Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2971
DünənDünən6004
Bu həftəBu həftə33914
Bu ayBu ay39702
Bu günə qədərBu günə qədər8401333

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

alt

Prezident seçkilərində qələbə çalan İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə Respublikasına edəcək. Bu barədə məlumatı Türkiyənin rəsmi “Anadolu” agentliyi yayıb. 

Seçkilərdə müşahidəçi qismində iştirak edən Haluk İpəyin rəhbərlik etdiyi qrupu qəbul edən İlham Əliyev isə seçkilərdən sonra Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğanın onu ilk təbrik edən şəxs olduğunu söyləyib.

Putin İlham Əliyevi təbrik etdi

alt

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Təbrik məktubunda V.Putin İlham Əliyevə yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb: “Seçkilərdə inamlı qələbəniz sizin yüksək siyasi nüfuzunuza, sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizin xalq tərəfindən fəal dəstəklənməsini göstərir”.

Saakaşvili İlham Əliyevi təbrik etdi

alt

Gürcüstan prezidenti Mixeil Saakaşvili dövlət başçısı İlham Əliyevə zəng edib. 

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, M. Saakaşvili prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibəti ilə dövlət başçısını təbrik edib, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstan prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

XİN prezident seçkiləri ilə bağlı bəyanat yaydı

altAzərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən göndərilən məlumata görə, bəyanatda deyilir ki, seçkilərdə 10 namizəd iştirak edib, ölkədə seçki məntəqələrinin sayı 5492 olub, Azərbaycanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində 37 seçki məntəqəsi yaradılıb.

Daha sonra bəyanatda qeyd olunur ki, uzun və qısamüddətli müşahidələr 53 000 müşahidəçi tərəfindən icra olunub. Azərbaycan hökuməti və parlamenti tərəfindən dəvət olunan və 100 ölkəni, ATƏT, AŞPA, Avropa Parlamenti, GUAM, İƏT, QDİƏT və s. təşkilatları və müxtəlif QHT-ləri təmsil edən 1300 beynəlxalq müşahidəçi də seçkilərdə fəaliyyət göstərib.

Bəyanatda bildirilir ki, seçkilər qanunvericiliyə tamamilə uyğun olub və seçicilərin fəallığı ilə müşahidə edilib. Qeydə alınmış 5 145 000 milyon seçicidən 72.31 faizi seçkilərdə iştirak edib. Azərbaycan Mərkəzi Seçki Komissiyanın ilkin məlumatına görə, hazırkı prezident İlham Əliyev səslərin 84.55 faizini toplayıb.

İlham Əliyev xalqa müraciət etdi- Video

alt

A+  A-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət edib.

Prezident İlham Əliyev müraciətində ona böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqına minnətdarlığını bildirib:

"Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm. Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir".

Dövlət başçısı qeyd edib ki, bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar:

"Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir. Eyni zamanda, ölkəmizdə bütün proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır".

İlham Əliyev bildirib ki, Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir:

"Biz beynəlxalq məsələlərin həllində bu gün dünya miqyasında çox önəmli ölkəyə çevrilmişik. Azərbaycan dünya birliyinin mütləq əksəriyyətinin dəstəyi ilə iki il bundan əvvəl dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur və hazırda bu təşkilata sədrlik edir. Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə edilmişdir. Deyə bilərəm ki, son on il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında ən ciddi nəticələrdir. Təsadüfi deyildir ki, bu nəticələr insanların gündəlik həyatında da öz əksini tapmaqdadır.

Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir. İqtisadi güc bizə imkan verir ki, öz maraqlarımızı beynəlxalq arenada da lazımi səviyyədə müdafiə edək. Azərbaycan bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır və getdikcə bizim rolumuz daha da artacaqdır".

Dövlət başçısı deyib ki, Azərbaycanda bütün istiqamətlər üzrə konkret proqramlar vardır. Böyük infrastruktur layihələri icra edilir, şəhərlərimiz abadlaşır, gözəlləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Dünyanın aparıcı iqtisadi qurumlarının reytinqlərinə görə, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan uğurla inkişaf edir:
"Bizim iqtisadiyyatımız son on il ərzində dünya miqyasında 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatların arasına daxil edilibdir. Bizim bütün təşəbbüslərimiz regional əməkdaşlığa hesablanıbdır. Azərbaycanda bütün sahələr üzrə inkişaf, tərəqqi vardır. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan artıq kosmik dövlətə çevrilibdir. Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir".

Prezident vurğulayıb ki, Azərbaycanda aparılan enerji siyasəti nəinki region üçün, dünya üçün çox böyük əhəmiyyətə malik olan bir məsələdir:

"Bu gün Azərbaycan müasir, müstəqil dövlət kimi dünyada öz rolunu oynayır və bizim imkanlarımız getdikcə daha da genişlənəcəkdir. Bu gün bölgədə gedən proseslərdə bizim təsir imkanlarımız kifayət qədər genişdir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi mümkün deyildir. O təşəbbüsün gələcəyi olmayacaqdır. Bütün bunlar görülən işlərin nəticəsidir. Bütün bunlar müstəqil Azərbaycanın uğurlarıdır. Müstəqilliyimizin nə qədər böyük dəyər olduğunu Azərbaycan xalqı gündəlik həyatda görür. Biz azadıq, biz müstəqilik. Bizim taleyimiz öz əlimizdədir. Bu seçkilərdə mənə verilən səslər, hesab edirəm ki, müstəqilliyə, azadlığa, xoşbəxt gələcəyə verilən səslərdir.

Mən çox fəxr edirəm ki, son illər ərzində bütün təşəbbüslərim reallığa çevrilibdir. On il bundan əvvəl - 2003-cü ildə xalqa elan etmişdim və bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz dönməzdir, sarsılmazdır".

İlham Əliyev deyib ki, bu illər ərzində müstəqil siyasətimiz istənilən sahədə özünü göstərmişdir. Biz öz milli maraqlarımızı lazımi səviyyədə müdafiə edə bilərik, müdafiə edirik, edəcəyik:

"Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları ən birinci yerdədir. Bu maraqların müdafiə edilməsi üçün xalqla iqtidar arasındakı birlik əsas şərtdir. Mən bütün addımlarımda xalqın dəstəyini hiss edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı fərqləndirən amillərdən biridir.

Bu seçkilərdə böyük səs çoxluğu ilə mənə göstərilən etimad həm görülən işlərə verilən qiymətdir, həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir, tələbdir. Biz gələcəyə çox böyük ümidlərlə, böyük nikbinliklə baxırıq. On ilin təcrübəsi bu inamı daha da artırır. Çünki son 10 il ərzində biz istənilən sahədə çox böyük uğurlara imza atdıq. Bu gün Azərbaycan güclü, inkişafda olan, müstəqil siyasət aparan dövlət kimi gələcəyə də çox böyük nikbinliklə baxır. Belə gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar vardır. Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir".

Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir:

"Biz Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da ardıcıl siyasət aparacağıq. Müasir dövlət quruculuğu prosesi bundan sonra da davam etdiriləcəkdir. Növbəti illərdə xoşagəlməz halların arada qaldırılması üçün, xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Xalq tərəfindən bizim siyasətimiz, qətiyyətimiz, addımlarımız dəstəklənir. 

Sahibkarlığın inkişafı ilə bağlı siyasətimiz davam etdiriləcəkdir. Bütün istiqamətlər - yeni iş yerlərinin açılması, yoxsulluğun, işsizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız vardır. Sosial siyasətlə bağlı bu il və əvvəlki illərdə atılmış addımlar onu göstərir ki, bu məsələlərə nə qədər böyük əhəmiyyət göstərilir. Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır.

Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Son on il ərzində sabitliyin və ictimai asayişin qorunması bax bu reallıqları şərtləndirdi. Azərbaycanda insanlar təhlükəsizlik şəraitində yaşayır və bu, bizi fərqləndirən cəhətlərdən biridir.

Bir sözlə, əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan dövləti və mən prezident kimi Azərbaycanın milli maraqlarını müdafiə edəcəyəm, xalqın rifahını təmin edəcəyəm. 

Mən bir daha sizə son on ərzində mənə göstərdiyiniz böyük dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq. Yaşasın müstəqil Azərbaycan Respublikası!"

MSK-nın ilkin nəticəsi: İlham Əliyev 84,94 faiz səs toplayıb

alt

A+  A-
Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı Prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev indiyədək hesablanmış bülletenlərə əsasən 84,94 faiz (556 826) səs toplayıb. Bu barədə Komissiyanın saytında qeyd olunur.

MSK-nın ilkin nəticələrinə əsasən, digər prezidentliyə namizədlərin topladığı səslər:

Cəmil Həsənli - 4,10% (26 875 səs)
İqbal Ağazadə 2,29% (15 025 səs)
Qüdrət Həsənquliyev - 2,26% (14 807 səs)
Zahid Oruc - 1,76% (11 527 səs)
İlyas İsmayılov - 1,38% (9 041 səs)
Fərəc Quliyev - 1,01% (6 594 səs)
Araz Əlizadə - 0,94% (6 173 səs)
Hafiz Hacıyev - 0,66% (4 358 səs)
Sərdar Məmmədov - 0,66% (4 294 səs)

Tbilisidə təşkil olunmuş seçki məntəqəsində səsvermə başa çatıb

601780 516381078420237 590790775 n

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 16 saylı Yasamal II Seçki Dairəsi dairə seçki komissiyasının Tbilisidəki 33 nömrəli seçki məntəqəsində seçkilər mütəşəkkilliklə başa çatıb.

 Gürcüstan vaxtı ilə səhər saat 08.00-da açılan seçki məntəqəsində ilk səs verən Azərbaycanın Gürcüstandakı səfiri və məntəqənin sədri Azər Hüseyn olub, sonra ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və qeydiyyatda olan digər seçicilər səs veriblər.

Səsvermə səfirliyin yeni binasında keçirilir. Məntəqədə daha əvvəl 275 nəfər seçici qeydiyyatdan keçib. Bu siyahıya seçki ərəfəsində Tbilisi şəhərinə gələn azərbaycanlı qonaqlar, şirkət nümayəndələri, tələbələr, turistlər və Tbilisidə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları da əlavə olunub və seçicilərin sayı 435 nəfərdən çox olub.

“Dəmir Yol Servis”in Gürcüstan nümayəndəliyinin icraçı direktoru İsmayıl Sadıqov bizimlə müsahibəsində qeyd edib ki, belə bir məsul kampaniyada ilk dəfədir iştirak edirəm. O, Azərbaycandan kənarda belə yüksək səviyyədə seçki məntəqəsinin təşkil olunmasından məmnunluq duyduğunu bildirib.

Azərbaycanın Batumidəki Baş Konsulluğunun əməkdaşları da  səsvermədə iştirak ediblər.

Seçki məntəqəsinin sədri Azər Hüseyn seçicilərin böyük  fəallığının müşahidə olunduğunu, heç bir pozuntuya yol verilmədiyini deyib.

BAXCP sədri İlham Əliyevi təbrik etdi

altBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev keçirilən çoxsaylı “exit-poll”un nəticələrini və seçkilərin ilkin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yer almış məlumatları əsas götürərək, İlham Əliyevin qələbəsinin şəksiz olduğunu açıqlayıb.

Q. Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib: “Prezident seçkilərində qalib gəlmiş İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram.

Prezidentliyə namizəd olmuş bütün şəxsləri xalqın seçiminə hörmət edərək seçkilərin nəticələrini tanımağa və Azərbaycana düşmən kəsilmiş qüvvələr tərəfindən növbəti dəfə xalqımıza və dövlətimizə qarşı istifadə olunmalarına imkan verməməyə çağırıram”.

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs vermişdir - DalgaTV Video

alt2013-cü il oktyabrın 9-u Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür.
Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.
Mehriban xanım Əliyeva və ailə üzvləri də səs verdilər.
Prezident İlham Əliyev beynəlxalq müşahidəçilərlə görüşdü.

MSK: “Seçici fəallığı 72,31 faiz olub”

alt


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə bağlı seçici fəallığının yekun nəticələri açıqlayıb. 

“Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib. 

Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.

“ELS” keçirdiyi “exit-poll”un nəticələrini açıqladı

alt

“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi prezident seçkiləri zamanı keçirdiyi «exit-poll»un nəticələrini açıqlayıb.

Mərkəzin rəhbəri İradə Yaqubovanın APA-ya verdiyi məlumata görə, tədqiqat ölkə ərazisinin 400 seçki məntəqəsində mərkəzin araşdırma tədqiqat qrupu tərəfindən həyata keçirilib. Seçimə düşən 400 məntəqə 68 seçki dairəsi və 61 rayonun ərazisini əhatə edib.

“Exit-poll”un nəticələrinə görə, seçkilərdə seçici fəallığı 72,3% təşkil edib. Səslər isə namizədlər arasında aşağıda göstərildiyi kimi paylanıb:

1. Ağa-zadə İqbal Fehruz oğlu – 1.88 %

2. Əliyev İlham Heydər oğlu – 80.8 %

3. Əlizadə Araz Məmməd Mübariz oğlu – 0.72 %

4. Hacıyev Hafiz Ələmdar oğlu – 0.43 %

5. Həsənquliyev Qüdrət Müzəffər oğlu – 2.81%

6. Həsənli Cəmil Poladxan oğlu – 10.55 %

7. İsmayılov İlyas Abbas oğlu – 0.65 %

8. Quliyev Fərəc İbrahim oğlu – 0.88 %

9. Məmmədov Sərdar Calal oğlu – 0.63 %

10. Oruc Zahid Məhərrəm oğlu – 0.65 %

İlham Əliyev - 82,7, Cəmil Həsənli isə 8,8 faiz səz toplayıb - EXT-POLL

alt

ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini elan edib.

Nəticələri şirkətin icraçı direktoru Corc Birnbaum açıqlayıb:

İqbal Ağazadə - 1,6%
İlham Əliyev - 82,7%
Araz Əlizadə - 1,2%
Hafiz Hacıyev - 0,7%
Qüdrət Həsənquliyev - 1,7%
Cəmil Həsənli - 8,8%
İlyas İsmayılov - 0,9%
Fərəc Quliyev - 0,9%
Sərdar Cəlaloğlu - 0,6%
Zahid Oruc - 0,9%.

C. Birnbaum “exit-poll”u “APA Holding”in dəvəti əsasında keçirdiklərini xatırladaraq fəal işə görə komandasına təşəkkür edib.

Nəticələrin açıqlandığı mətbuat konfransında APA Holding“in prezidenti Vüsalə Mahirqızı da iştirak edib. 

AJF şirkəti “exit poll”u ölkə üzrə 835 məntəqədə 60 mindən çox respondentlə keçirib. Sorğuda nisbi xəta 0,4 faiz təşkil edir. 

Saytda Axtarış

Son xəbərlər