Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1528
DünənDünən5773
Bu həftəBu həftə38244
Bu ayBu ay44032
Bu günə qədərBu günə qədər8405663

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Qatar gəncləri vurdu: 4 nəfər öldü

altMoskvanın şimal bölgəsində 5 gənc qatarın altında qalıb. Gənclərdən 4-ü ölüb, biri isə ağır yaralanıb. AzNews.az Rusiyanın xəbər agentliklərinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Tuşino-Rijskaya dəmir yolunun üstündə gəzən gənclər qatarın gəldiyini gec fərq ediblər.

Maşinistin fit verməsinə və təcili əyləc sistemini hərəkətə keçirməsinə baxmayaraq, faciənin qarşısını almaq mümkün olmayıb. Gənclərin 16-20 yaşlarında olduğu bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfər etmişdir

altAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfər etmişdir.
Azərbaycanın və Ukraynanın dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim etdilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu.

Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib - DalgaTV VIDEO

alt

Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib.

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin Tbilisidə andiçmə mərasimi keçirilib. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti  də Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak etmək üçün bugün Tbilisiyə gəlib.Georgi Marqvelaşvili rəsmən Gürcüstan prezidenti olub.

"Mən, Gürcüstan prezidenti olaraq, Gürcüstan Konstitusiyasına əməl edəcəyimə and içirəm və əlimdə gələn hər şeyi öz ölkəmin birliyi və inkişafına nail olması üçün etməyə söz verirəm", Marqvelaşvili and içərək deyib.

Sonra Gürcüstan himni səslənib.

Andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edib.

Mərasimdə  ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak ediblər. Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb.O bildirib ki,bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik.

Bu gün Gürcüstan prezidenti and içəcək

alt

Tiflisdə yeni prezident Georgiya Marqvelaşvilinin andiçmə mərasiminə Gürcüstana dost dövlətlər və beynəlxalq təşkilatlardan 53 rəsmi nümayəndənin iştirak edəcəyi gözlənilir.

Bu haqda ölkənin xarici işlər naziri Mayya Pancikidze açıqlama verib.

Diplomatın sözlərinə əsasən, tədbirə qatılacaq Litvanın prezidenti Dalya Qribauskayte həm ölkəsini, həm də Avropa Birliyini təmsil edəcək. Onun ölkəsi hazırda AB-yə sədrlik edir.

Ermənistandan isə mərasimə xarici işlər və energetika nazirləri qatılacaq.

Xatırladaq ki, andiçmə noyabrın 17-də keçiriləcək. 

Ceyms Appaturay Gürcüstanda səfərdədir

alt

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanda səfərdədir. O, sabah səhər saatlarında Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşəcək və sonra Gürcüstanın yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, Georgi Marqvelaşvili “Gürcü Arzusu”nun namizədi kimi oktyabrın 27-də keçirilən prezident seçkilərində qələbə qazanıb. Sabah onun andiçmə mərasimi keçiriləcək. Mərasimdə iştirak etmək üçün Gürcüstana 53 ölkədən nümayəndələr gəlib.

NATO sammitinin tarixi açıqlandı

alt

NATO-nun sammiti 2014-cü ilin sentyabrın 4-5-də keçiriləcək. Trend bildirir ki, bu barədə təşkilatın Baş katibi Anders Foq Rasmussen bildirib.

Anders Foq Rasmussen Britaniyanın Baş naziri Devid Kameronun təşkilatın 2014-cü ildə keçiriləcək sammitinin Böyük Britaniyada keçiriləcəyi barədə bəyanatını da alqışlayıb.

NATO Baş katibi qeyd edib: "Bu sammit NATO üçün mühüm imkan olacaq. Biz İSAF missiyamızın 2014-cü ilin sonunda başa çatmasını, həmçinin Əfqanistanda fəaliyyətimizin yeni mərəhələsini qeyd edəcəyik. Biz alyansımızın güclü, çevik olması və hər bir təhlükəsizlik çağırışına cavab verməyə hazır olması üçün müasirləşdirilməsi istiqamətində bundan sonra da addımlar atacıq".

Georgi Marqvelaşvili səfirimizlə görüşüb

alt

Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynlə görüşüb. 


Mətbuat üçün qapalı keçirilən görüşdən sonra səfir jurnalistlərə məlumat verib ki, Gürcüstanın yeni seçilmiş dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xoş arzularını çatdırıb. Georgi Marqvelaşvili ölkələrimiz arasında mövcud əməkdaşlıq, dostluq, strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində israrlı olduğunu bildirib. Hər iki tərəf tarixi dostluq ənənələrinin, əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bir daha təsdiqləyib.

Yeni seçilmiş prezident Georgi Marqvelaşvili Azərbaycanın Gürcüstandakı səfiri ilə çox maraqlı görüşün baş tutduğunu qeyd edib və deyib ki, dost Azərbaycandan aldığımız təbriklər bizi çox sevindirir. G.Marqvelaşvili əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasının prezidenti ilə birgə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, yaxşı ənənələrin davam etdirilməsi təmin olunacaq.

Nazirlikdə daha iki nəfər vəzifəsini itirdi

alt

Kənd Təsərrüfatı Nazirliyində daha iki vəzifəli şəxs işdən çıxıb. 

Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun açıqlamasında bildirib. Nazir bildirib ki, bunlar öz xahişləri ilə işdən çıxmaq haqda ərizə yazan Aparat rəhbəri Tofiq Hüseynov və Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənovdur.

“Mən heç kimi işdən kənarlaşdırmamışam. Onlar öz xahişləri ilə ərizə yazıb işdən uzaqlaşdılar”.

Qeyd edək ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gəlişindən az sonra iki nazir müavini – Aslan Aslanov və Bəhram Əliyev prezidentin sərəncamı ilə işdən çıxarılıblar. Heydər Əsədov bildirib ki, nazir müavini vəzifəsinə yeni təyinat gerçəkləşdirmək prezidentin səlahiyyətlərinə aiddir.

“Nazirin özünə müavin təyin etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət prezidentə məxsusdur. İki nazir müavini postu hələ ki boşdur. Bir müavinim var, mən də hələlik onunla işləyirəm. Aparatın rəhbəri öz xahişi ilə işdən gedib. Burada digər qurumların rəhbərləri yerindədir. Onlarla işləyirəm”-deyə Heydər Əsədov qeyd edib.

Heydər Əsədov bu il oktyabrın 22-də formalaşdırılan yeni hökumətdə kənd təsərrüfatı naziri təyin edilib.

Baş nazir İlham Əliyevin Türkiyə səfərindən danışdı

alt

Noyabrın 14-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana Ankarada müsahibə verib. 

Söhbət zamanı Türkiyə hökumətinin başçısına bu il noyabrın 12-13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin yekunlarını, həmin səfərin Azərbaycan liderinin bu vəzifəyə yenidən seçilməsindən sonra ilk xarici səfəri olmasını nəzərə alaraq necə qiymətləndirməsi barədə sual verilib. Ərdoğan deyib: 

“Əlbəttə, İlham Əliyevin ölkəmizə səfərləri bizim üçün artıq ənənəyə çevrilmişdir. Bizdə də seçkilər başa çatandan sonra ilk xarici səfərimiz Azərbaycana olur. Onlar da belə edirlər. İlham Əliyevin budəfəki iki günlük səfəri həqiqətən açıq və səmimi şəraitdə keçmişdir. Səfər çox səmərəli olmuşdur. Bildiyiniz kimi, bizdə həm Rusiya ilə, həm də Azərbaycanla Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılmışdır və bu Şura fəaliyyətdədir. Biz hərbi, siyasi, iqtisadi sahələrdə, ticarət və mədəniyyət sahələrində çoxsaylı ikitərəfli sazişlər bağlamışıq. Bilirəm ki, Azərbaycan-Rusiya münasibətləri də müsbət istiqamətdə inkişaf edir. Bununla əlaqədar, bir məsələ mənim üçün xüsusilə əhəmiyyətlidir. Bu, həmsədri Rusiya, ABŞ və Fransa olan ATƏT-in Minsk qrupunun işi məsələsidir. Bu ölkələr Dağlıq Qarabağ problemi ilə əlaqədar onlara həvalə edilmiş öhdəlikləri yerinə yetirməlidirlər. Əgər münaqişə nizamlansa, yekunda Azərbaycan da qazanar, Ermənistan da, Türkiyə, Rusiya və İran da”. 

Müdafiə naziri Türkiyə səfirini qəbul etdi

alt

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşqunu qəbul edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Müdafiə naziri Z. Həsənov isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdıran müdafiə naziri, Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsinin region üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.
Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

NATO ekspertləri Azərbaycana gələcək

alt

Gələn həftə NATO-nun ayrı-ayrı strukturlarının ekspertlərindən ibarət bir neçə nümayəndə heyəti Azərbaycana gələcək.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO ekspertləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heyəti üçün müxtəlif mövzularda bir neçə təlim kursları təşkil olunacaq. Həmçinin hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək.

Qeyd edək ki, noyabrın 25-dən 29-dək Azərbaycan Silahlı Qüvvələrində NATO günlərinin keçirilməsi də planlaşdırılır.

Gürcüstan və Fransa arasında müvəqqəti miqrasiya haqqında saziş imzalanıb

Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili və Fransa DİN rəhbəri Manüel Vals iki dövlət arasında müvəqqəti miqrasiya haqqında saziş imzalayıb.


Bu barədə Gürcüstan DİN-in məlumatında bildirilir.

Məlumata əsasən, sənəd “miqrasiyanın leqallaşmasına kömək edəcək və Gürcüstandan olan miqrantların Fransada işlə təmin olunmasına əlavə imkanlar yaradacaq”.   

DİN həmçinin qeyd edib ki, Parisdə baş tutmuş görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri və onun gələcək inkişafının perspektivləri müzakirə olunub.   

Saytda Axtarış

Son xəbərlər