəstəkar Emin Ağalarov İnstagram səhifəsində qeyd edib ki, ilk hədiyyəni ona dostu Murad Babayev təqdim edib:

“Mənim qardaşım mənim ilk “VAZ 2107” maşınımı tapıb, bu onun mənim 35 illiyimə hədiyyəsidir. 2001-ci ildə bu avtomobilin qiyməti 3200 dollar idi”, – Emin şəklin altında yazıb.

Qeyd edək ki, Eminin ad günü dekabrın 12-dir.

Bakıda 22 metrlik yolka

alt

Fəvvarələr meydanında Yeni il yolkasının quraşdırılması işləri sona çatmaq üzrədir. Yolkanın hündürlüyü 22 metrdir.

AzNews.az buro247.az-a istinadən xəbər verir ki, "NARGIS" Nəşriyyat Evinin təşkilatçılığı ilə keçiriləcək "Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi" Yeni il Xeyriyyə Yarmarkasının açılışı dekabrın 3-ü saat 19:00-da baş tutacaq.

Paytaxt sakinlərini və qonaqları 1 ay müddətində cürbəcür hədiyyələr, maraqlı şou proqram, eləcə də qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı gözləyir.

Fəvvarələr Meydanında konsert və tamaşa üçün səhnə də quraşdırılıb.

Emin Ağalarov sevənləriylə görüşdü- Bakıda

alt

Müğənni Emin Ağalarov sevənləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu günkü görüş yerli ticarət mərkəzlərinin birində baş tutub. Sənətçi fanatları ilə birgə imza günü keçirib, onlarla şəkil çəkdirib.

Qeyd edək ki, Emin Ağalarov 5 dekabr tarixində “Crystal Hall” səhnəsində konsert proqramı ilə çıxış edəcək.

Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə qətlə yetirənlərdən xəbər var

alt

Ağayevi vəhşicəsinə qətlə yetirən polislərin məhkəmə prosesi keçirilib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyada polis sistemində qalmaqala səbəb olan cinayət barədə yekun qərar bu dəfə də açıqlanmayıb. Saxlanılan polislərin bu cinayəti törətdikləri heç kimdə şübhə oyatmasa da, onlara hansı cəzanın veriləcəyi hələ ki bilinmir.

Xatırladım ki, 2012-ci ilin sentyabr ayında baş verən hadisə zamanı 4 polis əməkdaşı 22 yaşlı Seymur Ağayevə hücüm edərək onu işgəncə ilə qətlə yetirdikdən sonra bahalı maşınını oğurlayıb. Daha sonra onlar maşını satmaq istəyərkən yaxalanıblar. Seymur Ağayevin meyiti isə meşədə tapılıb. Qatillərdən birinin Moskvanın şimal-qərb dairəsi üzrə polis idarəsinin rəisi Sergey Skubakin yaxın gohumu olması ehtimalı isə qalmaqalın daha da böyüməsinə səbəb olmuşdu.

Azərbaycanlı qadından görünməmiş əməl (FOTO)

altAzərbaycanda narkokuryerlik edən qadın tutulub. Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təəssüf doğuran hal odur ki, son zamanlar narkotik vasitələri ölkəyə gətirmək istəyən narkokuryerlər arasında qadınlara da tez-tez rast gəlinir. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.

Bu günlərdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Əhmədova Fəridə Firuddin qızı saxlanılaraq onun üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Bu zaman onun üzərindən, bədəninin bel hissəsinə və ayaqlarına yapışqanlı lentlə bağlanmış, gömrük nəzarətindən gizlədilmiş 4 ədəd bağlamadan xalis çəkisi 1 kiloqram 760 qram narkotik vasitə-marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Ümumiyyətlə, bu ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən 24 qadın müxtəlif növ narkotik vasitələri ölkə sərhəddindən keçirməyə cəhd göstərərkən saxlanılıb.

34 yaşlı ana özünü asdı

altBu gün Xaçmaz rayonunun Xudat şəhərində səhərə yaxın intihar hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Xudat şəhərinin birinci şöbə adlanan yeni salınmış yaşayış massivində baş verib. İntihar edən şəxs 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Şamil qızıdır. O, yaşadığı evin həyətində çörək bişirmək üçün ayrılmış yerdə özünü asaraq intihar edib.

Bu barədə onun ailə üzvləri səhər saat 9:00 radələrində Xaçmaz rayon polis şöbəsinin Xudat bölməsinə xəbər veriblər.

Hadisə yerinə polis və Xaçmaz rayon Prokurorluq əməkdaşları gəlib. Mərhumun meyidi tibbi ekspertiza üçün morqa aparılıb. Faktı Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov təsdiqləyib.

Qeyd edək ki, mərhumun məktəbli övladları var. Onlar dindirilmə zamanı analarının heç bir problem olmadığını deyiblər.

Azərbaycanda kişinin dilini kəsdilər

altGecə saatlarında Lənkəran şəhərində ağır bıçaqlanma hadisəsi baş verib.

ANS TV-nin məlumatına görə, bıçaqlanan 40 yaşlı Eyvaz Paşayevi yaxınları ağır vəziyyətdə qan içində tapıb və özünə məxsus olan “Hundai” markalı maşınla təcili Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Sol budun kəsilmiş- deşilmiş yarası, dilin kəsilməsi, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası və ağır qanaxma diaqnozu ilə xəstəxanaya daxil olan Eyvaz Paşayev dərhal əməliyat edilib və hazırda vəziyyəti orta ağırdır.

Lənkəran şəhər polis şöbəsinin istintaq bölməsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, hələlik hadisə ilə bağlı heç kimin saxlanılmadığı, əməliyyat tədbirlərinin davam etdirildiyi bildirildi. Əldə etdiyimiz məlumata görə, hadisəyə səbəb zərərçəkənin söyüş söyməsi olub.

Saytda Axtarış

Son xəbərlər