Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2446
DünənDünən4834
Bu həftəBu həftə15532
Bu ayBu ay81479
Bu günə qədərBu günə qədər8348950

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Allahşükür Paşazadə: “Xameneyi ilə Azərbaycan dilində söhbət etdik” - MÜSAHİBƏ

altQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsi

- Hörmətli Şeyx, bu yaxınlarda İrana baş tutmuş səfəriniz çərçivəsində görüşləriniz, beynəlxalq konfransda çıxışınız oldu. Səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?

- Bismillahir-Rəhmanir-Rəhim! Bizi ağayi Ayətullah əl-üzma Nasir Məkarim “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün dəvət etmişdi. Mən o konfransda ən ağrılı mövzu - dini radikalizm mövzusunda çıxış etdim, təkliflər səsləndirdim. Bu çıxış isə demək olar ki, o konfransın ana xəttini təşkil etdi. Çıxışımda radikalizmdən, ekstremizmdən, təkfirçilikdən, eyni zamanda müxtəlif yollardan istifadə edib İslama qarşı mübarizə aparanlardan, İŞİD və ona oxşar terrorçu qrupların yaradılmasından, İslamı dünyada gözdən salmaq üçün aparılan siyasətdən danışdım. Konfransın iştirakçıları olaraq bütün dünya üçün təhlükə yaradan qüvvəyə qarşı mübarizə aparmaq haqqında fikirləşməyə toplaşmışdıq. Bu gün bu qüvvənin törətdikləri elə formada baş verir ki, müsəlmanlar birlikdə olmasalar, birlikdə qərar verməsələr, buna qarşı ciddi mübarizə alınmayacaq və nəticəsi ağır olacaq.

Əslində İŞİD nədən yaranıb? İŞİD elə məscidlərdən, orada kimlərsə tərəfindən tərbiyə olunmuş cavanlardan yaranıb. İndi fikirləşmək lazımdır, biz harada səhv etdik ki, gözümüzün qabağındakı məscidlərdə cavanlar bu yola düşdü? Axı bu nə üçün oldu və bunun arxasında kimlər dayanır? Bu gün müsəlman dövlətlərində bu qüvvələrdən istifadə edənlər, onu yaradanlar özləri də xofa düşüblər. Onlar özləri üçün də təhlükə yaradıblar. Bu gün İŞİD əsas mövzudur. Bəzən mənə elə gəlir ki, ora qoşulmaq üçün gedənlərdə hamımızın, elə QMİ sədri kimi mənim də bəlkə günahım var. Onda bəs Avropadan gedib ora qoşulanlara görə günahkar kimdir? İŞİD bu günlərdə yaranmayıb. İŞİD, radikal qruplar əslində SSRİ Əfqanıstana girən vaxtlarda yarandı. Bunların yaranmasının da əsasını elə ABŞ özü qoydu. Qərb dövlətləri də burada iştirakçı oldu. Məqsəd bu qruplardan istifadə edib SSRİ-ni dağıtmaq idi və dağıtdılar. Bununla da bu qrupların, onları bürüyən fikirlərin əsası qoyuldu. Ola bilsin, indi İŞİD adlanır, amma o vaxt başqa cür adlanıb, ondan sonra başqa cür, gələcəkdə də başqa cür adlana bilər. Amma mahiyyət eynidir. Sabah bir də gördün İŞİD adını silib, başqa ad qoyacaqlar. Qeyd elədiyim vaxtda bu fikir formalaşmağa başlayandan bunların maliyyəsinin də əsası qoyuldu. O qədər gücləndirdilər ki, sonradan ABŞ-ın özünə qarşı oldular.

Suriyada, İraqda və digər oxşar ərazilərdə baş verən məlum hadisələrin arxasında da əlbəttə ki, həmin bəzi qüvvələr dayanır. Məsələn, götürək Suriyanın Kobani şəhərini. İndi guya böyük dövlətlər yığışıblar ki, “gəlin Kobanini azad edək”. Amma azad edə bilmirlər. Bəs hanı onların car çəkdikləri qüvvələri? Nə üçün bu qədər dövlət birləşib, amma bir şəhəri terrorçu təşkilatdan azad edə bilmir? Gəlin onlardan soruşaq, həqiqətən bu şəhəri İŞİD-dən azad etmək istəyirlər, yoxsa necə? Niyə bu oyunu oynayırlar? Bu siyasət deyil, bəs nədir? Yaxşı. Niyə adında İslamı həkk edən İŞİD bir dəfə Fələstin məsələsini qaldırmır? Sionizmin qarşısında nə üçün bir dəfə məsələ qaldırmır? Amma bütün işləri-gücləri müsəlmanları qırmaqdır, qeyri-insani hərəkətləri nümayişkaranə surətdə etməkdir.

Bu cəbhəni Qərb dövlətləri, ABŞ yaratdı və bundan baryer düzəltmək istədilər. Buna səbəb müxtəlif niyyətləri ilə yanaşı, İslamı inteqrasiyadan məhrum etməkdir. Amma Qərb dövlətlərinin özündə belə bu gün insanların zehnində İslam davam edir, genişlənir. ABŞ-da, Fransada, İtaliyada bu daha geniş cərəyan edir. Onlar insanların, xüsusilə Qərb xristianlarının zehnində belə bir baryer yaratmaq istəyirlər ki, İslam öldürücü, məhvedici, kəsici bir dindir. Təəssüf ki, bu qəbuledilməz qeyri-həqiqətin reallaşmasına bu gün müəyyən dərəcədə nail oldular. Bu gün özünü müsəlman elan edən kəs “Allahu əkbər!” deyib bir müsəlmanın başını kəsir. Heç bilirsiniz bu faktlar hansı dəhşətin gəlməsinin əlamətidir? Axı Allahın hökmü, Peyğəmbərin (s.ə.s.) buyuruğu var ki, bir insan “Lailahəilləllah, Muhəmməd Rəsulullah” deyirsə, onun qanı digər müsəlmana haramdır. Onu öldürmək olmaz! Amma indi o müsəlmanı nəinki öldürürlər, “Allahu əkbər!” deyib başını kəsirlər. Bu, İslama sığmayan, İslama yaxın gəlməyən bir haldır. Bax, İslamı belə məhv edirlər. İndi biz xaricə gedəndə müsəlman kimi hansısa avropalının qarşısına çıxanda onun ağlına ilk növbədə İŞİD gəlir, ölmək, baş kəsmək, dağıtmaq gəlir. İŞİD kilsələri də yandırır axı. Misirdə, İraqda, Suriyada bunların şahidi oluruq.

Biz müsəlmanların da çatışmayan cəhəti odur ki, mübarizə formasını, təbliğat formasını elə götürürük ki, bir-birimizə qarşı qoyulan formalardan ibarət olur. Sünni-şiə problemləri bundan qaynaqlanır. Bu bizim zəifliyimizdir. Yeni məzhəblərin, təriqətlərin yaranması bundan qaynaqlandı və özümüzü böyük təhlükələrlə üz-üzə qoydu. Bu, Azərbaycanın özündə də oxşar baş verdi. Qapalı Sovet İttifaqı dağılan kimi müstəqilliyimizin ilk illərində buraya dünyanın müxtəlif yerlərindən müxtəlif insanlar ayaq açdı. O vaxt bizim insanların hər şeyi olsa da, din məsələsində zəif idilər. O vaxt cəmi 17 məscidimiz vardı. Ayaq açıb bura gələn insanlar da o vaxt gözəl bilirdilər ki, bu insanları mənəvi cəhətdən cəlb etmək problem deyil. Beləliklə, o insanlar bizim ölkəyə gəldilər və o dövrdəki səriştəsiz dövlət rəhbərləri ilə birbaşa əlaqə yarada bilib icazə aldılar və başladılar məscidlər tikməyə, dini bildikləri kimi təbliğ etməyə. Məhz o insanlar 72 məscid tikdilər ki, mənim buna QMİ sədri kimi heç bir icazəm də olmadı. Çünki mən bilirdim ki, bu düzgün deyil. Amma məscidlər tikildi və o insanları göndərən hər dövlət öz ideyasını Azərbaycanda tikilən o məsciddə yerləşdirə bildi. Vəhhabilik, təkfirçilik məscidlərdə o vaxtdan yayılmağa başladı. Onların məqsədi Azərbaycanda İslamı inkişaf etdirmək deyildi. Sadəcə, yeni müstəqil olmağa başlayan Azərbaycanda hər bir dövlət öz “İslamını” qurmağa başladı. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra görüşümüzdə bu məsələni müzakirə etdik. Mən bu məsələni təfsilatı ilə ona danışdım. O, mənim dediklərimi qəbul etdi və biz birlikdə yeni addımlar da atdıq. Birinci dəfə məscidə gəldi, Təzə Pirdə çıxış etdi. Biz birlikdə dini məsələlərdə nələrsə etdik. Amma təəssüf ki, çox gec idi. Müəyyən məsələlər artıq kök salmışdı və çətinliklər yaranmışdı. Bu gün də məhz o yaranan çətinliklərlə üz-üzəyik. Bu gün də o kök salan məsələlər davam edir. Hələ biz ona qarşı ola-ola, - şəxsən mən əvvəldən onlara qarşı olmuşam, - müəyyən qədər qarşısını ala bilsək də, təhlükə yenə qaldı, təkfirçilər, radikal qruplar meydana gəldi və çoxaldı. İçindən də İŞİD çıxdı. İndi nəinki biz, bütün İslam bundan əziyyət çəkir. Peyğəmbərin (s.ə.s.) bizə qoyub getdiyi İslamı düzgün təbliğ olunmaması üzündən bu vəziyyətə gəldik çıxdıq.

Bütün bunlardan sonra birinci dəfə olaraq sırf bu mövzuda konfrans İranda keçirildi və biz ora toplaşdıq. Biz minnətdarıq ki, İran dövləti bu konfransı keçirdi və belə bir məsələnin həllini müzakirə olaraq ortaya qoydu. Orada həm şiələr, həm də sünnilər toplaşmışdı. Hər millətdən, hər dindən nümayəndələr vardı. Hamısı birlikdə təəssüflənirdi ki, vaxtında toplaşa bilmədik və bu gün bu cür təhlükə ilə üz-üzə qaldıq. Qərar da bu oldu ki, bu cür toplanmalar davam etsin. Növbəti günlərdə yenə Misirdə, Səudiyyə Ərəbistanında toplaşmağı qərara aldıq. Əsas odur ki, İslam aləmini oyadıb Qərb dövlətlərinin bizə qarşı başladığı bu oyunu anlada bildik. Bunun bünövrəsi yoxdur. Bunu Qərb dövlətləri yaradıb və məhv olub gedəcək. Ancaq başqa İŞİD yaranmayacaqmı? Adı başqa olan növbəti dəstə yaranmayacaqmı? Əsas məsələ təkfirçilikdir. Problem, təhlükə budur. Təkfirçilik İslamdan istifadə edib İslama qarşı aparılan mübarizədir ki, bu da dəhşətlərlə müşahidə olunur.

- Bu radikalların həmin ölkələrdəki fəallığının gələcəkdə Azərbaycanda olması gözləniləndirmi?

- Başqa ölkələrlə müqayisədə bizdə təhlükə hələ çox azdır. Son vaxtlar Dini Komitənin sədri Mübariz Qurbanlının, dövlət müşaviri Kamal Abdullanın fəaliyyəti, onların tez-tez rayonlara səfərləri, dindarlarla görüşləri, toplantılar keçirmələri çox yaxşı nəticələr verir. QMİ olaraq hər ay müxtəlif bölgələrdən həm sünni, həm də şiə məzhəbindən olan 60 din adamını yığıb kurslar keçirik. Bu kurslara hüquq-mühafizə orqanları, başqa təşkilatlardan da insanlar cəlb olunur, dindarlarla söhbət aparır. Prezident İlham Əliyev bu məsələdə bizə çox böyük dəstək verir. İndi biz işləri bu formada aparırıq ki, nəyinsə qarşısını vaxtında alaq. Amma bu o demək deyil ki, bununla hər şey həll olundu. Qafqazın Şeyxi kimi bölgədə, xüsusən Dağıstanda baş verən hadisələri gözəl görürəm. O hadisələrin Azərbaycanda inkişaf etməməsi üçün Dağıstanda, Çeçenistanda Azərbaycan səmtinə müəyyən sərhədlər olmalıdır. Son vaxtlar Qafqazın dini liderlərini tez-tez çağırıram, söhbətlər aparıram. Bu yaxınlarda Kabardin-Balkarda böyük bir toplantı keçirdim, Qafqazın bütün dini liderlərini toplayıb müzakirələr apardıq. Yəni imkanım daxilində o hadisələrin gəlib bizim sərhədimizə çatmasını görmək istəmirəm. Bu, istər Türkiyədən, istər İrandan bölgəmizə gələ bilər. Bilirsiniz, elə mənəvi məsələlər var ki, qardaş olsaq da, biz onu paylaşa bilmərik. Məsələn, burda bir insan ata-babadan şiədirsə, deməli, o da şiə olacaq. Sünnidirsə, sünni olacaq. Onun əqidəsini dəyişə bilmərik.

- Səfər çərçivəsində İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ilə də görüşünüz oldu. Görüşdə hansı maraqlı məqamlar müzakirə olundu?

- Mənim üçün ən maraqlı məqam onun mənimlə Azərbaycan dilində danışması oldu. Bu, mənim onunla ilk görüşüm deyildi. İnqilab ərəfəsində, ondan sonrakı vaxtlarda görüşlərimiz olub. Hətta o vaxt Ayətullah Xomeyninin vəfatından 7 gün sonra görüşdüyü ilk şəxs mən olmuşam. O vaxt görüşəndə hətta İranın xarici işlər naziri ona deyəndə ki, ağa, farsca danış, o cavabında dedi ki “imkan ver bir az türkləşək”. Azərbaycanı yaxşı bilən, Heydər Əliyevə böyük ehtiram edən şəxsdir. İlham Əliyevlə də münasibətlərə böyük önəm verir.

Keçirdiyim görüşlərdə də İran-Azərbaycan münasibətləri, dini baxımdan başqa ənənəvi-tarixi bağlılıqları bir daha qeyd edib, əsas mövzunu etdik. Qarabağ məsələsini də gündəmə gətirdik. Onlara dedim ki, ruslar Əfqanıstana girdi, heç kim dinmədi, Ermənistan Qarabağı zəbt etdi, məscidlərimizi dağıtdı, heç kim dinmədi, İraq və Suriya dağıdıldı, yenə heç kim dinmədi. Çünki müsəlmanlarda birlik olmadı. Şəxsən mən o dövrdə bütün dini liderlərə dəfələrlə müraciət etdim ki, Qarabağda İslam məbədləri dağıdılır, müsəlmanlar qırılır, birləşək. İndi heç olmasa başa düşmək lazımdır ki, bizim birliyə daha çox ehtiyacımız var.

Biz İran dövləti ilə münasibətlərimizi həmişə çox yaxşı etməliyik. Şəxsən mən bunu istəyirəm. Amma bu, hansısa səbəbdən olmamalı, bir məzhəb üzərində qurulmamalıdır. Ən azı bir müsəlman kimi olmalıdır.

- Görüşlər zamanı İranın dövlət telekanalı olan “Səhər”in anti-Azərbaycan təbliğatı onların nəzərinə çatdırıldımı?

- Biz onlarla bu məsələ ətrafında çox danışmışıq, iradlarımızı bildirmişik. Məncə, axır vaxtlar bu kanal artıq elə təbliğat aparmır. Bizcə, bu məsələ artıq həllini taparaq keçmişdə qalıb deyə, görüşlərdə bunu qaldırmadıq.

- QMİ-nin İranda nümayəndəliyi fəaliyyətə başladı. Azərbaycan-İran münasibətlərində bu, nə kimi yeniliyə səbəb olacaq?

- Biz tək İranda yox, UNESCO-da, Avropa Şurasında da nümayəndəliyimizi açmaq istəyirik. Artıq müvafiq məktublar hazırlamışıq və göndəririk. Rusiyada, Türkiyədə, Gürcüstanda böyük nümayəndəliklərimiz var. Gələcəkdə başqa ölkələrdə də ola bilər. İranda da açılması bizim üçün maraqlı oldu. Çünki bəzi dini məsələlər, fətvalar var ki, nümayəndəlik bu məsələdə lazım olacaq. Yəni müəyyən fətvalar verəndə görək uyğunluq var, ya yox. Bundan başqa, Qumda bizim gənclərimiz təhsil alır. Onlarla ünsiyyət lazımdır ki, həqiqi təhsil alsınlar, problemlər yaranmasın. Mən oradakı azərbaycanlı tələbələrin çoxu ilə görüşdüm. Ora gedənlərin içərisində ancaq əqidəsi üçün, Allah yolunda gedənlər də var. Hətta mənə deyənlər vardı ki, “bu məktəb ABŞ-da da olsaydı, oxumağa gedərdim”. Yəni içlərində çoxu həqiqi dini təhsil almaq üçün oradadır və Azərbaycana sadiqdir.

Bakıda 16 yaşlı qız rəfiqəsini sevgi üstündə öldürdü

altBakıda 23 yaşlı həmcinsi tərəfindən öldürülməsinə səbəb sevgi münasibətləri olub.

İşi araşdıran Xəzər raoyn Prokurorunun müstəntiqi Pərviz Muradovun ANS PRESS-ə verdiyi məlumata görə, hər iki qız Binə qəsəbəsində kirayə tutduqları mənzildə yaşayırmışlar.

“1991-ci il təvüllüdlü Şəms Nəhmədovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova saxlanılıb. Hazırda cinaəyt barədə istintaq gedir”, - deyə Pərviz Muradov bildirib.

Müstəntiqin sözlərinə görə, hər iki qız tufeyli həyat tərzi keçirirmiş. Onlar heç bir yerdə işləməyiblər.

İlkin ehtimala görə, aralarındakı söz-söhbət sevgi üstündə yaranıb. Aydan Xəlilovanın birlikdə olduğu şəxsin Şəms Nəhmədova ilə münasibətdə olması qızda qısqanclıq yaradıb. Onlar arasında mübahisə yaşanıb.

Lakin baş verən qətlin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Girovlarla bağlı bəyanat

altTürkiyədəki Azərbaycan diaspor təşkilatları Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayaraq Azərbaycan Respublikasının Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesinə etiraz ediblər. Bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev guya sərhədləri pozmaqda ittiham olunaraq heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesi aparılır. Halbuki Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir.

Türkiyədəki Azərbaycan diaspor təşkilatları bildirir ki, bu torpaqlarda doğulmuş, böyümüş Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır: “Kəlbəcər ərazisində onların dədə babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğalı altında saxladığı ərazilərə keçərkən girov götürülüb”.

Bəyanatda eyni zamanda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı vurğulanır. Bildirilir ki, Ermənistan azərbaycanlı Həsən Həsənovu işgəncələrə məruz qoyaraq vəhşicəsinə qətlə yetirib. Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalır.

Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: “Dünya Ermənistanın bu işğalçı siyasətinə “dur” deməli və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır".

Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycanlılar Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür ve Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.

Azərbaycanlılar birləşdi

altRusiyanın ən çox millətli bölgəsi kimi tanınan Şimali Qafqazda Azərbaycan diaspor təşkilatları Ümumrusiya Azərbaycan Konqresi ətrafında birləşməyə qərar verdi.

ANS TV-nin məlumatına görə, Pyatiqorsk şəhərində keçirilən mərasimdə Azərbaycan diaspor təşkilatlarının liderlərinə yeni qurulan Şimali Qafqaz dairəsi üzrə Azərbaycan Konqresi Şurasına üzvlük vəsiqələri təqdim edildi.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev gələcəkdə Azərbaycanın Şimali Qafqazda yüksək səviyyədə təmsil edilməsi, bir çox millətlər arasında Azərbaycanın mədəniyyətini, dilini, bayrağını və adını uca tutmaq məqsədilə bu günkü şuranın yarandığını dedi.

Şuranın rəhbəri vəzifəsinə isə Mineralnye Vody şəhərində tanınmış iş adamı Nəsrəddin Ocaqverdiyev seçildi. 52 millətin nümayəndələrinin yaşadığı Şimali Qafqazda Azərbaycan Diaspor Təşkilatlarının birləşməsi həm də bölgədəki radikal təşkilatlara axınla bağlı bir tədbir kimi də qiymətləndirilir.

11 yaşlı uşağın meyiti 12 gün sonra tapıldı

altYuxarı Qarabağ kanalında batan 11 yaşlı uşağın meyiti tapılıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü ilin noyabrın 11-də Mingəçevirdə Yuxarı Qarabağ kanalında batan 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun axtarışları başa çatdırılıb.

Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 16 km aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

DƏHŞƏT: Şəkidə müəllimənin boğazını şagirdlərin gözü qarşısında kəsdilər

altPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün baş verib. Belə ki, 38 yaşlı Validə Zamanova dərsə gedərkən keçmiş həyat yoldaşı Vüqar tərəfindən hücuma məruz qalıb. Kişi qadını bıçaqlayıb. Onun ağzını bıçaqla cırıb və onu yerə yıxıb. Daha sonra keçmiş həyat yoldaşı müəllimənin boğazını kəsib.

Bu hadisə məktəbin həyətində baş verib. Müəllimənin şagirdləri və digər müəllimlər haraya yetişiblər. Onlar Vüqarı zərərsizləşdiriblər. Bu səbəbdən də, kişi keçmiş arvadını başını kəsə bilməyib.

Qeyd edək ki, Validə Zamanova ilə Vüqar ailəli olub. Onların bu nikahdan bir qızları var. Onlar arasında narazılıq yaranıb və boşanıblar. Boşanan zaman kişi qadını döyüb. Bu səbəbdən də, müəllimə polisə şikayət edib. Həyat yoldaşını döydüyü üçün kişi həbs edilib. Onun bu yaxınlarda həbsdən çıxdığı bildirilir Keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb.

Bakıda yoxa çıxan 22 yaşlı qızdan xəbər var

altBakının Binəqədi rayonunda iki ay əvvəl itkin düşən 22 yaşlı qız tapılıb.

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində yaşayan 1992-ci il təvəllüdlü Şəhanə Bayramova axtarışlar nəticəsində tapılaraq evlərinə qaytarılıb.

Bildriilir ki, qızın yoxa çıxması barədə sentyabrın 21-də bölməyə məlumat verilib. Bildirilib ki, qız senytabrın 20-də saat 22:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qızı 4-cü polis bölməsi əməkdaşları tapıblar.

Faktla bağlı araşdırma aparılır.

Bakıda ər arvad yaxınlarına dəhşət yaşatdı

altBakının Xətai rayonunda ərlə arvad zəhərləniblər. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Dostluq küçəsi 1 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 22 yaşlı Bahadur Baxşəliyev və həyat yoldaşı 20 yaşlı Aytən Baxşəliyeva gecə saat 03:04-də kimyəvi maddə içiblər. Ərlə arvad boya həlledicisini qəbul etdikdən sonra vəziyyətləri pisləşib.

Dərhal hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub.

Həkim müdaxiləsindən sonra ərlə arvad xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində cütlüyün həyatı xilas olunub.

Faktla bağlı araşdırma aparılır.
Mənbə

Arvadını və qaynanasını bıçaqladı

altQazaxda keçmiş kürəkən arvadı ilə qaynanasını bıçaqlayıb.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gecə baş verib.

Belə ki, Qazax rayonunun Aslanbəyli kənd sakini Teymur Eminov keçmiş həyat yoldaşı, 25 yaşlı Aybəniz İsmayılovanı və onun anası, 59 yaşlı Güləbətin İsmayılovanı bıçaqlayıb.

Teymur Eminov Güləbətin İsmayılovanı başından, həyat yoldaşını isə boynundan bıçaqla vurub

Hər iki şəxs Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

Azərbaycanlı jurnalistdən ermənilərə tükürpədici məktub

alt

ÖVLADI QARABAĞDA KOMANDİRLƏRİ TƏRƏFİNDƏN İŞGƏNCƏLƏRLƏ ÖLDÜRÜLƏN QRAÇIK MURADYANA AÇIQ MƏKTUB

İbrahim Rüstəmov,
Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Bu məktubu sizə – oğulları yad torpaqlarda həlak olmuş əsgər atalarına dərin hüznlə yazıram, – ən azı övlad itkisinin nə qədər ağır olduğunu bildiyim üçün…

Məktubumun yalnız sizə deyil, məntiqsiz müharibə və münaqişələrin acısını dadmış bütün insanlara, az da olsa, təskinlik gətirəcəyinə və bölüşmək istədiyim fikirlərin tərəfinizdən səmimi qarşılanacağına inanıram: hər bir kəlməmin, hər bir cümləmin arxasında yalnız insanlıq və humanizm meyarlarının dayandığına öz gözlərinizlə şahidlik edəcəksiniz.

Bununla belə, düşdüyünüz vəziyyətin, çəkdiyiniz dərdin ağırlığını bütün incəliklərinədək duyan bir insan kimi, bu mənasız, amma son dərəcə ağır və sağalmaz bəlaya düçar olanların sırasında nə birinci, nə də sonuncu olduğunuzu bəri başdan böyük təəssüf hissilə diqqətinizə çatdırıram.

Öz şəxsi ambisiyaları naminə həyatınızı girov götürən, övladlarınızı əsir alan, gələcəyinizi qumara qoyanların doğurduğu bu insan qanına həris bataqlığı qısa zaman kəsiyində, özü də dinc yolla qurutmaq, bilirəm, çətin olacaq.

Çevrənizdəki siyasi dəllalların vətənpərvərlik və dövlətçilik kimi müqəddəs hisslərlə pərdələdiyi, əslində isə sırf maddiyata söykənən iti nəfsi balalarınızı udan bu nəhəng əjdahanın tezliklə iştahadan düşəcəyinə inam yeri qoymur.

O üzdən nəinki qapı arxasında qalmağınıza, heç adi bir mükafata, diqqətə belə layiq görülmədiyinizə görə təəccüblənmədiyim üçün məndən inciməyin və inanın: vurnuxduğunuz qaranlıq labirintin hətta günəşə ən yaxın hücrəsində belə iynə sədəfi boyda işıq zərrəsi axtarıb tapmaq istəyimə aramızdakı din, dil və məkan fərqi də mane ola bilmir. Ancaq ayağısürüşkən “ideoloq”larınızın zaman-zaman, növbəli şəkildə, çoxgedişli kombinasiyalarla, üzdə mürəkkəb, əslində isə, hamımız üçün tamamilə aydın olan çox sadə və bəsit siyasi gedişlərlə müşahidə olunan təhlükəli oyunları heç bir qayda və qanun tanımır. Sizi – erməni xalqının sadə nümayəndələrini hər gün müəmmalı övlad itkilərilə için-için göynədən də, bir tikə çörək dalınca küçələrə salan da, yad diyarlarda başıqapazlı edən də… elə bu deyilmi!

Ətrafınıza diqqətlə baxın və sualıma səmimi cavab verməyə çalışın: İrəvanda, övladları işğal edilmiş yad torpaqların “müdafiəsinə” zorla göndərilən, ancaq öz ev-eşiyinə sahib çıxa bilməyən, bir tikə çörəyin, isti od-ocağın yiyəsi olmayan qonum-qonşularınızın Qarabağ iddiasına, Qarabağ sevgisinə inanırsınızmı?..

Bu, sadə sualdı, ancaq bu sadə suala cavab verməyin sizin üçün nə qədər ağır olduğunu bütün incəliklərinədək başa düşürəm: bir qrup ideoloji manyakın və o manyakların himayəsində tiryək havasına min hoqqadan çıxan bir kəsimin əsarəti altında hər gün əzab çəkdiyinizi, alçaldıldığınızı, təhqir olunduğunuzu, öldürüldüyünüzü… dəqiq bilirəm. Sizi təmsil edən iqtidarın sosial, siyasi, iqtisadi planları siyahısında adınızın heç sonuncu yerdə belə omadığını da diqqətinizə çatdırmaqla bir ilkə imza atmadığımı yaxşı anlayıram…

Bir tikə çörəklə, övlad dağı ilə əhalinin başını qatan, nə xalqın, nə də beynəlxalq hüququn dəstəyini qazanan bir iqtidara güvənməmək, etibar etməmək sizin kimi küncə sıxışdırılmış insanların haqq etdiyi yeganə yoldu. O üzdən Avropa Məhkəməsinə müraciətinizi, nəhayət, əsl həqiqət axtarışlarında olan sadə erməni xalqının qazandığı möhtəşəm uğur kimi dəyərləndirirəm, ancaq bunun neçə-neçə günahsız erməni gəncinin həyatı bahasına başa gəldiyini düşünəndə təəssüflənməmək olmur, – Allah bilir, hələ bundan sonra sizi nə qədər belə itkilər gözləyir…

Sualıma verəcəyiniz cavabın adi məntiqlə cızılan konturları isə o qədər aydın və şəffafdır ki, əvvəllər mənimlə, sonralar sizinlə, daha sonralar isə ruslarla, belaruslarla, ukraynalılarla… eyni məkanı bölüşən soydaşlarınızın təsadüfən şahidi olduğum qəlb çırpıntılarını xatırlamaya bilmirəm. Azərbaycan həsrətini, Bakı yanğısını hələ də ürəklərində daşıyan o insanların sadəlövhcəsinə saxta İrəvan rəhbərliyinə ünvanladığı qarğış dolu lənətlər indinin özündə də qulaqlarımdan çəkilmir: “Əclaflar bizi ev-eşiyimizdən didərgin saldılar…”

Bu o iqtidardı ki, zaman-zaman zəngin nəzəri, praktik əsaslar üzərində formalaşan, bərkiyən və yaşamaq hüququ qazanan beynəlxalq normaları kobudcasına poza-poza uzun illərdir Ermənistan vətəndaşlarını – sizin balalarınızı zorla Azərbaycanın işğal edilmiş ərazilərinə – Dağlıq Qarabağa hərbi xidmətə göndərir; nəinki dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən tanınmayan qondarma bir “respublika”nın “müdafiə”sini təşkil etmək adı altında siyasi rezervuarlar yaradır və bu rezervuarları hakimiyyədəki ömrünü mümkün qədər daha çox uzatmaq üçün təhlükəli vasitəyə çevirir: İrəvanda xalq ayağa qalxan kimi Dağlıq Qarabağda dərhal süni lokal partlayışlar törədilir…

Bax beləcə, İrəvanda sizin səsiniz, Qarabağda isə övladlarınızın qanı batırılır…

Məktubumda Qarabağın Azərbaycana məxsusuluğunu təsdiq edən daşlaşmış tarixi faktlar haqqında danışmaqla bəlalı başınızı bir az da ağrıtmaq istəmirəm. Onsuz da bu, sizdən ötrü heç bir maddi, mənəvi əhəmiyyət daşımır. Çəkdiyiniz dərd o qədər böyükdü ki, yerliləriniz tərəfindən döyülə-döyülə qətlə yetirilən zavallı övladınızın təhqir edilmiş, alçaldılmış ruhu ilə hər gecə soyuq evinizin qaranlıq hücrəsində üz-üzə, göz-gözə dayandığınızı və hər gecə yorulmaq bilmədən səhərədək öz-özünüzə verdiyiniz sualı uzaqdan-uzağa duyuram: “Mənim balamın orada nə işi vardı axı!!?”

Bu elə çətin sualdı ki, o suala nəinki siz, heç sizin oğlunuzun qatilləri – süni təkəbbürlə, məntiqsiz iddialarla növbə ilə hakimiyyət sükanı arxasına keçən və qoltuq altından boylanan başbilənləriniz belə cavab tapa bilmir. Görün vəziyyət hansı həddə çatıb: Avropa İnsan Haqları Məhkəməsinin dolayısıyla sizin adınızdan dövlətinizə ünvanladığı sorğu da, bu sorğuya verilən cavab da həm sizin, həm də beynəlxalq ictimaiyyətin bütövlükdə Ermənistan haqqındakı təsəvvürlərində çox ciddi çatlar, çox ciddi şübhələr yaradıb: nüfuzlu bir təşkilatin sorğusuna 1994-cü ildə Ermənistanla Qarabağ arasında imzalanmış “dövlətlərarası sənədlə” cavab vermək üçün istər siyasi, istərsə də hüquqi baxımdan, görəsən, nə qədər savadsız, nə qədər həyasız olmalısan!? Beynəlxalq ictimaiyyət, dünya birliyi, siyasi təşkilatlar bir kənara dursun, heç Ermənistanın özünün belə tanımadığı bir qurumla “dövlətlərarası sənəd” imzalaması və bu sənədi əsas gətirməsi siyasi arenada misli-bərabəri görünməyən o qədər böyük riyakarlıq, o qədər böyük saxtakarlıq, o qədər böyük avantüradır ki, o sənədi ictimai iaşə obyektlərindəki salfetlərlə belə müqayisə etmək mümkün deyil. Yəqin elə buna görə həmin “sənəd”i indiyədək hələ də üzə çıxaran, sizə təqdim edən tapılmayıb.

Övladınızın artilleriya bölməsinin komandiri və hərbi hissə komandirinin müavini tərəfindən döyülərək öldürülməsi, lakin qondarma “dövlətin” müdafiə naziri Seyran Ohanyanın xahişi ilə cinayətkarların hələ də məsuliyyətə cəlb olunmaması ilə bağlı iddianız mənim yuxarıda sadaladığım fikirlərimlə razılaşacağınıza çox ciddi zəmin yaradır. Bu, həm də Qarabağla bağlı düşüncələrimiz və mövqelərimiz arasındakı kəskin fərqliliyin mövcudluğuna yol açan tutarlı stimuldur. O üzdən diqqətinizi səmimi bir etirafıma yönəltməyi də özümə borc bilirəm: əgər yurddaşlarım arasında övladı Qarabağda döyüşdüyünə, yaralandığına, yaxud həlak olduğuna görə təəssüflənən bir ailə tanısaydım, bu məktubu da sizə yazmazdım. Oğlunun o torpaqda xidmət etməsindən şərəf duyan, qürur hissi keçirənlər arasında mən də varam: bizi Qarabağa kökü əsrlərin o tayından, qan yaddaşımızdan gələn çox ciddi mənəvi tellər bağlayır. O telləri qırmaq Ermənistan kimi Məhdud Məsuliyyətli Cəmiyyəti xatırladan bir dövlətin imkanları daxilində deyil. Odur ki, fürsətdən istifadə edib, hələ də müvəqqəti qələbənin eyforiyasından çıxa bilməyən, reallığı qəsdən düzgün qiymətləndirməyən, Azərbaycan dövlətini, Azərbaycan Ordusunu sizlərə bir özgə biçimdə təqdim edən iqtidarınıza, təkəbbürlü generalitetinizə vacib bir həqiqəti də xatırladıram: Sülh – müharibələr arasındakı fasilədi! Bunu unutmayın!..

Məktubumun sonunda, vəziyyətin nə yerdə olduğunu anlamanız üçün bütün təhlükələri göz altına alıb öz ata-babalarının qəbrini ziyarət etməyə gedən və buna görə hökumətiniz tərəfindən məhkəmə qarşısına çıxarılan azərbaycanlıların gözlərinə diqqətlə baxmağınızı xahiş edirəm. Siz o gözlərdə səbr kasamızın yavaş-yavaş daşdığını görəcəksiniz. O üzdən nə qədər ki, dövlətimizin sülhü dəstəkləmək imkanları tükənbəyib, nə qədər ki, münaqişə yenidən qızışmayıb, nə qədər ki, digər övladlarınız da ətrafınızdakı siyasi dəllalların qurbanına çevrilməyib, tələsin, bizim sabahda edəcəyimizi, bu gün siz edin: Ermənistan iqtidarına öz yerini, öz həddini tanıdın. Tanıdın ki, yad torpaqlardan qapınıza övlad tabutları gəlməsin…

Azərbaycan Dövlət Bayrağı gününü qeyd edir

altBu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.
Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə uyğun gəlməlidir.

Bakıda gənc yanaraq ölüb

altBakıda 20-25 yaşlı kişi yanaraq ölüb.

Dalgatv APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən verilən məlumata görə, noyabrın 7-də Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində huşsuz vəziyyətdə, bədəndə müxtəlif yanıq xəsarətləri olan naməlum şəxs tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, həmin şəxs bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Həmin şəxsin boyu təxminən 175-180 sm, çəkisi 70-75 kq, dolu bədən quruluşu və qara saçları var. Sol qolunda döymə edilmiş və sonradan silinmiş “Günel” sözü olub.

Həmin şəxs barədə hər hansı məlumat əldə olunarsa, 452-02-02, 428-02-02 və 425-49-15 telefon nömrələrinə zəng etmək xahiş olunur.

Saytda Axtarış

Son xəbərlər