Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2445
DünənDünən4834
Bu həftəBu həftə15531
Bu ayBu ay81478
Bu günə qədərBu günə qədər8348949

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ermənilər Dilqəm Əsgərovu əsas HƏDƏF seçdilər

altDilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı oktyabrın 27-dən başlayan qanunsuz "məhkəmə" sabah da davam edəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, oyuncaq teatra bənzəyən bu prosesdə əsas hədəf Dilqəm Əsgərov seçilib. Düşmən hər vəchlə Smbat Tsaqanyanın itkin düşməsini ölüm kimi göstərərək prosesi Dilqəm Əsgərovun üzərində cəmləşdirməyə çalışır.

Belə ki, Dilqəm Əsgərovun erməni "vəkili" Erik Beklaryan erməni mətbuatına müsahibə verərək bildirib ki,"Əsgərov məhkəmədə iddia edir ki, özü Smbat Tsaqanyanı öldürməyib, Həsənov öldürüb, lakin istintaq zamanı deyir ki, Quliyev öldürüb. Bu baxımdan əhəmiyyətli ziddiyyətlər var. Qeyd etmək lazımdır ki,ekspertiza zamanı aşkar edilib ki,uşağın üzərinə yalnız Əsgərovun silahından atəş açılıb. Məhkəmə zamanı aydın olacaq və mən deyə bilmərəm nə sübut ediləcək. İstintaq prosesini gözləyək".

Erik Beklaryanın sözlərinə görə, noyabrın 3-də girovların dindirilməsi davam edəcək.

Qeyd edək ki, Dilqəm Əsgərova qarşı qondarma istintaq zamanı yeni ittihamlar da elan ediləcək. Şahbaz Quliyevin vəkili olan Arkadi İsraelyan isə erməni mətbuatına verdiyi açıqlamasında bildirib ki,"hələ şahidlər dindirilməli və sübutlar araşdırılmalıdır. Bu an ilə əlaqədar heçnə deyə bilmərəm".

Qeyd edək ki, qanunsuz proses zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevin "vəkili"rolunda çıxış edən bu şəxslər edam üçün ipliyi keçirən əsl cəllad rolunu oynayır.

Mübariz Qurbanlı: “Gürcüstanda məscidlərlə bağlı təxribatlar ermənilərin və Azərbaycanla münasibətləri pozmaq istəyən digər qrupların əməlləridir”

alt“Gürcüstanda son günlər azərbaycanlıların yaşadığı ərazilərdə məscidlərdə törədilən təxribatların arxasında üçüncü qüvvənin əli var”.


Bunu APA-ya müsahibəsində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı qeyd edib ki, üçüncü qüvvə dedikdə ermənilər və digər Gürcüstanla Azərbaycanın münasibətlərini pozmaq istəyən qrupları nəzərdə tutur: “Bu qruplar təxribatlar vasitəsi ilə Gürcüstanda dini zəmində qarşıdurma yaratmaq istəyirlər. Biz hesab edirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən Gürcüstan parlamentində olan azərbaycanlı deputatlar, oradakı din nümayəndələrimiz bu təxribatları yaxşı görməlidirlər və görürlər. Biz təmkinli xalqıq və təmkinimizi də nümayiş etdiririk”.

M. Qurbanlı bildirib ki, bu məsələ onun Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdə də geniş müzakirə olunub: “Bundan başqa, Gürcüstanda dini məsələlər ilə bağlı yeni yaradılan idarənin rəhbərini Azərbaycana dəvət edəcəyik və onunla da məxsusi söhbətimiz olacaq. Hazırda Gürcüstan tərəfi bizə bildirir ki, bu baş verənlər ölkə hüquq-mühafizə orqanlarının diqqətindədir və lazımı ölçülər götürüləcək”.

Cəlilabadda dəhşət: bir ailənin 4 uşağını canavar parçaladı

alt

Ötən axşam Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.
AzNews.az xəbər verir ki, kənd sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, dünən saat 19 radələrində canavar Yusif Şahmarovun evinə soxulub. Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.

Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.

Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.

Siyəzəndə dəhşət- Ərə verilən qız nişandan qabaq özünü asdı

alt

Siyəzən şəhərində bədbəxt hadisə baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, dünən gecə Gülpəri Vasif qızı Quliyevanın yaşadığı evin sanitar qovşağında ipdən asılmış meyiti tapılıb.

1990-cı il (2 oktyabr) təvəllüdlü gənc qızın bu günlərdə nişanı olacaqmış. İlkin ehtimala görə, gənc qız başqasını sevib və məhz buna görə də intihar edib.

Hadisə ilə bağlı Siyəzən Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan bildirilib ki, hazırda araşdırma aparılır və intiharın təfərrüatı yaxın vaxtlarda məlum olacaq.

Elmira Ramazanova “Şöhrət” ordeni ilə təltif edilib

altAzərbaycan prezidenti İlham Əliyev Elmira Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

7/24news-un President.az saytına istinadən verdiyi məlumata görə, E. Ramazanova neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə bu ordenlə təltif edilib.

Zəlimxan Yaqubun səhhəti ilə bağlı yeni- Xəbər

alt“Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun səhhəti yaxşıdır”.

Dalgatv  xəbər verir ki, bu barədə aznews.az-a xalq şairinin həyat yoldaşı məlumat verib.

O bildirib ki, Zəlimxan Yaqub yenidən müayinə olunmaq üçün noyabrın sonu, dekabrın əvvəlində Almaniyaya yollanacaq.

“Şairin Almaniyada əməliyyat olunması gözlənilirmi?” sualına həyat yoldaşı belə cavab verib: “Yox, əməliyyat olunmayacaq”.

Qeyd edək ki, xalq şairi Z.Yaqub böyrək xəstəliyindən əziyyət çəkir.

Azərbaycanda qış vaxtı başlayır

altOktyabrın 26-da yerli vaxtla saat 5.00-da Azərbaycan ərazisində saatlar bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.

ANS PRESS-in məlumatına görə, qış vaxtı mart ayınadək davam edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Xoşqədəm Hidayətqızı: “Türkiyədə ərə getməyimlə bağlı yeni AÇIQLAMAM olacaq”

altATV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə həyatı qurması haqda yayılan xəbərlərə bu həftənin bazar günü aydınlıq gətirəcək.

Modern.az saytı xəbər verir ki, bu barədə aparıcının özü yeni açıqlama verib:

“Əzizlərim, sizlər üçün darıxdım. 3 gün mənim üçün 3 əsr kimi oldu. Mən “Səni axtarıram”sız qala bilmərəm. Amma elə bilməyin, bu 3 gündə axtarışları unutdum, yox, əksinə 3 ildir aparılan axtarışları yekunlaşdırdım. Bir anaya verəcəyim o xoş xəbər üçün bilsəniz Bakıya necə tələsirəm. Və bir məlumatı da verim. Ailə qurmağımla bağlı bütün xəbərlərə bu bazar 22:00-dakı buraxılışımızda münasibət bildirəcəyəm. Allah hər kəsə kömək olsun. O cümlədən “Sənir axtarıram”a ümid yeri kimi baxan hər həsə ”.

Baş kəsən qızın görüntüləri

altBakıda bacısının başını kəsdiyini deyilən qızın görüntülərini ANS eksklüziv olaraq lentə alıb. Qız bacısının başını kəsdiyini səmimi etiraf edib.

Pərvanə Nuriyeva dindirilərkən bacısını öldürdüyünü səmimi etiraf edib. Hadisənin təfərrüatları ilə bağlı bir neçə versiya var. Amma polis və prokurorluq orqanları hələ ki, bu haqda heç nə demək istəmirlər.

Qeyd edək ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan 20 yaşlı Nuriyeva Günel Etibar qızının başını doğma bacısı Pərvanə Nuriyeva kəsib.

Təhsil ilə bağlı paytaxta gələn Günel Nuriyeva həmin ünvanda iki bacısı ilə birgə yaşayırmış. Onların hər ikisinində Konservatoriyada təhsil aldığı deyilir.

Mehriban Əliyevaya orden verildi

alt

Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini dedi. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd etdi. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, “Dostluq” körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söylədi. Qeyd edildi ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək, Aleksandr Jilkinə təşəkkür etdi.

Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğuladı. Qubernator qeyd etdi ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən danışdı, bunun ölkələrimiz arasında mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini söylədi.

Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunuldu, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları qeyd edildi, Şahdağ, Naftalan kimi kurortların böyük maraq doğurduğu vurğulandı.

Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edildi, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların gələcəyi bildirildi. Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd edildi. Eyni zamanda, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi diqqət mərkəzində oldu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi ilə birgə biomüxtəlifliyə dair layihənin həyata keçirilməsi müzakirə edildi.

Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenini və xatirə hədiyyəsini təqdim etdi.

Bakıda tələbə qızın başı kəsilib – DƏHŞƏTLİ QƏTL

alt

Bakıda dəhşətli qətl törədilib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Xudu Məmmədov küçəsi, 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Zəlimxan Yaqubu kövrəltdilər

altXalq şairi Zəlimxan Yaqub bəstəkar Sevinc Tofiqqızına xeyir-dua verib. Səbəb isə bəstəkarın xalq şairinin “Məkkədə” şeirinə bəstələdiyi musiqi olub.

Zəlimxan Yaqub ANS PRESS-ə açıqlamasında, Sevinc Tofiqqızının onun “Məkkədə” şeirinə bəstələdiyi musiqisindən söz açaraq bunları söyləyib: “Mən eşidəndə ki, Sevinc xanım mənim “Məkkədə” şeirimə musiqi bəstələyib və bu mahnı insanlar tərəfindən sevilib çox şad oldum. Mahnını dinləyəndə kövrəldim. “Məkkədə” şeirinin maraqlı bir tarixçəsi var. İllər öncə Ulu Öndər Həydər Əliyev mənə dedi ki, Zəlimxan, bir çox şairlərə demişəm, sənə də deyirəm, dini mövzularda şeirlər yazıb –yaradın. Bu xalqımız və bizim üçün çox önəmlidir. Mən də o zaman “Məkkədə” şeirini yazdım. Dedim ki, cənab prezdent, artıq yazmışam və “Məkkədə” şeirini onun üçün söylədim. Çox bəyəndi. Məhz Sevinc xanımın təsadüfən bizim Ulu öndərimiz Heydər Əliyevin çox bəyəndiyi şeiri seçib, musiqi yazması məni çox sevindirdi və kövrəltdi. Mən ona öz təşəkkürlərimi bildirirəm. İnanıram ki, bundan sonra Sevinc xanım mənim başqa şeirlərimdə musiqiləri ilə həyat verəcəkdir”.

Məlumat üçün bildirək ki, Sevinc Tofiqqızı “Məkkədə” mahnısını İbrahim Tatlısəs üçün bəstələyib. Amma məlum olduğu kimi, Tatlısəsin səhhətində problem olduğundan mahnını azərbaycanlı ifaçı Ülvi Xələfov oxuyub. “Məkkədə” mahnısı İbrahim Tatlısəs sağalani, oxuycağını da bildirib.

S.Tofiqqızı “Məkkədə” mahnısına klip də çəkdirib. Klip çəkilişləri “Təzə Pir” və Hacı Əjdərbəy (Göy Məscid) məscidində baş tutub. Klipin rejissoru və montajı İntiqam Dadaşov operator Rüstəm Fərman İsmayilov və aranjimanı Osman Həmidova aiddir.

Saytda Axtarış

Son xəbərlər