Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1566
DünənDünən5773
Bu həftəBu həftə38282
Bu ayBu ay44070
Bu günə qədərBu günə qədər8405701

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Misirdəki diasporumuz ermənilərin yalanını ifşa etdi

alt

Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festival"-ında Azərbaycanın da iştirak etdiyi 12 ölkə təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, festivalın açılış günüdə 3 nəfərdən 2-i erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb.

Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin kəskin etirazına səbəb olub.

Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verib, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub.

Azərbaycandan İranla bağlı - Reaksiya

alt

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev İran İslam Respublikası və altılıq arasında İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilmiş son danışıqlara münasibət bildirib.

Abdullayev bildirib ki,Azərbaycan Respublikası İran İslam Respublikası və altılıq arasında İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilmiş son danışıqların müsbət məcraya doğru yönəlməsini məmnunluq hissi ilə qarşılayır müsbət məcraya doğru yönəlməsini məmnunluq hissi ilə qarşılayır.

Prezident sərəncam imzaladı

alt

Azərbaycan Prezidenti İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975) 1-ci hissəsinin birinci abzasında “və əməkdar hüquqşünas” sözləri “, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi” sözləri ilə əvəz edilsin.

Baş nazır hakım partıyanın sədri seçilib

 alt

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının 3-cü qurultayında Gürcüstanın sabiq Baş naziri Bidzina İvanişvili partiyanın fəxri sədri vəzifəsindən də istefa verdiyini bəyan edib. Qurultayda partiyanın sədri Baş nazir İrakli Qaribaşvili, baş katib isə energetika naziri Kaxa Kaladze seçilib. Partiyanın yeni nizamnaməsi təsdiq edilib, Siyasi Şuranın üzvlərinin sayı isə 21 nəfərdən 12 nəfərə endirilib. Xatırladaq ki, Gürcüstan prezidenti Georgi Margvelaşvili bu ilin noyabrın 20-də İrakli Qaribaşvilini baş nazir təyin edib. 

ABŞ Konqresinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir

altAzərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndə heyəti noyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Sonra nümayəndə heyəti Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.
Qonaqlara erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi, törədilən qanlı hadisələr, o cümlədən Xocalı soyqırımı barədə ətraflı məlumat verilmişdir.

Prezident mətbuatla bağlı mühüm göstərişlər verdi – Jurnalistlərlə görüş

alt

Bu gün Prezident İlham Əliyevə "Mətbuatın dostu" mükafatının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə Mətbuat Şurasının üzvləri, Azərbaycan Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun nümayəndələri, bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov sorğunun keçirilmə prinsipləri barədə məlumat verib və İlham Əliyevi qalib olduğu üçün təbrik edib.

Bundan sonra Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov, millət vəkili Aqil Abbas, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, qocaman jurnalist Yusif Kərimov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışlarında Azərbaycan prezidentini təbrik edib, medianın inkişafı ilə bağlı fikirlərini söyləyiblər.

Rauf Arifoğlu metroda qəzet satışı ilə bağlı yaranmış problemi qaldırıb.
Dövlət başçısı bütün problemləri dinlədikdən sonra onların həlli istiqamətində tapşırıqlar verib.
Daha sonra prezident Azərbaycan mediasının durumu ilə bağlı öz düşüncələrini açıqlayıb. İlham Əliyev bildirib ki, Azərbaycanda digər hüquq və azadlıqlar kimi söz və mətbuat azadlıqları da qorunur. Azərbaycanda əhalinin 70 faizdən çoxunun internet istifadəçisi olduğunu və internetdə heç bir məhdudiyyətin olmadığını diqqətə çatdırıb: “Mediaya qarşı heç bir ayrı-seçkilik yoxdur. Ola da bilməz. Qəzet satışı ilə bağlı da heç bir məhdudiyyət yoxdur. Azərbaycanda azad internet məkanı var, bütün ölkə boyu genişzolaqlı internet xətləri çəkilir, insanlar azad şəkildə internetdən istifadə edirlər. Belə olan halda qəzet satışının məhdudlaşdırılmasından söhbət gedə bilməz”.
.
Azərbaycan prezidenti İlham Əliyev çıxışında ölkədə görülən işlərdən, aparılan islahatlardan da danışıb. Ölkə başçısı Azərbaycanda demokratik dəyərlərin, azad söz və medianın mövcud olduğunu qeyd edib. Prezident medianın siyasi qütbləşmədən və xarici dəstəkdən asılı olmaması üçün dövlətin addımlar atmağa hazır olduğunu da bildirib: “Azərbaycanda azad media var. Biz onun daha da inkişaf etməsində maraqlıyıq”.

Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncamı millət vəkilləri necə dəyərləndirir? - SORĞU

alt"Azərbaycan prezidentinin sərəncamını dövlətçilik tariximizin inkişafına verilən dəyər kimi qiymətləndirirəm ". Bu fikirləri APA TV-yə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Millət vəkili Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncamı milli həmrəyliyə və Rəsulzadəyə münasibətdə tarixi ədalətin bərqərar olunmasına xidmət edən tarixi qərar kimi dəyərləndirib.

"Biz bu qərarı alqışlayırıq. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi, ideya atası olub. Bu baxımdan bizim öz keçmişimizə verdiyimiz qiymət və bu qiyməti verən insanların özünü ucaldır. Cəmiyyətdə milli barışığa, həmrəyliyə yol açır. Çox istərdim ki, bu qərar formal xarakter daşımasın və doğurdanda Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi layiqli şəkildə qeyd olunsun. Bakının ən möhtəşəm yerində Məhəmməd Əmin Rəsulzadəyə böyük bir abidə ucaldılsın”.

Millət vəkili Fəttah Heydərov da dövlət başçısının sərəncamını müsbət qiymətləndirib.

"Bu günlərdə bizim hörmətli prezidentimiz Məhəmməd Əmin Rəsulzadənin yubileyini qeyd olunması ilə bağlı sərəncam imzalamaqla azərbaycançılığın , Azərbaycan tarixinin təməlinin bir daha möhkəm olduğunu təsdiq etdi. Əlbəttə Azərbaycanın müstəqilliyi uğrunda fədakarlıq göstərən insanları həmişə qiymətləndirmək lazımdır”.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov isə bildirib ki, müstəqil Azərbaycanın qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olunması tarixi hadisə olacaq. Məhəmməd Əmin Rəsulzadənin büstünün bu günə kimi qoyulmamasına da münasibət bildirən rektor bu məsələnin hər zaman aktual olduğunu diqqətə çatdırıb.

Gürcüstan və Türkiyə prezidentləri arasında telefon danışığı olmuşdur

Gürcüstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Prezident Georgi Marqvelaşvili ilə Türkiyə Prezidenti Abdullah Gül arasında telefon danışığı olmuşdur.
Abdullah Gül Georgi Marqvelaşvilini prezident seçilməsi münasibətilə təbrik etmişdir. Tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparmışlar.
Prezident Abdullah Gül Gürcüstan dövlətinin başçısını Türkiyəyə səfərə dəvət etmişdir. Gürcüstan Prezidenti bu səfərin yaxın gələcəkdə baş tutacağını söyləmişdir.

Misir səfiri “arzuolunmaz şəxs” elan edildi

alt

Türkiyə Misirin diplomatik demarşına cavab verib. Türkiyənin Qahirədəki səfiri Hüseyn Avni Botsalı bu gün Misir XİN-ə çağırılıb. Ona elan edilib ki, Misir Türkiyə ilə diplomatik əlaqələri müvəqqəti işlər vəkili səviyyəsinə endirir və səfir bu ölkədə “arzuolunmaz şəxs” elan olunur. Səfirə Misiri tərk etmək üçün noyabrın 29-unadək vaxt verilib.

Bundan sonra Misirin Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb. Türkiyəni tərk edən səfir Əbdürrəhman Səlahəddinin “arzuolunmaz şəxs” elan edildiyi onun diqqətinə çatdırılıb. 

“Üzüntü duyduğumuz bu durumun tarix qarşısındakı məsuliyyəti Misirdə 3 iyul çevrilişi ilə hakimiyyətə gələn müvəqqəti idarəçiliyin üzərinə düşür. Dost və qardaş Misirin ən qıza zamanda sabitlik və demokratiyaya qovuşmasını və nəticədə ölkələrimiz arasındakı münasibətlərin normala dönməsini arzu edirik”, - Türkiyə XİN-in bəyanatında deyilir.

Ermənistan prezidenti İlham Əliyevlə görüşdən danışdı

alt

"Bu görüş çox güman ki, yeni başlanğıc anlamına gəlir" 


"Azərbaycan Prezidenti ilə görüş çox güman ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir".

Bu sözləri Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti ilə keçirdiyi müşavirədə deyib.

"Vyanada Azərbaycan Prezidenti ilə görüşü necə qiymətləndirirsiniz və danışıqlar prosesində müəyyən irəliləyiş barədə danışmaq olarmı" sualını S. Sarkisyan belə cavablandırıb: "İrəliləyiş barədə danışmağa çətinlik çəkirəm, lakin görüşdən sonra mənim görüşü necə qiymətləndirməyim barədə verilən suala qısa cavab verdim: normal. Doğurdan da normal qiymətləndirirəm, o baxımdan normal ki, bu görüş çox güman ki, danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. Təqribən iki il idi ki, görüşmürdük, bu isə o deməkdir ki, danışıqlar yüksək səviyyədə dayandırılmışdı".

S.Sarkisyanın sözlərinə görə, Azərbaycan tərəfində problemi həll etmək arzusunu görüb və özü də ən qısa müddət ərzində münaqişənin həllində maraqlıdır: "Hər şey tərəflərin bu məsələni hansı şərtlərlə həll edəcəyindən asılı olacaq".

S.Sarkisyan qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə dekabrın əvvəlində dövlət başçılarının yeni göstərişləri əsasında danışıqlar mərhələsini başlamaq tapşırığı verilib: 

"Dekabrda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir".

Putin:“Bu necə sualdır, Ərdoğan bura arvadı ilə gəlib”

alt

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirən prezident Putinin zarafatı jurnalistlərin gülüşünə səbəb olub. 

Ərdoğana Rusiyada girov müqabilində bu yaxınlarda azadlığa buraxılan “Greenpeace” fəalı Gizem Akhanın vəziyyəti ilə bağlı sual verilib. Baş nazirə “Rusiyadan çıxış qadağası olmasa Gizem Akhanı Türkiyəyə özünüzlə götürərsinizmi” sualı ünvanlanıb. Bu zaman Putin müdaxilə edib və “cənab baş nazir bura həyat yoldaşı ilə gəlib. Necə onu özü ilə apara bilər, bu necə sualdır verirsiniz” zarafatını edib. Putinin bu sözlərinə salondakılar gülüşlə cavab veriblər. 

Daha sonra Ərdoğan çıxış edərək Putinlə bu məsələni müzakirə etdiyini, onun girov qarşılığında buraxılmasının önəmli olduğunu deyib. 

Xatırladaq ki, 63 gün idi ki, Rusiyada həbs olunan Gizem Akhan bir neçə saat əvvəl girov müqabilində azadlığa buraxılmışdı. “Arctic Sunrise” gəmisi ilə Şimal Buzlu okeana gedən Akhan və onun dostu 19 sentyabrda Rusiyaya aid neft platformasında nümayiş keçirdikləri üçün həbs olunmuşdular. Akhan ifadəsində yeganə məqsədinin Şimal qütbünün gələcəyi üçün mesaj vermək olduğunu bildirmişdi.

Akif Əlizadə Prezident Administrasiyasına müraciət etdi

alt

"Rəsədxana yaxınlığında tikintiyə qadağa qoyulsun" 


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxınlığında binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edib.

Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, rəsədxana gecə çalışır və binaların işıqları müşahidəyə mane olur.

O, bu kimi hallar aradan qaldırılmalı olduğunu vurğulayıb: “İnanıram ki, Prezident Administrasiyasında bizim narahatlığımıza reaksiya veriləcək. Mətbuatın da bu məsələni diqqət mərkəzində saxlamağa çağırıram”.

Saytda Axtarış

Son xəbərlər