Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1510
DünənDünən5773
Bu həftəBu həftə38226
Bu ayBu ay44014
Bu günə qədərBu günə qədər8405645

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Dağlıq Qarabağ münaqişəsi Dövlət Departamentində müzakirə edildi

alt

Dağlıq Qarabağ münaqişəsinin yalnız davamlı və sülh yolu ilə həlli regiona stabillik və əmin-amanlıq gətirə bilər. 

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki keçirdiyi brifinqdə bildirib.

C.Psaki 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin səmasında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun vurulmasının ildönümü olmasını xatırladaraq bunun faciəvi itki olduğunu bildirib.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, bu bir daha münaqişənin hərbi yolla həllinin mümkün olmadığını vurğulayır.
Azərbaycan və Ermənistan prezidentləri arasında bu həftə baş tutmuş görüşü xatırladan C.Psaki qeyd edib ki, Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ münaqişə tərəfləri ilə işləməyə sadiqliyi davam etdirir.

Məhkəmədə Gülər Əhmədovanın ürəyi niyə getdi – Səbəb

alt

O, iki il şərti cəza gözləyirmiş 


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilməli idi. 

Proses başlamamışdan əvvəl dəmir barmaqlıqlar arxasında olan sabiq deputat Gülər Əhmədova huşunu itirərək yerə yıxılıb. Dərhal onu zaldan çıxardılar və təcili tibbi yardım çağırıldı. Lakin G.Əhmədovanın səhhəti qənaətbəxş olmadığına görə, proses 25 noyabr tarixinə təxirə salındı. 

Bizimyol.info saytına daxil olan məlumata görə, Gülər Əhmədovanın halının pisləşməsinə eşitdiyi bəd xəbər səbəb olub. Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmasını istəyib. Lakin Gülər Əhmədovanın özünə bildirilib ki, oxunacaq hökmdə 2 il şərti cəza veriləcək. Tezliklə azadlığa çıxacağına əminlik yaransa da, məhkəmə icladından əvvəl ona 3 il azadlıqdan məhrumetmə cəzası veriləcəyi barədə məlumat verilib. Bu xəbərdən sonra təzyiqi qəfil qalxan Gülər Əhmədovanın səhhəti pisləşib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Dünənin, bu günün və sabahın partiyası

Astara şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, müstəqil Azərbaycanın tərəqqisi və inkişafında əvəzsiz rolu olan Yeni Azərbaycan Partiyasının ildönümü ölkəmizin hər yerində təntənə ilə qeyd olunur. Partiyanın yaranmasının Azərbaycanın ən çətin dövrünə təsadüf etdiyini vurğulayan Q.Ağayev YAP-ın torpaqlarımıza erməni işğalçıları tərəfindən təcavüz olunduğu, soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşdüyü, ölkədə xaos, hərc-mərclik şəraitinin hökm sürdüyü bir vaxtda təsis olunduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, ölkəni müharibə alovunun bürüdüyü həmin illərdə Naxçıvan Ali Sovetinin sədri seçilən Heydər Əliyev muxtar respublikanın blokada şəraitində yaşamasına baxmayaraq, əhalini aclıq təhlükəsindən xilas etmiş, bir qarış torpağın da işğalına imkan verməmişdir. Şəxsi nüfuzu, siyasi uzaqgörənliyi ilə dünya ölkələrinin diqqətini Azərbaycana və Naxçıvana yönəldə bilən bu böyük siyasi xadim, qonşu Türkiyə və İranla isti münasibətlər yaradaraq Naxçıvan əhalisini hər cür təhlükədən xilas edə bilmişdir.
Diqqətə çatdırılmışdır ki, yaranmış ağır vəziyyəti düzgün qiymətləndirən ziyalılar Azərbaycan xalqı adından ölkəmizi mövcud fəlakətdən qurtarmaq üçün ümummilli lider Heydər Əliyevə müraciət etmişlər. Görkəmli və mahir siyasətçi Heydər Əliyev onların müraciətini müsbət cavablandıraraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq vermişdir. 1992-ci il noyabrın 21-də təsis olunan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə ən böyük siyasi qüvvəyə çevrilmişdir.
Bu gücü sıralarında yarım milyondan çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası ölkənin ən nüfuzlu və ən güclü siyasi qüvvəsi kimi ölkəmizin siyasi həyatında mühüm yer tutmaqla, xalqın inamını və etimadını ləyaqətlə doğruldur.
Q.Ağayev xatırlatmışdır ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Astaraya altı dəfə səfər etmiş, rayonun sosial-iqtisadi məsələlərinin həlli üçün çox önəmli sərəncamlar imzalamışdır.
Toplantıda çıxış edənlər dünənin, bu günün və sabahın partiyası olan YAP-ın yaranma tarixindən, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, böyük rəhbərin siyasi xəttinin Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini diqqətə çatdırmışlar.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Prezidentlər təkbətək görüşdü

alt

Noyabrın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Belarus Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

İlham Əliyev Belarus prezidentini qarşıladı

alt

Azərbaycana rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun noyabrın 21-də rəsmi qarşılanma mərasimi olub. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verdi.

Belarus və Azərbaycan dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Belarus prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarusun nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Putin Ərdoğanla görüşəcək

alt

RF Prezidenti Vladimir Putin noyabrın 21-22-də Rusiyada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. 

Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Məlumatda qeyd olunur ki, V.Putin Sankt-Peterburqa gələcək və burada Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak edəcək.

Tədbir çərçivəsində RF Prezidenti və Türkiyə Baş naziri arasında ayrıca görüş keçiriləcək.

R.T.Ərdoğan RF dövlət başçısının dəvəti ilə noyabrın 21-22-də Rusiyada işgüzar səfərdə olacaq.

Gürcüstan parlamenti hökumətin yeni tərkibinə etimad göstərmişdir

Gürcüstan Konstitusiyasında edilmiş dəyişikliyə müvafiq olaraq ölkənin yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçirilmiş inauqurasiyasından sonra hökumət tam tərkibdə istefaya getmişdir.
2012-ci ilin oktyabrında keçirilmiş parlament seçkilərində ən yüksək nəticə qazanmış hakim “Gürcü arzusu” koalisiyasının üzvləri siyasətdən mülki cəmiyyətə keçdiyini bəyan etmiş Baş nazir Bidzina İvanişvilinin əvəzinə bu vəzifəyə daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürmüşdür. İ.Qaribaşvilinin hökumətin yeni tərkibini və yeni komandanın “Güclü, demokratik, bütöv Gürcüstan uğrunda” proqramını parlament üzvlərinin müzakirəsinə təqdim etmişdir.
İrakli Qaribaşvili hökumətin gələcək fəaliyyət proqramı barədə ətraflı məlumat vermiş, ölkənin siyasi kursunun dəyişməyəcəyini vurğulamış və deputatların çoxsaylı suallarını cavablandırmışdır.
Təxminən səkkiz saatadək davam edən müzakirələrdən sonra deputatlar parlamentin növbədənkənar sessiyasında 93 səs lehinə, 19 səs əleyhinə olmaqla hökumətin yeni tərkibini təsdiq etmişlər.
Yeni hökumətdə Baş nazir vəzifəsini tutmuş İrakli Qaribaşvilinin əvəzinə Gürcüstanın daxili işlər naziri vəzifəsinə Tbilisi şəhər baş polis idarəsinin rəisi polis polkovniki Aleksandr Çikaidze təyin olunmuşdur. Hökumətin 19 üzvü arasında yeganə dəyişiklik də yalnız budur. Digər nazirlər öz vəzifələrində qalmışlar.

Eks-prezident Fəxri Xiyabanda olub - VIDEO

alt

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin 22-ci il dönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotu ermənilər tərəfindən vurulmuşdu. Vertolyotun vurulması nəticəsində Azərbaycanın o dönəmki siyasi elitasının əsas üzvüləri həlak olublar. 

Ümumilikdə, qəza nəticəsində 22 nəfər həlak olub. Bu gün onların xatirəsi Fəxri Xiyabanda məzarları başında anılıb. Məzarları ziyarət edənlər arasında Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da olub. 

Eks-prezident ziyarətə gələnlərlə salamlaşıb və terror qurbanı olmuş keçmiş komandasının üzvlərinin məzarı üstünə qərənfillər düzüb.

“Şərq tərəfdaşlığı”nın Azərbaycan üçün əhəmiyyəti - Analiz

altMəlum olduğu kimi, noyabr ayının 28-29-da Litvanın Vilnüs şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlıgı” Sammiti keçiriləcək.

Sammitdə Azərbaycan üçün olduqca əhəmiyyətli məsələlərin müzakirəsi gözlənilir.

Belə ki, tərəflər, bəzi sahələr üzrə strateji əməkdaşlığa dair saziş, "mobility partnership" (Avropa İttifaqının əmək miqrasiyası siyasətinə dair xüsusi əməkdaşlıq forması), Azərbaycanın Avropa İttifaqının proqramlarında iştirakının genişləndirilməsi haqqında protokol və s. sənədləri imzalamağa hazırlaşırlar.

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi bəyan edir ki, bu sammit Azərbaycan üçün bir çox problemlərin həllində başlanğıc ola bilər. Belə ki, bu Sammitdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı 6 keçmiş Sovet Respublikası – Ukrayna, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstan ilə demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarına əsaslanan yeni münasibətlər qurmağa israrlıdır.

Vilnüsdə müzakirə olunacaq əsas məsələlərdən biri də Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin imzalanmasıdır. Saziş imzalanacağı halda Avropa İttifaqına gedən Azərbaycan vətəndaşlarına verilən vizanın qiyməti 30 manata endiriləcək, Avropa İttifaqına üzv ölkələrə vizaların vahid qaydada verilməsi (Avropa İttifaqının Viza Məcəlləsinə uyğun olaraq) tətbiq olunacaq ki, bu da mövcud viza rejiminin xeyli sadələşdirilməsi ilə nəticələnəcək.

Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib

altBu gün Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

MDB İcraiyyə Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə 30-dan artıq məsələyə toxunulub, o cümlədən MDB dövlətlərinin əməkdaşlığının inkişaf strategiyası təsdiqlənib, “İnformasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb, “Azad ticarət zonaları haqqında” sazişin müddəaları müzakirə olunub.

MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 30 may 2014-cü ildə Kiyevdə keçirilməsi nəzərdə tutulur.

Belarus prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

altAzərbaycan rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

APA-nın məlumatına görə, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra Belarus prezidenti tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.

Prezidentlərin görüşü başa çatdı- Yenilənib

alt

Avstriyanın Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb. 

Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan sosial şəbəkədə bildirib.

Prezidentlərin görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də iştirak edib.

Saytda Axtarış

Son xəbərlər