Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1341
DünənDünən5773
Bu həftəBu həftə38057
Bu ayBu ay43845
Bu günə qədərBu günə qədər8405476

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Şevardnadze: “Gürcüstan Azərbaycanın dəstəyini hiss edir”

alt

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib. 

Məktubda xoş arzularını vurğulayan E. Şevardnadze bildirib: 

“Əziz İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizin bu inamlı qələbəniz çox sınaqlardan keçərək bu həlledici gündə bir daha düzgün seçim etmiş Azərbaycan xalqının müdrikliyinə sübutdur. Dəfələrlə qeyd etdiyim kimi, bizim hamımızın bəxtimiz gətirib ki, tarixin bu məsul dövründə Azərbaycanda hakimiyyət sükanının arxasında İlham Heydər oğlu Əliyev kimi istedadlı bir dövlət xadimi – zəmanəmizin görkəmli siyasi xadimi, mənim sədaqətli dostum və qardaşım Heydər Əlirza oğlu Əliyevin layiqli varisi dayanır. Sizin qeyri-adi qabiliyyətləriniz Prezident Heydər Əliyevin müdrik kursunu uğurla davam etdirməyinizə kömək etmişdir. Məhz Heydər Əliyevin sayəsində Gürcüstandan fərqli olaraq Azərbaycanda yeni sosial-iqtisadi sistemə keçidə nisbətən rəvan şəkildə, az itkilərlə nail olunmuşdur. Minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, biz Gürcüstanda problemlərin həlli istiqamətində mübarizədə qardaş Azərbaycan xalqının dəstəyini daim hiss edirik. Mənim təbriklərimə qızım Manana, oğlum Paata və onların ailələri də qoşulurlar, çünki Sizin qələbəniz bizim ümumi sevincimizdir”. 

Jurnalistlər İlham Əliyevə müraciət etdi

alt

Azərbaycanın bir qrup jurnalisti prezident İlham Əliyevə müraciət edib.

Müraciətə səbəb“Xəzər” TV-nin “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuranın səhhətinin pisləşməsi ilə bağlıdır: 

“Hörmətli cənab Prezident, biz, bir qrup azərbaycanlı jurnalist, Sizə həmkarımız, tanınmış jurnalist Nuran Hüseynova kömək etmək xahişi ilə müraciət edirik. İnsanlara kömək məqsədi daşıyan “Xeyir körpüsü” televiziya verilişinin aparıcısı olaraq o, bədbəxtliyə düçar olmuş və xəstəliklərlə üzləşmiş insanları dəstəkləməyə və onları xilas etməyə çalışırdı. 

Amma iş elə gətirdi ki, 2012-ci ilin yazında Nuran özü bədbəxtliklə üzləşdi. Jurnalistdə ağır xəstəlik - limfoqranulematoz (limfa toxumasının bədxassəli xəstəliyi ) aşkar olundu. İndiyə kimi Nuran Hüseynov Avstriyada, Filippində və Almaniyada müalicə alıb. Xəstəliyin müalicəsi böyük maliyyə vəsaitləri tələb edir. Nurana kömək məqsədilə onun dostları və həmkarları dəfələrlə xeyriyyə aksiyaları keçiriblər. 

Beynəlxalq Muğam Mərkəzi, Bakı Caz Mərkəzi və Azərbaycan Dövlət Filarmoniyasında xeyriyyə məqsədilə tanınmış aktyorların və ifaçıların iştirakı ilə keçirilən konsertlərdə 150 000 avroya yaxın vəsait toplanıb. Amma təəssüf ki, əldə olan vəsaitlər artıq tükənib. Bu günlərdə Nuran Hüseynovun vəziyyəti pisləşib və onun təcili tibbi müdaxiləyə ehtiyacı var. Bununla belə, maddi vəsaitlərin çatışmazlığı üzündən jurnalistin müalicəsi yubanır. Cənab Prezident, Siz dəfələrlə Azərbaycan jurnalistlərinə dəstək və diqqət göstərmisiniz. Sizin şəxsi göstərişinizlə leykoz xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Nicat Dağlar Azərbaycan dövlətinin hesabına Almaniyada müalicə olunur. Sizdən ağır xəstəliyinin müalicəsini başa çatdırmaq üçün köməyə ehtiyacı olan jurnalist Nuran Hüseynovun taleyinə biganə qalmamağı xahiş edirik.

Nuran Hüseynov həyat uğrunda mübarizədə artıq böyük və mürəkkəb yol keçib, xeyli ağrı və əzablara tab gətirib. Ağır xəstəlik üzərində qələbə çalmaq üçün son addımı atması və tezliklə Vətənə qayıtması üçün biz Sizdən jurnalistə yardım əlinizi uzatmağı xahiş edirik”.

Elmar Məmmədyarov Argentinanın millət vəkillərini qəbul edib

altAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 30-da Argentinanın Milli Assambleyasının üzvləri Roberto Mouilleron və Julia Argentina Perieni qəbul edib. Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Argentina nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli siyasi əlaqələrin və parlamentlərarası təmasların inkişafına və beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığa münasibətdə məmnunluq ifadə olunub.

İqtisadiyyat, xüsusilə kənd-təsərrüfatı, mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Prezidenti İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikanı təbrik edib

altAzərbaycan prezidenti İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya ölkəsinin milli bayramı – İnqilab günü münasibətilə təbrik edib.

“İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığının inkişafı yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram”, deyə təbrik məktubunda bildirilir.

İsrail ilə viza rejimi ləğv edildi - DalgaTV VİDEO

Bidzina Ivanishvili 021012

İsrail ilə viza rejiminin ləğv edilməsi qərarı qəbul edilib.
Bu barədə jurnalistlərə Gürcüstan Baş Naziri Bidzina İvanişvili bildirib. Bu gün Bidzina İvanişvili İsrailin Xarici İşlər Nazirliyinin regional ambasadorialda iştirak edib.
"İsrail ilə viza rejimi ləğv edilib və gürcüstanlılar İsrailə vizasız gedə biləcək. Bunun belə bir qısa zamanda həyata keçirilməsi praktik olaraq mümkün deyil. Amma biz bunu qısa müddətdə edə bildik və mən bunu üçün çox təşəkkür edirəm," - deyə İvanişvili vurğulayıb.

Baş Nazirə hədiyyə - DalgaTV VİDEO

Bidzina Ivanishvili 021012

Gürcüstan Baş Naziri Bidzina İvanişvili Gürcüstanın Silahlı Qüvvələrin III Piyada Briqada komandiri, vitse-polkovnik Malxaz Merlan və Təlim və Hərbi Təhsil komandanının müavini, polkovnik Aleksandre Kiknadze ilə görüşüb.
Onlar Baş Nazirə simvolik hədiyyə - Gürcüstan milli bayrağını verdilər.

İlham Əliyev Serbiyanın keçmiş Prezidentini qəbul etdi

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Putinin nümayəndəsi Orxan Zeynalovun həbsindən danışdı

alt

“Rusiyanın Azərbaycanla münasibətlərə dair hər hansı sualı və şübhəsi yoxdur. Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Bu siyasət hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil”. Bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələri və Orxan Zeynalovun həbsini şərh edən M. Şvıdkoy bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı, Azərbaycanda isə xeyli rus yaşayır: “Biz bir-birimizdən asılıyıq. Bizim üçün millətlərarası sülh vacibdir. Ölkələrimiz arasında münasibətlər dayanıqlı və stabil xarakter daşıyır. Hərdən müəyyən insidentlər baş verə bilər, lakin bunlar ciddi xarakter daşımır”.

M. Şvıdkoy qeyd edib ki, Rusiyada anti-Azərbaycan və Azərbaycanda antirus əhval-ruhiyyəsinə yol vermək olmaz. 

Gülər Əhmədova Gürcüstana niyə getmək istədiyini açıqladı

alt

"Bu hadisələrdən bir az uzaqlaşmaq istəyirdim" 


"İnsult keçirəndən sonra Bakıda xəstəxanaya dostlarımın yanına yoxlanmağa getdim. Lakin dedilər ki, bura jurnalistlər gələcək, bizə problem yaranacaq. Elə bil cüzam xəstəsiydim. Məndə inciklik yarandı. Gürcüstan parlamentində deputat tanışım var, yaxşı həkimdir. Ona görə Gürcüstana getməyə qərar verdim. Bu hadisələrdən bir az uzaqlaşmaq istəyirdim. Elə bilirdim ki, hamı məndən danışır. Həm də qıcolmalarım olurdu. Çox qorxurdum. Bilsəydim ki, ölkədən çıxışıma qadağan qoyulub, getməzdim”.

APA-nın məlumatına görə, bunu bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə həbsdə olan sabiq deputat Gülər Əhmədova deyib.

G. Əhmədova vəkili Əfsər Talıbovun suallarını cavablandıran zaman bildirib ki, Gürcüstana getmək istəyərkən sərhəddə saxlanılıb: “Dedilər ki, gözləyin, polis gələcək. Gəlib apardılar Bakıya. Dedilər, ölkədən qaçmaq istəmişəm. Mən isə dedim ki, istəyirsiniz məni tutun, amma yoldaşımı buraxın, o xəstədir. Xahiş etdim ki, onun gözünün qabağında əlimə qandal vurmasınlar. Orada bir psixoloji təzyiq yaratdılar. Həmin vaxt mənə nə desəydilər, onu da yazacaqdım”.

Hakimlərin suallarını cavablandıran G. Əhmədova E. Abdullayevin yanına seçicilərinin maraqları üçün getdiyini açıqlayıb. O, S. Babayevanın Türkiyədə “Məryəm Solmaz” adı ilə yaşadığı barədə S. Babayeva rəhmətə gedəndən sonra KİV-dən oxuduğunu bildirib.

Bundan sonra prosesdə şahid Tavad Şirvanova ifadə verib. Şahid 2010-cu ilə qədər ABU-da işlədiyini, S. Babayevanı da oradan tanıdığını bildirib. 

T. Şirvanova ifadə verəndən sonra prokuror onun indi danışdıqları ilə istintaqa verdiyi ifadə arasında böyük ziddiyyət olduğunu deyib və məhkəmədən T. Şirvanovanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini istəyib. İfadə elan olunub. İfadədə T. Şirvanova G. Əhmədovanın deputat seçilməsi üçün E. Abdullayayevdən 500 min, əlavə şərait yaratması üçün isə 500 min ABŞ dolları alması barədə S. Babayevadan eşitdiyini deyib: “Mən son vaxtlar hər axşam Sevinclə telefonla danışırdım. Sevinc hər dəfə bildirirdi ki, Elşadın pulunu qaytarmadığı üçün Gülərlə danışmır. Sevinc deyirdi ki, Allah Gülərin bəlasını versin, onu Elşadla düşmən eləyib, qazanc mənbəyi kəsilib”.

İfadə elan olunandan sonra T. Şirvanova ibtidai istintaq zamanı verdiyi ifadəyə oxumadan qol çəkdiyini, ifadənin çox hissəsinin ona məxsus olduğunu bildirib. 

Sonra şahid Səadət İmranova ifadə verib. Şahid ifadəsində Gülər Əhmədovanın Elşad Abdullayevdən pul almasını Sevin Babayevadan eşitdiyini deyib.

Proses günün ikinci davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Gülər Əhmədova AzNews.az-ın yaydığı intihar xəbərini təsdiqlədi - Aylar sonra

alt

Sabiq deputat Gülər Əhmədovanın intihara cəhd etməsi ilə bağlı bu il aprelin 17-də AzNews.az-ın yazdığı məlumatı bugünkü məhkəmə prosesində təsdiqləyib. 

Qeyd edək ki, AzNews.az-a həmin vaxt əldə etdiyi məlumata görə, G.Əhmədova istintaq müddətində psixoloji gərginliyə dayana bilməyərək intihara cəhd edib. 

Sabiq deputat vəkili Raqif Mustafayev vasitəsilə bu məlumata dərhal münasibət bildirən G.əhmədova AzNews.az-a göndərdiyi açıqlamada “İslama görə, intihar edənin məkanı cəhənnəmdir. Hər namazımda Allahdan məni əməl dəftəri sağ əlinə verilənlərdən olmağımı təvəqqe edirəm. Mən heç vaxt intihar etməyəcəyəm. Bunu gözləyənlərin arzusu ürəyində qalacaq. Ölüm Allahın əmridir. Zamanı çatanda hamı Allahın dərgahına yollanacaq. Amma həyatı çox sevirəm. Hələ oğullarımın toyunu görmək, nəvələrimi böyütmək arzusundayam. Inşallah, hər şey aydınlaşacaq. Kimin kim olduğunu Allah öz qeybindən bildirəcək” deyə bildirmişdi. 

Bir neçə ay əvvəl dediklərini isə G.Əhmədova bugünkü məhkəmə prosesində təkzib edib. İntihara cəhd etdiyini təsdiqləyən G.Əhmədova “Elşad Abdullayev mənimlə bağlı məlum videonu yayandan sonra şoka düşmüşdüm. Əllimi həyatdan üzmüşdüm. Gözləmədiyim insanlardan gözləmədiyim reaksiyalar gördüm. Bir dəfə 24 saat insult keçirdim. Bir dəfə də intihara cəhd etdim. Hər gün dərman atıb yatırdım” deyə bildirib.

Generalın yerinə vəzifəyə gətirilən şəxs məlum oldu

alt

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilovun Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə işdən çıxarılması barədə məlumat vermişdik.

Ehiram Xəlilovun yerinə Tovuz rayon Gömrük İdarəsinin rəhbəri Vəzir Həsənov gətirilib.
Dövlət Gömrük İdarəsinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Bu arada Ehtiram Xəlilovun təyinatı barədə də məlumat yayılıb. "Aznews.az"ın xəbərinə görə, general-mayor Ehtiram Xəlilov Aksiz Gömrük İdarəsinin rəisi təyin edilib. Məlumat üçün bildirək ki, yeni təyinat əvvəlki görəvinə nisbətdə general-mayor üçün daha aşağı vəzifə sayılır.

Xatırladaq ki, Vəzir Həsənovun çalışdığı yer dəyişmədən öncə, 25 oktyabrda Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev Tovuzda olub və bölgədəki vətəndaşların şikayətlərini dinləyib.

Raul Kastro prezidenti təbrik etdi

alt

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə bildirilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm və ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına hazır olduğumuzu bildirirəm”. 

R. Kastro ən yüksək ehtiramımı qəbul edilməsini də xahiş edib. 

Saytda Axtarış

Son xəbərlər