Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2455
DünənDünən4834
Bu həftəBu həftə15541
Bu ayBu ay81488
Bu günə qədərBu günə qədər8348959

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Həyatı cəhənnəmə dönən azərbaycanlı gəncin ürək parçalayan məktubu

altRəşad Xankişiyevi biz sosial şəbəkələrdən tanıyırıq. Bu yaraşıqlı oğlanın əlil olduğu və yeriyə bilmədiyi məlum olanda bizə çox pis təsir etdi.

Səhv diaqnozlar və yanlış müalicə üzündən 6 yaşından bəri normal həyatı cəhənnəmə dönən Rəşadı xilas etmək üçün dostları hərəkətə keçib.

Onun da yaşamaq, bu gözəl həyatı doya-doya hiss etmək haqqı var.

"Facebook"-da Rəşadın xaricdə müalicəsi üçün pul toplamaq məqsədi ilə Event (tədbir) yaradılıb.

Hər kəsi bu eventi paylaşmağa, imkanı olan şəxslərdən isə dəstək olmağı xahiş edirik.

Aşağıda Rəşad Xankişiyevin müraciətini və bank hesablarını təqdim edirik:

"Salam dostlar, ilk öncə onu deyim ki bu tədbiri yaratmazdan əvvəl əlimdə mümkün olan bütün imkanlardan istifadə etmişəm, ancaq heç biri alınmayıb və sonda bu tədbiri yaratdım.

Özümdən danışım sizə. Adım Rəşaddır, 20 yaşım var, işləmirəm, oxumuram. 9 il oxuyandan sonra gedib-gəlmək çətinliyinə görə məktəbi buraxmışam. Mənim ayaqlarımda problem var, düzü nə xəstəlik olduğunu bilmirəm. Ayaqlarımı sərbəst hərəkət etdirə bilmirəm. Azərbaycanda hər yerə getmişəm, yüzlərlə həkimə yoxlatdırmışam, amma mənə dəqiq bir diaqnoz qoya bilməyiblər.

Bu xəstəlik məndə 6 yaşımdan yaranıb. Anadangəlmə deyil, yəni 6 yaşıma kimi tam sağlam və normal olmuşam. Sonradan yeriməyimdə ciddi dəyişiliklər olub. 6 yaşımdan bugünə kimi doğru diaqnoz qoyulmaması və düzgün müalicə almadığıma görə vəziyyətimdə daha da pisləşmə baş verib. Artıq demək olar evdən bayıra çıxa bilmirəm, nə işləyə, nə də təhsil ala bilmədim. Maddi imkanımız da pisdir, ona görə ev şəraitində də təhsil ala bilməmişəm.

Mən ən son Heydər Əliyev Fonduna məktub yazaraq məni müalicə üçün xaricə göndərmələrini xahiş etmişdim. Amma məni Respublika Klinik Xəstəxanasına göndərdilər, orda da 5-10 dəqiqəlik yoxlanışdan sonra yenə də həmişəki kimi tamam başqa diaqnoz qoyuldu. Mənim maddi imkanım çox zəifdir, xaricə gedib orda müayinədən keçib müalicə ala bilmirəm. Çox istərdim ki, Almaniyaya gedib müalicə alıb sağalım. Artıq 14-15 ildir ki bu haldayam.

Gələcəyimi, həyatımı qurmaq üçün ayağa durmalıyam. Həyatda ən böyük xoşbəxtlik sağlamlıqdır. Mən də siz gənclər kimi heç kimə möhtac olmadan özüm gəzib, özüm oxuyub, özüm işləyib, qazanıb yaşamaq istəyirəm.

Həyatın 4 divardan kənarda olan gözəlliklərini özüm öz gücümə görmək istəyirəm. Sağlamlığıma qovuşmaq üçün kömək etsəniz, çox sevinərəm.

Diqqətinizə görə minnətdaram

Yardım edə biləcək hər kəsə səslənirəm:

VÖEN: 1400057421
SWIFT: ACABAZ 22
MÜXBİR HESAB: AZ10NNABZ01350100000000054944
SUBMÜXBİR HESAB: AZ54NABZ01350100000003056944
HESAB NÖMRƏSİ: AZ98ACAB00001030241000350760 ( AZN )

Evlənməyi fikirləşən gənc 16 yaşlı qızı qaçırıb öldürdü

altAğcabədidə sevginin sonu qanlı hadisə ilə bitib. Evlənməyi fikirləşən gənc 16 yaşlı qızı qaçırıb. Sonradan isə aralarında yaranan mübahisə acı sonluqla bitib. Qaçırılan qız boğularaq öldürülüb. Bu azmış kimi qızın meyiti küçəyə atılıb.

ANS TV-nin məlumatına görə, Gəncə şəhər, Sevinc qəsəbəsi sakini 21 yaşlı Aydın Qasımov eyni qəsəbədə yaşayan 16 yaşlı Səltənət Əliyevanı qaçıraraq Ağcabədi rayonuna gətirib. Amma yolda - Ağcabədinin Hacıbədəlli kəndi ərazisində sevgililərin arasında mübahisə yaranıb, daha sonra Aydın Qasımov Səltənti əlləri ilə boğaraq öldürüb. Aydın Qasımov artıq Ağcabədi Rayon Polisi tərəfindən saxlanılıb.

“Aydın Qasımov hələlik şübhəli şəxs qismində tutulub. Dindirmə gedir, məsələyə aydınlıq gətiriləndən sonra təbii ki, ekspertizanın rəyi alınacaq. Ondan sonra fikir söyləmək olar”, - deyə Ağcabədi Rayon Prokurorunun böyük köməkçisi Ərəstun Quliyev qeyd edib.

16 yaşlı Səltənətin valideynləri də hansısa məlumatı vermək istəmədilər. Yalnız şifahi bildirdilər ki, cinayətə səbəb qız və oğlan arasındakı mübahisə olub. Aydın Qasımov Səltənəti öldürdükdən sonra zəng edərək valideyinlərinə qızlarını boğduğunu deyib.

Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. Qətlin səbəbi də araşdırmalardan sonra məlum olacaq.

Leyla Əliyevadan növbəti humanist addım

alt

Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub. Dalgatv  AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında olub, burada şagirdlərlə birlikdə süfrə arxasında əyləşərək onlarla səmimi söhbət edib. 
Leyla Əliyevanın diqqətinə çatdırılıb ki, burada Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alırlar. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.

1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.

Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni kompüterlər hədiyyə olunub.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində olub. Məlumat verilib ki, burada 204 şagird təhsil alır.

Leyla Əliyeva şagirdlərin ifalarını dinləyib.

***

Leya Əliyeva oktyabrın 9-da Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında da olub.
Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verilib ki, 50 çarpayılıq bu tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər. Sanatoriyada stasionar və ambulator müayinədən sonra uşaqlar reabilitasiya məqsədi ilə sanator-müalicə prosesi keçirlər.
Leyla Əliyeva uşaqlarla süfrə arxasında söhbət edib. Bildirilib ki, hazırda sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət tibbi heyət xidmət edir.
Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Zibilliyə atılan uşağın anası tapıldı (FOTO)

altZibillikdən tapılan körpə və onu atan ana, 14 illik həbsdən çıxan qadın, üçəmlərinə sahib çıxmaq istəməyən ata bu gün "Adam içində" müzakirəyə çıxarılacaq.

Elgiz Əkbər və Afət Rahilqızının aparıcılıq etdiyi proqramda çox maraqlı müzakirələr gözlənilir. Uşağını zibilliyə atan uşaq dünən tapılıb verilişə gətirilsə də, tamaşaçıların sərt reaksiyası ilə üzləşən qadın studiyadan qovuldu. Bugünki proqramda uşağın taleyi həll olunacaq. Uşağın anaya geri qaytarılacağı, yoxsa dövlətin himayəsinə veriləcəyi öz həllini tapmalıdı.

"Adam içində" daha bir neçə maraqlı söhbətlər olacaq. Xəyanət edən ərini və onun sevgilisini öldürən və 14 il həbsxana həyatı yaşayan qadınnələri etiraf edəcək? Üçəmlərinə sahib çıxmaq istəməyən ata ilə bağlı studiyaya kim zəng edəcək? Bu suallara cavab tapmaq istəyirsizsə verilişi izləməyi unutmayın.

Verlişin bugünkü qonaqları psixoloq Vəfa Əkbər, hüquqşünas Tahir Əlirzayev, Tibb üzrə ekspert Nüşabə Səlimova, Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə, əməkdar artist Mehriban Xanlarova, filoloq Qalib Sayılov olacaq.

Başına 100 min pul qoyulan azərbaycanlı tutuldu

altRusiyanın Perm şəhərində azərbaycanlı saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılan gənc taksi sürücüsünü qətlə yetirməkdə ittiham edilir. "Kommersant" gəncin bu gün saxlanıldığını yazıb.

Azərbaycan vətəndaşı Vüsal Məmmədov 2013-cü ilin avqust ayından axtarışda olub.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 13-də Pionerski küçəsində qeydə alınıb.
23 yaşlı azərbaycanlı ilə 38 yaşlı sürücü arasında münaqişə baş verib. Bundan sonra V.Məmmədov kişiyə 5 dəfə travmatik tapancadan atəş açıb.

Sürücü dərhal xəstəxanaya yerləşdirilib. Lakin bir necə gün sonra o ölüb. Şübhəli şəxsin yerini müəyyən etmək üçün sürücünün çalışdığı şirkət mükafat təyin edilmişdi. Mükafat fondu isə 100 min rubl olub.

Qeyd edək ki, şübhəli şəxs həmçinin 2011-ci iln payızında Permdə Rusiya Federasiyası Kommunist Partiyasının seçkiqabağı qərargah rəhbəri olan Vladislav Suxoruçenkova hücum işinin fiqurlarından biri olub. Belə ki, o zaman bir necə gənc dəyənəklərlə onu, mühafizəçisini və köməkçisini döymüşdü.

Leyla Əliyeva azərbaycanlı jurnalisti ziyarət edib

alt

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda Almaniyada müalicə olunan tanınmış teleaparıcı Hacı Nuran Hüseynovu ziyarət edib. ANS PRESS-in məlumatına görə, bu ziyarətdən təsirlənən teleaparıcı ürək sözlərini sosial şəbəkədə paylaşıb.

"Yataq otağımda pəncərədən düşən günəşin şüası səhər tezdən mənə qəribə görsəndi... Günəş elə bil özü otağıma gəlmək, məni oyatmaq istəyirdi... Qəribə idi... Axı buralarda bu vaxtlar nə günəş?! Deməli yuxuda gördüklərim gerçək olmalı imiş.

Çox keçmədi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un rəhbəri, IDEA-nın prezidenti, "Baki" jurnalının baş redaktoru Leyla xanım Əliyeva ilə gözəl bir görüşümüz oldu. Xəstə olduğum vaxtdan ikinci dəfə şəxsən Leyla xanımla görüşmək mənə elə bir ruh verdi ki, xəstəliyimi unutdum, ağır kimyaterapiya və şuaterapiya aldığım günlərim tamam yadımdan çıxdı, əhval-ruhiyyəm düzəldi, sağalmağıma bir ümid oldu. Leyla xanım, Siz mənə ən ağır vəziyyətdə kömək olduz, məni dəstəklədiz, ümid verdiz, xoş anlar yaşatdız. Sizə nə gədər təşəkkür etsəm də az olar. Sizin cavan ikən bu gədər mərhəmətli addımlarını gördükcə və eşitdikcə içimdə bir qürur hissi oyanır.

Azərbaycan gəncinin fəxri və nümunəsi kimi Leyla xanımın etdiklərini görməmək, hiss etməmək mümkünsüzdür. Təmənnasız yaxşılıq aksiyalarına sahib olan bu xanımın vaxt ayırıb mənim halımla maraglanmasına fərəh duydum. Və içimdən bir söz gəldi: Vətən, nə yaxşı ki sən varsan, nə yaxşı ki sənin qeyrətli övladların var. Sənə görə yaşamağa dəyər!
Həmçinin Leyla xanımla birlikdə gələn geniş nümayəndə heyətindən olan çoxlu dostlarımı da gordüm, elə bil dunyanı mənə bağışladılar. Onda başa düşdüm ki, səhər otağımın divarını deşən günəşin nə demək istədiyini anladım.

Xalqımızın ən hörmətlə yanaşdığı bayramlardan biri olan Qurban bayramı münasibəti ilə bu bayramın ideyasını əməlləri ilə yaşadan Leyla xanım başda olmaqla onunla çiyin-çiyinə çalışan, onun bütün gözəl əməkdaşlarını hər birini təbrik edirəm və onlara çoxlu can sağlıgı və uğurlar arzu edirəm! Allah Sizi qorusun! İnşallah tezliklə Bakıda, doğma Vətənimizdə görüşmək ümidi ilə!".

Qurban bayramı halallıq və birlikdir...

alt

Oktyabrın 4-5-i bütün müsəlman ölkələri müqəddəs Qurban bayramını qeyd edir. Dünya müsəlmanlarını bir araya gətirən bu mərasimlə Allan-təala yolunda xeyriyyə işləri görülür, fəqir-füqəraya əl tutulur. Həmin günlər qurban kəsib paylamaq ən xeyirxah əməl sayılır.
Qurban bayramının ictimai faydaları çoxdur. Bayram günlərində qohum-əqrəba, qonum-qonşularla əlaqələr güclənir.
Bütün müsəlman dövlətlərində olduğu kimi Azərbaycanda da Qurban bayramı rəsmi səviyyədə qeyid edlilir.

Qurban bayramı Azərbaycanda 2 gün qeyd edilir. Bununla əlaqədar oktyabrın 4-5-i istirahət günləridir. Amma bu il bayram istirahət günlərinə təsadüf etdiyindən Nazirlər Kabineti oktyabrın 5-6-nı bayram günlərinə əlavə edib.

70 il Azərbaycanı əsarətdə saxlayan Sovetlər İmperiyanın sərt ideologiyası azərbaycanlılara Qurban bayramını qeyd etməyi unutdura bilməyib. Azərbaycan xalqı hətta sovet ateist təbliğatının ən güclü vaxtlarında belə, Qurban bayramını qeyd etməyə çalışıblar.

Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, firavanlıq üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

İslam dinində iki əsas bayram var - Qurban və Orucluq. Qurban bayramı İslam dininin ən vacib sayılan fərzlərindən biri kimi müqəddəs Quranın tələb etdiyi dini şərtdir. Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccənin 10-cu günü qeyd olunur. Ümumiyyətlə, tarixi mənbəələr qurban vermək, qurban kəsmək adətinin təkcə İslam dininə aid etmirlər. Məsələn İslamdan çox-çox əvvəl dünyanın bir sıra xalqlarında insanların qurban verilməsi kimi adətlər mövcud olub.

Həzrəti Məhəmmədin yaratdığı İslam dini uca Tanrıya qurban verməkdə əvəzsiz inqilab edib. İslam dini bəşəriyyəti insanı qurban verməkdən çəkindirib və hətta onu qadağan edib. İslam dini Allahın adından buyurur ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Bu barədə müqəddəs Quranın 5-ci surəsinin 97-ci ayəsində buyurulub.

Qurban bayramında imkanı olan hər bir müsəlmanın qurban kəsməsi vacibdir. Amma kasıb adamların qurban kəsməsi vacib buyrulmayıb.

Qurbanlıq heyvan qoyun, keçi, inək, öküz, camış və dəvədən ibarət ola bilər. Qoyun və keçi bir, inək, öküz və camış iki, dəvə isə beş yaşına çatdıqda qurbanlıq ola bilər. Bir qoyun və ya keçini yalnız bir nəfər, dəvə və ya öküzü isə yeddi adam birləşib qurban kəsə bilər. Kor, topal, xəstə, üstündə eybi olan, buynuzu sınıq, quyruğu kəsik, axtalanmış, dişi olmayan, arıq heyvanı qurban kəsmək yasaqdır.

Qurbanlıq heyvan üzü qibləyə və Allahın adını zikr etməklə kəsilməlidir. Heyvan kəsilən zaman qurban duası kimi istifadə edilən əl-Ənam surəsinin 162-163-cü ayələrinin müəyyən bir hissəsi oxunur: «Əuzü billahi minəşşeydanir-racim. Bismillahir-rahmanir-rahim. Kul innə salati və nüsüki və mahyayə və məmati lillahi Rabbil-aləmin. La şərikə ləh...». Bu dua oxunduqdan sonra «Bismillahi, Allahu əkbər!» deyilir və bıçaq heyvanın boğazına çəkilir.

Qurban kəsən şəxs ətin bir hissəsini öz ailəsi üçün saxlamalı, qalan hissəsini qonşulara, qohum-əqrəbaya, yoxsullara paylamalıdır. Bir neçə nəfərin birləşib kəsdiyi qurbanlıq tərəzi vasitəsilə deyil, gözəyarı bölünməlidir. Əsas şərtlərdən biri isə qurbanlığın kəsilmə mərasimində şəriklərin birgə iştirakıdır. Bıçağı heyvanın boğazına bir nəfər çəkərkən digərləri də əl-ələ tutmaqla birliklərini nümayiş etdirməlidirlər. Bundan sonra hərə bir işin qulpundan yapışmalıdır. Bölgünün əsas şərtlərindən biri də ətin bütün hissələrindən hamıya paylanmasıdır. Bölgü gözə yarı olduğundan ola bilər ki, kiməsə 100-150 qram əskik gələ bilər. Ona görə də paylarını götürən şəriklər bir-birinə halallıq verməlidirlər. Qurbanlıq heyvanlar ya səhər tezdən, ya da bayram günü günəş batmazdan öncə kəsilməlidir. Gecə qurban kəsilməz.

Həbsdəki "Nida"çılar prezident İlham Əliyevə əfv müraciəti ediblər - MƏTN

alt"İnanırıq ki, Siz öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz”

Həbsdə olan “NİDA” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə müraciət edib.

APA-nın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, həmin şəxslərin xahişi əsasında müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılıb.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Biz həbsdəki “Nida”çılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik. Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı. Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi verəcəksiniz.


Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq.


Hörmətli cənab Prezident!


Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik. İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz”.

Saakaşvili ilə görüş (FOTO)

altNizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbəri Mixail Saakaşvili ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, 2015-ci ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində Mərkəzin Baş katibi Rövşən Muradov ABŞ-ın Nyu-York şəhərində bir sıra görüşlər keçirib.

Gürcüstanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili ilə görüşdə növbəti foruma hazırlıq məsələləri, tədbirdə müzakirəyə çıxarılacaq qlobal problemlər, həmçinin təşkilatın fəaliyyəti, həyata keçirilən layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Helsinki Aktının 40 illiyi ərəfəsinə təsadüf edəcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyəti xüsusi vurğulanıb.

Gələn ilin keçiriləcək növbəti Foruma hazırlıqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonenlə də müzakirə olunub.

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda nüfuzlu siyasi xadimlər, elm adamları, ekspertlər dünyanı narahat edən qlobal məsələləri müzakirə edir.

Azərbaycanlı gənclərin seçdiyi üç Britaniya universiteti - Çörçillin işlədiyi, Darvinin oxuduğu ali məktəblər

alt

Son zamanlar ölkə gəncləri arasında xaricdə təhsil almağa çalışanların sayı sürətlə artır. Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş azərbaycanlı gənclərin xaricdə təhsil almasını stimullaşdırmaq ənənəsi bu gün də yaşadılır. İkinci səbəb odur ki, bu gün Azərbaycan dövləti həmin məqsədlə xüsusi proqramlar icra edir və bunun üçün heç nəyi əsirgəmir. “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin bu il sentyabrın 5-də keçirilən XII Forumunda təhsil rəsmiləri qeyd etmişdilər ki, indiyədək 2902 nəfər azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanmışdır. Xaricdə təhsil almaq üçün dövlət xətti ilə- yəni, Təhsil Nazirliyinin seçimi əsasında göndərilən gənclərin hamısının xərclərini Dövlət Neft Fondu ödəyir.

Bu tədris ilində daha yüzlərlə gənc xaricdə təhsil almaq üçün seçilib. Ən vacib məqam ondan ibarətdir ki, xaricdə təhsilini başa vurmuş 714 məzunun bir çoxu ölkəmizdə dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır və gənc müstəqil dövlətimizin daha da qüdrətlənməsinə xidmət edirlər. Nəhayət, gənclərin bu istiqamətdə fəallaşmasının əsas səbəblərindən biri də beynəlxalq aləmdə Azərbaycana olan inam və etimadın artmasıdır. Hamı görür ki, dünyanın hər yerində Azərbaycana və soydaşlarımıza böyük hörmət və ehtiram göstərilir.

Modern.az saytının təhlilləri göstərir ki, xaricdə təhsil almaq istəyən gənclərin böyük əksəriyyəti Böyük Britaniyanın ali məktəblərini seçirlər. Dövlət Proqramı çərçivəsində oxumağa göndərilən 2392 nəfərin 612 –si, yəni, 25,6 faizi məhz Britaniyanı seçib. Sonrakı yerlərdə Türkiyə və Almaniya gəlir. Bəs nə üçün bizim gənclər ABŞ, Kanada, Yaponiya, Fransa, Sinqapur və Rusiya kimi təhsil ölkələrinin deyil, məhz Böyük Britaniyanın ali məktəblərini seçirlər? Səbəblər çox müxtəlifdir. Birinci, Britaniya ali məktəblərinin daha qədim – çoxəsrlik təhsil ənənələri və nüfuzu, statusu vardır və ingilislər haqlı olaraq öz ali məktəbləri ilə fəxr edirlər. İkinci, Britaniya ali məktəblərində təhsillə yanaşı elmi tədqiqatlar da aparılır və bunun üçün yüksək səviyyəli maddi-texniki baza yaradılmışdır. Üçüncü, bu ölkənin ciddi təhsil standartları Britaniya təhsilinin artıq çoxdandır ki, bütün dünya üzrə birinciliyi saxlamasını təmin edir. Dördüncü, Britaniya ali məktəblərinə qəbul olmaq istəyən avropalı, asiyalı, amerikalı gənclər də eynilə britaniyalı gənclər kimi sadə şərtlərdən bəhrələnirlər.

Hələ ali məktəb illərindən dünya təhsil təcrübəsini öyrənməyə, tədqiq etməyə xüsusi maraq göstərən bir adam kimi öyrəndiyim bəzi məqamları hörmətli oxuculara təqdim etmək istəyirəm. Məsələn, azərbaycanlı gənclərin daha çox maraq göstərdiyi üç Britaniya universiteti barədə qısa məlumat verək.

Birinci: 1583-cü ildə Şotlandiyanın eyni adlı şəhərində yaradılmış Edinburq Universiteti UNESKO-nun ümumdünya irs siyahısına düşüb. Bu ali məktəb qəbul olunmaq üçün sənəd verənlərin sayına görə krallıqda üçüncü yeri tutur. Bütün göstəricilərinə görə Avropada beşinci, dünyada isə onyeddinci yerdədir. Avropanın Tədqiqat Universitetləri Liqasının üzvü olan yeganə Britaniya universitetidir. Bu ali məktəbin rektorları arasında Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış, dünyanın ən görkəmli siyasətçilərindən olan Ser Uinston Çörçill, məzunları arasında Britaniyanın Baş naziri işləmiş Qordon Braun, böyük alim Çarlz Darvin, yazıçılar Artur Konan Doyl, Valter Skott, Robert Luis Stivenson da vardır.

İkinci: Elmi-tədqiqat potensialına görə Oksford və Kembric universitetlərindən sonra bütün dünyada üçüncü yeri tutan Mançester Universiteti Edinburq Universitetinə nisbətən xeyli cavan olsa da (bu ali məktəb 1824 –cü ildə Viktoriya Universiteti adıyla təsis olunmuş, 2004-cü ildə Mançester Universiteti adlandırılmışdır), onun məzunları arasında 25 nəfər Nobel Mükafatçısı vardır. Bu göstəriciyə görə birinci və ikinci yerləri Oksford və Kembric Universitetləri, üçüncü yeri Mançester Universiteti tutur. Burada akademik proqramlar üzrə 40 min tələbə oxuyur və 10 min nəfər professor-müəllim heyəti və texniki işçilər çalışır. Universitetin illik gəliri 650 milyon funt-sterlinqdir.

Üçüncü: 1876-cı ildə yaradılmış kollecin bazasında 1909-cu ildə formalaşdırılmış Bristol Universiteti elə həmin il Britaniya Kralının fəxri fərmanını alıb. “Ümumdünya Universitetlər Şəbəkəsi”nin üzvü olan bu ali məktəbin 18 min tələbəsi vardır. İllik maliyyə dövriyyəsi 347 milyon funt-sterlinqdir. Ötən əsrlərdən Britaniyada qeyri-rəsmi olaraq fəaliyyət göstərən “Qırmızı kərpicdən tikilmiş universitetlər” qrupunun üzvü olan bu ali məktəb İngiltərənin böyük sənaye şəhərlərini təmsil edən 6 ən prestijli universitetin siyahısındadır.

Bir sözlə, azərbaycanlı gənclərin xaricdə təhsil almağa böyük maraq göstərməsi kimi, onların Britaniya təhsilinə üstünlük verməsi də alqışlanmalı və təqdir olunmalıdır. Uğurlar olsun!

Gürcüstanda daşqınlara görə əhali təxliyyə olunur

alt

Gürcüstanın qərbində baş verən daşqınlar səbəbindən əhalinin təxliyyəsinə başlanılıb.

Dalgatv  Trend-ə istinadən xəbər verir ki, hazırda Ozurqeti rayonunun Şekvetili kəndində onlarla ailə artıq təxliyyə olunub. Suyun səviyyəsinin artması səbəbindən çaylar məcrasından çıxaraq bölgədəki bir neçə kəndi basıb.

Məlumata əsasən, bu gün səhər saatlarında Acarıstan sahillərində beş ballıq qasırğa qeydə alınıb. Təbii fəlakət Batuminin sahilyanı ərazilərinin su altında qalması təhlükəsi yaradıb.

Təbii fəlakətlə mübarizə üçün sentyabrın 23-dən xüsusi xilasetmə xidməti səfərbər olunub. Güclənən fırtına vəziyyəti çətinləşdirir.

Batuminin bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda suyun və elektrik enerjisinin verilişinin bərpası üzrə işlər aparılır.

25 gün soyuq suda saxlanılan, üçrəngli bayraqdan əl çəkməyən Almas İldırım - “Qürbətin doğma məzarları”

alt

“Gizli yol kəsmədim, qaçaq olmadım,
Sakit bir həyatı pozmadım mən ki?
Dost üçün qanlı bir bıçaq olmadım,
Heç bir qətlə fərman yazmadım mən ki?!”

Bu misralar yaradıcılığının ən məhsuldar dövründə mənfur qüvvələr tərəfindən təzyiqlərlə üzləşərək, vətəni tərk etmək məcburiyyətində qalan bir şairə məxsusdur. Hansı ki, onun əsl yaradıcılığı məhz bu misralardan sonra başlanır. Bu misralardan sonra o, düz dörd ölkədə ağrılı-acılı günlər keçirir və həyata da qürbət eldə vida edir.

Modern.az saytı “Qürbətin doğma məzarları” rubrikasında daha bir nisgilli ömür sahibindən söz açacaq. Qəhrəmanımız isə 3 ölkədə sürgün, birində isə mühacir həyatı keçirən Almas İldırımdır.

“ Bir gün vali atamın iş masasında başının üzərində üçrəngli bayrağı görüb hiddətləndi və onların arasında belə bir dialoq yaşandı:

- Bu nə deməkdir?
- Bu vətən deməkdir!
- Bəs bura nədir?
- Azərbaycan mənim birinci vətənim, Türkiyə isə ikinci vətənimdir”.

Bu dialoq 1930-cu illərdə qardaş Türkiyəyə sığınan və ömrünün sonunadək orada yaşayan bakılı şairlə bir türk valisi arasında baş verib. (xatirə şairin oğlu Araza məxsusdur –red.)
Bu şair üçün validən fərqli olaraq, üçrəngli Azərbaycan bayrağı ilə ay-ulduzlu al türk bayrağı arasında heç bir fərq yox idi. Türkiyəni özünə vətən bilib bura gələrkən Türkmənistan, Dağıstan, İranda keçirdiyi bütün sarsıntıları unudacağına səmimi qəlbdən inanırdı...

Amansız Türkmənistan

Almas İldırım üst-üstə 23 il qürbətdə yaşayıb. Yad ellərin ilk dayanacağı Dağıstan, son dayanacağı isə Türkiyənin Elağız şəhəri olur. Gənc ikən Bakıdan uzaqlaşır və 52 yaşında bir dünyagörmüş şəxs kimi qardaş Türkiyədə canını tapşırır. Dağıstana sürgün ediləndə hələ çox gənc idi. Qadağan olunmuş ideologiyanın təbliği, mövzuların işıqlandırılması və pantürkistliyi bəhanə göstərilərək, Yazıçılar İttifaqından qovulur. Artan təzyiqlər Dağıstan sürgünü ilə nəticələnir. Amma gənc ruhlu, gənc ovqatlı şair Almas İldırım orada nəinki həvəsdən düşür, hətta əvvəlkindən də yüksək qətiyyətlə mübarizə aparır. Bu səbəbdən də onu daha namünasib yerə Türkmənistana sürgün edirlər.
1931-ci ildə gənc şair Türkmənistana göndərilir. Orada başqa yerlərdən də olan türk əsilli ailələr məcburi sürgün həyatı yaşayırdılar. Almas İldırım belə ailələrdən birinin qızı ilə - güneyli Zivər xanımla ailə qurur. 1932-ci ildə ilk övladları Azər dünyaya gəlir. Lakin talе Türkmənistanda da A.İldırımın üzünə gülmür.
Almas İldırım araşdırmaçılarından olan Maarif Teymur onun Türkmənistan həyatı barəsində maraqlı qeydlərlə çıxış edib: “Оnu burada da rahat buraхmırlar. Şair daim təqib оlunur , izlənilir və оnu tutduğu millilik yоlundan sapındırmağa çalışırlar. “Zəhmət” qəzеtinin 27 aprеl 1932-ci il tariхli sayında dərc оlunmuş “Öz haqqımda” adlı məqaləsindən məlum оlur ki, vətənində də şairin əlеyhinə kampaniya davam еtdirilir, оna müхtəlif damğalar vururdulur. Hətta şairin sürgündəki fəaliyyətinə nəzarət еtmək üçün, Azərbaycan SSR Baş Siyasi İdarəsi хüsusi nümayəndəsini Aşqabada еzam еdibmiş.
Bu agеnt öz bədхah vəzifəsini iki istiqamətdə yеrinə yеtirirdi: bir tərəfdən şairin hər bir addımını izləyərək öz idarəsi üçün dоnоs hazırlayır, digər tərəfdən isə türkmənlər və rеspublikadakı azərbaycanlılar arasında оnu gözdən salmaq üçün məqalələr yazıb nəşr еdirdi.
A.İldırım ya bоlşеvik rеjiminin təklifini qəbul еdib, həmin idеоlоjinin cəbhəsinə kеçməli, ya da milli idеala sadiq qalaraq, istiqlal mücadiləsini davam еtdirməli idi.
Hеysiyyətini, şərəf və ləyaqətini hər şеydən üstün tutan şair, təbii ki, ikinci yоlu – mücadilə yоlunu intiхab еdirdi. Artıq Türkmənistanda qalmaq özü və ailəsi üçün təhlükəli оlduğundan mühacir həyatını, yəni хaricə gеtmək yоlunu sеçir. 1933-cü ilin iyununda həyat yоldaşı Zivər хanımı və üç aylıq körpə оğlu Azəri də götürüb, хəlvəti оlaraq İrana dоğru istiqamət alan qaçaqmalçı dəvə karvanına qatılır.

25 günlük faciə

İranda isə Alması əsl insanlıq zülmü xoş gəldin deyərək qarşılayır. Almasla Zivərin İrana gəlməsi, yoldakı əzab-əziyyət elə sürgünün ən ağır üzü idi. Onlar uzun yоl qət еdərək, qaçaqmalçılardan ayrılıb dağ və təpələrə üz tuturlar, ayaqları daş və tikanlardan yaralı, özləri ac və susuz, üzülmüş halda İranla sərhəd xəttinə yaхınlaşırlar.
Yenə Maarif Teymurun vacib qeydlərinə nəzər salaq: “Sərhəd məntəqəsində Almas İldırımı dərhal həbs еdir, 24 saat sоyuq suda saхlayırlar. İran sərhədçiləri şairi bоlşеvik agеnti zənn еdərək, оna 25 gün müхtəlif işgəncələr vеrir, sinəsinə qədər sоyuq suyun içərisində sual-cavaba tuturlar. Bütün bu işgəncələr Almas İldırımın səhhətinə mənfi təsir göstərir və о, böyrək хəstəliyinə tutulur. Nəhayət, Tеhran rəsmilərinin göstərişi ilə şair azad еdilir, ailəsi ilə birlikdə Məşhədə göndərilir“.

Xilas yeri –Türkiyə
Almas İldırım 1935-ci ildə min bir çətinliklə Türkiyəyə gəlib çatanda artıq bir çox xəstəlikləri sürgündən yadigar kimi özü ilə gətirmişdi. Əvvəlcə qardaş ölkədə sıravi müəllim kimi çalışır. Daha sonra isə nisbətən məsul vəzifələrə cəlb olunur. Elə ölüm yeri olan Elağız şəhərində də 1952-ci ilə qədər bucaq müdirliyində (qəsəbə bələdiyyəsində ) çalışır. Ağır xəstəlik ona cəmi 37 il yaş yaşamağa imkan verir. Almas İldırım 1952-ci ilin qışında Elağızda dünyasını dəyişir.
Aşağıdakı öz dilindən deyilən misralar şairin bütün həyatını özünə tam dolğun əks etdirir:

“Ey, Azəri türkü... Ey vətəndaşım. Sənin qarət olmuş haqqından doğan çaşqınlığına tərcüman olayım deyə, hayqırdım. Nə yazıq ki, bu hayqırış sonunda qırıq-tökük çıxan hıçqırlarımdan ibarət boğuq bir səs oldu”.

Şairin dörd oğlu ondan sonra Almas İldırım adını yaşadırlar. Avropada ali təhsil alan Azər İstanbulda biznesmen, Bakıxan Almaniyanın Frankfurt şəhərində sürücü, Araz və Odxan isə Türkiyədə ziyalı kəsimləri təmsil edirlər. Onlardan yalnız son övladı Araz atasının yolunu davam etdirir.

Saytda Axtarış

Son xəbərlər