Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2390
DünənDünən5773
Bu həftəBu həftə39106
Bu ayBu ay44894
Bu günə qədərBu günə qədər8406525

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini noyabrın 16-da elan edəcəkdir

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bu il oktyabrın 27-də keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrini noyabrın 16-da elan edəcəkdir. Ölkənin Seçki Məcəlləsinə əsasən, MSK seçkilərdən sonra 20 gündən gec olmayaraq seçki dairələri üzrə seçkilərin nəticələrini ümumiləşdirib yekun protokolunu hazırlamalıdır.
Yeni seçilmiş prezidentin inaqurasiyası noyabrın 17-də keçiriləcəkdir.

Fransalı nazir Azərbaycana səfər edəcək

alt

Fransanın xarici ticarət naziri xanım Nikole Brik noyabrın sonunda Azərbaycana səfər edəcək. Bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan-Fransa qarşılıqlı iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etməkdir.

Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 1 183,2 milyon dollar təşkil edib.

Milli Məclisin büdcəsi 20 milyon oldu

alt

Parlament bu günki iclasında “2014-cü il üçün Milli Məclisin xərclər smetası” haqqında qanun layihəsi də müzakirə edilib. 

İclasda bildirilib ki, 2014-cü il üçün Milli Məclisin büdcəsi 19 milyon 102 min manat olacaq. 

Bu vəsaitin 68 faizini əmək haqları təşkil edir. 240 min manat vəsait nəqliyyat xərcləri, 48 min rabitə, 121 min beynəlxalq və ölkə daxili, 71 min manat poçt və internet sahəsinə ayrılacaq. 

Məsələ müzakirə edilərkən təklif olunub ki, Milli Məclisin büdcəsi bir qədər artırılsın.

Qeyd edək ki, 2013-cü il üçün də parlamentin büdcəsi bu həddə olub.

İki nazirliyin birləşdirilməsi təklif edildi – Milli Məclis

alt

Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birləşdirilməsi təklif olunub. 

Milli Məclisn bu gün keçirilən plenar iclasında həmin təklifi deputatlar Fazil Mustafa və Qüdrət Həsənquliyev gündəmə gətirib. 

F. Mustafa hesab edib ki, hökumətdə paralel strukturlar və nazirliklər ləğv edilərək birləşdirilməlidir: “Bu sahədə ciddi islahata ehtiyac var. Bu yolla həm idarəetmənin effetktivliyini təmin etməklə, bürökratiyanı aradan qaldırmaq olar. Bu eyni zamanda büdcə qənaətinə gətirib çıxarar”. 

Q.Həsənquliyev də F. Mustafanın təklifini dəstəkləyərək bildirib ki, belə bir isalahatlar aparmaqla xərcləri azaltmaq olar. 

Prezident: "Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək"

alt

 

"Biz artıq qərara gəldik ki, ilkin mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcək".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında türkiyəli jurnalistin viza rejiminin ləğvinə dair verdiyi sualı cavablandırarkən deyib.

Prezident bildirib ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın da viza ilə bağlı öz siyasəti var: "Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycanla sıx bağlı olan Türkiyə vətəndaşları üçün tamamilə vizasız rejim tətbiq ediləcək. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaq. Əminəm ki, bundan sonra belə suallara daha ehtiyac qalmayacaq".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə mətbuat konfransında çıxışında bildirib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasında akademiklər, tələbələr və iş adamları üçün vizaların aradan qaldırılması məsələsi müzakirə edilib.

Polşa prezidenti Rusiyadan üzr istədi

alt

 

Polşa prezidenti Bronislav Komorovski noyabrın 11-də “Müstəqillik marşı” zamanı Rusiya səfirliyinin binası ətrafında törədilən əməllərə görə üzr istəyib.

B. Komorovski ZET radiosunda müvafiq bəyanatla çıxış edib. O, diplomatik missiyanın yaxınlığında baş verənləri skandal adlandıraraq buna heç cür bəraət qazandırmaq mümkün olmadığını vurğulayıb.

B. Komorovski qeyd edib ki, bu qalmaqalla bağlı Polşa adından Rusiya tərəfinə rəsmi üzrxahlıq göndərmək lazımdır. Onun fikrincə, Polşanı rusofob dövlət kimi təqdim etmək istəyən çoxsaylı qüvvələr var.

Qeyd edək ki, Rusiya olaylarla bağlı Polşadan üzrxahlıq tələb etmişdi.

ABŞ-ın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli asan məsələ olsaydı, biz bunu edərdik”

alt“Mən Dağlıq Qarabağ məsələsinin bütün azərbaycanlılar üçün necə ağrılı məsələ olduğunu bilirəm. Bilirəm ki, azərbaycanlıların demək olar, 99 faizi Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edir. 20 ildən çox keçməsinə baxmayaraq, bu məsələnin həll olunmamasına görə Azərbaycan xalqının məyusluğunu başa düşürəm”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisadi Universitetin tələbələri ilə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir bildirib ki, ABŞ Minsk Qrupunun həmsədr ölkəsi kimi 20 ildir bu sahədə işləyir: “Biz Minsk Qrupu ilə birgə işləyərək, bu məsələnin nizamlanmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, əsas problemlərdən biri hər iki ölkə - həm Azərbaycan, həm də Ermənistanın böyük güclərin, böyük dövlətlərin, xüsusilə ABŞ-ın daha çox səy göstərməsini gözləməsidir. Regionlara səfər edərkən, küçədə insanlar məndən soruşurlar ki, məsələ niyə həll olunmur? Əmin edirəm ki, bu asan olsaydı, biz bunu edərdik. İnanıram ki, bu məsələ yalnız o zaman həll oluna bilər ki, münaqişə tərəfləri problemin birdəfəlik həllinə qəti qərar versinlər”.

Səfir ümidvar olduğunu bildirib ki, prezidentlərin yaxın vaxtlarda baş tutacaq görüşündə hər iki ölkə başçısı bu problemi həll etmək və konkret məsələlərlə bağlı razılığa gəlmək üçün qərar qəbul edəcəklər.

ABŞ tərəfindən Dağlıq Qarabağa hər il maliyyə yardım göstərilməsi ilə bağlı suala cavabında R. Morninqstar bildirib ki, bu, Konqresin mandatına uyğun olaraq həyata keçirilir və bu yardım ancaq humanitar məqsədlidir: “Həm də burada söhbət böyük məbləğlərdən getmir”.

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilmiş prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.

 

 “Gürcü Arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin 62,12% səs toplayaraq prezident seçildiyi açıqlanıb.

Vahid Milli Hərəkat Partiyasının namizədi David Bakradze 21,72%, “Demokratik Hərəkat – Vahid Gürcüstan” Partiyasının lideri Nino Burcanadze isə 10,19% səs alıblar.  

G. Marqvelaşvili noyabrın 17-də keçiriləcək andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq.

İlham Əliyev “Dövlət nişanı“ ilə təltif olundu- Video

alt

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gül tərəfindən Türkiyənin "Dövlət nişanı" ilə təltif olunub.

Sonra Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Abdullah Gül "Heydər Əliyev" ordeni ilə təltif olunub.

Təltifolunma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.

Məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri görüşdü

alt

 

Türkiyəyə rəsmi səfərə gedən Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul edilib.

Çankaya köşkündə rəsmi qarşılama mərasimi keçirilib. İlham Əliyev və xanımı Mehriban Əliyeva Abdulla Gül və xanımı Hayrunnisa Gül tərəfindən qarşılanıb. Rəsmi mərasimdən sonra ikitərəfli görüş başlayıb. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

İki gün davam edəcək səfər zamanı müxtəlif sahələrə aid sazişlər və protokollar imzalanacaq. Tərəflər regional və qlobal məsələlər ətrafında məsləhətləşmələr aparacaqlar. İ. Əliyevə A. Gül tərəfindən “Dövlət nişanı” təqdim ediləcək.

Bu gün axşam Azərbaycan prezidentinin şərəfinə ziyafət veriləcək. Ziyafətə baş nazir Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

Spiker öz kürsüsünü deputata təklif etdi: “Gəl otur yerimdə"

alt

 

Milli Məclisin bu gün başlayan plenar iclasında spikerlə deputat arasında maraqlı dialoq baş verib.


Dialoq Milli Məclisin sədri Oqtay Əsədovun iclasda büdcənin müzakirəsi ilə bağlı danışacaq şəxslər haqda məlumat verdiyi zaman yaranıb.

Spiker iclasda əvvəlcə parlamentin Sosial siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, sonra Maliyə naziri Samir Şərifov, daha sonra isə İqtisadi İnkişaf nazirinin çıxış edəcəyini deyib.

Bu zaman cümləsini tamamlamamış, millət vəkili Elmira Axundova yerindən replika ataraq, “Deputatlara da söz verin!” deyib. O. Əsədov isə deputatın bu replikasını sərt şəkildə cavablandırıb: “Gəl, otur mənim yerimdə iclası apar”.

İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

alt

 

Noyabrın 12-də Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Ankaranın Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Saytda Axtarış

Son xəbərlər