Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2974
DünənDünən6004
Bu həftəBu həftə33917
Bu ayBu ay39705
Bu günə qədərBu günə qədər8401336

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

altOktyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın 2013-cü il oktyabrın 7-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən birinin əsassız olduğundan təmin edilməməsi, digərinin isə araşdırılmaq üçün aidiyyatı üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

İlham Əliyevin ünvanına təbriklər davam edir

alt

Prezident İlham Əliyevin ünvanına təbriklər daxil olmaqda davam edir. Fransanın Şabli şəhərinin meri, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Jandro, Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Oljas Süleymenov, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Federiko Kaşteluçi, Dünya Taekvondo Federasiyasının Prezidenti Çunqvon Ço, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının prezidenti Mixail Şmakovdan, konfederasiyanın baş katibi Vladimir Şerbakov, ABŞ-ın Nümayəndələr Palatasının üzvü Henry Cuellar, Nyu-York Asambleyasının üzvü Stiven Kimbroviç də dövltə başçısını təbrik edənlər arasındadır. 

Serbiya prezidenti İlham Əliyevi təbrik etdi

alt

Serbiya prezidenti Tomislav Nikoliç dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. 

Təbrik məktubunda deyilir:

”Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən yaxşı arzularımı zati-alinizə çatdırmaqdan məmnunam. Xalqlarımız arasında ənənəvi dostluq, qarşılıqlı dəstək və anlayışa əsaslanan hərtərəfli əlaqələr barədə bu il Bakıda etdiyimiz söhbətlər məndə belə bir əminlik yaradıb ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı inkişaf etdirmək üçün bu əlaqələrimizi uğurla davam etdirəcəyik. Cənab Prezident, fürsətdən istifadə edərək sizə ali dövləti vəzifənizdə uğurlar və xoşbəxtlik arzulayır, sonsuz ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

ABŞ-dan İlham Əliyevə növbəti təbrik

alt

Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri Robert Şuqarman və ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru Malkolm Honlaynd Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir: 

“Hörmətli Prezident Əliyev! Yenidən prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Qələbəniz rəhbərliyinizin müdrikliyindən, nailiyyətlərinizin möhtəşəmliyindən və Azərbaycan xalqının dəstəyindən xəbər verir.

Bakıda və Nyu-Yorkda Sizinlə keçirdiyimiz səmimi görüşləri xatırlayırıq. Dialoqumuzun davam edəcəyinə ümidvarıq. Azərbaycana səfərimiz bizdə böyük təəssüratlar, ölkəniz və xalqınız barədə dəyərli fikirlər yaratmışdır. Mühüm işlərdə Sizinlə əməkdaşlıqdan məmnunluq duyur və davamlı dəstəyinizə görə təşəkkür edirik”.

Barak Obama İlham Əliyevi təbrik etdi

alt

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda qeyd edilir: "Hörmətli cənab Prezident, Məkkəyə həcc ziyarətinin başa çatdığı bir müddətdə Mişel və mən Qurban bayramı münasibətilə Amerikadakı və dünyadakı müsəlmanlara ən xoş arzularımızı çatdırır, xüsusən də zəvvarların müqəddəs səfəri uğurla başa çatdırmalarını diləyirik. Dünyanın üç əsas dininin İbrahim peyğəmbərdən qaynaqlanmasını əks etdirən ayini ehtiva edən həcc ziyarətinə gedən təxminən üç milyon müsəlmana minlərlə amerikalı müsəlmanın qoşulması ilə fəxr edirik. Bu il həcc ziyarətinə gedənlərdən əlavə bütün dünyadakı müsəlmanlar bu bayramı Tanrı ilə münasibətlərini nəzərdən keçirərək və İbrahim peyğəmbərin öz oğlunu qurban verməyə hazır olmasını əsas götürərək qeyd edəcəklər. Aralarındakı fərqlərə baxmayaraq müxtəlif etnik və iqtisadi təbəqələrdən gələn bu qədər insanın ali bir amal ətrafında birləşməsi bütün bəşəriyyətə bir daha göstərir ki, bizim fərqimiz Tanrının bizə bəxş etdiyi və qəbul etməli olduğumuz gücün mənbəyidir.

Amerika xalqı adından biz bu xüsusi vaxtda bütün dünyadakı müsəlmanlara Qurban bayramı və həcc ziyarətinin uğurla başa çatması münasibətilə təbriklərimizi çatdırırıq. Qurban bayramınız mübarək və həcc ziyarətiniz qəbul olsun".

ATƏT-in baş katibi İlham Əliyevi təbrik etdi

alt

ATƏT-in baş katibi Lamberto Zannier Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezidenti!

Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Ölkənizdə möhkəm və güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm.

Sizi əmin edirəm ki, ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir”.

Rusiya prezidenti Vahid Ələkbərovla görüşdü

alt

Rusiya dövlət başçısı Vladimir Putin “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

Azərbaycanlı iş adamı Vladimir Putini şirkətin Rusiya, eləcə də xaricdəki fəaliyyəti ilə bağlı məlumatlandırıb. 

Görüşdə yeni neft yataqları, həmçinin təbii resursların hasilatı ilə bağlı kadrların hazırlanması məsələsi müzakirə edilib.

Gürcüstanın baş naziri İlham Əliyevi təbrik etdi

alt

Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan prezidenti İlham Əliyevi yenidən ölkə prezidenti seçilməsi münasibətilə təbrik edib. 

Təbrikdə deyilir:

“Sizi Azərbaycanda keçirilən dövlət başçısı seçkilərində inamlı qələbə ilə əlaqədar ürəkdən təbrik edirəm. Sizin yenidən respublikanın yüksək dövlət vəzifəsinə seçilməyiniz qardaş Azərbaycan xalqının geniş dəstəyi, ölkənin və xalqın firavanlığına yönələn dönməz kursunuzun bir daha təsdiqidir. Ümidvaram ki, dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanan Gürcüstan və Azərbaycan Respublikası arasında çoxtərəfli əməkdaşlıq indən belə də xalqlarımızın firavanlığı naminə durmadan inkişaf edəcək. Fürsətdən istifadə edib, Sizə can sağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə firavanlıq və çiçəklənmə arzulayıram”.

Qırğızıstan prezidenti İlham Əliyevi təbrik etdi

alt

“Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız dəstək Azərbaycan xalqının Sizə böyük etimadının və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir”. 

Bu fikirlər Qırğızıstan prezidenti Almazbek Atambayev yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alıb. 

Qırğızıstan prezidenti əmin olduğunu bildirib ki, İlham Əıiyevin yenidən prezident seçilməsi iki ölkə arasındakı dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcək: “ Sizə cansağlığı və dost Azərbaycan xalqının rifahına və çiçəklənməsinə yönəlmiş dövlət fəaliyyətində uğurlar arzu edirəm”.

Əhməd Davudoğlu: “Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”

alt“Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm veririk.


Amma bu normallaşmanın uzunmüddətli olması üçün Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin həlli başda olmaqla, Cənubi Qafqazdakı problemlər həll olunmalı və Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrəyə səfəri zamanı Ermənistanla imzalanan protokolların 4-cü ildönümü ilə bağlı jurnalistlərin sualına cavabında deyib.

Nazir bu məsələdə göstərdiyi səmimi səylərə görə İsveçrəyə təşəkkür edib: “Biz 4 il əvvəl burada protokolların uğurla həyata keçirilməsi üçün ciddi cəhdlər göstərdik. Ümid edirik ki, bu protokollar hələ gündəmdən düşməyib. Ancaq Ermənistan Konstitusiya Məhkəməsinin aldığı qərar, daha sonra bölgədə hərarətin yüksəlməsi səbəbiylə bu protokolları həyata keçirmək mümkün olmadı. İndi bəzi yaradıcı fikirlər və yeni düşüncələrlə irəli getməyə çalışırıq. Qarşıdakı dövrdə bu istiqamətdə səylərimizi gücləndirəcəyik. Türkiyə-Ermənistan əlaqələrinin normallaşması halında, təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinə paralel olaraq, qeyd edilən problemlərin çoxu həllini tapacaq”.

Prezident seçkiləri ilə bağlı daha bir bəyanat

alt“Seçkilərdə yüksək seçici aktivliyi Azərbaycan xalqının demokratik proseslərə sadiq olduğunu nümayiş etdirdi”.

APA-nın məlumatına görə, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ali nümayəndə və komissar ATƏT/DTİHB-in beynəxalq müşahidə missiyasının ilkin rəyi ilə tanış olublar.

“Azərbaycanı beynəlxalq öhdəliklərə tam cavab vermək üçün ATƏT/DTİHB-nın ilkin rəyində əksini tapmış, seçkilərdə alınmış problemləri həll etməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

K. Eşton və Ş. Füle AŞPA və Avropa Parlamentinin müşahidə missiyalarının seçki ilə bağlı bəyanatlarını nəzərə alaraq, yerli və beynəlxalq müşahidəçilərin daha geniş miqyasda təmsil olunmalarına dair Azərbaycan hakimiyyətinin iradəsini alqışlayıblar.

Onlar Azərbaycan hakimiyyətini demokratiya yolunda irəliləmək və ölkədə qanununun aliliyini təmin etmək istiqamətində beynəlxalq ictimaiyyətin rəylərini nəzərə almağa çağırıblar.

AB rəsmiləri “Şərq tərəfdaşlığı” proqramı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını da vurğulayıblar.

MSK yekun nəticələri açıqladı: İlham Əliyev- 84,55 %

alt

Azərbaycan Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsinin 5492 məntəqəsi üzrə hamısından ilkin nəticələri açıqlayıb.

İlham Əliyev 84,55 % (3126612 səs) 

Cəmil Həsənli – 5,53% (204635səs)

İqbal Ağazadə 2,40% (88667 səs)

Qüdrət Həsənquliyev 1,99% (73586 səs)

Zahid Oruc – (1,45% (53717 səs)

İlyas İsmayılov - 1,07% (39641 səs) 

Araz Əlizadə - 0,87% (32065 səs)

Fərəc Quliyev - 0,86% (31774 səs) 

Hafiz Hacıyev - 0,66% (24459 səs) 

Sərdar Məmmədov - 0,61% (22728 səs)

Saytda Axtarış

Son xəbərlər