Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2457
DünənDünən4834
Bu həftəBu həftə15543
Bu ayBu ay81490
Bu günə qədərBu günə qədər8348961

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Marneuli şəhərində xeyriyyə konserti təşkil olunub-FOTOLAR

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki mədəniyyət evində “Mənim də köməyim olsun” adı altında xeyriyyə konserti təşkil edilib.

Konserti aparıcı Azər Məmmədov açıb.

“Yeni ulduz” müsabiqəsinin iştirakçısı ,Marneuli sakini olan Anar Əsgərov, Eynar Balakişiyev, Renat İsmayılov və digərləri iştirak edərək müxtəlif janrlarda mahnılar ifa edib, tamaşaçıların rəğbətini qazanıblar. Tamaşaçılar onları alqışlarla qarşılayıblar.

Konsert Marneuli Gənclər Sakreboolosunun, AMM-Gənclər şöbəsinin və run.az saytının dəstəyi ilə keçirilib. Xeyriyyə konsertinin Təşkilatçisi İlkin Hüseynov jurnalistlərə açıqlamasında  qeyd edib ki, bu cür xeyriyyə konsertlərin azərbaycanlıların məskunlaşdığı bir çox ərazilərdə,eləcə də Dmanisi,Bolnisi,Rustavi və paytaxt Tbilisidə də keçiriləcəyi gözlənilir.

Konsertdən əldə olunan gəlirin kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına veriləcəyi bildirilib.altaltalt

 

 

Prezident həmsədrlərlə görüşdü

alt

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İlham Əliyev bu gün həmçinin Niderlandın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Bu mağazalardan alış-veriş etməyin!!! - SİYAHI

alt

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, növbəti monitorinqlər zamanı 700 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Belə ki,

Bakının Suraxanı rayonunda

* Əmircan qəsəbəsi, Vaqif küçəsi, ev 58 ünvanında Nizami Kərimova məxsus mağazada;

Abşeron rayonunda

* Xırdalan şəhəri, 28-ci məhəllədə Etibar Hətəmova məxsus mağazada;

* Mehdiabad qəsəbəsi, Üzümçü küçəsi, ev 12A ünvanında Vəzir Abbasova məxsus mağazada;

* Fatmayı qəsəbəsi, N.Nərimanov küçəsində Mübariz Mikayılova məxsus mağazada;

Zaqatala şəhərində

* V.İsmayılov küçəsində Tünzalə Hacıməmmədovaya məxsus mağazada;

Şəki şəhərində

* Sarabski küçəsində Elşad Mabudova məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nərimanov rayonunda

* M.Əlizadə küçəsi, ev 42 ünvanında İxtiyar Hüseynova məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Suraxanı rayonunda

* Bülbülə qəsəbəsində Həqiqət Şirinovaya və Aynurə Əsədovaya məxsus mağazalarda;

* S.Cəfərov küçəsi, ev 9 ünvanında Anar Atakişiyevə məxsus mağazada;

* Yeni Suraxanı qəsəbəsində ünvanında Sara Məmmədovaya məxsus mağazada;

Nərimanov rayonunda

* Təbriz küçəsi, ev 72/74 ünvanında Ədalət Quliyevə məxsus mağazada;

* T.Şıxəliyev küçəsi, ev 17 ünvanında Yalçın Əliyevə məxsus mağazada;

Tovuz şəhərində

* M.Musayev küçəsi, ev 42A ünvanında Narin Ələkbərovaya məxsus mağazada;

* Mərkəzi bazarda Məhruzə Mustafayevaya məxsus mağazada;

Ağcabədi şəhərində

* H.Hacıyev küçəsində Emin Əliyevə məxsus mağazada;

Yevlax şəhərində

* S.Vurğun küçəsi, ev 20 ünvanında Azər Abdullayevə məxsus mağazada;

* Mərkəzi bazarda Əjdər Əliyevə məxsus mağazada;

Zərdab şəhərində

* S.Abdullayev küçəsində Namiq İsmayılova məxsus mağazada;

Qusarda

* M.Vəliyev küçəsi, ev 7 ünvanında Mübariz Verdixanova məxsus mağazada;

Lənkəran rayonunda

* Zövlə kəndində Zamir Hüseynova məxsus mağazada;

İsmayıllı şəhərində

* H.Əliyev küçəsində Sübhan Dəmirova məxsus mağazada;

Şamaxı şəhərində

* S.Ə.Şirvani küçəsində Sübhan Hətəmova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

“Heydər Əliyev” ordeninin brilyantlı döş nişanı olacaq

alt
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.

 Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Dəyişikliyə əsasən, “Heydər Əliyev” ordeni ulduz, orden zənciri və nişanla yanaşı, həm də döş nişanından ibarət olacaq. “Heydər Əliyev” ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarət olacaq. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidiləcək. Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşəcək. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 brilyant daş bərkidiləcək. Döş nişanı 28 mm x 28 mm ölçüdə olacaq, arxa hissəsinə seriya və nömrəsi həkk ediləcək, əlavə brilyantlar bərkidiləcək.

Layihə səsə qoyularaq qəbul olunub.

Bakı-Tbilisi aviareysi təxirə salınıb, bir neçə təyyarə havada qaldı

alt

Tbilisidə müşahidə olunan güclü duman səbəbindən Bakı-Tbilisi aviareysi bu gün Bakı vaxtı ilə saat 13:00-a kimi təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə bildirilib ki, ilkin məlumata görə, saat 10:10-da uçmalı olan təyyarənin Bakı vaxtı ilə saat 13:00-da uçacağı gözlənilir.

Tbilisi Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, güclü dumanla əlaqədar aeroport üç aviareysi qəbul edə bilməyib. Bu gün səhər tezdən Münhen, İstanbul və Varşavadan olan təyyarələr yerə enə bilməyiblər.

Bu gün Daşaltı əməliyyatından 22 il ötür

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 22 il ötür.

alt
Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.
Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.
Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.
Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

İntiharların qarşısını necə alaq?- Rejissordan maraqlı TƏKLİF

alt

“Son zamanlar artan intihar hadisələrinin qarşısını almaq üçün Gənclərə Psixolioji Dəstək Mərkəzinin yaradılmasına ehtiyac var. Bu mərkəz məsləhətə ehtiyacı olan gənclərə pulsuz konsultasiyalar verməklə onları intihara sürükləyən ruhi vəziyyətdən xilas olmalarına yardım etmək olar”.


Belə bir təkliflə rejissor Eltən Qədimbəyli çıxış edib.

Eltən Qədimbəyli problem haqqında düşüncələri ilə yanaşı, problemin həlli üsulu ilə bağlı da fikirlərini bildirərək Gənclərə Psixoloji Dəstək Mərkəzinin yaradılması təklifi ilə çıxış edib: “Bu mərkəzdə psixoloqlar, ziyalılar, tanınmış insanlar gənclərə könüllü olaraq psixoloji treninqlər keçməli, həyatda qarşılarına çıxan problem və anlaşılmazlıqlarla mübarizə aparmağın üsullarını anlatmalı, öz həyat təcrübələrindəki uğur formullarını paylaşmalıdırlar. Bu hər bir Azərbaycanlı ziyalının mənəvi borcudur ”.

E.Qədimbəylinin sözlərinə görə, Bir sıra ziyalılar bu fikrə dəstək olub və hazırda bu ideyanın sistemli halda reallaşdırılması üçün işlər görülür. Rejissor mövzu ilə maraqlanan bütün təşkilatları əməkdaşlığa dəvət edib: “Azərbaycan gəncliyi hər birimizin sərvətidir və hər birimiz onları qorumağa borcluyuq”.

Bakıda aksiya keçirildi

alt

Yanvarın 22-də “Azadlıq” qəzetinin kollektivi “Qasid” yayım firmasının qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları “Azad mətbuatı boğanlara ar olsun!”, “Pulumuzu tələb edirik!” şüarları səsləndiriblər. Firmanın qəzetə olan 70 min manat borcunu ödəməsini tələb ediblər.

“Qasid” firmasının rəhbəri Mirkazım Kazımov aksiyaçıların qarşısına çıxıb. Deyib ki, firmanın qəzetə olan 60 min manat borcunu ödəmək imkan yoxdur, ancaq borcu ödəyəcəklər. “Qasid” rəhbəri hələlik firmaya satış üçün qəzet verməməyi təklif edib.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, firmanın qəzetə olan borcu 70 min manatdır, əməkdaşların maaşını ödəyə bilmirlər. Rahim Hacıyev deyir ki, firmanın borcunu ödəməməsi hakimiyyətin qəzetə təzyiq yollarından biridir.

“Qasid” firmasının rəhbəri Mirkazım Kazımov deyib ki, təkcə sizə deyil, başqa media orqanlarına da borcumuz var. “Dövlət azad mətbuatın olmasında maraqlıdır, qəzetlərin problemini həll edir. Biz də buna çalışacağıq”.

“Qasid” ilə “Azadlıq” qəzeti arasında problem ilyarımdan çoxdur yaranıb. Qəzetin əməkdaşları bundan əvvəl bir neçə dəfə oxşar aksiyalar keçirib.

Faciə qurbanları anıldı – 20 yanvar

alt

Astara rayonunda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.

Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə rayon İcra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xatirə Kompleksinin önünə əklil və tər qərənfillər qoyularaq, vətənin müstəqilliyi uğrunda şəhid oanların xatirəsi ehtiramla yad edilib, ruhuna dua oxunub.

Təbdirdə çıxış edənlər isə bildiriblər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar qırğınından 24 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.

Saat 12:00-da isə rayon ərazisində bayraqlar endirilib, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələri üçün yeni bina tikiləcək

alt

Gəncə şəhərində şəhid ailələri və müharibə əlilləri üçün yeni hündür mərtəbəli bina tikiləcək.

Dalga tv'nin  APA-ya istinadən verdiyi xəbərə görə, bunu Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev 20 Yanvar şəhidlərinin anım mərasimində bildirib. O, qeyd edib ki, Gəncədə şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış binasının inşasına başlanacaq və bununla da şəhərdə sözügedən kateqoriyadan olan vətəndaşların mənzil problemi birdəfəlik həllini tapacaq. E. Vəliyev, həmçinin qeyd edib ki, Gəncədə şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır, onların sosial-məişət, mənzil problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir.

Gəncədə 20 Yanvar şəhidlərini anmaq üçün bu gün “Şəhidlər Xiyabanı”da matəm mitinqi təşkil olunub. Matəm mitinqinə şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri qatılıb.

Prezident Şəhidlər Xiyabanını ziyarət etdi

alt20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.
  Bu gün 20 yanvar faciəsindən 24 il ötür. Xalqımız hər il olduğu kimi, bu il də müstəqilliyimiz uğrunda şəhid olan soydaşlarımızın xatirəsini əziz tutur. Azərbaycan Prezidenti İlham Əliyev qanlı yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün bu gün səhər Şəhidlər Xiyabanına gəlib. 
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, diplomatik təmsilçilik nümayəndələri Şəhidlər Xiyabanınına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüblər. Dövlət başçısı Qanlı Yanvar faciəsində həlak olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.
 Qeyd edək ki, ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.

Bayraqlar endirildi - SÜKUT

altBu gün 20 yanvar faciəsinin 24-cü ildönümü münasibəti ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində, həmçinin xaricdə yerləşən diplomatik nümayəndəliklərində, xarici sularda üzən gəmilərində bir dəqiqəlik sükut nümayiş etdirilib. AzNews.az-ın məlumatına görə, bütün yollarda nəqliyyat vasitələrindən, metro və yerüstü qatarlardan, həmçinin Bakı buxtasına cəlb edilmiş gəmilərdən bir dəqiqə ərzində fit verilib. Sükutla bağlı nəqliyyatın hərəkəti də bir dəqiqə ərzində dayandırılıb, Azərbaycanın dövlət idarələrində, hərbi hissələrdə və diplomatik korpuslarında dövlət bayrağı faciə ilə əlaqədar endirilib.

Saytda Axtarış

Son xəbərlər