Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3014
DünənDünən6004
Bu həftəBu həftə33957
Bu ayBu ay39745
Bu günə qədərBu günə qədər8401376

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Georgi Marqvelaşvili: “Gürcüstan heç vaxt MDB-yə qayıtmayacaq” - FOTO

alt

 

İqtidardakı “Gürcü Arzusu” koalisiyasının prezidentliyə namizədi Georgi Marqvelaşvili Gürcüstanın heç vaxt MDB-yə qayıtmayacağını bəyan edib. G. Marqvelaşvili xatırladıb ki, Gürcüstan öz gələcək inkişafı ilə bağlı mövqeyini 2008-ci il referendumunda bildirib: “Avropa və Avroatlantik strukturlara inteqrasiya hansısa siyasətçinin yox, gürcü xalqının arzusudur”.

Prezidentliyə namizəd deyib ki, Gürcüstanın MDB-də üzvlüyü effektli olmayıb və MDB ölkəyə heç bir təminat verməyib: “Biz Belarus və digər ölkələrdən olan həmkarlarımızın bəyanatlarına hörmətlə yanaşırıq. Lakin Gürcüstan MDB istiqamətində yox, birmənalı şəkildə Avropaya doğru hərəkət edir”.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko MDB sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Gürcüstanın MDB-yə qayıtmasını istədiyini bildirib.

Mixail Saakaşvili mərhum prezident Zviad Qamsaxurdiyaya “Milli Qəhrəman” adı verib - DalgaTV VIDEO

alt

 

 

 

Gürcüstan prezidenti vəzifəsində son günlərini keçirən Mixail Saakaşvili keçmiş prezident, mərhum Zviad Qamsaxurdiyaya Milli Qəhrəman adı verib. M. Saakaşvili bunu Axmeti rayonunun Kvemo Alvani kəndində 2008-ci ilin avqust müharibəsində qəhrəmancasına həlak olan Georgi Ansuxelidzenin memorialının açılışında deyib.

M. Saakaşvili Z. Qamsaxurdiyanın milli azadlıq məşəlini daşımış şəxs olduğunu bildirib: “Sameqrelo kəndlərinin birində silahdaşları tərəfindən tərk edilən və satqınlarla əhatə olunaraq öldürülən Qamsaxurdiya o zamankı Gürcüstanın simvolu idi. O, son anlarında yalnız “Mən Gürcüstanam!” sözlərini deyə bilmişdi...”

Gürcüstan milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri, mərhum Merab Kostava da “Milli Qəhrəman” adını alıb. M. Saakaşvili M. Kostavanı Gürcüstanın müstəqillik ideyasının daşıyıcısı adlandırıb: “O, uzun illər dəhşətli işgəncələrə məruz qalsa da, bir saniyə də olsun geri çəkilmək haqda düşünməyib”.  

Fransa prezidenti İlham Əliyevi təbrik etdi

alt

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident!

Azərbaycan dövlətinin başçısı vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edir və yeni mandatınızın icrasında müvəffəqiyyətlər arzulayıram.

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq qalaraq siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımızın inkişaf etməsini arzulayıram.

Eyni zamanda, noyabr ayının 29-da Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə Görüşündə müzakirə mövzusu olan Azərbaycan ilə Avropa İttifaqı arasında yaxınlaşmanı diqqətdə saxlamanızı alqışlayıram.

Həmçinin Sizi əmin edirəm ki, Fransa Minsk qrupunun həmsədri kimi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə dəstək verməyə qərarlıdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Amerikalı müşahidəçi seçkilərdən danışdı

alt

“Azərbaycanda prezident seçkiləri ədalətli keçirildi” 
Bu barədə ABŞ Konqresinin fəaliyyətini işıqlandıran “The Hill” nəşrinin bloqunda Nyu-York ştatından olan keçmiş konqresmen, demokrat Maykl Makmahon yazıb.

Amerikalı müşahidəçi qrupunun tərkibində oktyabrın 9-da keçirilən prezident seçkilərini izlədiyini qeyd edən M. Makmahon yazır ki, Azərbaycan rəsmilərindən onlara heç kim təsir göstərməyib: “Seçki məntəqəsinə gələn vətəndaşın baş barmağını ultra-bənövşəyi lampa ilə yoxlayır, sonra isə barmağın üzərinə xüsusi maye çəkirdilər. Məntəqənin əməkdaşları seçicinin şəxsiyyət vəsiqəsini yoxlayandan sonra ona seçki bülleteni verirdilər. Hər seçki məntəqəsi təxminən 1000 seçicini qəbul edib və hərəsində prezidentliyə namizədlərin ən azı bir nümayəndəsi iştirak edib. Məntəqələrin çoxunda veb-kameralar var idi. Məntəqələrdə növbələr uzun deyildi və prosedur daha təhlükəsiz idi. Florida ştatından fərqli olaraq, heç kim saatlarla növbə gözləmirdi”. 

M. Makmahon daha sonra qeyd edir ki, onların qrupu Bakı və bölgələrdə 400-ə yaxın məntəqədə müşahidə aparıb: “Mən və həmkarlarım müxtəlif seçki məntəqələrini ziyarət etmişik. Bu sırada həm prezident İlham Əliyevin səs verdiyi, həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş insanlar üçün yaradılan seçki məntəqələri vardı. Müşahidələrimizdən belə qənaətə gəlmək olurdu ki, seçicilərin çoxu verdiyi səslərin düzgün sayılacağında, tarixin bir hissəsi olacağında qətiyyətli idi”.

Məqalənin sonunda eks-konqresmen Azərbaycanın ABŞ üçün nə dərəcə vacib olan ölkə olduğunu da qeyd edib: “İranla Rusiya arasında yerləşən, neft-qaz ehtiyatları ilə zəngin və demokratiyaya doğru addımlamaqda qərarlı olan Azərbaycan ABŞ-ın çox vacib tərəfdaşıdır”. 

İlham Əliyevin Minskə səfəri başa çatdı - Foto

alt

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri başa çatıb.

Minsk şəhərinin Milli Aeroportunda Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. 

Lukaşenkodan Gürcüstana çağırış

alt

Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanı MDB-nin tərkibinə qayıtmağa çağırıb.

Bu barədə o, MDB Dövlət başçıları Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Belarus prezidenti Gürcüstanın MDB-ni tərk etmək üçün müəyyən səbəbləri olduğunu söyləyib: “Gürcüstanda və o cümlədən ölkə rəhbərliyində dövlətlərimizin həyatına aid siyasi və iqtisadi məsələlərin müzakirə olunduğu meydançaya malik olmağı istəyən adamlar var. Ümid edirəm ki, Gürcüstan bu çağırışı qəbul edəcək”.

A.Lukaşenko sözdən əmələ keçməyin vaxtı çatdığını deyərək, Gürcüstana MDB-yə heç olmasa, müşahidəçi statusunda qayıtmağı təklif edib.

Jurnalist Lukaşenkonun başını unitaza salmaq istəyir

alt

Rusiyanın tanınmış idman müxbiri və şərhçisi Vasili Utkin Belarusun prezidenti Aleksandr Lukaşenko haqqında fikirləri ilə gündəmə gəlib. 
Telekonfrans zamanı V.Utkin hər yeni gününü Belarus liderinin başını unitaza soxmaqla başlamaq istədiyini bildirib.

O bu cavabı tamaşaçılardan birinin Lukaşenkoya münasibəti barədə verdiyi sualın cavabında deyib: “Mən hər yeni günü onun başını unitaza soxmaqla başlamaq istərdim. Bu gün üçün yaxşı əhval-ruhiyyə olardı”. 

İlham Əliyev MDB Dövlət Başçıları Şurasında çıxış edib

alt

 
Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir. Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edir. Belarus prezidenti Aleksandr Lukaşenko iclasda iştirak edən dövlət başçılarını “Müstəqillik sarayı”nda qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Prezident Aleksandr Lukaşenko dövlət başçılarını iclasın gündəliyi ilə tanış etməzdən əvvəl prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdi, ona ali dövləti vəzifəsində uğurlar arzulayıb. A.Lukaşenko deyib ki, MDB dövlət başçılarının növbəti iclasının gündəliyində müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 14 sənəd layihəsi müzakirə olunacaq. Humanitar sahədə əməkdaşlıq üzrə müzakirə olunacaq əsas məsələ sovet xalqlarının faşizm üzərində qələbəsinin 70-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimə hazırlıq, 2015-ci ilin MDB ölkələri üçün “1941-1945-ci illərin Böyük Vətən Müharibəsi veteranlarının ili” elan edilməsi və vahid yubileyə mükafatının təsis edilməsi olacaq. Digər müzakirələrdə ötən il ərzində görülmüş işlərə nəzər salınacaq, bəzi məsələlər barədə fikir mübadiləsi aparılacaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələri müzakirə ediləcək. Gündəliyə iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair, eləcə də insan və maliyyə təhlükəsizliyinin təmin olunmasında və Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş layihələr ətrafında fikir mübadiləsi aparılacaq. Daha sonra MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev iclasın gündəliyi barədə qısa məlumat verib. Məhdud tərkibdəki iclasda çıxış edən prezident İlham Əliyev səmimi təbrikə görə Belarusun prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirib. Dövlətimizin başçısı bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın və dostluğun, sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti bildirib ki, MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır, xalqlarımız Böyük Vətən müharibəsində faşizm üzərində birgə qələbə çalıblar. İndi də ölkələrimiz arasında çox səmərəli siyasi-iqtisadi münasibətlər mövcuddur. İ.Əliyev bir neçə gündən sonra Bakıda keçiriləcək Humanitar Forum barədə də məlumat verib. Daha sonra digər dövlətlərin başçılarının çıxışları dinlənilib. Rusiya Prezidenti Vladimir Putin birlik ölkələri arasında iqtisadi əməkdaşlıq və inteqrasiya proseslərinin inkişaf etdirilməsinin, terrorizmlə mübarizədə birgə səylərin zəruriliyini önə çəkib, 2014-ci ilin “Turizm ili”, Almatı və Oş şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan olunmasını dəstəkləyib. 

Digər dövlət başçıları da müzakirə olunan məsələlərlə bağlı fikirlərini söylədilər, gündəliyi dəstəklədiklərini bildirdilər. İclas öz işini geniş formatda davam etdirəcək. 

İlham Əliyev Minskdə - Foto

alt

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə gəlib. 

MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

İlham Əliyev Belarusa səfər etdi

alt

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə yola düşüb.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportundan Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Müdafiə nazirinin yeni müavini təyin olundu

alt

Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub. 

Yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirovdur.

R. Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.

Prezident seçkiləri AŞPA-da müzakirə olunacaq

alt

Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkiləri AŞPA Daimi Komitəsinin noyabrın 22-də Vyanada keçiriləcək iclasında müzakirə olunacaq.

Bu məsələ iclasına gündəminə daxil edilib. Toplantıda AŞPA-nın Azərbaycandakı seçkilərin müşahidəsi üzrə missiyasının rəhbəri Robert Valterin öz hesabatını təqdim edəcəyi gözlənilir. 

Daimi Komitədə Gürcüstanda keçiriləcək prezident seçkiləri, Avropada miqrasiya, qaçqınlar və daimi yaşayış yerlərini dəyişmiş insanların məsələsi, narkotrafik və digər məsələlər də müzakirə olunacaq.

Xatırladaq ki, AŞPA missiyası oktyabrın 10-da Bakıda açıqladığı ilkin rəyində seçkilərin ümumən azad, ədalətli və şəffaf keçirildiyini bildirib. 

Saytda Axtarış

Son xəbərlər