Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3290
DünənDünən5773
Bu həftəBu həftə40006
Bu ayBu ay45794
Bu günə qədərBu günə qədər8407425

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev avstriyalı həmkarı ilə görüşdü

alt

Azərbaycan prezidenti İlham Əliyev avstriyalı həmkarı Haynts Fişer ilə görüşüb.

Avstriyada səfərdə olan İ. Əliyev Vyanada, “Hofburq” Prezident Sarayında həmkarı ilə görüşüb. 

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Putin və Ərdoğan görüşəcəklər- Sankt-Peterburqda

alt

Noyabrın 21-22-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Rusiya-Türkiyə yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək.

V. Putin və R. T. Ərdoğan nazirlərin və dövlət idarələri rəhbərlərinin müxtəlif sahələr üzrə məruzələrini dinləyəcəklər. Əsas müzakirə mövzusu ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq və enerji sahəsində həyata keçirilən birgə strateji layihələrin icrası olacaq.

Toplantının yekununda bir sıra sənədlər imzalanacaq.

Sankt-Peterburqda V. Putin və R. T. Ərdoğan arasında ikitərəfli görüş də nəzərdə tutulub.

Vəzifəli şəxs beynəlxalq axtarışa verildi

alt

Azərbaycan vəzifəli şəxs barəsində beynəlxalq axtarış elan edib.

Azərbaycan vətəndaşı, 48 yaşlı İlqar Yadigarov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.

Azərbaycan hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib. 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıblar

altATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ilə bağlı bəyanat yayıblar. APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair məsələlərin müzakirəsini davam etdirmək üçün xarici işlər nazirlərinin müşayiəti ilə Vyanaya gələn Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan prezidenti Serj Sarkisyanı salamlayıb: “Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib. Bu, prezidentlərin 2012-ci ilin yanvarında Soçidə keçirilən sammitdən sonra ilk görüşü idi. Təkbətək görüşdə və daha sonra həmsədrlər və nazirlərin iştirakı ilə keçirilən məsləhətləşmələrdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə geniş əhatəli məsələləri müzakirə ediblər. Prezidentlər məsələnin sülh yolu ilə nizamlanmasına yönələn danışıqlara impuls vermək barədə razılığa gəliblər və nazirlərə tapşırıq veriblər ki, həmsədrlərlə birlikdə daha əvvəl görülən işlərin əsasında sülh prosesini intensivləşdirmək üçün çalışmağa davam etsinlər. Onlar qarşıdakı aylarda yenidən görüşmək barədə razılığa gəliblər. Növbəti addım kimi həmsədrlər ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-6-da Kiyevdə keçiriləcək yığıncağı çərçivəsində nazirlərin işgüzar görüşlərini təşkil edəcəklər”.

Həmsədrlər ilin sonuna qədər yenidən bölgəyə səfər etməyi planlaşdırır.

Gürcüstan prezidenti İrakli Qaribaşvilini baş nazir vəzifəsinə təsdiqləyib

alt

Gürcüstan prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilini rəsmən baş nazir vəzifəsinə təsdiq edib.

İ.Qaribaşvilinin namizədliyi dünən parlament çoxluğu olan “Gürcü arzusu” koalisiyası tərəfindən təqdim olunub.

Yaxın günlərdə İ.Qaribaşvili hökumətin yeni tərkibini təsdiqlənmək üçün parlamentə təqdim etməlidir.

Qeyd edək ki, 31 yaşlı İ.Qaribaşvili Bidzina İvanişvilinin hökumətində daxili işlər naziri postunu tutub.

İlham Əliyevin Ukrayna səfərindən- Fotolar

alt

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-dən Ukraynada səfərdədir. 

İlham Əliyev səfər zamanı ukraynalı həmkarı Viktor Yanukoviçlə də görüşüb.

Prezidentin Ukrayna səfərindən görüntüləri təqdim edirik:

altaltaltaltaltaltalt

İlham Əliyevlə Sarkisyan sabah görüşəcək- Vyanada

alt

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş noyabrın 19-da Vyanada keçiriləcək.

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “twitter” səhifəsində bildirib.

Hazırda Vyanada olduğunu qeyd edən diplomat bu görüşü səbirsizliklə gözlədiyini də vurğulayıb.

Qeyd edək ki, həmsədrlər səfərin təşkili ilə bağlı bir müddət əvvəl regiona səfər ediblər. 

Dövlət başçılarının təkbətək görüşü keçirilib- Ukraynada

alt

Ukraynada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Kiyevdə rəsmi qarşılanma mərasimi keçirilib. 

Qarşılanma mərasimində Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Dövlət başçıları Fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Mərasim iki dövlətin rəsmi nümayəndə heyətlərinin təqdimatı ilə başa çatıb.

Bundan sonra İlham Əliyevin və Viktor Yanukoviçin təkbətək görüşü başlayıb.

İlham Əliyev Putinə başsağlığı verdi

alt

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Dövlət başçısının başsağlığı məktubunda deyilir: "Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Saakaşvili getmədən öncə 1000-dən çox orden verdi

alt

Səlahiyyət müddəti başa çatan Gürcüstan prezidenti Mixail Saakaşvili sonuncu dəfə səlahiyyətlərindən sitifadə edib və 1000-dən çox gürcü və əcnəbini mükafatlandırıb. Onun müxtəlif ordenlərlə təltif etdiyi şəxslər arasında ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da var.

Məlumata görə, mükafatlandırılan şəxslərin Gürcüstan dövlətinin inkişafına, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə verdikləri töhfə nəzərə alınıb. 

Artur Rasizadə İvanişvili ilə görüşdü - DalgaTV VIDEO

Artur Rasizadə İvanişvili ilə görüşdü

Azərbaycanın Baş naziri Artur Rasizadə Gürcüstanın Baş nazir vəzifəsini icra edən Bidzina İvanişvili ilə Tiflisdə görüş keçirib. ANS PRESS-in “Qruziya online”a istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə edilib.

Rasizadə və İvanişvili həmçinin bir sıra regional layihələr və onların başa çatdırılması zəruriliyini də müzakirə ediblər. 
 
Azərbaycanın Baş naziri İvanişvilini Gürcüstan prezidentinin inauqurasiya mərasimindəki bayram əhval-ruhiyyəsi münasibətilə təbrik edib.
 
Xatırladaq ki, bu gün Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimi olub və mərasimdə Azərbaycanı Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Gürcüstanın yeni prezidenti Artur Rasizadə ilə görüşdü

Meeting with the Prime Minister of Azerbaijan Artur Rasizade 1

Gürcüstanda yeni seçilmiş prezident Georgi Marqvelaşvilinin inaqurasiya mərasimi başa çatıb.

Virtualaz.org saytı gürcü qaynaqlarına istinadən xəbər verir ki,  mərasimdən sonra yeni prezident Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb.Görüşdə Azərbaycanla Gürcüstan arasında müxtəlif sferalarda əməkdaşlıq məsələləri müzakirə edilib. Xatırladaq ki, Marqvekaşvilinin inaqurasiya mərasimində Azərbaycanı baş naziri təmsil edirdi. 
 
İnaqurasiya mərasiminə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 53 nümayəndə heyəti –cəmi 200-ə yaxın qonaq iştirak edib. Mərasim Gürcüstan parlamentinin köhnə binasında keçirilib.
 
Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatında Marqvelaşvili ilə Rasizadə arasında keçirilmi görüş haqda deyilir ki, tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq barədə danışıblar. “Xüsusən siyasi, iqtisadi və humanitar sferalarda sonrakı əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə diqqət yönəldilib. Tərəflər mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirməkdə qərarlı olduqlarını ifadə ediblər” deyə açıqlamada bildirilir. 

Saytda Axtarış

Son xəbərlər