Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2971
DünənDünən6004
Bu həftəBu həftə33914
Bu ayBu ay39702
Bu günə qədərBu günə qədər8401333

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

MSK-nın növbəti iclası keçiriləcək

alt

Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. İclasda Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın protokolu tərtib edilərək Komissiya üzvləri tərəfindən imzalanacaq. Sonra nəticələr təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.

Yekaterinburqda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi sərgi ekspozisiyası açılmışdır

altOktyabrın 16-da Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilmişdir.

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, bu, Yekaterinburq rəhbəri kitabxanasının Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğunun və Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilən yeni layihəsidir.
Ekspozisiyada respublikanın həyatının müxtəlif sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar və CD-disklər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunmuşdur. Ekspozisiyanın kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə təkmilləşəcəkdir.
Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd etmişdir ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsi olmuşdur. O, respublikamız və vilayət arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafından danışmışdır.
 

MSK sədrindən ATƏT-in hesabatına reaksiya

alt

"Onlar gördüklərini deyil, başqasını yazıblar" 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatına münasibət bildirib.

M.Pənahov MSK-nın bu gün keçirilən iclasında DTİHB-nin missiyası öz gördüyünü qoyub başqasını yazdığını bildirib:

"Biz neçə ildir deyirik ki, bu missiyanı belə gülünc vəziyyətə salmayın. Artıq Büroya hər kəs gülür. Onlar Avropada müxtəlif tədbirlərdən izolyasiya olunublar".

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyası bir qayda olaraq qərəzli mövqe nümayiş etdirən ATƏT/DTİHB ilə gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qaldığını bəyan etmişdi.

Qubernator İlham Əliyevi təbrik etdi

alt

Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru Svetlana Orlovadan president İlham Əliyevi təbrik edib. 

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Seçkilərin nəticələri milli lider kimi Sizin böyük nüfuzunuzu aşkar şəkildə nümayiş etdirdi və Azərbaycan xalqının ali dövləti vəzifədə Sizin ölkənin sosial və iqtisadi inkişafına yönəlmiş çoxşaxəli fəaliyyətinizi yüksək qiymətləndirdiyini göstərdi.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının etimadı və böyük dəstəyi Sizin üçün etibarlı dayaq olacaq, ölkənin rifahı və çiçəklənməsi naminə səmərəli işinizdə Sizə güc verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə müvəffəqiyyətlər, tükənməz enerji, möhkəm cansağlığı, rifah və nəzərdə tutduğunuz bütün planların həyata keçməsini arzulayıram".

İvanişvili: “Mən erməniləri çox sevirəm“ - DalgaTV VIDEO

alt

Mən erməniləri çox sevirəm və bunu heç vaxt gizlətməmişəm. Bunu oktyabrın 15-də Gürcüstanın baş naziri Bidzina İvanişvili ermənilərin kompakt yaşadığı Axalkalakidə hakim “Gürcü arzusu” partiyasından ölkə prezidentliyinə namizəd Giorgi Marqvelaşvilini təqdim edərkən deyib. 

“Mən bu gün sizinlə olmağıma çox şadam və bizim tərəfdarlarımıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən görürəm ki, siz yeni prezidentin gəlişini gözləyirsiniz və yeni prezident mütləq Giorgi Marqvelaşvili olacaq. Biz həqiqətən qardaşıq, siz – bizim kimi Gürcüstan vətəndaşlarısınız, bura – sizin vətəninizdir. Gürcüstanın problemləri var. Bizim ərazilərimiz itirilib, problemlər Ermənistanda da var, və mən ümid edirəm ki, biz birlikdə bu çətinlikləri adlayaraq bərpaya aparan yola layiqincə çıxacağıq”, deyə İvanişvili bildirib.

Gürcüstan Baş Naziri Axalkalakiyə səfər etdi - DalgaTV VİDEO

alt

"Gürcü Arzusu" Koalissiyasının prezidentliyə namizədin seçkiqabağı kampaniya devam edilir. Bu gün Axalkalakiyə, Georgi Margvelaşvili ilə bərabər, Gürcüstan Baş Naziri, Bidzina İvanişvili səfər edib və yerli əhali ilə görüşüb.

Gürcüstanın baş naziri Bidzina İvanişvili Gürcüstan müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib - DalgaTV VIDEO

alt

Bu gün Gürcüstanın baş naziri Tiflisdəki Cümə Məscidinə gələrək, buraya toplaşan müsəlmanları Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, müsəlmanlar qarşısında çıxış edən baş nazir Bidzina İvanişvili öz ürək sözlərini Cümə Məscidinə gələn müsəlmanlara bildirib: “Mən Gürcüstan müsəlmanlarını Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirəm. Bu bayram sevinc, ümid, imkansızlara yardım günüdür. Mən sizin sevincinizə qoşulur, arzu edirəm ki, bütöv Gürcüstanda sülh şəraitində yaşayasınız”, deyə B.İvanişvili bildirib.

Tədbirdə Gürcüstan Müsəlmanlarının şeyxi Vaqif Əkbərov,  baş  müfti Cemal Paksadze  çıxış edərək baş nazir Bidzina İvanişviliyə Cümə Məscidinə gəlib müsəlmanları təbrik etdiyi üçün minnətdarlıqlarını bildiriblər. Tədbirdə Gürcüstanın baş naziri Bidzina İvanişviliyə müqəddəs Quran bağışlanıb.

Tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycan və Gürcüstan səfirləri, diplomatik korpus nümayəndələri,  baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatları, Gürcüstanda fəaliyyət göstərən müsəlman icmalarının rəhbərləri, din xadimləri, ruhanilər və  ictimaiyyət nümayəndələri və gənclər  iştirak ediblər.

Jurnalistlərə açıqlama verən baş nazir Bidzina İvanişvili bütün dünyada yaşayan müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik etmək istədiyini bildirib: “Mən ilk növbədə  Gürcüstanda yaşayan müsəlmanları bu bayram münasibəti ilə təbrik edirəm, sonra Azərbaycan vətəndaşlarını və bütün dünya müsəlmanlarını təbrik edirəm. Bu gün xüsusi gündür. Bu gündə bütün hamı sevinir, bir-birini təbrik edir. Bu gün ümid günüdür, imkansızlara yardım günüdür, ümumiyyətlə bu böyük bayramdır. Mən də bu bayrama qoşulur və sizinlə birgə bu böyük bayramı qeyd etmək istəyirəm. Bir daha ürəkdən hamını təbrik edirəm”, deyə B. İvanişvili bildirib.

Bu həftə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 17-də Füzuli rayonu istiqamətində – Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçisi Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcəklər.

Kanadalı deputat Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərindən peşman olduğunu bildirmişdir

altAzərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada Parlamenti İcmalar Palatasının Liberallar partiyasından olan üzvü Stefan Dion ölkəmizin Kanadadakı səfirliyində olmuşdur.
Diplomatik nümayəndəlikdən AzərTAc-a verilən məlumata görə, səfir Fərid Şəfiyevlə görüşdə S.Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq Qarabağa gəlib çıxdığını bildirmişdir. O, heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulamışdır. Kanadalı deputat Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirmişdir.
Bundan başqa, S.Dion Azərbaycan səfirliyinə məktub ünvanlayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində, sülh yolu ilə həllinə dəstəyini izhar etmiş və Kanada ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu bildirmişdir.

Gürcüstan prezidentindən İlham Əliyevə təbrik məktubu

alt

Gürcüstan prezidenti Mixail Saakaşvili seçkilərdə qalib gələn prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda Saakaşvili İlham Əliyevin seçkilərdə qalib gəlməsini tarixi qələbə adlandırıb:

“Zati-aliləri cənab Prezident, əziz dost!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi təbrikimi qəbul edin. Bu, tamamilə layiq olduğunuz tarixi qələbədir. Bu qələbə prezidentliyiniz dövründə Azərbaycanın əldə etdiyi tərəqqinin nəticəsidir. Azərbaycan xalqı buna dəyər verdi, tarix də dəyər verəcəkdir. Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən sizə göstərilən böyük etimad və etibardır. Buna isə ölkənizin inkişafı və rifahı üçün göstərdiyiniz böyük əzm və yorulmaz fəaliyyətiniz səbəb olub. Bu qələbəniz nəinki Azərbaycanın müstəqilliyi, eləcə də postsovet məkanındakı ölkələr üçün də mühüm amildir. Azərbaycan xalqı üçün gördüyünüz böyük işlər gürcü xalqı ilə bərabər regionda azadlığı sevən hər bir xalqa ilham qaynağı olub.

Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan xüsusi strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə yenə də məhsuldar şəkildə davam edəcək.

Fürsətdən istifadə edərək, dərin hörmətimi ifadə edir və bir daha gürcü xalqı və şəxsən öz adımdan Sizi təbrik edirəm. Ali dövləti vəzifəsində Sizə uğurlar diləyir, qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıram”.

Jirinovski çağırış etdi

alt

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski Biryulova rayonunda baş verənlərə qiymətləndirib. LDP sədri 3 il müddətinə miqrantların əməyindən imtina etməyə çağırıb.

"Biryulovada baş verənlər bir daha göstərdi ki, diasporlarla lazımı səviyyədə iş yoxdur. Əcnəbi işçi qüvvəsindən imtina ilə bağlı 3 illik proqram lazımdır", deyə o, öz "Twitter" səhifəsində yazıb. 

Deputat əmək miqrantların toplaşdığı yerlərdə yoxlama aparmağı və soyuq,odlu silah tapılan,hətta heç bir cinayət törətməmiş miqrantları ölkədən çıxarmağı təklif edib. O, həmçinin yeni "sərt qeydiyyat institutu" yaranmasının da tərəfdarı olduğunu gizlətməyib. 

Xatırladaq ki, Biryulovada 25 yaşlı gənc sevgilisinin gözü qarşısında qeyri slavyan görünüşlü şəxs tərəfindən qətlə yetirilib. Bundan sonra rayon sakinləri küçələrə çıxaraq qətli törədənin tapılmasını tələb ediblər. Yüzlərlə milliyətçi və yerli sakin miqrantların çalışdığı ticarət mərkəzi, tərəvəz bazasına hücum edib. Polislə baş verən qarşıdurma nəticəsində 380 nəfər saxlanılıb.

Baş Naziri və prezidentliyə namizəd Kutaisidə - DalgaTV VİDEO

alt

2013 il Oktyabrın 27-də keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd Georgi Margvelaşvili bu gün Kutaisi şəhərində seçicilərlə görüşüb. Görüşdə Gürcüstan Baş Naziri Bidzina İvanişvili də iştirak edib.
Görüşün video versiyasını DalgaTV.ge sizə təqdim edir:

Saytda Axtarış

Son xəbərlər