Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2907
DünənDünən6004
Bu həftəBu həftə33850
Bu ayBu ay39638
Bu günə qədərBu günə qədər8401269

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

“Seçkilər demokratik keçirildi” - Çexiyalı müşahidəçilər

alt

Azərbaycanda prezident seçkilərini izləyən Çexiya Senatının nümayəndə heyəti mətbuat konfransı keçirib.

Nümayəndə heyətinin rəhbəri Yaroslav Palas deyib ki, seçkilər yüksək səviyyədə təşkil olunub.

Y.Palas ümid etdiyini bildirib ki, seçkilərin nəticələri Azərbaycanda demokratiyanın inkişafına daha da təkan verəcək.

Nümayəndə heyətinin üzvü Voitex Filip də seçkilərin yaxşı təşkil olunduğunu xatırladıb. O, seçkilərin demokratik keçirildiyini bildirdib: “Mən bu gün yüzdən çox insanla danışdım. Düşünürəm ki, Azərbaycan prezidentini artıq təbrik etmək olar”.

Səs vermə başa çatdı

alt

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Saat 8.00-da start verilən səsvermə prosesi saat 19.00-da yekunlaşıb.

Seçkilərdə 10 namizəd iştirak edir.

Bunlar hazırkı dövlət başçısı, YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucdur. 

Ölkə üzrə 5 milyon 145 min 643 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs veriblər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib. 

Seçkilərdə “exit-poll” təşkil olunub. Yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlar da “exit-poll” keçirib. “Exit-poll” keçirən təşkilatlardan biri ABŞ-ın nüfuzlu AJF şirkətidir. Bu şirkət “exit-poll”u “APA Holding” MMC-nin dəvəti əsasında keçirib.

MSK-dan açıqlama: 3 439 629 seçici səs verib

alt

Bakı vaxtı ilə saat 17:00-a Azərbaycan Prezidenti seçkilərində 3 439 629 seçici səs verib. 

Bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 66,84 faiz faizidir.

“Seçkilərdə qanun pozuntusuna rast gəlməmişik”

alt

“Azərbaycanda keçirilən prezident seçkilərində heç bir qanun pozuntusuna rast gəlməmişik”. Bunu Azərbaycanda prezident seçkilərini müşahidə edən Çexiya Diplomatik Akademiyasının direktoru, ölkənin sabiq xarici işlər naziri Kiril Svoboda jurnalistlərə açıqlamasında bildirib.

K. Svoboda qeyd edib ki, bir çox seçki məntəqələrində olub: “Biz səs verən vətəndaşlarla da görüşmüşük və heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki prosesinin normal ölkələrdə olduğu kimi düzgün və şəffaf keçirilməsinin şahidi olduq. Eyni zamanda seçicilərdə yüksək-əhval ruhiyyə də var idi”.

"Regionlarda da seçki fəallığı yüksək olub"

alt

Azərbaycanın regionlarında keçirilən prezident seçkilərində də seçki fəallığı yüksək olub.

Bunu belçikalı müşahidəçilər, seçkilərin müşahidəsi üzrə Avropa Akademiyasının müşahidə missiyasının üzvləri Andre Francois Pierre Hoebrechts və Belçika Parlamentinin deputatı, David Girts bildirib.
Belçikalı deputatlar Xaçmaz rayon 56 saylı seçki məntəqəsində seçki prosesini müşahidə ediblər.

Beynəlxalq müşahidəçilərin sözlərinə görə, sözügedən seçki məntəqəsində günün birinci yarısında artıq seçicilərin 50 faizindən çoxu səs verib və günün ikinci yarısında bu göstərici 80 faizdən yuxarı təşkil edib.

Müşahidəçilər bildiriblər: "Azərbaycanda keçirilən prezident seçkilərində indiyədək heç bir qanun pozuntusu müşahidə etməmişik. Hər kəs seçki məntəqəsinə gələrək sərbəst şəkildə səs verib."

Beynəlxalq müşahidəçi seçkilərin gedişatından danışdı

alt

Azərbaycanda prezident seçkiləri ilə bağlı bütün proseslər yaxşı gedir. 

Bu barədə İndoneziyadan olan beynəlxalq müşahidəçi İmmanuel Robert İnkirivang jurnalistlərə bildirib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən müşahidəçi qeyd edib ki, Xətai rayonunda seçki məntəqəsində olub və oradakı vəziyyəti çox yaxşı qiymətləndirib: "Səhər az adam gəlmişdi. Amma günortaya doğru seçicilərin sayı artmağa başladı. Hardasa 300-400 seçici gəldi. 1400 nəfərin seçici siyahısında olmasını nəzərə alsaq, bu rəqəm kifayət qədər qənaətbəxşdir. Texniki cəhətdən hər şey qaydasında idi. Ümumilikdə deyə bilərəm ki, proseslər yaxşı gedir. İşçilər çox mehriban idilər".

YAP Milli Şura üzvlərini təxribatda ittiham etdi

alt

Prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri seçki məntəqələrində normal şəraitdə davam edən səsvermə prosesinin pozulmasına yönəlmiş cəhdlər edirlər. 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən verdiyi məlumata görə, YAP-ın səsvermə prosesini izləyən müşahidəçilərinin verdikləri məlumatlara əsasən, Cəmil Həsənlinin seçki məntəqələrindəki yerli müşahidəçiləri, eləcə də onun təmsil etdiyi radikal qüvvələrin nümayəndələri normal şəraitdə davam edən seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar.

Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir.

Yeni Azərbaycan Partiyası seçki məntəqələrindəki müşahidəçiləri vasitəsi ilə daxil olan məlumatları dəqiqləşdirir.

Nəticə barədə Mərkəzi Seçki Komissiyasına və kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

Gürcüstan Baş Naziri Batumi şəhərində - DalgaTV VİDEO

Bidzina Ivanishvili 021012

Gürcüstan Baş Naziri Bidzina İvanişvili "Gürcü Arzusu" Koalisiyanın prezidentliyə namizəd Georgi Margvelaşvili ilə Batumi şəhərində olub.
"Mən Hökümətdə idim və indi sizin yanınıza gəlirəm", - deyə Baş Nazir vurğulayıb.

Məzahir Pənahov: “Polis qoyulan tələblərdən kənara çıxmamalıdır”

alt

“Əvvəlki illərdən fərqli olaraq, yerli icra orqanlarının bəzi əməkdaşlarının seçkiyə müdaxiləsi halları haqda Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmayıb. Bununla bağlı beynəlxalq təşkilatlardan da həmin məsələ ilə əlaqədar narahatlıq ifadə olunmayıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əvvəlki seçkilərdə bəzi yerli icra strukturlarının əməkdaşlarının vəzifələrindən sui-istifadə halları olub. Dövlət başçısının tapşırığı ilə bu hallar araşdırılıb və həmin şəxslər cəzalandırılıb.

M.Pənahov qeyd edib ki, ötən seçkilərlə müqayisədə həm də polisin fəaliyyətinə heç bir irad olmayıb: “Polis əməkdaşları bundan arxayınlaşmamalıdır. Sabah seçki günüdür. Onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq öz vəzifəsinin öhdəsindən gəlməli və yerinə yetirməlidirlər. Mən çox arzulayıram ki, sabahkı seçkilərdən sonra da Azərbaycan polisinə təşəkkür edək. Asayişin qorunması polisin vəzifəsidir və onlar qoyulan tələblərdən kənar çıxmamalıdır. Biz ümid edirik ki, bu belə də olacaq”.

Nazir Avropa Parlamentinin nümayəndələrini qəbul etdi - FOTO

alt

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə Azərbaycanla Avropa qurumları, o cümlədən Avropa Parlamenti arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti qeyd olunub və əlaqələrin daha da inkişaf etdirilməsi üçün aparılan danışıqların hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi və seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunub.

Nazir E.Məmmədyarov qonaqlara Azərbaycanın əsas makro iqtisadi göstəriciləri, əldə edilmiş iqtisadi və siyasi sabitlik, həyata keçirilmiş iri layihələr və ölkəmizin regionun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir hazırkı status-kvonun qəbul edilməz olduğunu, münaqişənin nizamlanma prosesində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini xüsusi vurğulayıb.

Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Pino Arlaçi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdar olduqlarını bildirib.

Deputatlar tələb edir: “Kokain leqallaşdırılsın”

alt

Britanıyada kokain leqallaşdırıla bilər. Bu barədə ölkədə aparılan müzakirələrdə bəzi britaniyalı siyasətçilər fəal iştirak edir. 

“Independent” xəbər verir ki, artıq bir qrup parlamentari tərəfindən bununla bağlı sənəd hazırlanıb. Sənəddə kokainin əvvəllər tibbi məqsədlər üçün istifadəsi diqqətə çatdırılaraq bu məsələyə yenidən baxılmasının mümkünlüyü vurğulanıb. “Niyə görə kokainin statusuna yenidən baxılmasın” deyə parlamentarilər bildirib. 

TürkPA-nın Beynəlxalq Müşahidəçilər missiyasının tərkibi açıqlandı

alt

TürkPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

TürkPA-dan verilən məlumata görə, beynəlxalq müşahidəçilər missiyası 9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərinin millət vəkilləri və TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları daxildir.

Müşahidəçilər missiyası məntəqələrdəki seçki prosesini yaxından izləmək məqsədilə Bakının bir sıra seçki məntəqələrini ziyarət edəcək.
Oktyabrın 10-da isə TürkPA missiyasının seçkilərin yekununa dair rəsmi hesabatı təqdim ediləcək.

Bakıda olduğu müddətdə TürkPA nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Saytda Axtarış

Son xəbərlər