Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2981
DünənDünən6004
Bu həftəBu həftə33924
Bu ayBu ay39712
Bu günə qədərBu günə qədər8401343

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Yeni hökumət: kim haralıdır? - SİYAHI

alt

Prezident İlham Əliyev hökumətin yeni tərkibi haqqında sərəncam imzaladı. Modern.az Nazirlər Kabinetinin yeni heyətində təmsil olunan nazirlərin əslən hansı bölgədən olmaları ilə bağlı kiçik araşdırma aparıb. Qeyd edək ki, bu araşdırma nazirlər barəsindəki rəsmi məlumatlara əsaslanır.

Baş nazir Artur Rəsizadə əslən Gəncə şəhərindəndi.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğum yeri kimi Bakı şəhəri göstərilib.

Baş nazirin müavini Abid Şərifov əslən Şəkidəndir.

Baş nazirin müavini Elçin Əfəndiyev isə əslən Füzuli rayonundandır. Xalq yazıçısı İlyas Əfəndiyevin oğludur.

Baş nazirin müavini Əli Əhmədov Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

Baş nazirin müavini İsmət Abasov İrəvanda anadan olub, Qərbi Azərbaycandandır.

Daxili işlər naziri Ramil Usubov əslən Xocalıdandır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə əslən Qubadandır.

Energetika naziri Natiq Əliyev Bakıda anadan olsa da, atası Ağaəmi Əliyev Naxçıvandandır.

Ədliyyə naziri Fikrət Məmmədov Bakıda anadan olub.

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Ağsunun Pirhəsənli kəndində anadan olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Deputat Fəttah Heydərovun oğludur.

Gənclər və idman naziri Azad Rəhimov da Bakıda anadan olub.

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda anadan olub.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun da Qərbi Azərbaycandan - indiki Ermənistandandır.

Maliyyə naziri Samir Şərifovun tərcümeyi- halında doğum yeri göstərilməyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əslən Abşeronun Fatmayi kəndindəndir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda anadan olub.

Müdafiə naziri Zakir Həsənov Astara rayonunda anadan olub. Ancaq bəzi mənbələrdə onun əslən Qərbi Azərbaycandan olduğu da göstərilir.

Müdafiə sənayesi naziri Yavər Camalov Sabirabad rayonunu Çölbeşdəli kəndində anadan olub.

Nəqliyyat naziri Ziya Məmmədov Ucar rayonunda anadan olub.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundandır.

Səhiyyə naziri Oqtay Şirəliyev Bakıda anadan olub.

Təhsil Naziri Mikayıl Cabbarov əslən Gəncədəndir.

Vergilər naziri Fazil Mәmmәdov Şamaxıda doğulsa da, əslən şəmkirlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əslən Qubadlı rayonundandır, Azərbaycanda bir çox mühüm dövlət vəziflərində çalışmış Kamran Hüseynovun qızıdır.

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Bakı şəhərində anadan olub.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakı şəhərində anadan olub.

Dövlət Statistika Komitəsini sədri Arif Vəliyev Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakı doğumludur.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov əslən Qərbi Azərbaycanın Amasya rayonunu Yeniyol kəndindəndir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov əslən cəlilabadlıdır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Bakıda anadan olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov əslən Gürcüstan Respublikasının Marneuli şəhərindəndir.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olub.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyevin rəsmi tərcümeyi-halında doğum yeri göstərilməyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Naxçıvan şəhərində anadan olub.

Prezident 15000 manat maaş alacaq

alt9 oktyabrda keçirilmiş seçkilərdən sonra Azərbaycanın növbəti 5 il üçün prezidenti and içdi və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı.
Prezident İlham Əliyevin növbəti 5 il komandasını bəzi dəyişikliklə təzələdi. Artıq qarşıdakı 5 ildə hansı nazirliyə kimin rəhbərlik edəcəyi ictimaiyyətə məlumdur.

Maraqlıdır bəs Azərbaycanda ali post tutan prezident və onun komandasına daxil olan nazirlər nə qədər maaş alacaq?

 Azərbaycan prezidenti İlham Əliyev 8 ildir eyni məbləğdə maaş alır - 15 000 manat. Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin «minimum əmək haqqının 600 misli» qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

Azərbaycanda Baş nazirin aylıq məvacibi 2406 manatdır. Baş nazirin 1-ci müavini 2125 manat, müavinləri isə 2031 manat maaş alırlar.

Hökumətin tərkibində yer alan nazirlərin, komitə və fond sədrlərinin aylıq maaşı isə 1875 manat təşkil edir.

2012-ci il avqustun 23-də Bişkek şəhərində imzalanmış “Türk Akademiyasının təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il avqustun 23-də Bişkek şəhərində imzalanmış “Türk Akademiyasının təsis edilməsi haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il.

İlk dəfə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı açıq şəkildə təsdiqlənmişdir

Oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə qətnamə layihəsi qəbul edilmişdir. Qətnamə layihəsinə Azərbaycan üçün böyük maraq kəsb edən düzəliş əlavə edilmişdir.
AzərTAc xəbər verir ki, sessiyada qətnamə layihəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 16-cı paraqrafı üzrə məruzəçi Y.Saryuş-Volski aşağıdakı düzəlişi təklif etmiş və həmin düzəliş qəbul edilmişdir: “Şərq tərəfdaşlığına üzv olan bir ölkənin ərazisinin başqa üzv ölkə tərəfindən işğal edilməsi “Şərq tərəfdaşlığı” Proqramının fundamental prinsiplərini və məqsədlərini pozur. Dağlıq Qarabağ münaqişəsinin həlli 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun təməl prinsiplərinə və 2009-cu il 10 iyul tarixli Akvil birgə bəyanatına uyğun olmalıdır”.
Qətnamə layihəsinin münaqişə ilə bağlı 23-cü paraqrafının ikinci hissəsi 16-cı paraqrafı təkrarladığı üçün mətndən çıxarılmış, bu paraqraf aşağıdakı kimi qəbul edilmişdir: “Şərq tərəfdaşlığının məqsədlərinə çatmaq üçün vacib olan regional sabitlik və təhlükəsizliyin zəruriliyi bir daha təsdiq edilərək, həmçinin Avropa İttifaqına inteqrasiya kontekstində Gürcüstanda, Azərbaycanda, Ermənistanda və Moldovada ərazi münaqişələrinin həlli istiqamətində irəliləyişə doğru səy göstərilməsi tələb edilir.
Beləliklə, ilk dəfə olaraq Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə istinad edilir, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı açıq şəkildə təsdiqlənir.

Tiflisdə Qafqazşünasların III Konqresi keçirilir

alt 
Tiflisdəki İlya Çavçavadze adına Tiflis Dövlət Universitetində (TDU) Qafqazşünasların III Beynəlxalq Konqresi keçirilir.

 

 

 

 

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, oktyabrın 26-dək davam edəcək tədbirdə 40 ölkədən elm adamları, alimlər iştirak edir. Tədbiri İ.Cavaxişvili adına TDU-nun rektoru, akademik Vladimir Papava açıb. Sonra Qafqazşünaslıq İnstitutunun direktoru Tsira Baramidze, Dağıstan Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəhbəri, professor  Maqomed Maqomedov və Şimali Qafqaz ölkələrindən gələn alimlər çıxış ediblər.

Sabah tədbirdə Azərbaycandan gələn nümayəndə heyətinə daxil olan alimlər çıxış edəcəklər. Konqresdə Azərbaycanı AMEA-nın Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının, Bakı Dövlət Universitetinin, Milli Araşdırmalar Assosiasiyasının, Valeh Hacılar adına Elmi Araşdırmalar Vəqfinin nümayəndələri təmsil edir.

Məlumata görə, konqresdə “Gürcüstan azərbaycanlılarının XIX əsrdə ictimai-siyasi həyatda rolu və sosial həyat tərzi” haqqında da məruzə oxunacaq.

Tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz ölkələrindən nümayəndələr iştirak edir.   

Gürcüstan prezidenti Mixail Saakaşvili Borçalıya səfər edib

alt 
Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edib.

 

 

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkiləri öncəsi seçicilərlə görüşmək olub.

Marneulinin Gorarxı kəndində seçicilər qarşısında çıxış edən prezident həmişə olduğu kimi, azərbaycanlı vətəndaşları ilə görüşlərdən sevindiyini bildirib: “İstəyirəm ki, bir daha sizə ötən illər üçün təşəkkürümü bildirim. Siz bizim vətənimizin çox sədaqətli və vətənpərvər vətəndaşlarısınız. Burada çox əməksevər əhali yaşayır. Heç kim, heç zaman sizə ikinci dərəcəli və qiyməti olmayan vətəndaşlar deyə bilməz. Mən fəxr edirəm ki, gənclər üçün məktəblərdə yaxşı təhsilə şərait yaratmışıq. Biz elə şərait yaratdıq ki, sizi yollarda saxlamasınlar, incitməsinlər, rüşvət almasınlar, torpaqlarınızı əllərinizdən almasınlar. Biz elə şərait yaratdıq ki, sizlər öz doğma evlərinizi atmadınız, ailənizi saxladınız. Bizdə sülh, qardaşlıq və bütün insanların yaşaması üçün hər şey var. Buna görə sizə çox minnətdaram. Mən hətta çox qürur duyuram ki, heç vaxt, bütün tarix boyu Gürcüstan və Azərbaycanla olmayan münasibətlər olub. Bu, hamımız üçün çox vacibdir. Mən Azərbaycanla münasibətlərimizin yaxşı olmasını yalnız Gürcüstanda yaşayan azərbaycanlılar üçün deyil, bu ölkələrdə yaşayan bütün millətlər üçün etmişəm və siyasətimizin əsas prioritetlərindən birinə çevirmişəm. Çünki biz İlham Əliyev və digər azərbaycanlı dostlarla bu iki ölkəni yalnız birlikdə yaşatmalı, uğurlar qazanmalı, birlikdə tikməliyik. Düşmənlərin cəhdlərinə baxmayaraq, bu belə də olmalıdır”.

M.Saakaşvili çıxışında kənd əhalisini seçkilərə qatılmağa və səs verməyə çağırıb: “Mən istəyirəm ki, siz qonşularınızla, həmkəndlilərinizlə, dostlarınızla bu seçkilərdə çox fəal iştirak edəsiniz. Çünki hər bir səs bizim gələcəyimizdir. Hər səs uşaqlarımızın gələcəyidir. Öz gələcəyinizi heç kimə verməyin! Uşaqlar üçün nəyin yaxşı olduğunu sizdən başqa  heç kim bilməz. Sizdən başqa Gürcüstanda son illər hansı dəyişikliklər olduğunu heç kim bilmir. Sizdən başqa bu qurulanları uçurmağa heç kim icazə verməz. Biz birlikdə sabahın bizim üçün daha yaxşı olması üçün davam etməliyik. O zaman yaxşı olacaq ki, biz irəliyə doğru gedək, arxaya qayıtmayaq. Gəlin, birlikdə yaxşılığa doğru getməyə davam edək. Siz bizim namizədi bilirsiniz. Biz korrupsiyanın qayıtmasına yol verməməliyik. Biz necə yaşamağı başa düşdük. Bunu heç kimə verməyəcəyik. Əziz qardaşlar, mən sizin fəallığınıza ümid edirəm. Biz xüsusi olaraq heç nə təşkil etmirik. Hər kəs özü öz taleyini həll etməlidir. Əlinizdə olanı heç kimə verməyin. Gələcək qələbələrdə görüşənədək”.

Bu gün Gürcüstan prezidenti Marneulinin Qaçağan kəndində, eyni zamanda Qaradabaninin azərbaycanlılar yaşayan kəndlərində yaşayan soydaşlarımızla da görüşüb.

Gürcüstan Prezidenti Diqomidəki evini boşaldır - DalgaTV VİDEO

alt

Gürcüstan Prezidenti Mixail Saakaşvili Diqomidə prezidentlik müddətində ailəsi ilə bərabər yaşadığı evi boşaldır.
DalgaTV təqdim edir:

 

Gürcüstanda seçicilərin sayı 3,5 milyondan çoxdur

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Yekaterine Azaraşvili bildirmişdir ki, oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilmişdir. Ölkə üzrə 3 milyon 537 min 719 seçici qeydə alınmışdır.
MSK-nın məlumatına görə, xarici ölkələrdə açılmış 52 seçki məntəqəsində 48458 Gürcüstan vətəndaşı səs verəcəkdir.
Seçki bülletenləri oktyabrın 21-də Tbilisidəki 10 nəşriyyatda çap olunacaqdır. Çap prosesini MSK üzvləri ilə yanaşı, 7 qeyri-hökumət təşkilatının nümayəndəsi müşahidə edəcəkdir.

Ermənistan parlamenti “Dağlıq Qarabağ”ı respublika kimi tanımadı

alt

Ermənistan parlamentinin xarici əlaqələr komissiyası “Dağlıq Qarabağ respublikasının tanınması haqqında” qanun layihəsini qəbul etməyib. 

Qanun layihəsinin qəbul edilməməsinə səbəb isə hakimiyyət nümayəndələrinin səsvermədə iştirak etməməsi olub. 

Hakimiyyət nümayəndələri “İrs” partiyasından olan deputat Zarui Postandjyan tərəfindən təqdim olunan qanun layihəsinin qəbulu ilə bağlı səsvermədə iştirak etməmələrini onunla izah ediblər ki, hətta onlar Qarabağın tanınmasının lehinə olsalar belə, hazırkı məqam üçün bunu məqsədəuyğun hesab etmirlər. 

Növbəti səsvermənin keçirilməsi nəzərdə tutulsa da, hakim partiyanın səs çoxluğunu nəzərə alaraq, qanun layihəsinin parlamentin gündəliyinə çıxarılması ehtimalının az olduğu bildirilir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan hesab edir ki, hazırkı etapda beynəlxalq oyunların qaydalarını dəyişmək lazım deyil. 

NATO-da gərgin toplantı başladı

alt

NATO-ya bağlı ölkələrin müdafiə nazirlərini Brüsseldə konfransı başlayıb.

2 gün davam edəcək konfransda kiber müdafiə, raketdən müdafiə, Əfqanıstan və Rusiyayla əlaqələr müzakirə ediləcək. 

Putindən Moskvadakı hadisələrə REAKSİYA

alt

Rusiya prezidenti Vladimir Putin millətlərarası münasibətlər sahəsində çalışan məmurların səlahiyyət və məsuliyyətini müəyyənləşdirən federal qanunu imzalayıb. 

Federasiya Şurasının oktyabrın 16-da, Dövlət Dumasının isə bundan 1 gün öncə müsbət rəy verdiyi sənəd rəsmən dərc olunduğu andan qüvvəyə minəcək.

Yeni imzalanan qanun müxtəlif səviyyəli dövlət qulluqçularının irqindən, milliyyətindən, din və inanclarından asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə səlahiyyətlərini möhkəmləndirir. Qanunda ayrıca olaraq, miqrantların sosial və mədəni adaptasiyası üzrə səlahiyyətləri də əksini tapıb. 

Bu fəaliyyət növlərinin dövlət qulluqçularının səlahiyyətlərinə daxil edilməsi həmin məmurların milli zəmində münaqişələrə, insanların, vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminatların kütləvi pozuntusuna yol verəcəkləri təqdirdə vəzifələrindən azad edilmələrini də nəzərdə tutur. 

Qeyd edək ki, qanun Mosvanın Qərbi Biryulevo rayonunda etnik zəmində toqquşmaların baş verməsindən sonra Dövlət Duması tərəfindən təcili qaydada ikinci və üçüncü oxunuşda qəbul olunub. 

Kütləvi iğtişaşın səbəbi yerli sakinin öldürülməsi olub. Qətldə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilib

altAzərbaycan prezidenti İlham Əliyev Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.


APA-nın xəbərinə görə, sərəncama əsasən Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, Zakir Həsənov bu gün Azərbaycan prezidentinin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin olunub.

Saytda Axtarış

Son xəbərlər