Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2455
DünənDünən4834
Bu həftəBu həftə15541
Bu ayBu ay81488
Bu günə qədərBu günə qədər8348959

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

20 Yanvar faciəsindən bəhs edən fotosərgi - Ankarada

altBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lərin layihələrinin maliyələşdirilməsi çərçivəsində dəstək verdiyi "Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi" və "Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyi"nin birgə təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankarada "Qarabağ problemi: Hardan haraya" adlı konfrans keçirilb.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Şura sədri Azay Quliyevin, Türkiyəli millət vəkillərinin, diplomatik korpusun nümayəndələrinin, vətəndaş cəmiyyəti sektoru və KİV təmsilçilərinin, azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən toplantıda ilk olaraq 20 Yanvar faciəsindən bəhs edən foto sərgiyə baxış keçirilib.

Konfrans açıq elan edildikdən sonra Qarabağ, 20 yanvar və Qafqaz İslam Ordusu şəhidlərinin ruhu sayğı duruşu ilə yad edilib və çıxışlara başlanılıb.

Türkiyəlilər internet qadağasına etiraz edirlər

altİstanbulun Taksim meydanında "İnternetimə Toxunma" adlı etiraz aksiyasına polis müdaxilə edib.

Su şırnağı ilə kütləni dağırdan polisin onlarla insanı nəzarət altına aldığı bildirilir. Ölkənin digər şəhərlərində də etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti 5651 saylı qanuna etdiyi dəyişikliklə bəziinternet resurslarını məhdudlaşdırmağı qərara alıb. Bununla həmçinin online dərman satışı da qadağan olunub.

Azərbaycanlı oğlanlar Türkiyəni təəccübləndirdi

alt“Yetenek sizsiniz Türkiye” yarışmasında bu həftə Azərbaycandan gələn qrup hamını təəccübləndirib.

Yarışmanın ikinci turunda iştirak edən ‘Crazy Eyes Crew’ adlı qrup səhnə performansı və peşəkar rəqslərlə münsiflər heyəti ilə yanaşı zaldakı tamaşaçıların da rəğbətini qazanıb.

Qrupun performansı həftənin ən çox səsini alıb. Belə ki, zaldakı tamaşaçıların səs verməsinə görə, onlar yarışmanın ikinci turunda 93 səslə həftənin birincisi olublar.

Azərbaycan Prezidenti İlham Əliyev 6 sərəncam imzalayıb.

alt

İlham Əliyevin imzaladığı sərəncamlar müxtəlif sahələri əhatə edib.Prezident Təhsil haqqında qanuna, şəxsiyyət vəsiqəsi haqqında qanuna, məhkəmə və hüquq mühafizə orqanlarının icbari şəxsi siğortası haqqında qanuna, ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında qanuna, ölkəyə qayıdış şəhadətnaməsinin verilməsi qaydasına, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında sərəncam verib.

Bununla bərabər İlham Əliyev ölçmələrin vəhdətinin təmin edilməsi, avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi, Azərbaycanla Koreya müdafiə nazirlikləri arasında anlaşma memorandumlarının təsdiq edilməsi haqqında da fərman imzalayıb.

Marneuli rayon mərkəzində 20 yanvar faciəsinin ildönümünə həsr olunan geniş tədbir keçirilib

altMüxtəlif bölgələri təmsil edən ziyalarla yanaşı, respublika hökuməti nümayəndələrinin də iştirak etdiyi bu mərasimdə imperiya qoşunlarının günahsız inanlara qarşı törətdikləri vəhşi əməllər qətiyyətlə pislənib.
       Tədbiri “IRƏLİ” ictimai birliyinin sədri Məhəbbət İmanov açaraq qanlı Yanvar hadisələrinin heç vaxt unudulmayacağını və bu faciənin şəhidlərin qanı ilə yazıldığını bildirib. O, bu faciədə Qorbaçovların, Yazovların əllərinin qana batdığını və bu faciəni - Azərbaycan şəhidlərini yalnız Azərbaycan deyil, bütün bəşəriyyətin unutmayacağını vurğulayıb. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.          

         Tədbirdə Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov,Azərbaycanın Gürcüstandakı səfirliyinin 1-ci katibi Vüsal Məmmədov çıxış edərək faciədən keçən 24 ildə Azərbaycanın inkişafından, onun hərbi gücündən və faciə şəhidlərinin yaddaş tariximizə qanla hopub gələcəyə ötürülməyindən danışıblar. Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqı bu qanlı faciə ilə bir daha təsdiq edib ki, xalq vətən uğrunda ölməyə həmişə hazırdır. Bu faciənin Azərbaycan xalqının başına gətirilən dördüncü faciə olduğunu və bunu törətməkdə Qırmızı Ordunun Azərbaycanı işğal etmək cəhdi göstərdiyini deyiblər. Lakin ordu Azərbaycan xalqının arzusuna, gələcəyinə sədd çəkə bilmədi. Bu Qafqazda ordunun törətdiyi ilk faciə deyildi. Bundan əvvəl Tbilisidə və ondan əvvəl də Vilnüsdə ordunun əli ilə belə faciə qurbanları olub.Azərbaycan xalqı bir daha öz tarixində şahid oldu ki, Rus Ordusu ona dəfələrlə xain çıxıb.

Tbilisi Dövlət Universitetinin professoru tarixçi-alim Quram Marxulia  20 Yanvar faciəsinin Azərbaycan xalqını alçaltmadığını, onu zəiflətmədiyini, əksinə ucaltdığını söyləyib. O qeyd edib ki,bizi təkcə coğrafi, siyasi, iqtisadi və mədəni sahələr birləşdirmir, həm də biz qəlbən olaraq bir-birimizi başımıza gətirilən faciələrlə tanıyırıq. Mən hər dəfə 9 Aprel hadisələrini xatırlayanda 20 Yanvar da yadıma düşür. Gürcülərin başına gətirilən 9 Aprel faciəsi, azərbaycanlıların qanla yazılan 20 Yanvar facəsi bizim ən qəmli günlərimizdür. Bütün bu hadisələri biz gələcəyə ötürməliyik. Gənc nəsil bilməlidir ki, azadlıq, müstəqillik qan tökülməmiş əldə olunmayıb.

Tədbirin sonunda 20 Yanvara həsr edilən şeirlər oxunub, sonra faciəyə həsr olunan film nümayiş olunub, foto-sərgi nümayiş etdirilib.

Diqqət: bu qidalar beyni öldürür

alt

Diqqət: bu qidalar beyni öldürür

1.Şəkər və şəkər məhsulları

Uzun müddət şəkərli qidalardan istifadə nevroloji problemlərə səbəb olur. Yaddaşı, öyrənmə qabbiliyyətini zəiflədir.

2. Spirtli içki

İçki qaraciyəri dağıdır. Amma onun başqa təsiri də var. Belə ki, içki beyinə də ciddi ziyan vurur, düşünmək, yaddaş, öyrənmək qabiliyyətini zəiflədir.

3. Fastfud

Fastfud beyinin quruluşunu dəyişir. Bu da depressiyaya yol açır.

4.Qızarmış yeməklər

Bütün işlənmiş qidaların tərkibində kimyəvi əlavələr var. Bu da beyinə xəsarət vurur, beyin sinirlərini zədələyir.

5. İşlənmiş qidalar

Bu tip yeməklər mərkəzi sinir sistemini dağıdır. Daha yaşlı vaxtlarda alzeymer xəstəliyi riskini artırı.

6. Duzlu qidalar

Duzun qəlbə zərərini hamı bilir. Onun tərkibindəki maddələr beyin fəsadları da yarada və düşünmə qabiliyyətini zəiflədə bilər.

7.Taxıllar

Taxıllılardan həddindən çox istifadə sürətli yaşlanmaya səbəb ola, beyinin funksiyalarını poza bilər.

8. İşlənmiş proteinlər

Proteinlər əzələ yaradıcıdır. Ən yüksək protein qaynağı ətdir. Ancaq işlənmiş ət məhsullarındakı proteindən uzaq durmaq məsləhətdir. Təbii proteinlər sinir sisteminin fəaliyyəti üçün faydalı olsa da, sünilər tam əksidir.

9. Trans yağlar

Trans yağların hamısından uzaq durmaq lazımdır. Bu yağlar ürək damar problemləri, piylənmə, xolestrol kimi xəstəliklərə yol açır. Refleksləri öldürür, beyinin fəaliyyətini zəiflədir. İflic riskini artırır, Alzeymer xəstəliyini ortaya çıxarır.

10. Süni dadlandırıcılar

Az kalorili olsalar da, süni dadlandırıcılar uzun müddət istifadə edildikdə zehni pozğunluqlara yol aça bilər.

11. Nikotin

Nikotinin zərərlərini saymaqla bitirmək olmaz. Bu maddə beyində qan dövranına mane olur. Nəticədə oksigensiz qalan beyin yavaş-yavaş məhv olur və fəaliyyətini yerinə yetirə bilmir.

Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəisi həbs edilib

altHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib.


Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

iPhone istifadəçilərinə bəd xəbər- agentlər telefonunuzu izləyir

altABŞ xüsusi xidmət orqanları dünyada istənilən “iPhone” smartfonuna müdaxilə imkanına malikdir.


AzNews.az vesti.ru-ya istinadən xəbər verir ki, hüquq müdafiəçisi və kompyuter təhlükəsizliyi üzrə mütəxəssis Ceykob Epplbaum “Fox NEWS” telekanalına müsahibəsində ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) dünyada istənilən “iPhone” qurğusunun məlumatlarına çıxış imkanına malik olmasını bildirib.

O qeyd edib ki, qurğunun hətta internetə qoşulmaması belə xüsusi xidmət orqanlarının məlumatlara çıxış imkanından məhrum olmasına zəmanət vermir.

C. Epplbaum “iPhone” istifadəçisi haqqında məlumatlar toplamağa imkan verən “DROPOUTJEEP” xüsusi proqramı haqqında da söhbət açıb.

Proqram qurğunun mikrofonunu, foto və videokamerasını söndürməyə və yandırmağa, mobil məlumatları ələ keçirməyə, kontaktlar siyahısına daxil olmağa imkan verir. O, sözügedən proqram təminatının yalnız smartfonun əməliyyat sisteminə fiziki müdaxilənin həyata keçirilməsi ilə quraşdırılmasının mümkünlüyünü vurğulayaraq “Apple” şirkətinin MTA əməkdaşlarına belə çıxışa şərait yaratması barədə məlumatları dəqiqləşdirməkdən yayınıb.

Məlumat üçün qeyd edək ki, C. Epplbaum dünyanın müxtəlif hökumətlərinin fəaliyyəti haqqında məlumat toplayan kompyuter təhlükəsizliyi üzrə müstəqil mütəxəssisdir. O, ABŞ MTA-nın keçmiş əməkdaşı Edvard Snoudenin sənədlər arxivinə daxil olan azsaylı şəxslərdən biridir.

Qənirə Paşayevaya Türkiyənin Giresun şəhərinin fəxri vətəndaşı seçilib

alt

Yanvarın 10-da Türkiyənin Giresun şəhər Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya Giresunun fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib.

APA-nın verdiyi məlumata görə, bu barədə təşəbbüsün müəllifi Bələdiyyə Məclisinin üzvü Ömer Cinel olub və bələdiyyə sədri Kerim Aksu məsələni iclasın gündəliyinə salıb.

Kerim Aksu Qənirə Paşayevanın "Bir dost ilə sevdim səni, Giresun" başlıqlı yazısından təsirləndiyini, millət vəkilinin bu bölgənin tanıdılması istiqamətində fəaliyyət göstərdiyini bildirib. Səsvermə nəticəsində millət Qənirə Paşayeva Giresunun fəxri vətəndaşı seçilib və o, fəxri vətəndaşlıq fərmanı ilə təltif edilib.

Qeyd edək ki, Giresun Şəki şəhəri ilə qardaşlaşmış şəhərdir.

Gürcüstan Patriarxlığı qarşısında insident baş verib

alt

Gürcüstan Patriarxlığının qarşısında insident baş verib.

Patriarxlıq qarşısında gedən iki paralel aksiya iştirakçıları arasında qarşıdurma olub.

Məlumata görə, “Bütün Gürcüstanın Xalq Məclisi” qeyri-hökumət təşkilatının üzvləri patriarxlığın süni mayalanma barədə mövqeyini müdafiə fikirləri ilə çıxış edərkən digər QHT nümayəndələri bu təşkilatın fikirlərini müsbət qarşılamayıb.

ticədə tərəflər bir-birinə söz atıblar və sonda toqquşma baş verib. Vəziyyətə polis qarışıb. Hadisə yerində azadlığa buraxılan və siyasi status adı almış məhbuslar da olub.

Qeyd edək ki, bütün Gürcüstanın katalikos-patriarxı II İlya çıxışında süni mayalanma ilə doğulan uşaqları “problemli uşaqlar” adlandırıb.

Gürcüstan Ombudsmanı Uça Nanuaşvili Patriarxlığı süni mayalanma ilə doğulan uşaqlar mövzusunda çıxışlarda ehtiyatlı olmağa çağırıb: “Bu, böyük riskdir. Fikirləşirəm ki, bu mövzuda çıxış zamanı uşaqların haqları da nəzərə alınmalıydı.”

Gürcüstanın Səhiyyə Naziri David Serqeyenko mövzu ilə bağlı fikirlərini açıqlayarkən qeyd edib ki,  patriarxa süni mayalanma barədə mövqe təqdim edən ekspertlər bu incə mövzuda  daha dərin analiz aparmalı idilər.

Bakı Sağlamlıq Mərkəzinin açılışı olub

alt

Yanvarın 7-də Bakıda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub.

 

Açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə prezidentə və xanımına məlumat verib.

Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalayıb.

Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı səhiyyə işçiləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar

SOCAR: Bizim Suriyada heç bir biznesimiz yoxdur, maşının üzərindəki loqotip saxtadır

alt

 Suriyada mücahidlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) - “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar.

 Bəşər Əsəd qüvvələrinə qarşı Azad Suriya Ordusunun tərkibində vuruşan mücahidlər fotosunu da yaydıqları, üzərində “SOCAR”ın loqotipi əks olunan yanacaqdaşıyan avtomobilin ARDNŞ-ə məxsus olduğunu iddia edirlər. 

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə  açıqlamasında həmin avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirib: “Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz. Digər tərəfdən fotonu böyüdüb, “O” hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də “SOCAR”ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, “SOCAR”-ın işgüzar imici yüksəkdir, onun loqotipindən saxtalaşdırıb istifadə edirlər”. 

Saytda Axtarış

Son xəbərlər