Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1523
DünənDünən5773
Bu həftəBu həftə38239
Bu ayBu ay44027
Bu günə qədərBu günə qədər8405658

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Putin Ermənistana gedəcək- 500 nəfərlə

alt

Rusiya prezidenti Vladimir Putin dekabrın 1-2-də Ermənistanda səfərdə olacaq.

Bunu “Azadlıq” radiosuna müsahibəsində Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan deyib.

A. Abramyan səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunacağını söyləyib: “Mən bilirəm ki, Ermənistan prezidentinin Rusiya prezidenti ilə müzakirə etmək istədiyi çox məsələ var”. 

A. Abramyan V. Putinin rəhbərlik edəcəyi nümayəndə heyətinə 500-ə yaxın insanın, o cümlədən iş adamlarının daxil olacağını və İrəvanda Ermənistan-Rusiya biznes forumunun keçiriləcəyini də əlavə edib. 

Baş prokuror istefa verdi

alt

Gürcüstanın Baş prokuroru Arçil Kbilaşvili istefa verib. Bu barədə o, cümə axşamı xüsusi brifinqdə bəyan edib.

Kbilaşvili bildirib ki, onun istefası yaxın vaxtlarda öz postunu tutacaq yeni Baş nazir İrakli Qaribaşvili ilə bağlı deyil: "Biz bir çox vaxtlarda birlikdə çalışmışıq, cinayətkarlarla mübarizə tədbirlərini işləyib hazırlamışıq. Lakin, əlbəttə, aramızda fikir ayrılıqları var ki, bu da təbiidir. Lakin mənim istefam bununla bağlı deyil".

Baş prokuror bildirib ki, bir il ərzində o, prokurorluğun liberallaşdırılmasını həyata keçirmək və total terror sisteminin dəyişdirilməsi üçün hər şeyi edib. 

O qeyd edib ki, bədnam "koabitasiyalaşma" dövrünün prokuroru olub və bu, onun fəaliyyətində əks olunub.

Kbilaşvili bəyan edib ki, onun istefası bir çox halda Baş nazir Bidzina İvanişvilinin istefası ilə şərtlənir, odur ki, ictimai sektorda onunla birlikdə dayanmaq niyyətindədir.

İlham Əliyev andiçmə mərasiminə dəvət olundu

alt

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək andiçmə mərasiminə dəvət olunub.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bildirib ki, Gürcüstan XİN-in müvafiq dəvət məktubu noyabrın 1-də Azərbaycan prezidentinə göndərilib.

Eyni zamanda Azərbaycanın baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov da inauqurasiya mərasiminə dəvət alıb.

Nazir: “Tələbimiz Qarabağın azad edilməsidir“

alt

Türkiyə Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini tələb edir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə parlamentinin xarici əlaqələr komissiyasında millət vəkillərinin qarşısında bildirib.

"Bizim tələbimiz Qarabağın azad edilməsidir. Bununla bağlı irəliləyiş gözləyirik", - nazir bunu İğdırı təmsil edən millət vəkili Sinan Oğanun Ermənistanla sərhədin açılması ilə bağlı sualına cavab olaraq bildirib.
Nazirin sözlərinə görə, ancaq Azərbaycan torpaqlarının azad olunmasından sonra, türk-erməni əlaqələrinin normallaşması bağlı müzəkilərər aparıla bilər.

Heydər Əsədov gürcüstanlı həmkarı ilə görüşdü- Foto

alt

Azərbaycanda səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.

Səfər çərçivəsində kənd təsərrüfatı naziri H.Əsədov gürcüstanlı həmkarı Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. H. Əsədov Azərbaycan və Gürcüstan arasında münasibətlərin Heydər Əliyevin sayəsində daha da möhkəmləndirildiyini və bu gün bu əlaqələrin prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini qeyd edərək, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, həyata keçirilən layihələrdən danışıb. 

H.Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu da bildirib. O, yeni sitruslar, çay və üzüm sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssiələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadə imkanları və Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcminin artırılması üzrə səylərin artırılması ilə bağlı təkliflər irəli sürüb.

H.Əsədov Azərbaycan və Gürcüstanın aqrar sahədə elmi-araşdırma institutları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanması və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gürcüstanın aparıcı ali məktəbləri və elmi mərkəzlərində təcrübə keçməsi ilə bağlı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

Şalva Pipiya iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. 

Serj Sarkisyan həmsədrləri qəbul edıb

alt

Ermənistana səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu ölkənin prezidenti Serj Sarkisyanla görüş keçiriblər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin indiki mərhələsi və sonrakı addımlar müzakirə edilib.

Nazir müavini istefa verdi

alt

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ordu sıralarından tərxis olunmaq üçün raport yazıb.

Nazir müavininin raportu ötən həftə yazdığı bildirilir.

Raportla bağlı müvafiq qərarın yaxın vaxtlarda qəbulu gözlənilir.

Elmar Məmmədyarov Küveytin yeni səfirini qəbul edib

alt

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveyt dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, diplomat etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

E. Məmmədyarov Əl-Rumini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə son illər ərzində iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunaraq mövcud əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanlı deputatlar AŞPA-da Rusiya-Gürcüstan müharibəsinin nəticələrinə dair müzakirələrdə iştirak edəcək

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞPA-nın Monitorinq, Hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-dən 8-dək Parisdə səfərdə olacaqlar. Monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycan və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Fransa üzrə monitorinq prosesinin başlanmasına dair təklif, Rusiya və Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələri, insan orqanları ilə ticarətlə mübarizəyə dair Avropa Şurası Konvensiyasının müzakirəsi, insan haqları sahəsində pozuntulara görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi zərurəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. 

Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi: “Rusiya ilə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasına hələ çox var”

“Gürcüstan və Rusiya arasında mehriban qonşuluq münasibətlərinin bərpa olunmasına hələ çox var”. Bunu Gürcüstan baş nazirinin Rusiya ilə qarşılıqlı əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətləri ilk növbədə dirəndiyi dalandan çıxarmaq, sonra mehriban qonşuluq münasibətləri qurmaq lazımdır: “İlk növbədə münasibətlərdəki kəskin problemləri, o cümlədən 2008-ci ilin avqust hadisələrindən sonra yaranmış problemləri aradan qaldırmaq lazımdır”.

Z.Abaşidze qeyd edib ki, bu kəskin problemlərin müzakirəsindən sonra onların həlli perspektivi yaranacaq: “Gürcüstanın yeni hökuməti bir il ərzində Rusiya ilə ticarət-iqtisadi, mədəni və humanitar əlaqələrin bərpası və inkişafı yolunda ilk uğurlu addımlarını atıb”.

Gürcüstan prezidentinin iqamətgahı universitetə veriləcək - FOTO - DalgaTV VIDEO

alt

 

Gürcüstan prezidentinin paytaxt Tiflisin Avlabar rayonunda yerləşən iqamətgahı Gürcüstan-Amerika Universitetinə veriləcək. Bunu yeni prezident Georgi Marqvelaşvili açıqlayıb.

G. Marqvelaşvili universitetin gələn il açılacağını deyib: “Bu, çox maraqlı layihədir və Gürcüstana yüksək keyfiyyətli təhsil gətirəcək. Mən çox şadam ki, büdcədən bu cür təmtəraqlı binaya ayrılan vəsait gürcü tələbələrinə və onların təhsilinə xərclənəcək”.  

Qeyd edək ki, G. Marqvelaşvili daha öncə verdiyi açıqlamada prezident iqamətgahında oturmayacağını və Dövlət Dəftərxanasının binasında fəaliyyət göstərəcəyini bildirmişdi.  

Avlabardakı iqamətgah 2004-2009-cu illərdə Mixail Saakaşvilinin təşəbbüsü ilə inşa edilib.  

Mehriban Əliyeva Canfranko Ravazi ilə görüşdü- FOTO

alt

Noyabrın 4-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb.

Kardinal Canfranko Ravazini Heydər Əliyev Fondunda salamlayan Azərbaycanın birinci xanımı onu Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsi münasibəti ilə təbrik edib. 

Mehriban Əliyeva son illər Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin, xüsusi ilə də mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsində kardinalın rolunu yüksək qiymətləndirib.

Birinci xanım Mehriban Əliyeva Vatikanda keçirilən tədbirlərin, dünyanın ən möhtəşəm mədəniyyət ocaqlarından olan Vatikan muzeyində Azərbaycan ilə bağlı sərgilərin Canfranko Ravazinin təşəbbüs və dəstəyi ilə reallaşdığını bildirib. 

Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın uzunmüddətli olduğunu vurğulayan birinci xanım həyata keçirilən birgə layihələrin davam etdirilməsində Heydər Əliyev Fondunun maraqlı olduğunu demişdir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun həm müxtəlif bərpa işlərində iştirak etməyə, həm də sərgilər keçirməyə hazır olduğunu diqqətə çatdırıb.

İkinci dəfədir Heydər Əliyev Fondunda olmaqdan məmnunluq ifadə edən Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Azərbaycanın birinci xanımına təşəkkürünü bildirib.

Kardinal Canfranko Ravazi Mehriban Əliyevanın Romaya səfərlərinin ölkələrimiz arasındakı möhkəm əlaqələrin sübutu olduğunu bildirib.

Canfranko Ravazi ikitərəfli münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Saytda Axtarış

Son xəbərlər