Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2438
DünənDünən4834
Bu həftəBu həftə15524
Bu ayBu ay81471
Bu günə qədərBu günə qədər8348942

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Erməni rəqibinə qalib gələn azərbaycanlı Rusiyada deputat seçildi

alt

Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər Dumasına deputat seçilib. Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib.

1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. 25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionda səlahiyyətli nümayəndəsidir.

Bakının mərkəzində damarlarını kəsdi

altBakının mərkəzində, “Metro Park” ticarət mərkəzinin yaxınlığında intihara cəhd olub. 

Dalgatv  oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı gənc oğlan qollarının damarlarını kəsərək intihar etmək istəyib. 

Hadisə yerinə dərhal polis əməkdaşları və təcili yardım maşını cəlb olunub. 

İntihara cəhd edən şəxs təcili həkimlər tərəfindən xəstəxanaya aparılıb. 

Hələ ki, həmin şəxsin adı və soyadı açıqlanmayıb. Hadisənin səbəbləri araşdırılır.

Gürcüstanın dövlət naziri yeni dərs ili ilə əlaqədar azərbaycanlıların təhsil aldığı orta məktəbə baş çəkib

altGürcüstanda yeni dərs ilinin başlanması ilə əlaqədar barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Bolnisi rayonunun Faxralı kəndindəki Arif Əliyev adına 1 saylı orta məktəbə baş çəkib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan və Azərbaycanın himnləri səsləndirilib. Sonra dövlət naziri yeni dərs ili münasibətilə müəllimləri və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb: “Ölkəmizdə müxtəlif etnik azlıqların dilində orta məktəblər var və hökumət bu məktəblərin qayğısına qalır. Hökumət milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün əlindən gələni edir və inanır ki, onlar gələcəkdə gürcü dövlətinin tamhüquqlu vətəndaşları olacaqlar”.

P. Zakareişvili 24 nəfər birinci sinif şagirdinə noutbuk hədiyyə edib. Sonda azərbaycanlı şagirdlər gürcü və Azərbaycan dillərində şeirlər söyləyib, gürcü və Azərbaycan rəqsləri nümayiş olunub.

Tədbirdə Gürcüstanın baş nazirinin müşaviri Savalan Mirzəyev, Bolnisi rayon icra hakimiyyəti başçısı Qoqita Meşveliani, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli üzrə müşaviri Zaur Darğallı iştirak ediblər.

15 yaşlı girov Azərbaycana təhvil verildi

alt

Dağlıq Qarabağda girov saxlanılan 15 yaşlı azərbaycanlı geri qaytarılıb. Bu barədə Modern.az-a BQXK-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, təmas xəttini 5 sentyabr 2014-cü il tarixdə keçən Azərbaycan vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökümətinə təhvil verilib.

Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib. Repatriasiyadan əvvəl BQXK-nin nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən, saxlanılan şəxs öz geri dönmək arzusunu bildirmişdir. Təşkilatın nümayəndələri həmçinin onun ailə üzvləri ilə də əlaqə saxlayıblar.

Qeyd edək, 15 yaşlı Cavid Məmmədov sentyabrın 5-də Tərtər rayonunun Aşağı Çaylı kəndi istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.

Xırdalandakı faciə ilə bağlı cinayət işi açıldı - Baş Prokurorluq

alt

Sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları həmin binanın ikinci mərtəbəsindəki mənzildə baş vermiş partlayış barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi, rayon prokurorluğunun, rayon Polis Şöbəsinin, FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerində olub, mütəxəssislər cəlb edilməklə hadisə yerinə baxış keçirilib, dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Aparılmış xilasetmə tədbirləri nəicəsində 8 nəfər - binanın ikinci mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, onun ailə üzvləri - 1972-ci il təvəllüdlü İbrahimova Mətanət Elbrus qızı, 1999-cü il təvəllüdlü İsmayılova Aygün Vidadi qızı, 2001-ci il təvüllüdlü İsmayıl Yunis Vidadi oğlu, 2007-ci il təvəllüdlü İsmayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına, Bakı Mərkəzi Klinik xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Onlardan 7-sinin stasionar qaydada müalicəsi hazırda davam etdirilir, 1nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı, 1978-ci il təvəllüdlü Abbasov Məharət Bəhram oğlu və 2003-cü il təvəllüdlü Abbasova Aydan Məharət qızı dağıntılar altından çıxarılsalar da, partlayış nəticəsində ağır beton tavanların onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyi vəBaş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar. Bildirilib ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İş üzrə zəruri istintaq hərəkətləri aparılmış, o cümlədən müvafiq ekspertizalar təyin edilib.

Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Ermənilər 15 yaşlı azərbaycanlı girovu geri qaytarmaq istəyirlər

alt

Dağlıq Qarabağdakı separatçı rejimin “əsir və itkin düşmüş şəxslərlə bağlı komissiyası” yaydığı məlumatda 15 yaşlı Azərbaycan vətəndaşını geri qaytarmağa hazır olduqlarını bildiriblər. Dalgatv  Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma qurum bunu Cenevrə Konvensiyasının tələblərinə uyğun qaydada həyata keçirmək istəyir.

““Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq 2014-cü il sentyabrın 5-də ərazimizə kemiş Məmmədov Cavid Samir oğlunu geri qaytarmağa hazırdır”odeyə separatçı rekimin qondarma komissiyası bəyan edib.

Xatırladaq ki, sentyabrın 5-dən erməni girovluğunda olan 15 yaşlı II qrup əlil Cavid Məmmədov Tərtər rayon Yol Polisi İdarəsi rəisi müavininin oğludur.

Yeri gəlmişkən, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 15 yaşlı Cavid Məmmədovun məsələsiylə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Durana məktubla müraciət edib. Ombudsman beynəlxalq hüquq normalarına riayət etməklə, Azərbaycan vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlunun təhlükəsizliyinin təmin edilməsini, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəzaya məruz qalmasının qarşısının alınmasını, habelə onun ailəsinə qaytarılmasının sürətləndirilməsinə köməklik göstərilməsini xahiş edib.

Yaralı əsgərlərimiz vətənə qayıdır

alt

Türkiyə prezidentinin Azərbaycan səfəri ərəfəsində Türkiyədə müalicə alan və hökumətin yaxından nəzarətdə saxladığı Azərbaycan əsgərlərindən məlumat var. Göründüyü kimi qardaş ölkədə əgsərlərimizə çox yaxşı baxıblar.

ANS TV-nin məlumatına görə, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağrılan Sərxan Tahirzadə avqustun 2-də erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb. Sərxan avqustun 9-da müalicə üçün Türkiyəyə aparılan 3 əsgərdən biridir.

Ağır bir durumda Türkiyəyə aparılan Sərxan hər iki ayağını itirsə belə həkimlərinə güvənərək həyata optimist yanaşır. Sərxanla birgə yola salınan digər yaralı əsgər Elvin Əsgərov da Atatürk Eyitim və Araşdırma xəstəxanasında VİP palatalarda müalicəsini davam etdirir.

“Bura gələndə vəziyyətim çox pis idi. İndi şükürlər olsun ki, yaxşılığa doğru gedir”, - deyə yaralı əsgər Elvin Əsgərov qeyd edib.

Doğrudur, Azərbaycan hökuməti istər şəhidlər, istərsə də yaralı əsgərlərimizlə bağlı ən yüksək səviyyədə müvafiq addımlar atıb. Lakin Türkiyənin əsgərlərin sağalmasında yaxından rol almaq istəyi, iki qardaş xalqın və dövlətin hər zaman bir-birlərinin yanında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Yaralıları xəstəxanada Türkiyə hakimiyyətinin aparıcı simaları, parlamentin sədri Cəmil Çiçək və indiki baş nazir Əhməd Davudoğlu, eləcə də ölkə siyasətinin digər tanınmış şəxslərinin ziyarət etməsi də bunun göstəricisi idi.

Bunun ardınca Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə Nazirlərinin görüşü də qardaş ölkənin çətin məqamlarda Azərbaycanın yanında olduğunu bir daha təsdiqləyir. Əldə olunmuş razılığa əsasən yaxın vaxtlarda baş tutacaq quru qoşunların, hərbi dəniz və hərbi hava qüvvələrinin birgə təlimlər, eləcə də kadrların hazırlanmasında qarşılıqlı əməkdaşlıq iki ölkə arasında sıx münasibətlərin olduğuna bariz nümunədir.

Azərbaycan da həmişə Türkiyənin maraqlarını qoruyub. Məsələn, bir müddən öncə Praqada dövlət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının sammitində Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəni ittiham etməsinə sərt reaksiya verərək "Türkiyə burda yoxdur, mən varam” deyib, onu susdurmuşdu.

Dini Komitənin sədri: “Bakıda 30 mindən çox erməni yaşayır"

alt

“Biz kifayət qədər yüksək səviyyədə mədəniyyətlərarası dialoq təşkil etmişik. Azərbaycan tolerantlıq məkanıdır. Ermənistanın bizim ölkəmizin 20 faizini işğal etməsinə baxmayaraq, bu gün Bakıda 30 mindən çox erməni yaşayır”.
Modern.az saytının məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədfri Mübariz Qurbanlı Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda keçirilən tədbirdən sonrakı mətbuat konfransında deyib.

Avropa Şurasının Baş katibinin müavini Qabriellla Battaini Dragoni isə bildirib ki, bu tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına təşəkkür edir.

“Azərbaycan hər iki idən bir belə forumlar keçirtməklə mədəniyyətlərarası problemləri müzakirə etməyə şərait yaradır. Bu gün burada müxtəlif dini qrupların müzakirə etdiyi mövzular sırf dinlərlə bağlıdır. Bəzi insanlar üçün din əhəmiyyətli yer tutut, bəziləri üçün isə din əhəmiyyətli deyil. Onu vurğulamaq istərdim ki, Avropa Şurasında nifrətdən azad bir kampaniya həyata keçiririk. Çox şadam ki, Azərbaycanın da iştirakı ilə bir tədbir təşkil edəcəyik”.

İlhamla Fərizənin anaları prezidentə müraciət etdi - MƏTN

alt20 yanvar şəhidləri, bir müddət əvvəl məzarları təhqir edilmiş İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva baş verən hadisə ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər.
Modern.az saytının xəbərinə görə, şəhid analarının müraciətində deyilir:

“Hörmətli, Prezident! 20 yanvar şəhidlərinin, sevginin, sədaqətin simvoluna çevrilmiş İlham və Fərizənin məzarlarının təhqir edilməsi hamı kimi bizi də çox sarsıdıb. Təəssüf ki, bu vandalizmin kimlər tərəfindən törədilməsinin üstü hələ də açılmayıb və haqlı olaraq ölkə vətəndaşları bu vandalizmə öz etirazını bildirməkdədir. Şəhidlərimizin qəbirlərinin təhqir edilməsi dəhşətli hadisədir. Bunu ancaq erməni və ya erməni xislətlilər edər. Belə bir hadisənin baş verməsi ağla gələn iş deyil. Azərbaycanda bütöv bir nəslin qanlı yanvar hadisəsinin ağrısı ilə böyüdüyü bir zamanda hansısa bir şərəfsizin (yaxud şərəfsizlərin) aramızda yaşaması dəhşətlidir və bu yolverilməzdir. Belələri istədikləri vaxt istənilən qeyri-insani hərəkətlərə yol verərlər. İnsanlıq adına, etikasına sığmayan bu hərəkət gözünün ağını-qarasını itirmiş bizi anaların ürəyinə daha ağır dağ çəkib. Ana ürəyi haradasa oğul-qız itkisinə dözə bilər, amma canlarını vətən üçün fəda etmiş İlhamla Fərizənin qəbirlərinin təhqir edilməsinə dözə bilmir! O ürək ah-nalə püskürər, onun təlatümü zəlzələdən lərzə gələn torpaq iniltisi qədər dəhşətli olar.

Məlumdur ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi qaldırıb. Heç bir şübhəmiz yoxdur ki, cinayətkarlar Sizin göstərişiniz və ciddi nəzarətiniz sayəsində tapılacaq və ən layiqli cəzaların alacaqlar. İlham və Fərizənin - onların timsalında bütün şəhidlərin - ismətini qorumaq hamımızın borcudur. Bu mənada çox istərdik ki, bu biabırçı hadisədən sonra onların qəbirlərinin üstü yenidən götürülsün, baş və sinə daşları təzələnsin.

Həm də təklif olaraq demək istəyirik ki, Şəhidlər Xiyabanına müşahidə kameralar yerləşdirilsin.

Dərin hörmətlə, İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva”

Qeyd edək ki, iki gün öncə “20 yanvar” Cəmiyyəti də baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova və Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.

Mehriban Əliyeva daha bir yüksək mükafata layiq görüldü- FOTO

altHeydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. 

Fonddan APA-ya verilən məlumata görə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxti diplomu ilə təltif olunub. 

Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplomda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həyata keçirdiyi nəcib xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə olunub və bu istiqamətdəki işlərində uğurlar arzu edilib.

Qeyd edək ki, bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır. 

Cəbhə bölgələrinin deputatları sakinlərin vəziyyətindən danışdılar

alt

Şəmkir (kənd) seçki dairəsini təmsil edən deputat Məlahət İbrahimqızı deyir ki, o, mütəmadi olaraq insanların yanındadır. Deputat sözlərinə görə, avqustun 1-dən 4-nə qədər cəbhə bölgəsində olub.

“Bölgə dağ zonası olduğu üçün məlum məsələdir ki, çox problemlər olur. Amma bu bölgəni daimi diqqətdə saxlayırıq. Cəbhədəki gərginliklə bağlı bölgəni gəzdik. Şəhid ailələrinə baş çəkdik. Avqustun 17-si yenidən Şəmkirə gedəcəyəm”.

Tərtər rayonun deputatı Sahib Aliyev bildirib ki, cəbhə bölgəsində yaşayan əhali hazırda əsasən susuzluqdan əziyyət çəkir. “Həmişə cəbhə bölgəsində yaşayan insanlarla maraqlanıram. Mütəmadi əlaqə saxlayıram. Yeni gəlmişəm ordan, lakin yenə də rayona qayıdacağam. Tərtər əhalisi qürurludur. Maddi baxımdan kömək lazım olsa da, heç bizə də ağız açmırlar”.

Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsini təmsil edən deputat Elman Məmmədovun sözlərinə görə, o, bütün yayı, əsasən də cəbhədə gərginlik yaranan sonra cəbhə bölgədə olub, əhalinin ehtiyacları ilə maraqlanıb. “Cəbhə bölgələrini gəzdik. Şəhidlərimizin yas mərasimində olduq. Hazırda da Ağkənddəyəm”.

Cəbhədəki hadisələrlə bağlı dinc nümayiş keçirilib

altAvqustun 7-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin binası qarşısında “Moskva Azərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələr ilə bağlı dinc nümayiş keçirilib.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, 35-40 nəfərin iştirak etdiyi nümayişin keçirilməsində məqsəd cari ilin avqust ayının əvvəlində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində baş vermiş və insan itkisi ilə nəticələnən döyüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək olmaq və həmrəylik nümayiş etdirmək olub.

Nümayişdə “Moskva Azərbaycan cəmiyyəti”nin sədri Oqtay Hüseynov, cəmiyyət sədrinin Qarabağ məsələləri üzrə müavini Mircamal Rəhimli, sədrin müşaviri Kənan Qəribov, cəmiyyət sədrinin Qarabağ məsələləri üzrə köməkçisi Əliş Kərimov, cəmiyyətin Moskva şəhərinin şimal-qərb inzibati dairəsi üzrə şöbəsinin rəhbəri Məhəmməd Rəfiyev, cəmiyyətin fəalı Musa Musayev və “Lider” televiziya kanalının Rusiya üzrə müxbiri Anar Həsənov çıxış edib.

Çıxışlarda son günlər cəbhə bölgəsində yaranmış gərgin vəziyyətin dözülməz olduğu qeyd olunub. Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməyinin vacibliyi vurğulanaraq, səfərbərlik elan ediləcəyi təqdirdə işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistan silahlı qüvvələrindən azad etmək üçün tam hazır olduqları bildirilib. Həmçinin çıxışlarda ehtiyac olacağı halda daha çox azərbaycanlının nümayişdə iştirak edə biləcəyinin mümkün olduğu da qeyd olunub.

Daha sonra nümayiş iştirakçıları məzuniyyətdə olan Səfir Polad Bülbül oğlu ilə razılaşdırılaraq Səfirliyə dəvət edilmiş və burada çay süfrəsi təşkil olunub.

Səfirliyin müşavir-elçisi Asəf Mehdiyev çıxış edərək Azərbaycan diaspor üzvlərinə səfirin salamlarını və Azərbaycan dövləti və Prezidentinə dəstək məqsədi ilə irəli sürülmüş təşəbbüslərinə görə minnətdarlığını çatdırıb. Müşavir-elçi bütün dünyada, o cümlədən Rusiyadakı Azərbaycan diasporunun artan gücünü qeyd etmiş, onun Azərbaycan Prezidenti və dövləti ətrafında sıx birləşdiyini vurğulayıb. Həmçinin Asəf Mehdiyev Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həll olunması istiqamətində gördüyü işlərdən söhbət açıb.

Tədbirin sonunda iştirakçılar Səfirliyin nümayəndəsinə Moskva şəhərində yaşayan və səfərbərliyə hazır olan 500 nəfərdən artıq azərbaycanlı könüllünün siyahısını təqdim ediblər.

Saytda Axtarış

Son xəbərlər