Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5265
DünənDünən6292
Bu həftəBu həftə17761
Bu ayBu ay23549
Bu günə qədərBu günə qədər8385180

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Mikayıl Cabbarov Gürcüstanda Heydər Əliyev adına ali məktəbin bağlanmasına münasibət bildirib

"Heydər Əliyevin adından istifadə etməklə yaradılan universitetdə lazımi tələblərə riayət edilməyib".

Bunu Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan icmasının üzvləri ilə görüşdə bildirib.

Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tədris Universitetinin bağlanılmasına münasibət bildirən nazir deyib ki, bu, Gürcüstanın daxili işidir: "Biz bu məsələyə diqqət yetirəndən sonra Gürcüstanın aidiyyəti dövlət orqanları öz səlahiyyətlərini icra ediblər. Bu universitetin nə Azərbaycan dövləti, nə də Heydər Əliyev Fondu ilə əlaqəsi olub. Heydər Əliyevin adının universitetə verilməsi üçün müvafiq dövlət qurumları ilə də danışıq aparılmayıb".

Gürcüstanda azərbaycanlı tələbələrin aldığı diplomların həqiqiliyi barədə də qaldırılan məsələyə gəlincə, M. Cabbarov qonşu dövlətin verdiyi diplomlarla bağlı məsələyə şərh verə bilməyəcəyini vurğulayıb.

 

Bakıda 27 yaşlı gənc özünü yandırdı - FOTO

Bu gün Bakının Binəqədi rayonunda dəhşət yaşanıb.

Belə ki, 27 yaşlı Məmmədov Ələkbər Zahid oğlu üstünə benzin tökərək özünü yandırıb. Yaxınlarının verdikləri məlumata görə, mərhum qonşusu ilə torpaq üstündə məhkəmə çəkişməsində olub, sonda Ali Məhkəmə qonşunun əleyhinə qərar çıxarıb, bu gün isə Binəqədi rayon məhkəmə icraçıları məhkəmə qətnaməsinin icrası üçün gəliblər. İcraçıların söküntü fikrinin ciddi olduğunu görən Ələkbər benzin götürüb yuxarı qalxıb və özünü yandıracağını deyib. İcraçılardan biri isə orda olan FHN əməkdaşlarına deyib ki, onu düşürün aşağı verin polisə aparsınlar. Mərhumun qohumu Kövsər xanım bildirir ki, mən onu dilə tutub aşağı salacaqdım, amma icraçının sözündən sonra özünə od vurdu”.

Ə.Məmmədov bir qədər əvvəl dünyasını dəyişib. 

Sabah Azərbaycanda havanın temperaturu 9 dərəcəyədək enəcək

Sabah Azərbaycan rayonlarında leysan xarakterli yağış yağacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16, Bakıda isə gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağış olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, sabah havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

Gürcüstanda azərbaycanlı jurnalistin ailəsində ağır itki baş verib

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğluna ağır itki üz verib, anası 83 yaşında vəfat edib.

"Dalğa TV"nin məlumatına görə, Ş.Şəmmədoğlunun anası 83 yaşlı Məmmədova Güllüzar İbrahim qızı oktyabrın 3-dən 4-nə keçən gecə qəfil ürək tutması səbəbindən vəfat edib.

 

Allah rəhmət eləsin!

Batumidə Gürcüstan Müsəlmanları İdarəsinin Din və Təhsil Mərkəzinin açılışı olub - FOTO

Gürcüstan Müsəlmanları İdarəsinin Batumidə Din və Təhsil Mərkəzinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə GMİ-nin şeyxi Ramin İgidov məlumat verib.

Mərkəzin açılışında Acarıstan hökumətinin rəsmi şəxsləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beglar Kamaşidze, din və ictimaiyyət xadimləri iştirak edib. Tədbirdə çıxış edən şəxslər yeni binanın açılışı münasibəti ilə Acarıstanda yaşayan müsəlmanları təbrik edib, müfti və din xadimlərinə sağlam və ənənəvi dinin təlim və təbliğində, ümumiyyətlə, dini fəaliyyətlərində uğurlar diləyiblər.


Xatırladaq ki, bir neçə ay öncə Gürcüstanın baş naziri İrakli Qaribaşvili tərəfindən Acarıstanda yaşayan gürcü müsəlmanları üçün iki (4 və 2 mərtəbəli) bina hədiyyə olunub. Onlardan biri GMİ-nin Acarıstandakı rəsmi idarəsi, ikincisi isə din və təhsil mərkəzi kimi fəaliyyət üçün nəzərdə tutulub.

Azərbaycan ordusu ermənilərin mövqelərinə 95 dəfə atəş zərbəsi endirib

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

“Məni bir otağa salıb bağladılar…” - İŞİD-ə qoşulan azərbaycanlı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD"in tərkibində döyüşməkdə təqsirləndirilən Bəkirov Telman və Tahirov Mübarizin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən Telman Bəkirov etiraz edib, o məhkəməyə ifadəsində ittiham aktını əsassız hesab etdiyi deyib: "Mən Mübarizi ikinci dəfədir görürəm. Ittiham mənim Iraqda olmağıma görə yox, əqidəmə görədi. Mən heç vaxt Suriyada olmamışam. Türkiyədə işləyib yaşamışam, kirayə ev tutmuşam. Ismayıllıda saqqal saxladığıma görə tutuldum. Mən Türkiyədə 1 ay 8 gün qaldım, orada olanda neçə dəfə Ankaradakı konsulluğumuza, polis idarələrinə meraciət etdim. Burda da mən istintaqda ifadə verməmişəm, dindirilmə zamanı da kağız üstündə müdafiəçim olub. Ittiham aktı ilə istintaq bitdikdən sonra tanış olmuşam, onda da etiraz etmişəm.

Mən 2011-ci ildən sünni namazı qılmağa başlamışam. Ailə qurduqdan sonra Bakıya gəlib Müsfiqabadda yaşamışam. Orada məsciddə Cümə namazı qılıb getmişəm. Həmin məsciddə heç kimi tanımamışam. Istintaqda adıçəkilən Samir Qafarovu da tanımıram. Mən şəxsiyyət vəsiqəmi itirdiyim üçün polisə xə müraciət etmişəm".

T.Bəkirovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O ifadəsində bildirib ki, 2013-cü ildə Müşfiqabadda məsciddə Samir adlı şəxslə tanış olub: "Samir mənə "IŞID"ə qoşulacağını dedi, mən də qoşulmaq istədiyimi bildirdim. Mənə kömək edəcəyini dedi və Türkiyədə olan Zəkəriyyə adlı şəxsin telefon nömrəsini verdi. Sonra Cavid adlı şəxs mənə zəng edib Suriyaya gələcəyimdən xəbərdar olduğunu dedi və bir nəfərlə görüşüb ona çatacaq pulu almağımı istədi. "Neftçilər" metrostansiyasının yaxınlığında tanımadığım adamla görüşüb 400 dollar aldım. Sonra Türkiyəyə getdim, orada Zəkəriyyə məni gizli yolla Suriyaya keçirtdi, sənədlərimi də alıb özündə saxladı. Suriyada qaldığım hərbi düşərgədə məndən başqa 10 nəfər azərbaycanlı vardı. Abu Amur adlı şəxs bizi "Abdulhəmib camaatı"na təhvil verdi. Mübariz Tahirovla da həmin düşərgədə tanış oldum. Dörd gün təlimlərə qatıldıq, orada mənə "Kalaşnikov"dan istifadə etməyi öyrətdilər. Silahı söküb təmizləməklə məşğul idim. Sonra məndən şübhələnməyə başladılar, bir dəfə "IŞID"çilər başıma silah dayayıb öldürəcəklərini dedilər. Bir müddət sonra bütün bunları görüb oradan qaçdım. Türkiyəyə gəlib kömək istədim, sonra da Gürcüstan vasitəsilə Azərbaycana gəldim".

Telman Bəkirov səsləndirilən ifadənin ona məxsus olmadığını deyib: "Səhifə 11-də yazılıb ki, "IŞID" mənə icazə vərəqi verib, səhifə 7-də isə "IŞID"çilərin başıma silah dayayıb icazə vərəqi vermədiyi yazılıb. Mən burada "svarşik" işləmişəm, Türkiyədə isə qapı-pəncərə sexində işlədim. Məni ora Hasan adlı tanışım dəvət etdi, onunla internetdə tanış olmuşdum. Mən istintaq zamanı yazılan ifadəmə etiraz etmək istəyəndə başımdan şillə ilə vurub qoymurdular. Kimə şikayət edə bilərdim ki? Bir dəfə Qızıl Xaçdan gəlib dedilər ki, qol çəkməsən sənə heç nə edə bilməzlər. Ondan sonra qol çəkmədim. Əvvəldən bilmirdim, ona görə imzalamışdım".

T.Bəkirov ailəli olub, 3 yaş və 1 yaş 3 aylıq iki övladı var. Ailəsini də özü ilə Suriyaya aparıb.

Bundan sonra digər təqsirləndirilən Mübariz Tahirov ifadə verib. O bildirib ki, dinin təsiri altında Suriyaya getmək istəyib: " Mən məhləmizdə Şirzadın işlətdiyi internet kafeyə gedirdim, orada nəzarətdə olan yer idi. Tez-tez saqqallı adamlar gəlirdi. Mənə də orada uşaqlar Suriyaya aid videolar göstərirdi, dini söhbətlər edirdilər. Mən də ondan təsirlənib Suriyaya getmək istədim. Türkiyəyə getdim, orada bəzi şeylər gördüm. Bildim ki, burada dinə aid şeylər yoxdu, ordan geri qayıtdım. Suriya sərhədini keçməmişəm. Məni ora Mahmud Rəsulov aparmışdı. Orada mən geri qayıtmaq istədiyimi dedikdə məni bir otağa salıb bağladılar. Vəhabilər idi, dedilər getsən polisə deyəcəyik səni tutacaq. Sonra Mahmud da çıxıb getdi, mən orada tək qaldım".

Mübariz Tahirov deyib ki, istintaqa verdiyi ifadəni oxumayıb: "Mən oxuma-yazma bilmirəm. Heç vaxt da məktəbə getməmişəm. Anamla yaşamışam, o da xəstə olub. Imkanımız olmayıb məktəbə getməyə. 13 yaşımdan işləmişəm. Türmədə olanda kamera yoldaşıma yazılanları oxutdum, dəhşətə gəldim. Mən elə şeylər deməmişəm".

M.Tahirov Türkiyədə sünni namazı qılmağı öyrəndiyini, Bakıya gəldikdən sonra isə buraxdığını deyib.

Telman Bəkirovun dayısı Tahir Hüseynov şahid qismində dindirilib. Bildirib ki, bacısı Gülnaz ona zəng edərək oğlunun Suriyaya getdiyini deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Marneulidə azərbaycanlılar ayağa qalxdı

Marneulidə azərbaycanlıların kompakt yaşadığı iki kəndin sakinlərinin iştirakı ilə etiraz aksiyası keçirilib.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, Marneulinin Təzəkənd və Əzizkənd sakinləri illərdən bəri hər iki kəndə içməli su çəkilməsi və bu kəndlərin mərkəzindən keçən yolun Tiflis-Qırmızı Körpü magistral yoluna birləşdirmək üçün vəsaitin ayrılmasını tələb ediblər.

Sakinlərin tələblərini dinləmək üçün Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və rayon icra hakimiyyətinin müavini Teymur Beridze kəndin mərkəzində əhali ilə görüşərək onları narahat edən problemləri dinləyiblər. Sakinlər 70-ci illərdə kəndə çəkilən içməli su borularının yarıtmaz olduğunu, suyun fasilələrlə verildiyini, bir çox yerlərdə su borularının korroziyaya uğrayaraq sınmasını və buna görə də su itkisinə yol verildiyini bildiriblər. Aksiya iştirakçıları kənd yollarının bərbad vəziyyətdə olduğunu və yağış yağan zaman palçıq əlindən tərpənməyin mümkün olmadığı da vurğulayıblar.
Etiraz aksiyası iştirakçılarının problemlərini dinləyən Marneuli rayon bələdiyyəsinin sədri oktyabrın 25-dən başlayaraq Təzəkənd və Əzizkənd kəndlərindən keçən yolun 6 kilometrinə asfalt üzlük çəkiləcəyinə söz verib və içməli su borusunun ana xəttinin 12 kilometrinin isə gələn ildən bərpa olunması üçün mütəxəssislərlə müzakirə və məsləhətləşmələr aparılacağını bildirib.

İlham Əliyev təltif etdi - SİYAHI

Dövlət başçısı sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev təhsil işçilərinə “Əməkdar müəllim fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Dalğa TV"nin məlumatına görə, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Əməkdar müəllim fəxri adı verilib:

Abdullayev İlqar Heydər oğlu
Allahverdiyeva Tahirə Rafiq qızı
Asəfli Elmira Qafar qızı
Balakişiyeva Səyalı Məmməd qızı
Camalova Sona Məşi qızı
Eyyubov Əmirağa Böyükağa oğlu
Əhmədov Hacıabış Əliskəndər oğlu
Əhmədova Humay Əlövsət qızı
Əkbərova Əntiqə Cabbar qızı
Ələsgərova Məlahət Əli Ağa qızı
Əliyev Rəfail Şıxəli oğlu
Əliyeva İradə Tofiq qızı
Əliyeva Şəhla Hüseyn qızı
Əmirova Sevil Bəşir qızı
Əsədov Zülfüqar Xanoğlan oğlu
Əzimova Xuraman Hüseyn qızı
Fətullayeva Alidə Cəlal qızı
Hacıyev Xeybər Heydər oğlu
Haqverdiyeva Məlahət Çingiz qızı
Həsənova Tamilla Tosim qızı
Hüseynova Arzu Talıb qızı
Hüseynova Rəna Nüsrəddin qızı
Xəlilova Afaq Mərdan qızı
İbrahimova Gülnarə Həsən qızı
İlyasova Nuriyyə Kamal qızı
İsmayılov Gülağa Gülü oğlu
İsmayılova Cavahir Əlabbas qızı
İsrafilova Fatma Paşa qızı
İsrafilova Məfkurə İsrafil qızı
Kazımova Nərgiz Ağahüseyn qızı
Kərimova Gülnar Yusif qızı
Quliyev Elxan Şahlar oğlu
Mahmudova Mədinə Həbib qızı
Məmmədov Fazil İsmayıl oğlu
Məmmədov Məhəmməd Bəşir oğlu
Məmmədova Məhəbbət Bəhram qızı
Məmmədova Nəzakət İsak qızı
Məmmədova Səkinə Salman qızı
Mikayılov Ramiz İsmayıl oğlu
Mirzəliyeva Həqiqət Mirzəli qızı
Mirzəyeva Həmidə Abbas qızı
Mirzəyeva Zöhrə Məzayir qızı
Musayeva Ofeliya Nəsib qızı
Mürvətov Nəcməddin Tacı oğlu
Nəcəfova Naibə Əliyar qızı
Orucova Xoşqədəm Qəzənfər qızı
Rasulov Məhəmmədəli Rasul oğlu
Rəhimova Esmira Hüseyn qızı
Rəhimova Məsmayə Musa qızı
Rzayeva Sevinc Əmir qızı
Səfərov Şəmsi İldırım oğlu
Şərifova Nailə Nazim qızı
Şirəliyev Çingiz Ağasadıq oğlu
Talıbova Pərvanə Niyazi qızı
Tarverdiyeva Sima Əliş qızı
Tkaç Lyudmila Mixaylovna
Yaqubova Dursun Həsən qızı
Yusifova Rəna Oruc qızı
Zalov Bunyat Zal oğlu
Zülfüqarova Validə Ziliş qızı

Dövlət başçısının digər sərəncamı ilə aşağıdakı təhsil işçiləri Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib:

Abbaslı Aybəniz Ərzuman qızı
Abbasov Mürvət Əzim oğlu
Abdullayev Əfrəddin Əli oğlu
Abdullayeva Rəfiqə İsa qızı
Allahverdiyeva Rəsmiyyə Mövla qızı
Aşımova Afət Nazim qızı
Babayeva Xanımqız Şüriyyə qızı
Babayeva Məhbubə Hətəm qızı
Bağmanov Tinov Şaban oğlu
Bayramova İradə İsmayıl qızı
Bəhlulova Dilbər Vaqif qızı
Camalova Ədalət Camal qızı
Daşdəmirova Mətanət Aydın qızı
Ələsgərov Səttar Sabir oğlu
Əliyev Cavanşir Əli oğlu
Əliyev Dadaş Ağaməşədi oğlu
Əliyev Faiq Xanlar oğlu
Əliyeva Gülzar Əlirza qızı
Əliyeva Mədinə Şirzad qızı
Əliyeva Vüsalə Abazər qızı
Əmikişiyev Vidadi Əli oğlu
Əskərova Ədalət Sultan qızı
Əsgərova Xalidə Soltan qızı
Əzizov İdris Fərəculla oğlu
Gözəlova Nayirə Oruc qızı
Həbibov Həbib İzzət oğlu
Həsənov Əli Vəli oğlu
Həsənova İradə Əkbər qızı
Həsənova Məlahət Nufu qızı
Xankişiyev Əbülfət Cəlil oğlu
Xəlilova Söylü Nüşirəvan qızı
İsmayılova Zeynab Xanım Heybət qızı
Kərimova Azadə Salam qızı
Qarayeva Reyhan Qara qızı
Qasımova Fatma Əziz qızı
Qasımova Svetlana Talıb qızı
Qəhrəmanova Afət Qüdrət qızı
Qənbərova Cəmilə Allahqulu qızı
Quluzadə Gülarə Knyaz qızı
Qurbanov Dilavər İskəndər oğlu
Qurbanova Yeganə Məhəmmədəli qızı
Manafov Elçin Tair oğlu
Məmmədov Musa Rəhim oğlu
Məmmədova Yaqut Paşa qızı
Mirzəyev Məhəmməd Əşrəf oğlu
Mirzəyeva Amaliya Səyyad qızı
Nərimanova Talehə Ələsgər qızı
Novruzov Əbülqasım Yəhya oğlu
Novruzov Qismət Əlikişi oğlu
Rəhimov Həbulla Rəhmət oğlu
Rəsulova Gülər Musa qızı
Rustamova Təranə Vilayət qızı
Salahova Mehriban Ədalət qızı
Seyidova Yeganə Mirabbas qızı
Səlimova Səmayə Məmmədhəsən qızı
Səmədov Fəxrəddin Salman oğlu
Soltanov Şahin Şahalı oğlu
Süleymanova Sevil Yəhya qızı
Tixomirova Tatyana Yevgenyevna
Ulfanov Canpolad Asim oğlu
Zeynalova Rəqsanə Dilən qızı.

Azərbaycan prezidenti daha bir sərəncamı ilə Xəyyam Hadi oğlu Mirzəzadəni Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Azərbaycan tərəfinin erməni hərbçilərini məhv etməsinin görüntüləri yayılıb - VİDEO

Ermənista Müdafiə Nazirliyində bu ölkənin jurnalistləri ilə görüş keçirilib.

"Dalğa TV"nin Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüşdə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər, erməni tərəfinin xeyli itki ilə üzləşməsi məsələsi müzakirə olunub.

Mətbuat konfransında erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin "rəsmiləri"nin açıqladığı məlumatlara inanmadıqlarını deyib. Onlar son günlərdə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Ermənistan MN-in rəhbərliyindən açıqlama-izahat istəyib. Lakin nazirlik erməni hərbçilərin məhv edilməsilə bağlı yayılan videolarla bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

"Dalğa TV" ermənilərin sosial şəbəkələrdə yaydığı və Ermənistan hərbçilərinin məhv edilməsini özündə əks etdirən videogörüntüləri təqdim edir.

 

Ermənilərdən növbəti TƏXRİBAT: Ağdərə-Ağdam yolu çəkilir

Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş torpaqlarında növbəti təxribata əl atıblar.

"Dalğa TV" xəbər verir ki, separat çı Dağlıq Qarabağ Respublikasının şəhərsalma naziri Karen Şahramanyan işğal altındakı ke çmiş Ağdərə rayonunun ərazisinidən Ağdama yol çəkəcəklərini bildirib.

Ağdərə rayonundan Aknaya (Ağdam) gedən yol təmir olunacaq -deyə separat çı qurum rəsmisi deyib.

Təmir işlərinin gələn ilin ortalarında başa şatacağı planlaşdırılır. Yerli mənbələr Ağdərə-Ağdam yolunun təmir olunmasını hərbi məqsədlər üçün edildiyini bildirir.

Qurban kəsirdi, amma özü qurbandan öncə can verdi - VİDEO

Qurban kəsmək üçün bir neçə nəfər bir araya gəlib.



İnəyi yerə yıxıb ayaqlarını bağlayan zaman ətrafdakılar acı bir hadisəyə şahid olublar.

Qurbanı kəsən şəxsin yaxınlarının bayramı bir anda yasa çevrilib. Həqiqətən də, insan hər an ölümə hazır olmalıdır!

Buyurun hadisənin davamını özünüz izləyin:

Saytda Axtarış

Son xəbərlər