Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün433
DünənDünən5773
Bu həftəBu həftə37149
Bu ayBu ay42937
Bu günə qədərBu günə qədər8404568

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Moldova ombudsmanı Aureliya Qriqoriu Bakıya gəlib

Moldova ombudsmanı Aureliya Qriqoriu Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıya gəlib. APA-nın məlumatına görə, moldovalı ombudsmanı Heydər Əliyev adına Hava Limanında Azərbaycan Xarici işlər Nazirliyinin nümayəndələri qarşılayıb.

Xatırladaq ki, Aureliya Qriqoriu İrəvanda keçirilən beynəlxalq tədbirdə Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini, erməniləri azərbaycanlılara qarşı soyqırım apardığını bəyan edib. Bu çıxışından sonra o, Ermənistandan çətinliklə salamat çıxa bilib. Qriqoriu hələ də ermənilərin təzyiqinə məruz qalır.

Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər 2014-cü ildə qüvvəyə minəcək

“Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş yəqin ki, Vilnüs sammitində imzalanacaq. Lakin bu sazişin qüvvəyə minməsi üçün readmissiya haqqında sazişin imzalanması da vacibdir”.


APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils deyib. O bildirib ki, readmissiya haqqında sazişin hazırlanması yekunlaşma mərhələsindədir və tam hazır olması üçün bir qədər vaxt tələb olunur: “Bütün paket 2014-cü ildə qüvvəyə minəcək”.

Xatırladaq ki, Azərbaycan və AB viza rejiminin sadələşdirilməsi barədə sazişi paraflayıblar. Sənədin imzalanmasından sonra Azərbaycan vətəndaşlarının Şengen vizası alması qaydaları sadələşəcək, viza üçün ödənən rüsum azalacaq və s..

Avropa Parlamentinin üzvü İvo Vayql: Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüquq normalarını kobudcasına pozmuşdur

Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüquq normalarını kobudcasına pozmuşdur.
Bu sözləri Avropa Parlamentinin Sloveniyadan olan üzvü İvo Vayql Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğusuna cavabında demişdir.
Ermənistanın işğalçılıq siyasətinin regional sabitliyə təhdid olduğunu söyləyən İ.Vayql rəsmi Yerevanın öz qoşunlarını Dağlıq Qarabağdan və digər işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmasının vacibliyini vurğulamışdır.
Avropa Parlamentinin deputatı qeyd etmişdir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi bütövlüyü prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün vacibdir. Əgər Avropa İttifaqının “Şərq tərəfdaşlığı”na üzv dövlətlərdən biri həmin prinsipə əməl etmirsə, bu, bütün ölkələr üçün problem deməkdir. Odur ki, bu məsələ tezliklə həllini tapmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından zorla çıxarılmış hər bir məcburi köçkün öz doğma yurduna qayıtmalıdır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın təkcə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmini ilə məhdudlaşmadığını deyən İ.Vayql ölkəmizin regiondakı sabitliyin əsas qarantı olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün ölkələrin əməkdaşlığı vacibdir və buna görə də beynəlxalq birlik bu istiqamətdə daha ciddi səy göstərməlidir.

Gürcüstan prezidenti sevdiyi qadından danışdı

alt

Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Margvelaşvili şəxsi həyatı ilə bağlı sualı cavablandırıb. 

Jurnalistlərə danışan Margvelaşvili bir xanımla ciddi münasibətlərinin olduğunu və bu gün nəyisə dəyişmək niyyətində olmadığını bildirib.

Yerli mətbuatda Margvelaşvilinin musiqiçi və rəssam Maka Çiçua ilə münasibətlərinin olduğu yazılır. Onların birlikdə ictimai yerlərdə göründükləri və bunu heç kimdən gizlətmədikləri bildirilir.

Margvelaşvili hazırda subaydır. Onun bir qızı var.

İlham Əliyev Abdullah Gülə zəng etdi

alt

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə prezidenti Abdullah Gülə zəng edib.

Dövlət başçısı Türkiyə prezidentinə ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə prezidenti diqqət və təbriklərə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Rusiya Ombudsmanından Orxan Zeynalovla bağlı açıqlama

alt

Rusiyanın İnsan Haqları üzrə Müvəkkili Vladimir Lukin Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsində şübhəli bilinən Orxan Zeynalovun zorakı şəkildə saxlanılmasının əsassız olduğunu hesab edir. 

Onun fikrincə, bu faktla bağlı daxili işlər orqanlarında yoxlamalar aparılmalıdır. 

Lukin deyib: "Bu, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əsası olmayan sərt tədbirlər idi. O, bu zaman müqavimət göstərmirdi və bu da təbii ki, daxili işlər orqanlarının ciddi səhvidir".

Ombudsmanın sözlərinə görə, o, Zeynalovun vəkilinin olması və ona qarşı zorakılığın tətbiq olunmamasının qayğısına qalıb: "Mənim məlumatına görə, Zeynalov hazırda istintaq nəzarəti altındadır, ona qarşı hər hansı bir zorakılıq halı tətbiq edilmir, lakin mən bunu yoxlayacağam".

Baş Prokurorluqdan Gülər Əhmədovanın iddialarına cavab

alt

Baş Prokurorluq həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşan Elşad Abdullayevin Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilməməsi barədə səsləndirdiyi iddialara cavab verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunacağı barədə Baş Prokurorluğunun rəhbərliyi tərəfindən mövqe bildirildiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib: “Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq”.

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

alt

Prezident İlham Əliyev Gürcüstanda baş tutan seçkilərdə qalib gəlməsi münasibəti ilə Georgi Marqvelaşviliyə təbrik məktubu yollayıb. 

Təbrikdə deyilir: “Hörmətli cənab Marqvelaşvili, Gürcüstan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq və dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasındakı bu ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlığımız və çoxşaxəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da hərtərəfli inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. 
Hörmətlə, İlham Əliyev”

Prezident Avropa Olimpiya Komitəsinin prezidentini qəbul etdi

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul edib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulandı, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Yeni prezidentin inaqurasiya mərasimi noyabrda keçiriləcək

alt

Gürcüstanın yeni seçilən prezidenti Giorgi Marqvelaşvilinin inaqurasiya mərasimi noyabrın 17-ində keçiriləcək. Gürcüstan Konsitutsiyasına əsasən yeni Prezidentin inaqurasiya mərasimi seçkilərdən üç həftə sonra keçirilməlidir.

Georgi Marqvelaşvili: “Gürcüstanda siyasi təqiblər olmayacaq”

altGürcüstanda siyasi təqiblər olmayacaq.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili bu gün baş naziri Bidzina İvanişvil ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ukraynalı jurnalistin sabiq prezident Mixail Saakaşvilinin təqib edilib-edilməyəcəyi barədə sualını cavablandıran G.Marqvelaşvili deyib ki, prezident prokuror səlahiyyətlərinə malik deyil: “Siyasi və mənəvi təqibin olmayacağının qarantı mənəm. Lakin cinayətə görə təqib mənim səlahiyyətlərim xaricində olan mövzudur. ABŞ, Avropa dövlətləri hüquqi əsaslarla qurulub və bizim dövlətin təməli də belədir”.

Azərbaycan prezidenti İlham Əliyev Abdullah Gül və Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.


APA-nın məlumatına görə, dövlət başçısı Türkiyənin milli bayramı – Respublika gününün 90-cı ildönümü münasibətilə Türkiyə rəhbərliyini və xalqını Azərbaycan xalqı və öz adından təbrik edib.

“Biz bu tarixi günün qürurunu Türkiyə xalqı ilə bölüşür, sevincinizə qoşuluruq. Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri ortaq mənəvi dəyərlərimizdən və tarixi köklərimizdən güc alır. Sarsılmaz birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməl daşıdır.

İnanıram ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə daim böyük töhfələr verəcək”, - deyə təbrikdə vurğulanır.

Saytda Axtarış

Son xəbərlər