Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1196
DünənDünən4551
Bu həftəBu həftə9448
Bu ayBu ay75395
Bu günə qədərBu günə qədər8342866

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanın prezidenti Qardabani rayon mərkəzində azərbaycanlıların Novruz bayramını təbrik etmişdir

altGürcüstanın prezidenti Georgi Marqvelaşvili azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayon mərkəzində əhali ilə görüşmüş və soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmiş, sülh, xoşbəxtlik və cansağlığı arzulamışdır.
Tədbir maraqlı konsert proqramı ilə davam etmiş, Azərbaycan və gürcü ifaçıların çıxışları iştirakçıların alqışlarına səbəb olmuşdur.
Qocaman aşıq Aslan Kosalı prezidentə saz hədiyyə etmişdir.
Sonra Georgi Marqvelaşvili Qardabani şəhərinin sakini Telman Xəlilovun ailəsində açılmış bayram süfrəsində Novruz təamlarından dadmış və xatirə şəkli çəkdirmişdir.
Georgi Marqvelaşvili AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: ”Bu gün ölkəmizin azərbaycanlı əhalisi Novruz bayramını qeyd edir. Belə bir gözəl bayramın iştirakçısı olmağımdan məmnunluq duyuram. Baharın simvolu olan Novruz münasibətilə Gürcüstan azərbaycanlılarını səmim-qəlbdən təbrik edir, onlara həyatda uğurlar, fəal vətəndaş mövqeyi arzulayıram”.
Bu yaxınlarda Bakıya səfəri barədə təəssüratlarını bölüşən Gürcüstan prezidenti qeyd etmişdir ki, bir sıra ölkələrdə səfərlərdə olmuş, ancaq Azərbaycanda gördüyü mehribançılıq və səmimiyyəti çox yerdə hiss etməmişdir. G. Marqvelaşvili səmimiyyətə və mehriban qonşuluq münasibətinə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirmiş, Novruz bayramı münasibətilə azərbaycanlı həmkarını və xalqımızı təbrik etmiş, sülh, əmin-amanlıq, sabitlik arzulamışdır.
Tədbirdə Azərbaycan Respublikasının Grcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.

Gürcüstanda 17 yaşlı azərbaycanlı qız özünü güllələdi

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində ölüm hadisəsi baş verib.

alt

Hadisə barədə Kaxeti Mətbuat Mərkəzinin rəhbəri Maya Mamulaşvili  məlumat verib.

Onun sözlərinə görə, Qaracalar kənd orta məktəbinin 11-ci sinif şagirdi, 17 yaşlı Samirə Bəxtiyaraova silahdan atəş açaraq özünü güllələyib.

Telavi rayon xəstəxanasının həkimi Zurab Canaşvilinin məlumatına görə, hadisə nəticəsində S. Bəxtiyarova boğazından və sinə nahiyəsindən yaralanıb və hadisə yerində həlak olub. Hadisə yerinə polis patrul xidməti gəlib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyri rəsmi məlumata görə, ölümə səbəb valideynlərin 17 yaşlı gənc azərbaycanlı qızı sevmədiyi şəxslə ailə qurmağa məcbur etmək olub.   

Ukrayna müharibəyə hazırlaşır- SƏFƏRBƏRLİK

altUkrayna Ali Radası səfərbərlik və qoşunların hərbi hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı dövlət başçısının əmrini təsdiq edib.

Dalgatv-nin  Ukrayna mediasına istinadən verdiyi məlumata görə, parlamentin bu gün keçirilən plenar iclasında ölkə prezidentinin müvəqqəti vəzifəsini icra edən Aleksandr Turçinovun səfərbərlik və qoşunların hərbi hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı əmrinin təsdiqinə deputatların 275-i səs verib.

Əmrdə o da qeyd olunub ki, Krım əhalisi səfərbərlik prosesində könüllü qayda da iştirak edə bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy iclasda çıxışı zamanı deyib ki, səfərbərlik zamanı 20 min şəxsin silahlı qüvvələrə, 20 min nəfər isə yeni yaradılan Milli Qvardiyaya xidmətə cəlb olunacaq.

Aleksandr Turçinov isə bildirib ki, səfərbərlik zamanı xidmətə ilk olaraq, ehtiyyatda olan hərbçilər çağırılacaq.

Səfərbərlik prosesi 45 gün ərzində yekunlaşdırılmalıdır.

Hüseyn Dəryanın ölümü ilə bağlı cinayət işi açıldı

altAzərbaycanın tanınmış reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu maddə üzrə günahı sübuta yetirilən şəxs üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, ötən gecə saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KaMAZ" markalı maşına çırpılıb.

3 saylı şəhər Mərkəzi Kliniki Xəstəxanasından öncə bildiriblər ki, Hüseyn Dərya qapalı kəllə-beyin travmasından dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, H.Dərya dünən 23:30-da xəstəxanaya qəbul edilib. Həkimlərin cəhdinə baxmayaraq bu gün səhər 9:20-də vəfat edib. Onun hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra açıqlanacaq.

Marneulidə Azadə Talehin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi, “Qafqaz-Media” İctimai Birliyinin sədri, həkim, şairə hacıxanım Azadə Taleh Abbasqızının anadan olmasının 50 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Şair Nizami Məmmədzadə yubilyarın ömür yolu, ədəbi yaradıcılığı barədə ətraflı məlumat vermişdir.
Bolnisi rayonunun Faxralı kəndindəki bir nömrəli məktəbin qocaman müəllimi Səyyad Allahverdiyev, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, şair Mayqa Mətin, jurnalist Ketevan Nakaşidze və başqaları Azadə Talehə bundan sonrakı fəaliyyətində də böyük uğurlar diləmiş, bu tədbirin həm də onun 30 illik yaradıcılığının hesabatı olduğunu qeyd etmişlər.
Şən musiqi sədaları altında davam edən mərasimin sonunda yubilyar doğma Borçalıda yubiley tədbirini ərsəyə gətirənlərə və iştirakçılara minnətdarlığını bildirmişdir.

Borçalının Qarayazı bölgəsində xeyiriyyəçi Hacı Haley Məsimovun 80 illik yubileyi qeyd edilib

altQardabani rayonundaki Kosalı orta məktəbində Qardabani Rayon İcra Hakimiyyətinin və “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Hacı Haley Məsimovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən gələn qonaqlar, orada fəaliyyət göstərən qurumların nümayəndələri, Bakıdan gələn qonaqlar, alimlər, Gürcüstanın hökumətinin nümayəndələri və digər şəxsləri ştirak ediblər.

Tədbiri Qardabani rayon Kosalı orta məktəbinin direktoru Xançoban Hacımahmudov açaraq qonaqları salamlayıb və Hacı Haley Məsimovun gördüyü işlərindən söz açıb. O qeyd edib ki, Kosalı ortaməktəbinin bugün uğur lafəaliyyət göstərməsində birçoxları kimi Hacı Haley Məsimovun da böyük əməyi olub. Beləki, çətin vaxtlarda, yəni keçid dövründə 1990-1992 illərdə 120 nəfərlik pedaqoqların əmək haqqını məh zHacı Haley ödəyib.1992 ildə Azərbaycan-Ermənistan müharibəsinin qızğın çağında Respublikanın Qərb bölgəsində - Qazax rayonunda olub, Azərbaycanlı hərbçilərə yaxından köməklik göstərib.Bundan başqa, kəndlarası yolların və kənd qəbristanlığının abadlaşdırılması kimi xeyriyyə işlərini həyata keçirib.

“Borçalı” Cəmiyyətinin sədri ZəlimxanMəmmədli, Qafqaz Müsəlmanları Rühani İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Məşədi Əli Əliyev və başqaları çıxış edərək xeyriyyəçi Hacı Haleyin gördüyü xeyriyyə işlərinə görə xüsusi hədiyyələr və diplomlarla təltif ediblər.           

Hacı Haley Məsimov məclisin ərsəyə gəlməsində köməyi olmuş hərkəsə öz təşəkkürünü bildirib.Sonda Borçalı Aşıqları ilə geniş konsert proqramı ilə çıxış ediblər.

Bu gün bayramdır - 8 MART

\alt

Bu gün bütün dünyada Beynəlxalq Qadınlar Günü qeyd olunur.

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Həmin vaxtdan 8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

Azərbaycanlının maşınına partlayıcı qurğu yerləşdiriblər

Bazar günü Gürcüstanın Marneuli rayonunda bomba həyəcanı yaşanıb.

alt 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli şəhərinin mərkəzi meydanında rayon Ədliyyə Evinin və “SOCAR Gerorgia” şirkətinə məxsus benzindoldurma məntəqəsinin yaxınlığında SSM 112 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə bomba yerləşdirilib.

Avtomobilin sahibi Hüseyn Hüseynov maşında bomba olduğunu bilən kimi patrul xidməti əməkdaşını məlumatlandırıb.

Dərhal hadisə yerinin yaxınlığlnda olanlar təxliyə edilib, əraziyə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib. Rayon mərkəzində yollar bağlanıb.  Bir müddət sonra partlayıcı qurğu zərərsizləşdirilib.

Avtomobilin saghibi, Marneuli şəhər sakini Hüseyn Hüseynov  deyib ki, o, rayonun Rustaveli küçəsində maşınını saxlayaraq, dərman almaq üçün yol kənarındakı aptekə girib. Çıxanda isə tanımadığı şəxslərin maşınının siqnalizasiya yerinə yaxın partlayıcı qurğu yerləşdirdiklərini bilib və polis patrul xidmətinə xəbər verib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Ebru Gündeş Rza Zərrabı həbsxana qapısında qarşıladı - FOTO

alt

Bu gün iş adamı Rza Zərrabın təxliyyə edilməsi xəbərini onun həyat yoldaşı, tanınmış müğənni Ebru Gündeşə iş adamının vəkili xəbər verib.

Xəbəri eşidən müğənni dərhal R.Zərrabın saxlanıldığı həbsxanaya gedib.

“Ərini axşam evə göndərirəm. Gözün aydın”, deyə R.Zərrabın vəkili E.Gündeşlə telefon danışığında deyib.

Həbsxanaya gələn müğənni saat 17:00 radələrində qara avtomobillə olduqları ərazini birlikdə tərk ediblər. Arxa oturacaqda əyləşən cütlük kameralardan yan keçə bilməyib və görüntüləniblər. Digər yandan isə R.Zərrabın mühafizəçiləri bildirilən şəxslər jurnalistlərə hücum edib. Mühafizəçilər jurnalistlərin görüntü əldə etməməyinə çalışıblar.

Qeyd edək ki, Türkiyədə “17 dekabr” rüşvətxorluq və korrupsiya qalmaqalına görə həbs edilən iş adamı Rza Zərrab və onun birlikdə 5 nəfər təxliyyə edilib.

Gürcüstanda azərbaycanlı gənclərin dövlət dilini öyrənmələri və cəmiyyətə inteqrasiyası yönündə mühüm tədbirlər həyata keçirilir

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Nazirliyinin təşkilatçılığı ilə azərbaycandilli məktəblərin 12-ci sinif şagirdləri ilə görüş keçirilmişdir.
Nazirliyin Kvemo Kartli-Borçalı bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, azərbaycanlı gənclərin dövlət dilini öyrənmələri və cəmiyyətə inteqrasiyası yönündə mühüm tədbirlər həyata keçirilir və bu görüş də həmin məqsədə xidmət edir. Diqqətə çatdırmışdır ki, görüşdə gənclər dövlət dilinə yiyələnmək niyyətində olduqlarını bir daha nümayiş etdirmişlər. Əlbəttə, bu istiqamətdə işlərin davam etdirildiyi təqdirdə azərbaycanlılar Gürcüstanın dövlət strukturlarında mühüm vəzifələr tutacaqlar.
Görüşdə Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin şöbə müdiri Tinatin Qoqeliani, Vahid Milli İmtahanlar Mərkəzinin əlaqələndiricisi Maya Qabuniya və başqaları şagirdlərə Gürcüstanın ali məktəblərinə qəbul üzrə mövcud qaydalar, yeniliklər barədə ətraflı məlumat vermiş, onlara təhsildə uğurlar arzulamışlar.

Nazirliyin Gürcüstandakı tələbələrimizdən xəbəri yoxdur- Açıqlama

 

alt

Təhsil Nazirliyi Gürcüstanda təhsil alan tələbələrlə bağlı açıqlama verib.

Nazirlikdən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyri-dövlət xətti ilə Gürcüstan ali məktəblərində təhsil alan tələbələrin Təhsil Nazirliyində qeydiyyatı aparılmır və nazirlikdə onlara dair statistik məlumat mövcud deyil.

Nazirlikdən o da deyilib ki, Azərbaycan vətəndaşlarının ikitərəfli müqavilələr əsasında Azərbaycana ayrılan təqaüdlər hesabına və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Gürcüstan ali məktəblərində təhsil almaları nəzərdə tutulmayıb.

10 yaşlı azərbaycanlı qız azadlığa buraxıldı

alt

Ana dilində təhsil tələb etdiyinə görə həbsə alınmış 10 yaşlı azərbaycanlı qız azadlığa buraxılıb.

Fatimə Məhdəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən fevralın 21-də tutulub. Həmin gün sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehran yaxınlığındakı Nəsimşəhr rayonunda 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Ancaq ETTELAAT əməkdaşlarının tədbirə müdaxilə etməsi nəticəsində toqquşma baş verib, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunub. Bəzi soydaşlarımıza qarşı zor tətbiq edilib, Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvi və başqa azərbaycanlı fəallar tutulub. ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir neçə soydaşımız yaralanıb. Belə ki, valideynləri ilə birlikdə mərasimə qatılan bir uşaq qolundan xəsarət alıb. Həmid Manafi Nadarlı (Erkin Nadarlı) başından güclü zərbə alaraq qanaxması səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda İ.Soltanian əlil olmasına baxmayaraq, təhqirə məruz qalıb və vəhşicəsinə döyülüb. Bundan başqa, başından ağır zərbə almış Əlirza Fərşinin də vəziyyəti ağırdır. Artıq tutulanlardan bəziləri azadlığa buraxılıb.

Saytda Axtarış

Son xəbərlər