Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2946
DünənDünən6004
Bu həftəBu həftə33889
Bu ayBu ay39677
Bu günə qədərBu günə qədər8401308

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Səfər Əbiyev və Füzuli Ələkbərov Azərbaycanın yeni hökumətində yer almayıblar

altAPA-nın xəbərinə görə, prezidentin sərəncamı ilə sabiq müdafiə naziri Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb.

Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümovdur.

Qeyd edək ki, Zakir Həsənov indiyə qədər Daxili Qoşunların komandanı, Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondunun sədri olub.

Koreya Respublikasının mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə yazır

Koreya Respublikasının nüfuzlu ingilis dilli “The Korea Herald” qəzeti və ölkənin əsas xəbər-axtarış portalı olan “Naver” Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında məqalələr yaymışdır.
Məqalələrdə prezident seçkiləri haqqında ətraflı məlumat verilmiş, seçicilərin, məntəqələrin, səsvermədə iştirak etmiş seçicilərin, yerli və xarici müşahidəçilərin sayı qeyd olunmuş, seçkilərin nəticəsi olaraq hazırkı Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə üçüncü dəfə dövlət başçısı seçildiyi bildirilmişdir.
Seçkiləri izləyən xarici müşahidəçilərin, o cümlədən Koreya Respublikasından müşahidəçilərin rəylərinə istinad edən müəlliflər yazır ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazenın seçkilərin ədalətli, azad və şəffaf hesab edərək, səsvermənin nəticələri ilə “exit-poll” sorğularının nəticələrinin eyni olduğunu bildirmişdir.
Azərbaycanın Seuldakı səfirliyinin yerli kütləvi informasiya vasitələri üçün hazırladığı məlumata da yer verən Koreya mətbuatı yazır ki, seçkiləri müşahidə etmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri Çunq Euy-Yonq (Koreya Respublikası) da ümumilikdə seçkilərin dinc, şəffaf, heç bir müdaxilə olmadan keçdiyini bəyan etmişdir. Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB-nin, İslam Əməkdaşlıq Təşkilatının missiyaları, habelə ABŞ-dan olan müşahidəçilər də seçkilərin azad, ədalətli və şəffaf keçdiyi qənaətindədirlər.

NATO-nun baş katibi prezidenti təbrik etdi

alt

NATO-nun baş katibi Anders Foq Rasmussen prezident İlham Əliyevi təbrik edib. 

Təbrik məktubunda deyilir: “İcazə verin, yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim, Sizə və Azərbaycan xalqına gələcəklə bağlı ən xoş arzularımı çatdırım.

NATO ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində Sizinlə çalışmaqdan məmnunam. Əminəm ki, biz “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində qorunan demokratik dəyərlər əsasında tərəfdaşlığımızı daha da dərinləşdirəcəyik. NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı da daxil olmaqla Sizin islahat səylərinizi dəstəkləməyə hazırdır. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm. Əminəm ki, əməkdaşlığımız və dialoqumuz davam edəcək”.

İlham Əliyev amerikalı həmsədri qəbul etdi

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daxili İşlər naziri millətçilərə haqq qazandırdı

alt

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Yeqor Şerbakovun qətlindən sonra bir qrup şəxsin etiraz aksiyası keçirməsi və Biryulyovda meyvə-tərəvəz bazasına hücum etməsinə haqq qazandırıb. Vladimir Kolokoltsev deyib ki, ictimai asayiş və stabilliklə bağlı öz mövqeyini aktiv şəkildə ortaya qoyan vətəndaşları dəstəkləyir. Lakin o bildirib ki, bütün bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilməlidir.

Daxili işlər naziri Biryulevoda vəziyyətin polislərin adekvat addımları nəticəsində stabilləşdirildiyini deyib. O, Yeqor Şerbakovun qatilinin tapılmasının ictimai sifariş olduğunu bildirib və bu sifarişin yerinə yetirilməsi üçün polislərin gecə-gündüz çalışdığını vurğulayıb. Vladimir Kolokoltsev Orxan Zeynalovun saxlanması zamanı yol verilən qanunsuzluqlara münasibət bildirməyib.

İlham Əliyev: “Ermənistanı regional layihələrdən təcrid etməliyik“

alt

Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilən andiçmə mərasimində deyib.

“Məmurlar özlərini təvazökar aparmalıdır“- Prezident

alt

"Korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılacaq" 
İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcək. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilən andiçmə mərasimində deyib.

İlham Əliyev: "Biz Azərbaycanı bütün təhlükələrdən qoruya bildik"

alt

Azərbaycan Rusiyaya ikinci dəfə nota verdi

alt

Azərbaycan diplomatları hələ də Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə bilməyiblər.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı təkrar nota göndərib. Eyni zamanda Rusiya Təhqiqat Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlanıb.

Seçkinin nəticələri rəsmən təsdiqləndi- QƏRAR

alt

Fasilədən sonra KM sədri Fərhad Əliyev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. 

F.Əliyev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

Rusiya səfirliyi qarşısında etiraz aksiyası

alt

Bu gün Beynəlxalq Diaspor Mərkəzi (BDM) Rusiyada həbs olunun Azərbaycan vətəndaşı Orxan Zeynalova işgəncələr verilməsinə etiraz olaraq Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Apa-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, aksiya iştirakçıları “Rusiya azərbaycanlıların ikinci vətənidir”, “Rusiya, qanunun aliliyini tanı!” kimi şüarlar səsləndirib, Rusiyanı insan haqlarına hörmətlə yanaşmağa çağırıblar. Polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb.

BDM sədri İsmayıl Ağayev jurnalistlərə açıqlamasında məişət zəminində baş verən hadisədən Rusiyada yaşayan bütün azərbaycanlılara qaşı kampaniya məqsədilə istifadə olunmasını pisləyib.

Sonra aksiyanın qətnaməsi oxunub. Qətnamədə O. Zeynalov həbs olunarkən Rusiya hüquq-mühafizə orqanlarının kobudluğu insan haqlarına sığmayan davranış kimi qiymətləndirilib, son günlər Moskvada baş verən hadisələrin Azərbaycan-Rusiya münasibətlərinə uyğun gəlmədiyi diqqətə çatdırılıb.

BŞİH Milli Şuranın mitinqi ilə bağlı açıqlama yaydı

alt

“Demokratik Qüvvələrin Milli Şurasından Bakı Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətin (BŞİH) ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Z. Ramazanov əlavə edib ki, Milli Şuradan mitinqin keçirilməsi ilə bağlı bu saata qədər BŞİH-yə heç bir müraciət edilməyib: “İcra hakimiyyətinin ümumi şöbəsinə ümumiyyətlə həmin qurumdan hər hansı müraciət daxil olmayıb”.

Qeyd edək ki, Milli Şuradan oktyabrın 20-də paytaxtda mitinq keçirilməsi ilə bağlı oktyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edildiyi bildirilib. 

Saytda Axtarış

Son xəbərlər