Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2962
DünənDünən6004
Bu həftəBu həftə33905
Bu ayBu ay39693
Bu günə qədərBu günə qədər8401324

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycanda keçirilən seçkilər AŞPA-da müzakirə ediləcək

alt

“Əsas müzakirə isə noyabrın 22-də Vyanada baş tutacaq” 


“Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası ilkin rəyini prezident seçkilərindən dərhal sonra Bakıda açıqlayıb və AŞPA Bürosuna təqdim edib. Bilirsiniz ki, Avropa Şurasında sədrlik Ermənistandan Avstriyaya keçir. Bu hesabat noyabrın 22-də AŞPA Daimi Komitəsinin Vyanada keçiriləcək iclasında geniş müzakirə olunacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, AŞPA Bürosu yanvar sessiyasına yarım il ərzində Avropa Şurasının gördüyü işlər, göndərilmiş missiyalar, onların hesabatları ilə bağlı “Tərəqqi hesabatı” (Progress Report) adlı məruzə təqdim edəcək: “Bu mövzuda ilkin fikir mübadiləsi noyabrın 6-da Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında aparılacaq. Əsas müzakirə isə noyabrın 22-də Vyanada baş tutacaq. Hesabatın içərisində müxtəlif tədbirlər və məsələlər, o cümlədən Azərbaycanda keçirilmiş prezident seçkiləri yer alacaq”.

Ukraynadan Gülər Əhmədova barədə ilginc sənəd

alt

Bu gün sabiq deputat, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın məhkəmə prosesi davam edəcək. 

G.Əhmədovanın vəkili məhkəmədə icazəsiz video çəkilişdən məhkəmədə sübut kimi istifadə edilməməsi üçün vəsatət qaldıracaq. Ancaq bununla bağlı Konstitusiya Məhkəməsindən qanunun müvafiq maddəsinə şərh olmaq mümkün olmayıb. 

Buna görə də G.Əhmədovanın müdafiəçiləri qanunun bu maddəsi ilə bağlı Ukrayna Konstitusiya Məhkəməsini şərhindən istifadə etməyi nəzərdə tutub. 

AzNews.az xəbər verir ki, sözügedən şərh G.Əhmədovanın keçmiş vəkili, məhkəmə ərəfəsində G.Əhmədova ilə müqaviləsinə xitam verilən Raqif Mustafayev tərəfindən əldə edilib. Ancaq məhkəmədə R.Mustafayev G.Əhmədovanın vəkili kimi çıxış etmədiyindən sözügedən şərhdən hansı formada istifadə ediləcəyi hələlik məlum deyil. 

Xəbəri AzNews.az-a təsdiqləyən R.Mustafayev bildirib ki, qanunsuz çəkiliş və səs yazısından məhkəmədə sübut kimi istifadə olunmaması barədə Ukrayna Konstitusiya Məhkəməsini şərhini o, şəxsi təşəbbüsü ilə əldə edib: 

“Bizim Konstitusiya Məhkəməsi belə şərh vermədi. Ona görə də mən istintaq müddətində bu barədə araşdırma apardım. Ukrayna və Azərbaycan Konstitusiyaları oxşardır. Bizim Konstitusiya Məhkəməsindən fərqli olaraq Ukraynanın Konstitusiya Məhkəməsi qanunun müvafiq maddəsinə şərh verib və həmin şərhdən məhkəmə prosesində istifadə nəzərdə tutulurdu. Ancaq mən daha Gülər Əhmədovanın vəkili deyiləm və topladığım bütün materialları digər vəkilə təqdim etmişəm. Onun məhkəmədə həmin materialdan necə istifadə edəcəyini isə söyləyə bilmərəm”. 

Gürcüstanın prezidenti seçildi

alt

Gürcüstanda dünən keçirilən prezident seçkilərində hakimiyyətdəki “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin qalib gəlməsi barədə ilkin nəticələr təsdiqlənib. 

Gürcüstan mətbuatının məlumatına görə, seçki məntəqələrinin 80 faizindən çoxunda protokollar hesablanıb. Georgi Marqvelaşvili 62 faizdən çox səs toplayaraq rəqiblərini geridə qoyub. Digər namizədlər - David Bakradze 21, Nino Burcanadze 10 faiz səs toplayıb. 

Şevardnadze üçün seçki qutusunu evə götürdülər - FOTO

alt

Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze prezident seçkilərində öz seçimini edib. Sabiq Prezident səsi Krtsanisidə yerləşən evində verib.

Gürcüstanın yeni prezidenti - İLKİN NƏTİCƏ

alt

Bu gün Gürcüstanda keçirilən prezident seçkilərində “Gürcü arzusu”nun namizədi Georgi Marqvelaçvili ilk turda qalib gəlib. O, səslərin 66,7 faizinin toplayıb. Bu nəticələr rəsmi rəqəmlər deyil, sadəcə exit-polun sonucudur.
İkinci yerdə 20,2 faiz səslə “Vahid Milli Hərəkatın” namizədi Daviud Bakradze dayanır. Eks-spiker Nino Burcenadze 7,5 faiz səslə üçüncü yerdədir. 

ACT qrupun keçirdiyi exit-poll: Georgi Margvelaşvili - 68.0% - DalgaTV VIDEO

alt

ACT qrupun keçirdiyi exit-poll-da Georgi Margvelaşvili 68.0%-lə öndədir.
Nəticələrə əsasən, "Gürcü Arzusu" Koalisiyasının prezidentliyə namizəd Georgi Margvelaşvili 68.0%-lə öndədir.
"Vahid Hərakət"-in namizədi David Bakradze 17.1% toplayıb, Nino Burcanadze isə, 9.9%.

Gürcüstanda prezident seçkiləri demokratik şəraitdə keçir

Gürcüstanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirak edən GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Elton Məmmədov demişdir ki, müşahidə etdiyimiz seçki məntəqələrində seçkilər demokratik, şəffaf, Gürcüstanın Seçki Məcəlləsinə və qanunvericiliyinə uyğun keçir, xırda texniki qüsurlara baxmayaraq hələlik elə bir pozuntuya yol verilməmişdir.
Bildirilmişdir ki, seçki məntəqlərində müşahidəçilər və sçicilər üçün lazımi şərait yaradılmışdır.
Elton Məmmədov Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində də seçkilərin gedişini müşahidə etmək üçün bölgəyə gedəcəyini vurğulamışdır.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə saat 17:00 dək 1,2 milyon seçici öz seçimini etmiş və hələlik seçkilər dinc, normal şəraitdə keçir.

Milli Şura mitinq keçirir

alt

Demokratik Qüvvələrin Milli Şurasının Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmış mitinqi başlayıb.

Saat 16.00-da başlayan aksiyada Milli Şuraya daxil olan siyasi qüvvələrin liderləri Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, Mirhamud Mirəlioğlu, İsgəndər Həmidov və digərləri iştirak edirlər. 

Mitinqi N!DA Vətəndaş Hərəkatı üzvü Nicat Məmmədov aparır. Yağışlı hava şəraiti olmasına baxmayaraq, mitinqə gələnlərin az olmadığı bildirilir. Aksiya hazırda davam edir.

Gürcüstanda prezident seçkiləri keçirilir

alt 
Gürcüstanda prezident seçkiləri keçirilir.

 

APA-nın məlumatına görə, bu gün yerli vaxtla saat 8.00-da bütün ölkə üzrə 3700 məntəqədə səsverməyə start verilib.

Səsvermə saat 20.00-da başa çatacaq.

Ölkə üzrə 3,5 milyon seçici səsvermə hüququndan istifadə edə bilər. Xaricdə isə 52 məntəqədə 48,5 Gürcüstan vətəndaşı səs verə biləcək.

Prezidentlik postu uğrunda 21 nəfər mübarizə aparır. Əsas mübarizənin isə baş nazir Bidzina İvanişvilinin rəhbəri olduğu hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze və prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkatın namizədi David Bakradze arasında gedəcəyini proqnozlaşdırılır.

Seçkiləri çoxsaylı yerli və xarici müşahidəçilər izləyir.

İlkin nəticələrin oktyabrın 28-də, rəsmi nəticələrin isə səsvermə günündən 20 gün ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi yaradılıb.

Gürcüstanın baş naziri və prezidentliyə namizədlər səs veriblər

alt

 

 

 

 

Bu gün Gürcüstanda keçirilən prezident seçkilərində Gürcüstanın dövlət və hökumət rəhbərləri səs veriblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir Bidzina İvanişvili, prezidentliyə namizədlərdən Georgi Marqvelaşvili, David Bakradze, Nino Burcanadze və başqaları ailə üzvləri ilə seçki məntəqələrinə gələrək səs veriblər.


Baş nazirin və prezidentliyə namizədlərin səsvermədə iştirakını yerli və beynəlxalq müşahidəçilər izləyiblər.

Gürcüstanda prezident seçkiləri başlamışdır

Gürcüstan müstəqillik qazandıqdan sonra ölkədə 6-cı dəfə prezident seçkiləri keçirilir. Bu ölkənin vətəndaşları Zviad Qamsaxurdia(1 dəfə), Eduard Şevardnadze (2 dəfə), Mixeil Saakaşvilidən (2 dəfə) sonra 4-cü prezidenti seçirlər.
Cari seçkilərdə 23 nəfər prezidentliyə namizəd və 3.537.719 nəfər seçici qeydə alınmışdır. Onlar 84 seçki dairəsinin 3.689 seçki məntəqəsində səs verəcəklər.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, seçkiləri 60 yerli və 65 beynəlxalq təşkilatdan 20.987 nümayəndə müşahidə edir. Seçkilərin gedişini 152 (onlardan 84-ü xarici ölkələrdəndir) kütləvi informasiya vasitələrinin 1.381 nəfər əməkdaşı işıqlandırır.

İvanişvili: "Bütün ailə üzvlərimizlə birlikdə Margvelaşvilinin lehinə səs verdik" - DalgaTV VİDEO

alt

Gürcüstan Baş Naziri Bidzina İvanişvili ailəsi ilə birlikdə seçki məntəqəsinə qedib Georgi Margvelaşvili üçün səs verdi.
"Əlbətdə, bütün ailə Georgi Margvelaşvilinin lehinə səs verdi. Səsləndirmək olmazmı? O zaman, niyə soruşursunuz?" - İvanişvili bildirib.
İvanişvilinin öz qərarının səsləndirməsi nə MSK, nə də QHT-ları tərəfindən qanunun pozulması kimi hesab edilməyib.

Saytda Axtarış

Son xəbərlər