Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2457
DünənDünən4834
Bu həftəBu həftə15543
Bu ayBu ay81490
Bu günə qədərBu günə qədər8348961

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Prezidentin nəvələri sərgidə (FOTO)

altDövlət başçısı İlham Əliyevin azyaşlı nəvələri film təqdimatına qatılıblar.

Leyla Əliyeva oğlanları Əli və Mikayıl ilə birlikdə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 8 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və "Şirvan Milli Parkı"ndan bəhs edən filmin təqdimata qatılıb.

Dalgatv Anspress-ə istinadən xəbər verir ki, mərasimin keçirildiyi "Nizami" Kino Mərkəzində Beynəlxalq Qız Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və "Şirvan Milli Parkı" filminin rejissoru İqor Bışnyovun çəkiliş zamanı lentə aldığı fotolar sərgilənib.

Layihə çərçivəsində Ağgöl, "Zəngəzur", Altıağac, Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin çəkilişi də nəzərdə tutulub.

Qətlə yetirilən Vüsal Şilderin atası mətbuatdan kömək istədi

alt

“Mən onların adlarının mətbuatda və televiziyada işıqlandırılmasını xahiş edirəm”


Dünən Binəqədi rayon Məhkəməsində ötən ilin 2 mayında “Nəriman Nərimanov” metrostansiyasının çıxışında qətlə yetirilən Azərbaycan əslli alman vətəndaşı Vüsal Şilderin qətlindən 20 gün öncə maşınına narkotik ataraq polis bölməsinə aparıb ANS telekanalında çəkilişini təmin etməklə ləkələmək istəyən dəstənin məhkəmə prosesi davam etdirilib. Vüsalın atası Adolf Şilder məhkəmədə çıxış edərək təqsirləndirilən şəxslər barədə mətbuatda ifşaedici materiallar getməməsindən və jurnalistlərin prosesdə iştirak etməməsindən gileylənib. Moderator.az-a istinadən onun çıxışını təqdim edirik:

“Möhtərəm hakim!
Bu məhkəmə prosesinin gedişatı həddindən artıq uzansa da hələ də mənə aydın olmayan məqamlar və bir çox suallarım cavabsız qaldı. Oğlum Vüsal Şilderin qətlə yetirilməsindən 20 gün əvvəl, ötən ilin 11 aprelində təşkil olunmuş avtoqəza, televiziya çəkilişi, polis bölməsində narkotik tələsi və başqa hallardan məni qane edəcək məhkəmə istintaqı aparılmadı. Mən hələ də tanışlarım və dostlarım arasında, qohum-əqrəba içərisində, getdiyim idman zalında müəmmalı suallarla rastlaşırsam və bu məni çox narahat edir. Həmçinin rəhmətlik oğluma yapışdırlmaq istənilən ləkə üçün bu gün də əzab çəkirik. Mən möhtərəm hakimdən bir daha xahiş edirəm. Bildiyim qədər bu açıq məhkəmə prosesidir. Burada jurnalistlər və reportyorlar iştirak edə bilər. Niyə buna icazə vermirsiniz?Bir zamanlar günahsız durumda olan Vüsalı ictimaiyyətin gözü qarşısında ləkələmək istəyən şəxslər niyə bu gün təqsirləndirilən və günahları sübuta yetirilən şəxsləri cəmiyyətdən gizlədib qoruyurlar? Mən onların dördünün də adlarının, əməllərinin televiziyada və mətbuatda işıqlandırılmasını xahiş edirəm. Qoy Vüsalın və mənim Azərbaycandakı tanıdığımız insanlar görsünlər ki, bu cinayətkarlar tərəfindən övladıma qarşı hansı mənəviyyatsız hərəkət edilib və gənc bir insanı ləkələmək üçün sifarişçilər və icraçılar hansı cinayətlərə əl atıblar.”

Xatırladaq ki, qətlin sifarişçilərinin Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev tərəfindən himayə edildiyi barədə məlumatlar yayılıb.

Mehriban Əliyeva qalib oldu-İlin ən yaxşıları (SİYAHI)

alt

“Business Year” illik iqtisadi jurnalı hər il olduğu kimi bu il də ənənəvi müxtəlif nominasiyalar üzrə qaliblərini elan edib.

AzNews.az-ın məlumatına görə, “İlin birinci xanımı nominasiyası”na Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva layiq görülüb.

“Milli maraqların inkişaf etdirilməsi üçün vətənpərvərlik mükafatı” nominasiyası Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova təqdim edilib.

“İlin xarici investoru” nominasiyasında qalib TANAP layihəsinə görə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev seçilib.

“İlin korporativ bankı” mükafatı isə “Pasha Bank”ın icraçı müdiri Fərid Axundova təqdim edilib.

İlin “Beynəlxalq dialoq” mükafatına Avropa Azərbaycan Cəmiyyətini sədri Tale Heydərov, “İlin aviasiya şirkətinin rəhbəri” ödülünə Cahangir Əsgərov layiq görülüb.

İlin ixracatçısı isə “Azərsun Holdinq” Şirkətinin idarə heyətini sədri Abdulbari Gözəl seçilib.

İlin mobil internet provayderi “Bakcell”ə, “İlin infrastruktur və İnnovasiya mükafatı” “Azvirt” şirkətinin direktoru Kamil Əliyevə verilib.

“Vətəndaş cəmiyyətində nailiyyətlər üzrə” qalib isə “Kaspi” təhsil mərkəzinin baş direktoru Elnur Əliyev olub.

“İlin investoru” Bakı Gəmiqayırma Şirkətini rəhbəri David Loh, “İlin Sənaye müəssisəsi” “Norm cement” seçiliblər.

Səs-küylü qətldə məhkəmə sədrinin adı hallanır - İLGİNC

altÖtən ilin ən səs-küylü qətl işi ilə bağlı müəmmalar davam edir. Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyətcə azərbaycanlı Vüsal Adolf Şilderin qətlə yetirilməsindən sonra ortaya çıxan bəzi mətləblər cəmiyyətdə şok effekti yaratsa da, aparılan istintaq cinayətkarların cəzasız qalacağına dair fikir yürütməyə əsas verir.

Əvvəlcə onu qeyd edək ki, qətl hadisəsi ilə bağlı cinayət işinin ibtidai istintaqı hələ də yekunlaşmayıb və sifarişçilər müəyyənləşdirilərək, istintaqa cəlb olunmayıb. Yəni istintaq qətlin sifarişlə törədildiyinə dair hər hansı sübut açıqlamayıb.

Zərərçəkən tərəf isə V. Şilderin qətlində sifariş amilinin olmasına əmindir və bunu da hazırda Binəqədi Rayon Məhkəməsində gedən məhkəmə istintaqı ilə əsaslandırırlar. Belə bir məqamda məsələ ilə bağlı olduqca ilginc məlumatlar almışıq.

V. Şilderin yaxınlarından AzNews.az-a verilən məlumatda bildirilib ki, cinayətkarların layiqli cəza almaması üçün bir sıra iri məmurlar öz vəzifələrindən, təsir imkanlarından yararlanır. Onlar arasında Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin adı da hallanır.

Bildirək ki, Şilder qətlə yetirilməmişdən əvvəl onun narkotik istifadəçisi kimi şərlənərək, tutulması əməliyyatını həyata keçirməkdə ittiham olunan polis mayoru Məmmədov İlham Zahid oğlunun cinayət işi üzrə məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılır. Elə bu da Sədrəddin Hacıyevin prosesin bir hissəsinə təzyiq etmək imkanını artırır. Və bu təzyiq cəhdləri keçirilən məhkəmə proseslərində özünü açıq-aşkar büruzə verməkdədir. Belə ki, zərərçəkənlərin yaxınlarının dedikləri, eləcə də vəkil Aslan İsmayılovun mətbuata verdiyi açıqlamalardan görünür ki, Binəqədi Məhkəməsində təqsirləndirilən tərəfə yerli-yersiz diqqətin göstərilməsi, qarşı tərəfə isə açıq-aşkar nifrət bəsləniləməsi, qaldırılan heç bir vəsatətin təmin edilməməsi, qanunun tələblərinə məhəl qoyulmaması, üstəlik bütün bunlarla bağlı məhkəmə sədrinə edilən müraciətlərin nəticə verməməsi sifarişin “yuxarıdan” gəldiyini göstərir.

Elə bu faktlar da qətlə yetirilən şəxsin yaxınlarının məhkəməni açıq şəkildə ittiham etməsinə əsas verir: “V. Şilderin ölümündə sifarişçi olan Əlizadə Xəyal Məzahir oğlunun və onun dostu Məmmədov İlham Zahid oğlunun cinayətinin ört-basdır edilməsinə çalışırlar”.

Mərhumun qohumları əlavə olaraq bildirir ki, xaricdə gizlənən X. Əlizadə ədliyyə məmurları vasitəsilə həbsdəki İ. Məmmədovu himayə edir: “Görünür, Sədrəddin Hacıyev bu şəxsin minimum cəza ilə canını qurtarmasına çalışır. Məlumdur ki, sədrin xəbəri olmadan prosesə rəhbərlik edən hakim keçmiş polis zabitini himayə etməzdi. Məhkəmədə təqsirləndirilən şəxslərin təhlükəsizliyi Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qorunur. Belə ki, məhkəmə başlayan kimi prosesə sədrlik edən hakim Rəşad Əliyev təqsirləndirlilən İlham Məmmədova “müəllim” deyə müraciət etsə də, zərərçəkən tərəfə alçaldıcı jestlərlə cavab verir. Hətta vəkilimiz Aslan İsmayılova qarşı da belə nalayıq hərəkətlər edilir. Bundan başqa jurnalistlərin prosesdə iştirakına da maneə yaradılır. Hətta iclasların birində qətlə yetirilən Vüsalın anası Mətanət Şilderin dəmir barmaqlıqlar arxasında dayanan təqsirləndirilənlə polemikası birincinin təhqir olunması ilə nəticələndi. Bunu edən müttəhimə isə məhkəmə tərəfindən heç bir cəza verilmədi”.

Mərhumun yaxınları məhkəmə sədrinin bu himayədarlığını sübut edən faktları, eləcə də, onu bu işə vadar edən məsələləri açıqlayacaqlarını bildiriblər.

Qeyd edək ki, Almaniya vətəndaşı Vüsal Adolf Şilder 2013-cü ilin mayın 2-də Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq qətlə yetirilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb. Hazırda cinayətlə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq davam etdirilir.

Məsələ ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

“Nida”çılara hökm oxunub

altBakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Təqsirləndirilənlərdən Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib.

“Nida”çılar dövlət ittihamçısının bu çıxışına etiraz olaraq aclıq aksiyasına başladıqlarını elan ediblər.

Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Gülər Əhmədova azadlığa buraxıldı- FOTO

alt

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kiminəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

“Bu gün dünəndən də pisdir”- Leyla Əliyeva

alt

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın sosial şəbəkələrdə yeni şeri yayılıb.

“Qafqazinfo”-ya istinadən prezidentin qızının fəsillərlə bağlı yazdığı şeri təqdim edirik:


Дай Бог прожить всем нам 100 лет,

А не 36 тысяч дней,

Так мало дней жить смысла нет,

Пусть пролетают дни скорее.

Сегодня хуже, чем вчера,

А завтра нам совсем не нужно,

Какая скучная весна,

Зима давно уже всем чужда.

А лето, лето - это да!

Пускай хоть лето жарким будет,

Потом наступят холода,

И осень мы за мрак осудим.

Давайте завтра переждем,

Один денек, а может год?

Он провинился ведь дождем,

Но дождь не вечен, дождь пройдет.

Немного надо подождать,

Через неделю будет солнце,

Его придется потерять,

Но, говорят, весной вернется!

Весну, конечно, любят все,

Пусть в марте снова повторится,

А вот февраль противен мне,

Он 29 дней продлится.

Но 29 дней - пустяк,

Они пройдут так незаметно,

Пережим их кое-как,

Мы в вечном ожидании лета!

Mehriban Əliyevadan növbəti humanist addım

altAprelin 17-də ATV telekanalında göstərilən və təcili ürək əməliyyatına ehtiyacı olan balaca Ömər Qasımovun müalicə xərclərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Dalgatv AzərTAc-a istinadən xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Qənirə Paşayeva özünün "Facebook" səhifəsində paylaşıb.
Məlumatda deyilir: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Ömər Qasımovun anası zəng edərək bildirib ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər. Ömərin bütün əməliyyat və müalicə xərclərini Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən şəfa tapacaq, ailəsi və millətimiz üçün layiqli övlad olacaq".

İlham Əliyev pravoslav xristian icmasını təbrik edib

alt

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısının təbrikində deyilir:

“Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.

Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənib, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilib. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər.

Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”

Bakıda möhtəşəm Liman Qülləsi tikiləcək - Foto

Bakıda həyata keçirilən “Port Baku” layihəsi çərçivəsində ikinci çoxmərtəbəli qüllənin (“Tower”) tikintisinə başlanılıb.

Neftçilər prospektindəki kompleksin sol tərəfində, dəmir yolu xəttinin kənarında (Yusif Səfərov küçəsi istiqamətində) inşa olunacaq kompleks "Liman Tower" adlanacaq. İlkin məlumatlara görə, “Liman Tower”in (Liman qülləsi) “Marriott Absheron” mehmanxanası ilə “Empire Tower” arasında olan ərazidə tikiləcək. Xatırladaq ki, "Liman qülləsi" layihəsi "DSA Architects International" memarlıq bürosuna məxsusdur. Layihənin digər adı "Residential Apartment Tower"dir. Sözügedən yaşayış kompleksindəki mənzillərin lüks təmirli satılacağı bildirilir

altalt

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneulidə 9 Aprel və 20 Yanvar faciələri anılıb

altGürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Borçalı İrəli İctimai Birliyinin (BİİB) təşəbbüsü və təşkilatçılığı ilə 1989-cu ildə Tiflisdə baş verən 9 Aprel faciəsinin 25 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə 20 Yanvar faciəsi barədə də ətraflı məlumat verilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri BİİB-nin sədri Məhəmmət İmanov açaraq 9 Aprel faciəsini azadlığa gedən yol adlandırıb: “9 Aprel aksiyası Gürcüstanın müstəqilliyi uğrunda mübarizə tarixi idi. Bu azadlığı Sovet qoşunları boğub və 9 Apreldə Tiflisdə 21 nəfər faciə qurbanı olub və yüzlərlə insan qazdan zəhərlənib. 9 Aprel və 20 yanvar faciələri Gürcüstan və Azərbaycanın azadlığının başlanğıcı olub. 1990-cı ildə Bakıda 24 il bundan əvvəl baş verən 20 Yanvar günündə qan ilə yazılan faciə baş verdi və bu iki faciə Gürcüstan və Azərbaycanın tarixində qəhrəmanlıq günü kimi qeyd olunub. Azərbaycan və gürcü xalqı azadlıq sevən bir xalqdır.”

Tədbirdə Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya çıxış edərək BİİB-nə 9 Aprel faciəsinə həsr olunan tədbiri təşkil etdiyinə görə minnətdarlığını bildirib. Sonra o, 9 Aprel faciəsinin baş vermə səbəblərindən və Rusiyanın Gürcüstanın və Azərbaycanın müstəqilliyini böğmaq üçün həyata keçirdiyi qanlı tədbirlər barədə tarixi faktlar göstərib. O, 1989-cu ildə 9 Aprel facəsinin Abxaz Dövlət Universitetində başlandığını və bu elm ocağında elmi mübarizə getdiyini, sonra Tiflis Dövlət Universitetinin Suxumi filialının yarandığını və abxazların Gürcüstandan ayrılmaq üçün 30 minlik mitinqi keçirdiyini və mitinqlərin aprelin əvvəllərində Tiflisdə, eyni zamanda aprelin 5-6-da bütün Gürcüstanı əhatə etdiyini bildirib.

Gürcü tarixçi alim çıxışında gürcü xalqının 9 Apreldə Müstəqillik Aktı əldə etdiyini bildirib: “Apreldə bütün Gürcüstan Sovet İttifaqından ayrıldığını elan edib. Yanvarın 20-də isə Azərbaycanda müstəqilliyə ilk addım olan böyük 20 Yanvar faciəsi yaşanıb və Sovet ordusu tərəfindən törədilən Qanlı Yanvar hadisələri zamanı Bakı şəhərində 131 nəfər həlak olub, faciə zamanı yaralananların sayı 800, həbs olunanların və itkin düşənlərin sayı isə 1000 nəfərdən çox olub. Moskva istəyir ki, bizi bir-birimizdən ayırsın. Azərbaycanı Gürcüstandan, Gürcüstanı isə Azərbaycandan qopartmaq çətindir. Biz bir-birimizin ağrısını və hissini duymalıyıq. Iki xalqın problemi və gələcəyi də eynidir”, - gürcü tarixçi alimi bildirib.

Tədbirdə 9 aprel faciəsini əks etdirən fotoların sərgisi də keçirilib, film nümayiş edilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı İlyas Məmmədov və ictimaiyyət nümayəndələri, gənclər, QHT rəhbərləri və jurnalistlər iştirak edib.

Quram Marxuliya APA-ya açıqlamasında gürcü və Azərbaycan xalqının faciələri birlikdə yaşadığını, eyni zamanda, birlikdə müstəqil dövlətlər qurduğunu bildirib: “Azərbaycan bu gün hərtərəfli Gürcüstanı dəstəkləyir. Biz birlikdə dövlətlərimizin ərazi bütövlüyünün bərpa olunması üçün mübarizə aparmalıyıq.”

İlham Əliyev Novruz münasibətilə ümumxalq şənliyində iştirak edib

alt

“Hərbi büdcə, döyüş hazırlığı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaq”

“Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir”

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev Bakıda, Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində iştirak edərkən deyib.

Xarici siyasətlə bağlı əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını qeyd edən prezident bildirib ki, uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim Azərbaycan torpaqlarıdır”, deyə prezident Əliyev vurğulayıb.

Dövlət başçısı tarixi ədalətin, beynəlxalq hüququn pozulduğunu qeyd edib: “Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaq. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülüb.Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.

İlham Əliyev bu gün dünyada beynəlxalq münasibətlərin həllində beynəlxalq hüquq, eyni zamanda, güc amilinin ön plana çıxmasını vurğulayıb: “Belə olan halda hər bir ölkə öz gücünü artırmalıdır. Biz bu məsələlərlə uzun illərdir ki, məşğuluq. Uzun illərdir ki, güclü iqtisadi potensialımızı yaradırıq. Son illərdə ordu quruculuğuna çox böyük diqqət göstərilib. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, nizam-intizam artır. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərə çatıb. Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaq”.

“Bizim ideoloji əsaslarımız aydındır. Bu barədə mən artıq öz fikirlərimi bildirdim. Ermənistan isə faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Ermənistan haqqında müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı var”, - prezident İ.Əliyev qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacağına ümid edib: “İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyil. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır”.

“Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyildir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki biz görürük ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq. Beynəlxalq münasibətlərin həllində güc amili ön plana çıxır. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq”, - deyə prezident İlham Əliyev vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər