Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2448
DünənDünən4834
Bu həftəBu həftə15534
Bu ayBu ay81481
Bu günə qədərBu günə qədər8348952

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi

altBakı Slavyan Universitetində (BSU) akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin ilk təqdimatı keçirilib.

Dalgatv-nin AzərTAc-a istinadən verdiyi məlumata görə, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.

Tədbiri BSU-nun rektoru, professor Asif Hacıyev açaraq kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu dəyərli əsərdə orta əsrlər tarixinə yeni bir baxış ortaya qoyulub. Kitabda müəllif Azərbaycanın tarixi torpaqlarını bütövlükdə təhlil edib, bu ərazidə baş verən hadisələrə obyektiv münasibət ortaya qoyub. Rektor tariximizin öyrənilməsi, tədqiqi və gələcək nəsillərə çatdırılmasında böyük əmək sərf etmiş akademik Ramiz Mehdiyevə dərin təşəkkürünü bildirib.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov akademik Ramiz Mehdiyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O vurğulayıb ki, müəllif bu kitabı yazarkən həm Azərbaycan, həm də xarici səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb. Eyni zamanda, kitabda ilk dəfə olaraq dünyanın görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış məxəzlərdən istifadə edilib.

Diqqətə çatdırılıb ki, akademik Ramiz Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, bu yeni nəşr Azərbaycan dövlətçiliyinin tarixində ilk mərkəzləşmiş dövlətin əsasını qoymuş Şah İsmayıl Səfəvinin diplomatik və siyasi fəaliyyətinə həsr olunub. Kitab Səfəvilər dövlətinin tarixinin öyrənilməsi və bu sahədəki boşluğun doldurulması baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edilib ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislər – tarixçilər və şərqşünaslar, habelə Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Erməni ananın qaniçən istəyi

altKəlbəcərdə oğlu naməlum şəraitdə dünyasını dəyişmiş erməni qadın Karine Çakalyan bunun əvəzinə erməni girovluğunda olan azərbaycanlıları öldürməyi tələb edib.

ANS PRESS-in məlumatına görə, Kəlbəcərdə iyulun 15-də meyiti tapılmış Smbat Çakalyanın anası işğalçı rejimin oktyabrın 27-də başlayacaq məhkəmə öncəsi deyib: “Onlar da mənim oğlumun taleyini yaşamalıdırlar. Onlara həyat bəxş etmək, türmədə saxlamaq, yedizdirmək və içizdirmək həddindən böyük rəhmdillikdir”.

Karine iddia edir ki, Smbatı meşədə məhz azərbaycanlılar öldürüblər, öldürməzdən öncə də pulunu və yeməyini əlindən alıblar. Əslində isə qadının oğlunu kimin öldürdüyü bəlli deyil. Sadəcə, işğalçı rejim doğmalarının qəbrini ziyarət etmək üçün öz vətənlərinə getmiş Şahbaz Quliyev və Dilqəm Əsgərovun kütləvi edamını təşkil etmək, onların yoldaşı olmuş Həsən Həsənovun qətlinə bəraət qazandırmaq üçün onların üzərinə yalan ittihamlar yağdırır. Bu azmış kimi onların üzərinə iyulun 11-də Vardenis rayonunda öldürülmüş Sarqis Abramyanın və Karine Davtyanın qətlini yıxır.

Amma bu məsələdə işğal edilmiş Kəlbəcərə Ermənistandan köçürülmüş və geri qayıtmaması üçün pasportdan məhrum edilmiş Karine Çakalyana bir sual vermək doğru olar? Əcəba, bəs Kəlbəcərdə öldürülmüş, evindən çıxarılmış, əmlakından məhrum edilmiş on minlərlə azərbaycanlının faciəsinin baiskarlarına biz nə etməliyik? Özünə insan deyən, əslində isə bir dəstə canlı yığını olan erməni toplumu necə olur ki, bu qədər günaha haqq qazandıra bilir? Karine Çakalyan əmin olsun ki, bir gün gələcək və cinayətkar yığını olan erməni toplumu layiqli cəzasını alacaq.

Aygün Kazımovanın nişanlısı haqda şok faktlar

alt

Müğənni Nura Suri Xalq artisti Aygün Kazımovanın "Fikrət" adlı nişanlısı haqda şok faktlar açıqlayıb.

AzNews.az xəbər verir ki, bu haqda Nura Suri özünün Facebook sosial şəbəkəsində yayaraq bildirib ki, Aygün Kazımovanın "Fikrət" adlı nişanlısı evlidir.

"Adamlar, onun adı İmzardır. O, Nigarın əridir. Onlar İstanbulda yaşayırlar. Fotodakı mənim rəfiqəmin əridir. Ya da siz fotonu düz qoymamısız”, - deyə Nura Suri yazıb.
Facebook səhifəsindəki yazışmaları təqdim edirik:

alt

Azərbaycana gələnlərə şad XƏBƏR

altMiqrasiya Məcəlləsinə edilən dəyişikliyə görə, bundan sonra Azərbaycana gələn əcnəbilərin qeydiyyata düşməsinə 3 gün yox, 10 gün vaxt verilir.

İndiyədək Azərbaycan daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hamısı 3 gün ərzində miqrasiya orqanlarında qeydiyyata düşməli idi. Bu işi görmək otel, mehmanxana, qonaq evinin rəhbərinin üzərinə qoyulurdu. Lakin qonşu ölkələrdə yaşayan azərbaycanlılar da bu qaydanın tətbiqindən əziyyət çəkirdi. Çünki ailəsinin yanına, hansısa məclisə gələn insanlar həmin müddəti keçirir, sonra isə 300-400 manat məbləğində cərimə ödəməli olurdu. Bu məsələ ilə bağlı mətbuatda çox müzakirələr keçirildiyindən, ölkə başçısının təklifi ilə bu qanuna dəyişiklik edilməsi təklifi Milli Məclisə göndərilib. Milli Məclis də bu dəyişikliyi zəruri hesab edərək, müddətin artırılmasına razılıq verib.

Əfv fərmanına adları düşənlər açıqlanıb - Siyahı

alt

Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, sərəncam məhkuma olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.

Sərəncam 84 nəfər şəxsə şamil edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Abışov Elşən Məmməd oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayon məhkəməsinin 2012-ci il 2 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

2. Abızərov Qismət Elşən oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 13 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

3. Adgözəlov Aqşin Xankişi oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 9 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

4. Ağayev Samir Eldar oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2013-cü il 8 may tarixli hökmü ilə məhkum edilmişdir.

5. Ağayev Tələt Asəf oğlu, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 27 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

6. Babakişiyev Elşən Faik oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2011-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

7. Babayev Elşən Cavanşir oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon məhkəməsinin 2013-cü il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.

8. Behbudov Aslan Bəhlul oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 16 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

9. Bektaş İlbeyi Yusuf İzzetin oğlu, 1964-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Ağsu rayon məhkəməsinin 2013-cü il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

10. Cabbarov Samir Akif oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayon məhkəməsinin 2013-cü il 10 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

11. Cahangirov Cahangir Elgün oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 10 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

12. Daşdəmirov Aslan Səfər oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 22 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

13. Əhədov Adil Rasim oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2013-cü il 3 may tarixli hökmü ilə məhkum edilmişdir.

14. Əhmədov Bayram Ağababa oğlu, 1951-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

15. Əhmədov Firdovsi Paşa oğlu, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 28 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

16. Əhmədov Tərlan Nizami oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 24 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

17. Əliyev Rəşad Vüqar oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 28 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

18. Əmrahov Heydər Nəsib oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 8 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

19. Əsədov Əlikram Nuğay oğlu, 1937-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayon məhkəməsinin 2013-cü il 15 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

20. Əzimov Azər Zakir oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 20 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

21. Əzimov Pərviz Əzim oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

22. Əzizov Tural Musabeg oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon məhkəməsinin 2013-cü il 18 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

23. Fərzəliyev Rəşid Rəsul oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2013-cü il 18 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

24. Həsənov Çingiz Müzəffər oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2012-ci il 13 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

25. Həsənov Elvin Sabir oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 11 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

26. Həsənov Samir Sabir oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 11 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

27. Hümbətov Ağalar Ağasəf oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

28. Hüseynli Həsən Yəhya oğlu, 1957-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2014-cü il 14 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

29. Hüseynov Dadaş Əvəz oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 31 mart tarixli hökmü ilə məhkum edilmişdir.

30. Hüseynov Pənah Valeh oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2013-cü il 29 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

31. İbrahimov Elməddin Təyyar oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

32. İbrəhimov Mirnizam Vəli oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2014-cü il 4 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

33. İmrahi Tohid Əli oğlu, 1986-cı ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Yardımlı rayon məhkəməsinin 2014-cü il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.

34. İsayev Mübariz Baba oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 6 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

35. Kazımov Afiq Qara oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli hərbi məhkəməsinin 2011-ci il 25 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

36. Kazımov Rüfət Məhər oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 17 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

37. Kərimov Azay Əli oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayon məhkəməsinin 2013-cü il 7 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

38. Qanbarçayev Bilal Abdulla oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 16 may tarixli hökmü ilə məhkum edilmişdir.

39. Qasımov Həmdulla Mügərrib oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

40. Qəmbərov Eşqin Ələddin oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 20 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

41. Quliyev Bəxtiyar Səməndər oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 6 may tarixli hökmü ilə məhkum edilmişdir.

42. Quliyev Xalid Əjdər oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.

43. Quliyev Səbuhi Natiq oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad hərbi məhkəməsinin 2012-ci il 24 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

44. Qurbanov Şahin Hacımirzə oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 24 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

45. Mahmudova Səbinə Nəbi qızı, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 27 may tarixli hökmü ilə məhkum edilmişdir.

46. Məcidov Təbriz Etibar oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2012-ci il 30 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

47. Məcidov Ülfət Cənnət oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 11 mart tarixli hökmü ilə məhkum edilmişdir.

48. Məhəmmədzadə Səid Müştəba oğlu, 1993-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Yardımlı rayon məhkəməsinin 2014-cü il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.

49. Məmmədov Elvin Hidayət oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

50. Məmmədov Etibar Arif oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 30 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

51. Məmmədov Natiq Tofiq oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 4 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

52. Məmmədov Nəzir Tapdıq oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2012-ci il 4 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

53. Məmmədov Rahim Vasif oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 16 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

54. Məmmədova Lalə Rəşid qızı, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 4 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

55. Muradi Muxtar Akif oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2012-ci il 6 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

56. Musayev Faiq Musaxan oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 9 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

57. Musayev Yusif Qafur oğlu, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2011-ci il 29 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

58. Mürsəlli Elsevər Nəsrəddin oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 3 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

59. Naibov Cəlal Camal oğlu, 1980-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 6 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

60. Namazov Emil Nizami oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyası Moskva şəhəri Basman rayon məhkəməsinin 2005-ci il 10 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

61. Nəsirullayev İlqar Həsənqulu oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 24 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

62. Novruzlu Şahin İbrahim oğlu, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 6 may tarixli hökmü ilə məhkum edilmişdir.

63. Rəfiyev Famil İdris oğlu, 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2012-ci il 30 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

64. Rəhimli Sənan İqbal oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli hərbi məhkəməsinin 2013-cü il 4 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

65. Rzayev Əbülfəz Zahid oğlu, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 6 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

66. Sadıqov Savalan Fərhad oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 12 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

67. Salahzadə Zaməddin Zahir oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 27 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

68. Sanılı Eldar Adil oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2013-cü il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

69. Süleymanov Tural Hacı oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 3 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

70. Şərbətov Şəhnam Zərbəli oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2012-ci il 6 mart tarixli hökmü ilə məhkum edilmişdir.

71. Şirəliyev Hüseyn Əlgülşad oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 28 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

72. Tanrıverdiyev İbrahim Hüseyn oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.

73. Teymurlu Elşən Elşad oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı hərbi məhkəməsinin 2013-cü il 27 may tarixli hökmü ilə məhkum edilmişdir.

74. Vəkilov Çingiz Bəhlul oğlu, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 2 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

75. Vəliyev Namiq Qadir oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyası Moskva şəhəri Qolovinsk rayon məhkəməsinin 2011-ci il 5 may tarixli hökmü ilə məhkum edilmişdir.

76. Vəliyev Vüqar Kamil oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 5 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

77. Vəlizadə Pehman Xanlar oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 18 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

78. Yunusov Musa Yunus oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 6 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

79. Zada Amir Sher, 1985-ci ildə anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 9 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

80. Zeynalov Mərahim Abdulla oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2012-ci il 14 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

II. Sumqayıt Apellyasiya məhkəməsinin 2013-cü il 4 sentyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Bayramov Vahid Saleh oğlu cəzadan azad edilsin.

III. İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Quliyev Kamil Bayram oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2013-cü il 14 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

2. Qurbanov Elnur Allahverdi oğlu, 1982-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Ağdaş rayon məhkəməsinin 2014-cü il 9 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

IV. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2012-ci il 31 yanvar tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmiş, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Əhmədova Turanə Qalib qızı cəzadan azad edilsin.

Bakıda 19 yaşlı qız: “Ata, məni qaçırıblar"

altBakıda tələbə qızın atasına yazdığı SMS onu polisə aparıb. ANS PRESS-in milli.az-a istinadən verdiyi məlumata görə, dünən Azərbaycan Texniki Universitetinin 19 yaşlı tələbəsi A.N. dərsə getmək adı ilə evdən çıxıb. Dərs vaxtı günorta saatlarında başa çatsa da, tələbə qızdan xəbər çıxmayıb.

Təxminən saat 16 radələrində atasının mobil telefonuna qızın nömrəsindən SMS gəlib: “Ata, məni qaçırıblar”. Bundan sonra onun atası Ramiz Nuriyev Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edib.

Bölmədən ANS PRESS-ə verilən əmlumata görə, Ramiz Nuriyev dünən qızının qaçırılmağı ilə bağlı məlumat verib. O, bildirib ki, bu barədə ona qızı mesaj yazıb. Hazırda 19 yaşlı qızın tapılması istiqamətində axtarışlara başlanılıb.

N!DA-çılar da əfv edildi

altAzərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 84 nəfərə şamil olunub.

ANS PRESS-in məlumatına görə, siyahıda “N!DA” Vətəndaş Hərəkatının üzvləri Novruzlu Şahin İbrahim oğlu, Quliyev Bəxtiyar Səməndər oğlu, Mürsəlli Elsevər Nəsrəddin oğlunun da adları yer alıb. Onlar bir müddət əvvəl ölkə prezidentinə əfv olunmaları ilə bağlı müraciət məktubu ünvanlamışdılar.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında hüquq müdafiəçisi Hüseynli Həsən Yəhya oğlunun da adı var.

Soydaşımızın İrəvanda qətli

alt

İrəvanda İran vətəndaşının meyiti tapılıb.

ANS PRESS-in məlumatına görə, gecə saat 00:10 radələrində xəstəxanadan polisə bildirilib ki, Amiryan küçəsindən naməlum kişi meyiti gətirilib. Daha sonra kişinin “Armeniya – Mariott” otelinin yanında vurulduğu bildirilib.

Kişinin şəxsiyyətini müəyyən edən zaman onun İran vətəndaşı 1959-cu il təvəllüdlü Esfandiyar Kayhan olub. Onun etnik azərbaycanlı olduğu düşünülür.

Qeyd edək ki, İrəvanda Cənubi Azərbaycandan gəlmiş çox sayda etnik azərbaycanlı yaşayır. Onlar əsasən şəhərin türk məhəlləsi deyilən gecəqondu hissəsində kirayədə qalırlar. İran vətəndaşları əsasən bazarda alver edilər və onlar yerli xalqla ticarəti Azərbaycan türkcəsində aparırlar. Bu məsələ bir çox erməni şərhçilərini narahat edir. “Əgər biz hər gün avtobusda türkcə danışıq eşdijəkdiksə, o zaman yüz illərlə çörək kəsdiyimiz öz azərbaycanlılarımızı niyə çıxardırdıq?” deyə şərhçilər sual verirlər.

Gürcüstanda 13 nəfər “Ebola” virusunun aşkarlanmasına görə nəzarətə götürülüb

altGürcüstanda 13 nəfər “Ebola” virusunun aşkarlanmasına görə nəzarətə götürülüb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Xəstəliklər və İctimai Sağlamlıq Mərkəzindən bildirilib.

Mərkəzin məlumatında qeyd olunur ki, son günlərdə virus şübhəsi ilə nəzarətə götürülənlərin sayı 62 nəfər təşkil edib, onlardan da biri Gürcüstan vətəndaşıdır. Qeyd olunub ki, nəzarət dövrü 21 gün olaraq planlaşdırılıb.

“Hazırda 13 nəfər nəzarətdədir. Bu adamlar yüksək risk daşıyan ölkələrdən gəliblər”.

Qeyd edək ki, bütün dünyada “Ebola” virusundan ölənlərin sayın 3800-ü keçib, ümumilikdə isəı 8 mindən çox insan bu virusa yoluxub.

Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın intihar edib

altGürcüstanın Qaraçöp (Saqareco) elinin Ləmbəli kəndində qadın özünü asıb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Rustavi-2” televiziya kanalı məlumat yayıb.

"Intihar etmiş qadını asılmış vəziyyətdə ailə üzvləri tapıb. Ləmbəli kənd sakinləri intiharı bir gün əvvəl baş vermiş hadisə ilə əlaqələndiriblər. 30 yaşlı Ləmbəli kənd sakini Xanım Ceyranovanı ərinin qohumları qəddarcasına döyüblər. İlkin versiyaya görə, dəhşətli hadisənin səbəbi qısqanclıq olub. Qohumlar qadını əvvəl kəndin mərkəzində, sonra isə kənddəki mağazanın arxasında döyərək, atası evinə aparıblar", Rustavi-2 televiziyasının xəbərlər proqramında bildirilib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Polis hadisəni araşdırır.

Azərbaycanda ata qızının başını kəsdi

altBiləsuvar rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev 1986-cı il təvəllüdlü qızı Aidə Hacıyevanın başını bıçaqla kəsərək qətlə yetirib.

Hadisəni törədən T. Hacıyev könüllü olaraq polisə təslim olub.

Polis hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edir.

Mehriban Əliyeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib - FOTO

altBu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75 illiyi münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.


APA-nın məlumatına görə, Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə güllər düzülüb.

Şərqşünas alim Vasim Məmmədəliyev A. İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun əsərlərinin dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalar olduğunu vurğulayıb.

Qeyd edilib ki, A. İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq elminin tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdən biridir.

Saytda Axtarış

Son xəbərlər